Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-65/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6rşı (üçüncü şəxslər: X11 İdarəsinin xxxx MMC və Zaqatala rayon Çobankol bələdiyyəsi) “torpaq islahatı zamanı mərhum əri X1 adına ayrılmış Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin verilməsini, torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1449/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “torpaq islahatı zamanı mərhum əri X1 adına ayrılmış Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin verilməsini, torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, islahat dövründə həyat yoldaşı Zaqatala rayonu Bazar kənd sakini X2 adına 0.34 ha pay torpağı sahəsi ayrılmışdır. Həyat yoldaşı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Zaqatala rayon Çobankol bələdiyyəsi tərəfindən iddiaçıya verilən arayışda Bazar kəndi ərazisində Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən Çobankol bələdiyyəsinə təqdim olunmuş torpaq islahatı siyahısında 246-cı nömrədə mərhum əri X1 adı qeyd olunmuş 0.34 ha pay torpağı sahəsinin olduğu göstərilmişdir. Lakin həmin pay torpaq sahəsinin harda yerləşdiyi iddiaçıya məlum deyildir. Bu barədə dəfələrlə aidiyyatı təşkilatlara müraciət etsə də ona köməklik göstərilməmişdir. Əldə etdiyi şifahi məlumata görə iddiaçıya ayrılan pay torpaq sahəsi icarəyə verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1449/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6rşı (üçüncü şəxslər: X11 İdarəsinin xxxx MMC və Zaqatala rayon Çobankol bələdiyyəsi) “torpaq islahatı zamanı mərhum əri X1 adına ayrılmış Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin verilməsini, torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadını qanunsuz və əsassız hesab edir. İddia tələbində üç tələb olsa da. cavabdeh idarələr bir nazirliyinin tabeliyində olmaqla bir-biri ilə əlaqədardır. Belə ki, məhkəmə iddianın mümkünlük məsələsinə baxarkən cavabdehlərdən torpaq islahatı zamanı mərhum ərim X3 Zaqatala rayonu Bazar kəndi ərazisindən pay torpaq sahəsinin ayrılmasını müəyyən etməkdə maraqlı olmamışdır. İddiaçı məhkəməyə mərhum əri X1 adına pay torpaq sahəsinin ayrılıb-ayrılmamasını müəyyən etmək üçün müraciət etmişdir. Cavabdeh təşkilatlarda bu barədə məlumatlar mövcuddur. Məhkəmə öz üzərinə düşən araşdırmanı ədalətli formada yerinə yetirməmiş, əvəzində isə iddia tələbini mümkün saymamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il tarixli Fərmanı ilə qüvvədən düşdükdən sonra X4 səlahiyyətlərinə xitam verilərək həmin səlahiyyətlərin icrası ayrı-ayrı müvafiq icra hakimiyyəti orqanları arasında bölüşdürülmüşdür. Torpaq və əmlakla bağlı səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid edilmişdir. Qeyd etmişdir ki, iddia tələbində torpaq islahatı zamanı mərhum əri X3 Zaqatala rayonu Bazar kəndi ərazisində 0.34 ha pay torpaq sahəsi ayrılmışdır. Torpaq islahatı haqqında Qanuna əsasən xx.xx.1996- cı il tarixinə kimi qeydiyyatı olanlara qeydiyyat yeri üzrə torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə cavabdehlərə torpaq islahatı zamanı pay torpaq sahəsinin ayrılıb-ayrılmamasını müəyyən etmək üçün sorğu göndərməmişdir. Ona görə də hesab etmişdir ki, qərardad ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1449/2020 nömrəli qərardadının ləğv edib, yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollagiyası iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb müəyyən edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Zaqatala rayon Çobankol bələdiyyəsi tərəfindən iddiaçıya verilən arayışda Bazar kəndi ərazisində Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzi tərəfindən Çobankol bələdiyyəsinə təqdim olunmuş torpaq islahatı siyahısında 246-cı nömrədə mərhum əri X1 adı qeyd olunmuş 0.34 ha pay torpağı sahəsinin olduğu göstərilmişdir. Lakin həmin pay torpaq sahəsinin harda yerləşdiyi iddiaçıya məlum deyildir. Bu barədə dəfələrlə aidiyyatı təşkilatlara müraciət etsə də ona köməklik göstərilməmişdir. Əldə etdiyi şifahi məlumata görə iddiaçıya ayrılan pay torpaq sahəsi icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi, X7 xx.xx.2020-ci il tarixli cavab məktubunda torpaq sahəsinin hüquq müəyyənedici və vərəsəlik hüququnu təsdiq edən sənədlərin əslinin Xidmətin tabeliyində olan "xxxx” MMC-də baxılması üçün MMC-nin Şəki Layihə- X5 şəhəri Nizami küçəsi 9 ünvanında yerləşən idarəsinə təqdim edilməsi göstərilmişdir. İddiaçı bildirir ki, onlara pay torpaq sahəsinə aid hər hansı bir sənəd verilməmişdir.Birgə onu bilir ki, torpaq islahatı zamanı Zaqatala rayonu Bazar kənd sakini X1 adına 0.34 ha pay torpağı sahəsi ayrılmışdır. Məhkəmə tərəfindəmn iddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, iddia ərizəsi İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, İPM-in 37-ci maddəsinin tələbinə görə bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada o halda birləşdirilə bilər ki, iddia tələbi bir-biri ilə əlaqəli olsun, bir cavabdehə qarşı yönəlsin və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş eyni məhkəməyə aid olsun. Həmçinin iddiaçının nəzərinə o da çatdırılmışdır ki, iddia tələbi üç müxtəlif inzibati orqana yönəlib və konkret hansı orqandan nə istədiyi məlum deyil. Həmçinin Cavabdeh1ndən nə tələb etdiyi bilinmir. Ümumiyyətlə qeyd etdiyi hər üç tələb bir-biri ilə əlaqəli deyil. Yardım məktubuna münasibət bildirmək məqsədi ilə iddiaçı tərəfindən məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan digər iddia ərizəsində yardım məktubunda qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(84)-1022/2019 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinə qarşı (üçüncü şəxs Zaqatala rayon Çobankol bələdiyyəsi) “mərhum ərinin mülkiyyətinə verilmiş 0.34 ha pay torpaq sahəsinin yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-ci bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Hazırki iddia ərizəsində iddiaçı tərəfindən üç cavabdeh müəyyən edilsə də torpaq sahəsinin tanıdılması və hüquqların dövlət qeydiyyatının aparılması öhdəliyinin DƏDRX-in 18 saylı X12 həvalə edilməsini iddia edir. Halbuki, iş üzrə üç cavabdeh müəyyən olunduqda onların hər birinə qarşı yönələn tələb ayrılıqda göstərilməlidir. Bundan başqa İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddiaçı bir icraatda birləşdirilməsi mümkün olmayan və üç müxtəlif cavabdehlərə qarşı yönələn müxtəlif tələbləri bir icraatda birləşdirmişdir ki, buna da qanunvericiliyin tələbləri baxımından yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrəsubyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını,qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan əlavə, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin xüsusi mümkünlük şərtlərindən biridə ondan ibarətdi ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə analoji tələblə ilk öncə cavabdehə müraciət etsin. Sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmadığı təqdirdə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. İşmateriallarının araşdırılması zamanı iddiaçının analoji tələblərlə cavabdehlərə müraciətini əks etdirən sübutların mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şərh olunan halların hər biri iddianın mümkünlüyünə dair tələblərə aid olmaqla onların birinin mövcudluğu iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmənin bununla bağlı iddiaçıya müraciəti nəticəsiz qaldığından məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçıya şərh olunan halları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, axud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6rşı (üçüncü şəxslər: X11 İdarəsinin xxxx MMC və Zaqatala rayon Çobankol bələdiyyəsi) “torpaq islahatı zamanı mərhum əri X1 adına ayrılmış Zaqatala rayonu Bazar kəndi ərazisində yerləşən 0.34 ha pay torpaq sahəsinin verilməsini, torpaq sahəsinin yerinin müəyyən edilməsini və həmin torpaq sahəsinə plan ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinin mümkün sayılmamasında haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1449/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-65/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-65/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver