Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-652/2024 11.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)- 819/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 iyul 2024-cü il tarixli 2-1(116)- 819/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-819/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-819/2024 nömrəli qərarı ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. xx.xx.2024-cü il tarixində məhkəmənin həmin qərarına etiraz olaraq etiraz məktubu yollamışdır. O, məktubu Şəki İnzibati Məhkəməsinə təqdim etməli olduğu halda məktubun yazılma tərzindən və strukturundan xəbəri olmadığı üçün məktubu apellasiya məhkəməsinə poçt vasitəsi ilə yollamışdır. Uzun müddət cavab almadıqdan sonra apellyasiya məhkəməsinin dəftərxanasına xx.xx.2024-cü il tarixli şifahi müraciətində ona bildirmişlər ki, o məktubu iddia ərizəsi kimi göndərdiyi üçün onun məktubu Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsindən ona bildirmişlər ki, həmin iddia ərizəsi 2-1(116)-3278/2024 nömrəli inzibati iş kimi qeydə alınmışdır. Bundan xəbərdar olduqdan sonra məktubun yazılma forması və göndərmə üsulunu dəyişərək Şəki İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixində apellasiya şikayətini təqdim etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-819/2024 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 11 dekabr 2024-cü il tarixə təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2- 1(116)-819/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərilmiş, xx.xx.2024cü il tarixdə isə iddiaçı tərəfindən xəbərnaməyə imza edilərək təhvil alınmışdır. Apellyasiya şikayətini isə xx.xx.2024-cü il tarixdə vermişdir. Bununla da iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət 29 gün ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin qərarını xx.xx.2024-cü il tarixdə təhvil almış, lakin apellyasiya instansiya məhkəməsinə səhvən yenidən iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 9-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 9-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-819/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 2-1(116)-819/2024 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-652/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-652/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver