Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-644/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Mərkəzi Filialına qarşı “İddiaçı hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqlarının orta aylıq məbləğinin əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablaması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1851/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “İddiaçı hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqlarının orta aylıq məbləğinin əmək haqqındaki sonraki artımlar da nəzərə alınmaqla 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablaması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim vəzifəsində işləmiş,onun hakim kimi iş stajı 21 il 10 ay 6 gündür. Hakim vəzifəsində olmanın son yaş həddinə, yəni, 65 yaşına çatdığına görə xx.xx.2022-ci ildə səlahiyyətlərinə xitam verilmişdir. Hakim vəzifəsində işlədiyi son 24 ay ərzində ödənilmiş əmək haqları barədə müvafiq dövlət orqanının maliyyə arayışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi X5 Mərkəzi Filialına təqdim etdikdən sonra ona xx.xx.2022-ci il tarixindən Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq əmək haqlarının 70,5 faizi məbləğində pensiya təyin olunmuşdur. Təyin olunmuş pensiyanın faiz miqdarı ilə razılaşmayaraq 2022-ci ilin sentyabr ayında cavabdehə rəsmi qaydada yazılı müraciət edərək hakim vəzifəsində aldığım son 24 ayın orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 saylı cavab məktubunda bildirmişdir ki, "Məhkəmələr və hakimlər haqqında " Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir. Əmək pensiyasının faiz dərəcəsinin 80-ə çatdırılması məsələsinə hakim işlədiyi müddətin son 60 ayı ərzində ödənilmiş əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər.
3. Bundan sonra xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnzibati məhkəmə sədrlərinin vəzifə maaşı barədə 24 yanvar 2023-cü il tarixli 3-16-8/2-94/23 nömrəli, 01 oktyabr 2012-ci il tarixindən 01 oktyabr 2017-ci il tarixinədək Şəki İnzibati Məhkəməsinin sədri vəzifəsində, həmçinin 01 iyul 2017-ci il tarixindən 01 iyul 2022-ci il tarixinədək müvafiq dövrlərdə həm Şəki İnzibati Məhkəməsinin, həm də Mingəçevir Şəhər Məhkəmsinin sədri vəzifəsində, eləcədə Gəncə İnzibati Məhkəməsinin hakimi vəzifəsində işlədiyi son beş illin əmək haqları barədə 24 yanvar 2023-cü il tarixli 3- 16-8/2-93/23 və 3-16-8/2-95/23 nömrəli arayışlarını cavabdehə təqdim edərək, həmin arayışları daha əvvəl təqdim etdiyi 9 iyul 2022-ci il tarixinə son 24 ayın orta əmək haqqı məbləği ilə müqayisəli şəkildə təhlil edib, barəsində daha üstün sosial müdafiə təminatını təmin edən pensiya təyinatı aparılmasını xahiş etmişdir.
4. Cavabdeh 01 mart 2023-cü il tarixli, 3-17-1/2-0-42908/2023 nömrəli cavab məktubunda əmək pensiyanın yenidən hesablanmasını təxirə salmışdır.
5. Cavabdehin məhkəməyə təqdim etdiyi 09 iyun 2023-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, İddiaçı 9 iyul 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 207.2-ci maddəsinə əsasan 21 il 10 ay 6 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq emək haqqının (8917.60 manat) 70.50 faizi - 6286.91 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı U.Qsmanovun iddia ərizəsində ona hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq əmək haqqlarının 70,50 faizi məbləğində (faiz miqdarı ilə) pensiya təyin edilməsi ilə razılaşmadığı hissəyə münasibətdə qeyd edilməlidir ki, cavabdeh tərəfindən pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinin tələbləri nəzərə alınmışdır. Belə ki, həmin maddənin tələblərini nəzərə alaraq qeyd edirik ki, iddiaçının 21 il 10 ay 6 gün hakim kimi iş stajı əsasında cəmi dövlət məvacibinə hesablanan faiz miqdarı aşağıdakı kimi hesablanmışdır: 15 il iş stajı üçün - 50%; 15 ildən yuxarı iş stajı üçün - 18% (21 il-15 il= 06 il; hər ilə görə 03% əlavə yəni, 06x03=18; 10 ay - 2,5% (12 ay - 03%, 10 ay - 2,5%); 50% + 18% + 2,5% = 70,50%
