Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-65/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən, məruzəçi) X3 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı)Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş (və ya xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş) qanunvericiliyə əsasən ona pensiya təyin edilməsi, xx.xx.2009-cu il tarixdən qətnamə qanuni qüvvəsini alan tarixədək olan dövr üzrə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1201/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1959-cu il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuş, o, 1981-1982, 1984-1987, 1990-1995-ci illərdə yaşadığı ərazidə olan, Qəbələ rayonu «Nizami» adına kolxozda işləməklə 12 il sığorta stajı vardır. Bu Qəbələ rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixdə verdiyi 15 nömrəli arayışla da təsdiq olunur. xx.xx.2018-ci il tarixdə cavabdeh təşkilata xx.xx.2010cu il tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən yaşa görə pensiyaya çıxmaq üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh pensiya təyin edən komissiyanın xx xxx 2018-ci il tarixli, 92 nömrəli qərarı ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Qərarda göstərilmişdir ki, iddiaçı təqdim etdiyi sənədlərə görə 9 il sığorta stajına malikdir. Əslində isə göstərdiyi kimi 12 il staja malik olmuşdur. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş (və ya xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş) qanunvericiliyə əsasən ona pensiya təyin edilməsi, xx.xx.2009-cu il tarixdən qətnamə qanuni qüvvəsini alan tarixədək olan dövr üzrə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)- 1201/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçıya xx.xx.2009-cu il tarixdən pensiya təyin edilməsi, xx.xx.2009-cu il tarixdən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdehapellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı pensiya təyin edilməsi üçün xx.xx.2010-cu il tarixdən sonra müraciət etdiyindən onun pensiya hüququ xx.xx.2010-cu iil tarixdən sonra qüvvədə olmuş qanunvericilik əsasında müəyyən edilməli, həmin tarixədək qüvvədə olan qanunvericiliyə əsasən 50 yaşının tamam olduğu tarixdən 4 uşaqlı ana kimi pensiya təyin edilməsi tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunun normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçının Şəxsiyyət Vəsiqəsinin (AZE ********) surəti, Cavabdeh xx.xx.2018-ci il tarixli imtina məktubu, Qaradeyn kənd X1 xx.xx.2019-ci il tarixli 37 nömrəli arayışı, Cavabdehndə pensiya təyin edən komissiyanın xx.xx.2018-cu il tarixli 92 nömrəli qərarı, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-cu il tarixli 15 nömrəli arxiv arayışı, Cavabdeh xx.xx.2019-cu il tarixli məktubu, xx.xx.2019-cu il tarixli akt, İİ-ЖГ seriyalı 259528 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin, AZ-T seriyalı 045267 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli 772 nömrəli, Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 758 nömrəli və xx.xx.2019-cu il tarixli 771 nömrəli arayışları, xx.xx.1996-ci il tarixli ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli məktubu və digər sənədlər daxildir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mövcuddur. Belə ki, iddiaçının tələbi ona pensiyanın təyin edilməsi ilə bağlıdır, tələb təmin olunduğu halda o pensiya almaq hüququ əldə edəcəkdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Qəbələ rayonu Dızaxlı kəndində doğulmuş, iddiaçının 1981-1995-ci illərdə Qəbələ rayonu «Nizami» adına sovxozda işləməsi Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-cu il tarixli 15 nömrəli arxiv arayışı və xx.xx.2019-cu il tarixli aktla ilə öz təsdiqini tapır. DSMF-nin Qəbələ rayon şöbəsinin təsdiq etdiyi xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı qeyd olunan sovxozda 1981-ci ildə 1 ay, 1982-ci ildə 7 ay, 1984-cü ildə 4 ay, 1985-ci ildə 9 ay, 1986-cı ildə 9 ay, 1987-ci ildə 5 ay, 1990-cı ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 7 ay, 1993-cü ildə 6 ay, 1994-cü ildə 6 ay, 1995-ci ildə 8 ay işləməklə əmək haqqı almışdır. İddiaçının sovxozda cəmi 70 ay, yəni 5 il 10 ay işləməsi müəyyən olunur. İddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1996-cı ilə qədər Nizami adına kolxozda, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə qədər Qaradeyin