Məhkəmə qərarları › İş №2-1(107)-652/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-652/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(107)-652/2025 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Nərman oğlunun cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda və ##.##.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.5950 ha torpaq sahəsinin kateqoriyasının Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən, yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kimi qeyd edilməməsinə görə IPM-in 120-ci maddəsinə əsasən, cavabdeh barəsində cərimənin tətbiq edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) # ####### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəki Ərazi Idarəsinin üzərinə Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına qeydə alınmış çıxarışda və torpaq sahəsinin plan və ölçü sənədində 6000 kv.m torpaq sahəsinin təyinatının Qax rayonu Qaxingiloy bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** nömrəli protokolu üzrə qəbul edilmiş qərarı və hüquqmüəyyənedici sənədlərə uyğun “sair təyinatlı sahələr” qeyd olunmaqla düzgün icra edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəki Ərazi Idarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəki Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası tərəfindən şikayətə baxılan zaman iddiaçı İddiaçı Nərman oğlu iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddia tələbinin “##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda və ##.##.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.5950 ha torpaq sahəsinin kateqoriyasının Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən, yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kimi qeyd edilməməsinə görə IPM-in 120-ci maddəsinə əsasən, cavabdeh barəsində cərimənin tətbiq edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı Nərman oğlu tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfindən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə məktub göndərilərək hazırkı iş üzrə mübahisə predmeti olan 0.5950 ha torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kimi qeyd olunmaqla düzgün icra edilməsi üçün 20 gün müddət təyin edilmiş, verilmiş müddət ərzində 0.5950 ha torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kimi qeyd olunmaqla düzgün icra edilmədiyi halda IPM 120.1-ci maddəsinə əsasən cərimənin tətbiq ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. ##.##.2026-cı il tarixdə DƏDKR PHŞ-nin ** saylı Şəki Ərazi Idarəsi tərəfindən məhkəmə kollegiyasına daxil olmuş ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktuba əsasən, Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** saylı qərarının icrası cavabdeh tərəfindən təmin olunaraq ********** qeydiyyat nömrəli ərizə ilə 0.5950 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları kimi dəyişdirilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Qaxbaş bələdiyyəsi məktub göndərərək işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi). Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə qanuni qüvvəyə minmiş Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının icrası ilə bağlı ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda və ##.##.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kimi qeyd edilməməsinə görə IPM-in 120-ci maddəsinə əsasən, cavabdeh barəsində cərimənin tətbiq edilməsindən ibarətdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilən ##.##.2026-cı il tarixli *-**- *-**/*-****/**** nömrəli məktubu tədqiq edərək belə qənаətə gəlir ki, cavabdeh tərəfindən Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı tam icra olunduğundan və bununla da mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessal Məcəlləsinin 67 və 87.6-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iddiaçı İddiaçı Nərman oğlunun cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının icrası ilə bağlı ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda və ##.##.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0.5950 ha torpaq sahəsinin kateqoriyasının Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən, yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaqlar kimi qeyd edilməməsinə görə IPM-in 120-ci maddəsinə əsasən, cavabdeh barəsində cərimənin tətbiq edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar