Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-641/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, 0,09 ha bağ və 0,31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsini bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli 2-1(116)-2977/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, 0,09 ha bağ və 0,31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsinin bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının hüquqi marağı hazırda Rusiya Federasiyasının vətəndaşı olan, lakin 1996-cı ildə torpaq islahatı aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş İddiaçı mülkiyyətinə verilmiş torpaq sahələrinin sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İddia ərizəsindən həmçinin müəyyən olunur ki, iddia tələbində göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədləri verilməmişdir. Buna baxmayaraq, qeyd olunan hal İddiaçı və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, bu məsələ ilə bağlı mübahisə açılmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı 1996-cı ildə torpaq islahatı aparılan zaman torpaq sahəsinin ayrıldığını iddia etsə də, 25 ildən artıq müddət ərzində İddiaçı tərəfindən torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənədlərin tərtib edilməsi barədə hər-hansı hərəkət edilməmişdir. Bununla da torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş MPM-in 298-ci maddəsi ilə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.
3. Birinci instansiya məhkəməsinin hüquqi yardım məktubunda yuxarıda qeyd olunanlara yazılı münasibət bildirilməsi təklif olunmuşdur.
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə iş materiallarına ərizə əlavə etməklə məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlara münasibətini bildirmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddianın mümkün sayılmaması ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə iddiaçının nümayəndəsi və vəkili razılaşmır. Belə ki, iddia tələbi mülkiyyət sənədlərinin verilməməsi ilə bağlı deyil, mülkiyyətə verilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Mübahisə sənədlərin tərtib edilməsi ilə bağlı deyil, mülkiyyətə verilmiş torpağın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmaqla öhdəliyin icra olunmasından ibarətdir. İddiaçı hər hansı Qanunu və yaxud da 2011-ci ildən əvvəl qəbul olunmuş qərarı, hərəkəti və hərəkətsizliyi mübahisələndirmir. Qəbul olunmuş qanun və qərarlar, inzibati orqanların hərəkətləri hamısı qanunidir və onların hərəkətləri mübahisə predmeti deyil. Mübahisə predmeti “mülkiyyətə verilmiş torpağın cavabdeh tərəfindən qeydiyyata alınmamasıdır, imtinanın səbəbi isə şəxsin hazırda Azərbaycan Respublikasının vətəndaşı olmamasıdır. Cavabdeh də torpaq sahəsinin mülkiyyətə verildiyini etiraf edir, lakin vətəndaşlıq məsələsinə görə qeydiyyata ala bilmir. Bundan başqa hazırkı torpaq sahəsinin qeydiyyata alınmasına əsas həm də Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli 62 saylı sərəncamı ilə tənzimlənir. 2018-ci il tarixli sərəncam isə 2011-ci ildən əvvəl qəbul olunmamışdır.
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hüquqi yardım məktubunda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 887/2023 nömrəli və xx.xx.2023- cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarlarına istinad edilmişdir. Bununla bağlı Vəkil qeyd edir ki, həmin qərarlar üzrə mübahisə hazırkı mübahisədən fərqlidir. İddiaçıya torpaq sahəsi verilib, bu günədək istifadə edir, vergilərini ödəyir, torpaq sahələrinin ölçüləri, sərhədləri məlumdur, sadəcə olaraq iddiaçı indi Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə şərtlə, yəni Qanunda qeyd olunduğu kimi 1 il müddətinə özgəninkiləşdirmək şərti ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəmə qərarının olması məcburidir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsində qeyd olunanları nəzərə alaraq iddianı mümkün hesab edərək birinci instansiya məhkəməsinin araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 4 noyabr 2023-cü il tarixli 2- 1(116)-2977/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahələrinə dair qeydiyyatın aparılması üçün Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarından, Zaqatala rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 4/475 saylı xx.xx.2018-ci il tarixli məktubla təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritə bazasından istifadə olunur. Həmin siyahıda (cədvəldə) “Qəbələ” kolxozu üzrə 990 təsərrüfat nömrəsi ilə İddiaçı adına 0,12 ha həyətyanı və 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Torpaq sahələri DƏDR-də qeydiyyata alınmamışdır. Deməli İddiaçı adına qeyd edilmiş toıpaq sahələrinin DƏDR-də qeydiyyata alınmasına dair tələblərlə bağlı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ vardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli 2-1(116)-2977/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddia tərəfi iştirak etməmiş, ərizə ilə müraciə edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.
11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). .
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
17. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, , hazırda Rusiya Federasiyasının vətəndaşı olan, lakin 1996-cı ildə torpaq islahatı aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olmuş İddiaçı hüquqi marağı mülkiyyətinə verilmiş torpaq sahələrinin adına dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. İddia ərizəsindən və iş materiallarından həmçinin müəyyən olunmuşdur ki, iddia tələbində göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədləri verilməmişdir. Yəni iddiaçı aqrar islahat komissiyasının qərarı ilə mülkiyyətinə torpaq sahəsinin verilməsini iddia etsə də, torpaq sahəsinin sonuncunun mülkiyyətinə verilməsi heç bir hüquqmüəyyənedici sənəd əsasında öz təsdiqini tapmamışdır. Bununla yanaşı cavabdeh məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, torpaq sahələrinə dair qeydiyyatın aparılması üçün ərazi idarəsinin elektron kadastr baza məlumatlarından, Zaqatala RİHB tərəfindən 4/475 saylı, xx.xx.2018-ci il tarixli məktubla təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritə bazasından istifadə olunur. Həmin siyahıda (cədvəldə) “Qəbələ” kolxozu üzrə 990 təsərrüfat nömrəsi ilə İddiaçı adına 0,12 ha həyətyanı və 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahələri üzrə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyat aparılmamışdır. İddiaçı adına mübahisəli torpaq sahələrinə dair şəhadətnamə, dövlət aktı, qeydiyyat vəsiqəsi və digər hüquqi sənədlərin olması ilə bağlı ərazi idarəsində hər-hansı məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən yuxarıda göstərilən sənədlərin mövcudluğu barədə heç bir sənəd və sübut təqdim olunmamış, iddia ərizəsində və məhkəmənin yardımına münasibət məktubunda iddiaçının nümayəndəsi tərəfindən sözügedən sənədlərin hazırlanmasığı və mövcud olmadığı təsdiq edilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
19. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
20. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Belə ki, iş materiallarında olan torpaq sahəsinin verilməsinə dair subyektlərin siyahısından görünür ki, İddiaçı adının qarşısında 0,12 ha həyətyanı torpaq sahəsi göstərilmişdir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbində mübahisələndirdiyi Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair subyektiv hüququ vardır.
23. Beləliklə, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır.
24. Belə ki, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək iddia mümkün sayılmalı və inzibati işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
25. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli 2-1(116)-2977/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna əsasən İddiaçı mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi, 0,09 ha bağ və 0,31 ha əkin, İİ keyfiyyət qrupu olan torpaq sahəsini bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.