6. Beləliklə, qeyd olunanlardan aydın olur ki, İddiaçı hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq məbləğinin əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 21 il 10 ay 6 gün hakim kimi iş stajı əsasında cəmi dövlət məvacibinin 70,50 faizi məbləğində pensiya təyin edilməsi qanunauyğun və əsaslı olmuşdur. Həmçinin, iddiaçı U.X4 27.01 2023-cü il tarixli ərizəsində xx.xx.2012-xx.xx.2017-ci il tarixləri və xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə son 5 ilin əmək haqqı arayışlarını təqdim edərək əvvəlki müraciətində təqdim etdiyi son 24 ayın əmək haqqı arayışındakı məbləğlərlə müqayisəli şəkildə təhlil edib barəsində daha üstün sosial müdafiə təminatının aparılmasını xahiş etmişdir. İddiaçının sözügedən müraciətinə münasibətdə Mərkəzi Filial tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 24 yanvar 2023-cü il tarixli 3-16-8/2-94/23 nömrəli və 24 yanvar 2023-cü il tarixli 3-16-8/2-95/2023 nömrəli arayışlarına əsasən İddiaçı əmək pensiyası müraciətində göstərdiyi xx.xx.2017 xx.xx.2022-ci il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanacağı təqdirdə vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2396,25 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1078,31 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 599,06 manat, digər növ əlavələr 3078,21 manat olmaqla iddiaçının orta aylıq əmək haqqısı 7151,83 manattəşkil edəcəkdir. Belə olan halda İddiaçı əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 21 İl 10 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7151,83 manat) 80 faizi - 5721,46 manat məbləğində hesablanacaqdır. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi dövr vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülərsə, 9 iyul 2022- ci il tarixinə əmək pensiyasının məbləği 6286,91 manatdan 5721,46 manata azalacaqdır. Bu səbəbdən də İddiaçı əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır.
7. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli əmək pensiyasının faiz dərəcəsi haqqında məktubunda iddaçı İddiaçı əmək pensiyasının faiz dərəcəsinin 80-ə çatdırılması məsələsinə hakim işlədiyi müddətin son 60 ayı ərzində ödənilmiş əmək haqqı barədə arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla biləcəyi qeyd olunmuşdur. Qeyd olunanlardan aydın olduğu kimi, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi son 24 ayın və son 60 ayın əmək haqqı arayışları müqayisəli səkildə təhlil edilməklə İddiaçı əmək pensiyası məbləğinin yenidən hesablanması barədə məlumat ona təqdim edilmişdir.
8. Cavabdeh etiraza əlavəsində bildirmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi ona hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq əmək haqqlarının 70,50 faizi məbləğində (faiz miqdarı ilə) pensiya təyin edilməsi ilə razılaşmayaraq onun hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqlarının orta aylıq məbləğinin əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanmalı olduğunu qeyd etmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli əmək pensiyasının faiz dərəcəsi haqqında məktubunda iddaçı İddiaçı əmək pensiyasının faiz dərəcəsinin 80-ə çatdırılması məsələsinə hakim işlədiyi müddətin son 60 ayı ərzində ödənilmiş əmək haqqı barədə arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla biləcəyi qeyd olunmuşdur.
9. Həmcinin, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 18 aprel 2023-cü il tarixli vəsatətin əsasları kimi xx.xx.2012 - xx.xx.2017-ci il tarixləri və xx.xx.2017 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə son 5 ilin əmək haqqı arayışlarını təqdim edərək əvvəlki müraciətində təqdim etdiyi son 24 ayın əmək haqqı arasındakı məbləğlərlə müqayisəli səkildə təhlil edib barəsində daha üstün sosial müdafiə təminatının aparılmasını xahiş etmişdir. Tərəflərindən təqdim edilən xx.xx.2023-cü il tarixli 3-17-1/2-131993/2023 nömrəli etirazda xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə son 5 ilin əmək haqqı arayışına cavabdehin münasibəti qeyd olunmuşdur.
10. İddiaçının vəsatəti üzrə yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı əmək pensiyasının xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövr əsas götürülməklə hesablanacağı təqdirdə onun vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2840,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1278,00 manat, səlahiyyətlərin verinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 710,00 manat, digər növ əlavələri 1027,13 manat olmaqla orta aylıq əmək haqqısı 5855,83 manat təşkil edəcəkdir. Belə olan halda İddiaçı əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cıı maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 21 il 10 av 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqısının (5855.83 manat) 80 faizi-4684,10 manat məbləğində hesablanacaqdır.
11. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1851/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
14. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Mərkəzi Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın və etiraza əlavənin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1851/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1851/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)- 1851/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 X6 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********8 qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16- 8/2-94/23 nömrəli Arayışından görünür ki, Azərbaycan Respublikası İnzibati Məhkəmə sədrlərinin maaşı 2840,00 manat təşkil edir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. - İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16- 8/2-95/23 nömrəli Arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 illik əmək haqqı və əmək haqqına əlavələrin cəmi 242.447,04 manat olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/870 nömrəli Arayışından görünür ki, Gəncə İnzibati Məhkəməsinin sabiq hakimi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı və əmək haqqına əlavələrin cəmi 154.772,29 manat olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/696 nömrəli Arayışından görünür ki, Gəncə İnzibati Məhkəməsinin sabiq hakimi İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqı və əmək haqqına əlavələrin cəmi 152.780,21 manat olmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1 -ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
21. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə 3550 manat həcmində; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində; ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.- Hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz. M a d d ə 107 . Hakimlərin məzuniyyət müddəti və haqqı Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. İllik məzuniyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinə müvafiq məhkəmə sədri tərəfindən, digər məhkəmələrin hakimlərinə isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Hakim illik məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin il (illər) üçün istifadə edilməmiş məzuniyyətə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 109 Hakimlərin sosial müdafiəsi Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 avqust 2008-ci il tarixli qərarında deyilir ki, hakimlərin pensiya təminatına dair hazırki vəziyyət həqiqətən birmənalı deyildir. Belə ki, hakimlərə əmək haqqının (vəzifə maaşının) 80 faizi əvəzinə 45 faizdən 80 faizədək məbləğində pensiya təminatının müəyyənləşdirilməsi «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.4-cü maddəsinin hakimlərə onların aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə dair təminatdan bir qədər uzaqlaşmaq kimi qiymətləndirilə bilər. Digər tərəfdən pensiya təminatına dair qanunvericiliyin bir-birindən kəskin fərqlənən müddəaları qüvvədə olduğu vaxt fəaliyyətdə olan hakimlər barəsində hansı müddəaların tətbiq olunması məsələsini mübahisəli edir. Nəhayət, qanunvericilikdə dəyişikliklər edilərkən nəzərə alınmamışdır ki, bəzi ümumi yurisdiksiyalı məhkəmələrin və hətta Konstitusiya Məhkəməsinin fəaliyyətdə olan hakimlərinin səlahiyyət müddətləri 5 ildən 10 ilə qədərdir və bu hal da, öz növbəsində, onlara pensiya təminatının təyin olunmasında müəyyən anlaşılmazlıqlar yaradır.
29. Həmin qərara əsasən hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddia ərizəsində iddia tələbi “hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqlarının orta aylıq məbləğinin əmək haqqındaki sonraki artımlar da nəzərə alınmaqla 80 faizi miqdarında pensiya təyin olunması” kimi ifadə edilmişdir.Məhkəmə ifadə tərzi ilə bağlı olmadığından qeyd etməyi zəruri hesab edir ki,iddiaçıya hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 70,50 faizi məbləğində pensiya təyin edilmişdir.
31. Hazırkı mübahisə təyin edilmiş pensiyanın faiz dərəcəsinin mübahisələndirilməsindən və yenidən hesablanılmasından ibarətdir.Yəni, iddiaçının hüquqi marağı qanunvericilikdə nəzərdə tutulmuş daha əlverişli normaların tətbiqi ilə pensiyanın yenidən hesablanması və bundan sonra yaranacaq fərq məbləğinin ona ödənilməsindən ibarətdir.
32. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hakim kimi iş stajı 21 il 10 ay 6 gündür.Yəni,10 illik fəaliyyətə münasibətdə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 11 il 10 ay 6 günə münasibətdə isə qanunda nəzərdə tutulan maksimum aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan orta aylıq məbləğ hesablanmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki,iddiaçının pensiyası ona pensiyanın təyin olunduğu tarixdən yenidən hesablanmalıdır. (Azərbaycan Respublikası Ali Məhkləməsinin 2-1(102)-1728/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında oxşar inzibati işlə bağlı qərarında təsbit olunan hüquqi mövqeyi).
33. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17).
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2).
35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Mərkəzi Filialına qarşı “İddiaçı hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqlarının orta aylıq məbləğinin əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablaması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi X5 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-1(116)-1851/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.