Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-655/2024 25.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı “X5 10.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında Yevlax rayon Havarlı bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli 78/1 №-li qərarının etibarsız hesab edilməsi barədə qərar və prokurora xəbər verilməsinə dair xüsusi qərardad qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)-962/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “X5 10.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında Yevlax rayon Havarlı bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli 78/1 №-li qərarının etibarsız hesab edilməsi barədə qərar və prokurora xəbər verilməsinə dair xüsusi qərardad qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Mingəçevir bələdiyyəsinin əməkdaşları tərəfindən bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə monitorinq (baxış) keçirilərkən Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 594 mənzilli məcburi köçkünlər şəhərciyinə paralel hissədə yerləşən 10.0 ha torpaq sahəsinin kənar şəxs tərəfindən zəbt edilərək istifadə edildiyi aşkarlanmış və bu barədə akt tərtib edilmişdir. Müəyyən edilmişdir ki, həmin torpaq sahəsi Yevlax rayonu Havarlı bələdiyyəsinin sabiq sədri X1 işlədiyi dövrdə saxtalaşdırılaraq Havarlı bələdiyyəsinin 20 iyun 2007-ci il tarixli 78/1 №-li qərarı ilə Ağdam rayonundan məcburi köçkün X2 təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə 30 (otuz) il müddətinə icarəsinə verilmiş və onunla 30 iyun 2007ci il tarixinə 25 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Qeyd etmək istəyirik ki, qərara əlavə olunmuş 05 iyun 2007-ci il tarixli “Torpaq sahəsinin yer quruluşu planında” və xx.xx.2007-ci il tarixli 17- 9/151 №-li rəydə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon Şöbəsinin sabiq müdiri Məharət Mustafayevin imzaları onun işlədiyi dövrdə icra etdiyi həqiqi imzalarını saxtalaşdırılaraq elektron kserosurət kimi həmin sənədlərə köçürülmüşdür və işin bu halına gözlə baxanda açıq-aşkar görünür və həqiqiliyinə şübhə yaradır. Əgər müvafiq məhkəmə ekspertizası keçirilərsə onun saxtalığı üzə çıxar. Bir daha bildirmək istəyirik ki, mübahisələndirilən torpaq sahəsi Mingəçevir şəhərinin inzibati ərazi vahidi daxilində olmaqla, Mingəçevir bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin Havarlı Bələdiyyəsinə heç bir aidiyyəti yoxdur və Havarlı Bələdiyyəsi bilə-bilə şəxsi marağı məqsədilə torpaq sahəsini Altay Məmmədovun adına qeyri-qanuni sənədləşdirmişdir. Diqqətinizə çatdırmaq istəyirik ki, bu Havarlı Bələdiyyəsinin birinci qeyri-qanuni hərəkəti, vəzifədən sui-istifadə əməli deyil və Havarlı Bələdiyyəsi dəfələrlə belə qanunsuz torpaq ayırma hallarına yol vermiş və məhkəmə qərarları ilə onun qərarları etibarsız hesab edilmişdir.
3. CM-in 188.4.2-ci maddəsinə əsasən qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutma, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması cinayət əməlidir. Havarlı bələdiyyəsi öz qulluq mövqeyindən istifadə etməklə mülkiyyətində olmayan torpaq sahəsini illik icarə haqqı məbləği qarşılığında icarəyə verməklə Mingəçevir bələdiyyəsinin mülkiyyət hüququnu pozmaqla cinayət xarakterli əməllərə yol vermişdir. Eləcə də, bu əməli ilə Havarlı bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə (CM, maddə 308) və vəzifə saxtakarlığı (CM, maddə 313) da etmişdir. Onu da qeyd etmək istəyirik ki, Havarlı bələdiyyəsi tərəfindən torpaq sahəsinin icarəyə verilməsinin 2007-ci ilin iyun ayına sənədləşdirilməsinə səbəb 2007-ci ilin noyabr ayından sonra torpaq sahələrinin yalnız hərrac yolu ilə satılması və icarəyə verilməsi olmuşdur ki, qanunvericiliyin bu tələbi də konkret şəxsə sənədləşdirmə aparılmasına çətinlik yaratmışdır.
4. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 9 oktyabr 2024-cü il tarixli 2- 1(116)-962/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli 2-1(107)-655/2024 nömrəli qərardadı ilə X7 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)-962/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)-962/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2- 1(116)-962/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, 10.0 ha torpaq sahəsi X2 təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə 30 (otuz) il müddətinə icarəsinə verilmiş və onunla 30 iyun 2007-ci il tarixinə 25 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır.
2. 30 iyun 2007-ci il tarixinə 25 №-li torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, 10.0 ha torpaq sahəsi X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədilə 30 (otuz) il müddətinə verilmişdir.
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 17-9/151 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
18. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.3-cü maddəsinə əsasən imperativ göstərişinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlə bağlı mübahisələrə məhkəmələr tərəfindən baxılması istisna olunur. Həmin mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməlidir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmalıdır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur.
19. “Bələdiyyələrin statusu haqqında” Qanunun: Maddə 1. Yerli özünüidarə anlayışı Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Maddə 2. Əsas anlayışlar Bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.
25. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
27. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
28. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir.
1. Yevlax rayon Havarlı bələdiyyəsinin X5 10 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında 20 iyun 2007-ci il tarixli 78/1 №-li qərarının etibarsız hesab edilməsi;
2. Həmin qərarı qəbul etmiş sabiq bələdiyyə sədri barəsində xüsusi qərardad qəbul edilməsi;
29. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, bələdiyyə orqanları arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmələr həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyildir. Belə ki, inzibati məhkəmələrin məqsəd və təyinatı inzibati orqanların öz aralarında yaranan mübahisələri həll etmək deyil, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq üçün inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında şəxsi subyektiv hüquqların müdafiəsinə yönəlmiş iddialar mümkün iddialar sayılır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (20 aprel 2012-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
31. Mübahisələndirilən qərara əsasən Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən 10 ha torpaq sahəsi X5 icarəyə verilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin digər mümkünlük şərtlərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tələb olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin ayrıldığı dövrdə Yevlax rayonu Havarlı bələdiyyəsinin, hazırda isə Mingəçevir bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşir.
32. Sözügedən ərazilərlə bağlı inzibati ərazi vahidlərində dəyişikliklər ‘‘Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respiblikası Qanununda dəyişikliklər edilməsi barədə 12 iyun 2012-ci il tarixli 378-İVQD nömrəli Azərbaycan Respiblikası Qanununun 2.13-cü maddəsinə əsasən respublikanın ərazisində rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanları tərəfindən sahə inzibati ərazi dairələri yaradılmışdır. Buna müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydasına uyğun Mingəçevir şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinə dair xəritələr hazırlanmış və sözügedən ərazi Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. Sözügedən Qaydaların müddəlarına uyğun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı qonşu inzibati ərazi vahidi kimi həmin xəritələri təsdiq etmiş və hazırlanmış xəritələr aidiyyəti üzrə təsdiq edildikdən sonra 2012-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və bununla da mövcud olan torpaq mübahisəsinə son qoyulmuşdur.
33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, göründüyü kimi iddiaçı Mingəçevir bələdiyyəsinin hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir. Belə ki, Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən sözügedən 10 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında 20 iyun 2007-ci il tarixli 78/1 №-li qərarı qəbul edilərkən həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Hazırda həmin torpaq sahəsinin Mingəçevir bələdiyyəsinin mülkiyyətinə verilmiş olması həmin tarixə yaranmış hüquq münasibətlərinin, qəbul edilmiş inzibati aktın və onun əsasında bağlanmış mülki əqdin mübahisələndirilməsi ilə bağlı iddiaçıya subyektiv hüquq yaratmır.
34. Məsələnin digər hissəsi isə iddia müddəti ilə bağlıdır. Belə ki, bələdiyyənin subyektiv hüququ mövcud olacağı halda da Mingəçevir bələdiyyəsinin hazırda mübahisələndirdiyi qərar 20 iyun 2007-ci il tarixli qərar olduğundan qanuna əsasən onun mübahisələndirilməsinə dair iddia müddəti tətbiq ediləcəkdir. İddia tələbinin qərarın etibarsız hesab edilməsi formasında ifadə edilməsinə baxmayaraq əslində iddiaçının hüquqi marağı qərarın ləğvinə yönəlmişdir ki, bu da müddətlər baxımdan mümkünlük şərtinə cavab vermir.
35. İddia ərizəsində tələbi kimi irəli sürülən “sabiq bələdiyyə sədri barəsində xüsusi qərardad qəbul edilməsi” tələbi isə məhkəmənin səlahiyyətində olmaqla məhkəmə araşdırması zərurətindən irəli gəlməkdədir. Həmin tələb özlüyündə inzibati icraat predmeti deyildir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
37. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
38. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
39. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)- 962/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)-962/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.