kənd əsas məktəbində işləmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Şöbəyə təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində əmək kitabçası və 1981-1995-ci illərdə «Nizami» adına sovxozda işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 15 saylı arayış təqdim edilmişdir. Təqdim olunmuş sənədlərə əsasən, İddiaçı 9 il sığorta stajının olması müəyyən olunur. İş materiallarında olan İİ-ЖГ seriyalı 259528 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şərifov Rövşən Şərif oğlu və X4 xx.xx.1979cu ildə nikaha daxil olmuş, nikah bağlanandan sonra arvad Şərifova soyadını qəbul etmişdir. İddiaçının qeyd olunan nikahdan xx.xx.1979-cu ildə Rəşad, xx.xx.1981-ci ildə Ramil, xx.xx.1983-cü ildə Rasim və xx.xx.1986-cı ildə Ülviyyə adlı övladları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı xx xxx 1959-cu ildə doğulmuş, 50 yaşı xx xxx 2009-cu ildə tamam olmuşdur. İddiaçının 50 yaşı tamam olan vaxt, yəni “Əmək pensiyaları haqqında” Qanunun (xx xxxxxxx 2009cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, xx xxxxxx 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 879) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir.) qüvvədə olmuş 8.1-ci maddəsinin redaksiyasına əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 50 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından görünür ki, iddiaçı 1979, 1981, 1983 və 1986-cı il təvəllüdlü 4 uşaq doğub onları 8 yaşa qədər tərbiyə etmiş, 50 yaşı xx xxx 2009-cu il tarixdə tamam olan vaxt həmin dövrə onun 5 ildən artıq əmək stajı yaranmış, hər dörd uşaq 8 yaşına çatmışdır. Bundan əalvə cavabdeh inzibati orqanın iddia tələbinə etiraz və iddiaçıya ünvanladığı məktublarda iddiaçının 9 il sığorta stajının olmasını təsdiq edir. Bundan əlavə arxiv arayışında və cavabdeh orqanın özünün tərtib etdiyi akta 5 il 8 ay sığorta stajı olması, əmək kitabçasında isə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı ildən xx.xx.1996-cı il tarixədək yəni 17 ilədək sığorta stajı qeyd edilir. İddiaçının faktiki işlədiyi müddəti nəzərə alınmaqla onun pensiya hüququ yaranan günə onun 5 ildən çox sığorta stajının olması müəyyən edilir. Bundan əalvə xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stjına daxil edilir. İddiaçının 4 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə dəyişiklik olunana qədər, yəni x xxxxxx 2010-cu il tarixədək yaranmışdır. Beləliklə, iddiaçının 50 yaşı olan vaxt qüvvədə olmuş normaya görə onun pensiya hüququnun yaranması üçün 4 uşağı olmalı, onları 8 yaşadək tərbiyə etməli, ən azı 5 il sığorta stajı və 50 yaşı olmalı idi. Həmin vaxt, yəni iddiaçının 50 yaşı olduğu xx xxx 2009-cu ildə bəhs olunan şərtlərin hamısı mövcud olmuşdur, sadəcə iddiaçı 50 yaşı olan vaxt deyil, qanunvericilikdə dəyişiklik edildikdən sonra ona pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin işin müəyyən edilən hallarını və sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının 50 yaşından yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlərin olması (dörd uşaq anası, xx.xx.2009-cu il tarixdə 50 yaşının tamam olması və 5 ildən artıq sığorta stajının olması) ona xx.xx.2009-cu il tarixdən yaşa görə pensiyaya çıxmaq hüququnu qazandırır. İddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyinin şübhə altına alınması üçün isə hər hansı əsas olmamışdır. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, qadınların yaşının 60 yaş 6 ay, stajının 12 il olduğu təqdirdə əmək pensiyası hüququ olmasını bildirmişdir. İddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinin tələbinə görə onun güzəştli şərtlə pensiya almaq hüququ yarandığından mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan qanunvericilik onun çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ olmasını təsbit etdiyindən, həmin vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hər üç element (uşaqların sayı və onların 8 yaşınadək tərbiyə olunması; iddiaçının sığorta stajı; yaşı) mövcud olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və bu səbəbdən apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının müraciəti ilə bağlı cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1201/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-65/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-65/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver