Məhkəmə qərarları › İş №2-1(107)-652/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-652/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-652/2023 30.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 0730 Kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-498/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 17 mart 2022-ci il tarixli, 2- 1(116)-498/2022 nömrəli qərarı ilə cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 0730 Kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə mütraciət edərək iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmiş və iddiaya baxılmasını istəmədiyini bildirmişdir. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla iddiaçının iddiadan imtina etməsinə etiraz etmədiklərini bildirmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 iyun 2022-ci il tarixli, 2- 1(116)-498/2022 nömrəli qərardadı ilə Şəki İnzibаti Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-498/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 0730 Kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 21 oktyabr 2005-ci il tarixli 10 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində tikinti və yaşıllıq salmaq məqsədi ilə ayrılmış 6.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(116)-498/2022 nömrəli inzibati iş üzrə icraata xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-498/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin prosessual müddətin bərpasına dair ərizə verərək аpеllyаsiyа şikаyətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası apellyasiya şikayətini inzibati iş materialları ilə birlikdə araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilən səbəblərdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, işdə olan Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 iyun 2022ci il tarixli, 2-1(116)-498/2022 nömrəli qərardadından görünür ki, iddiaçının hazırda mübahisələndirdiyi Şəki İnzibаti Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-498/2022 nömrəli qərarı ləğv edilmişdir. Həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından dərhal qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının iddiadan imtina etməsi barədə qəbul edilmiş məhkəmə qərardadından müstəqil şəkildə apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur. İşin materiallarından müəyyən olunur ki, iddiaçı iddiadan imtina etdiyinə görə Şəki İnzibаti Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2- 1(116)-498/2022 nömrəli qərarı ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş Şəki İnzibаti Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-498/2022 nömrəli qərarı ləğv edildiyindən apellyasiya şikayəti mümkün hesab edilməməlidir. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Həmçinin məhkmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının apellyasiya şikayəti yuxarıda qeyd edilən səbəbdən mümkün hesab edilmədiyindən iddiaçı tərəfindən verilmiş аpеllyаsiyа şikаyətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bəpasına dair ərizəyə münasibət bildirilmir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası İPM-in 87-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar