Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-644/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), X3 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarından üçüncü şəxs qismində cəlb olunma barədə vəsatət vermiş şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikаyətləri və həmin qərardan verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlərin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi
1. İddiaçı cavabdeh SHXÇDX-nin Zərdab rayon bölməsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2-1(116)-1481/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə 2700 (iki min yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. Eyni zamanda məhkəmənin həmin tarixli qərardadı ilə Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir.
4. Cavabdeh orqan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)- 1481/2022 nömrəli qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-130/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə qoyulması hissədə dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyi qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(102)-606/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-130/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Bundan sonra inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra Maraqlı şəxs2 və Maraqlı şəxs1 birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək bildirmişlər ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Bəxtiyar Hacıyevin adından 24 iyun 2024-cü il tarixli 3-43-96/2-338/2024 nömrəli məktub onun qeydiyyatda olduğu və yaşadığı ünvana (Zərdab rayonu, Məlikli kəndi) göndərilmişdir.
7. Məktubda İddiaçı 2022-ci ildə iddia ilə məhkəməyə müraciət etdiyi və Şəki inzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarı ilə iddiasının qismən təmin olunduğu, SHXÇDX-nin Zərdab rayon bölməsi tərəfindən 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsini qərara alındığı, həmin məbləğin Xidmət tərəfindən ödənildiyi və bu əsaslarla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında yuxarıda göstərilən məbləğin Xidmət tərəfindən ondan geriyə tələb olunmuşdur.
8. Birinci instansiya məhkəməsi iclasında üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət vermiş Maraqlı şəxs2 vəsatətlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1481/2022 nömrəli iş üzrə qəbul edilmiş məhkəmə aktının onun qanunla qorunan maraqlarına toxunur, buna görə də iş üzrə üçüncü şəxs qismində icraata cəlb olunmaqla iddia tələbinə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Maraqlı şəxs2 və Maraqlı şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri haqqında vəsatətləri mümkün sayılmamışdır.
10. Eyni zamanda, Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərarından ayrıayrılıqda apellyasiya şikayətləri və həmin qərardan buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlər verilmişdir.
11. Belə ki, müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyətləri və vəsatətlər qаnunlа nəzərdə tutulmuş proses iştirakçısı hesab olunmayan şəxslər tərəfindən verilmişdir. Buna görə də, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 06 noyabr 2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, Maraqlı şəxs1 və Maraqlı şəxs2 bu barədə rəsmi məlumat verilmişdir.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmişdir.
13. Maraqlı şəxs1 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək hipertonik xəstə və 66 yaşlı olduğunu nəzərə alaraq hazırkı məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə Maraqlı şəxs1 və Maraqlı şəxs2 Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1481/2022 nömrəli qərarından ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətləri mümkün sayılmamalı, onların icraata qəbulundan imtina edilməlidir.
15. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 27. 27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Maddə 81. 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 84. Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
16. Hazırkı işdən isə görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə icraatı üzrə hər hansı prosessual şəxs deyil. Onların üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə iş üzrə ilkin vəsatət iddiaçı tərəfindən verilmiş, lakin birinci instansiya məhkəməsinin 2-1(116)-1481/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin edilməmiş, həmin qərardad apellyasiya qaydasında mübahisələndirilməmiş və nəticədə qanuni qüvvəsini almışdır. Daha sonra Maraqlı şəxs2 və Maraqlı şəxs1 özləri tərəfindən verilmiş üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə vəsatətlər məhkəmənin 25 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərardadı ilə mümkün sayılmamış, qərardad isə onlar tərəfindən mübahisələndirilməmişdir. Lakin, qeyd edilənlərə və üçüncü şəxs qismində cəlb edilməmələrinə baxmayaraq Maraqlı şəxs2 və Maraqlı şəxs1 Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarından apellyasiya şikаyətləri və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlər ilə məhkəməyə müraciət etmişlər.
17. Beləliklə, hazırda Maraqlı şəxs2 və Maraqlı şəxs1 inzibati məhkəmə icraatının iştirakçıları sayılmadığından, buna müvafiq olaraq proses iştirakçıları da hesab olunmadığından, nəticədə apellyasiya şikayəti vermək hüquqlarına da malik olmadıqlarından Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarından onlar tərəfindən verilmiş apellyasiya şikayətləri və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətləri mümkün sayılmamalı, onların icraata qəbulundan imtina edilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
qərara aldı:
Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarından verilmiş apellyasiya şikayətləri və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətləri mümkün sayılmasın və onların icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.