Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-656/2024 28.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığının bərpasına edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(116)-3196/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-3196/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığının bərpasına edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(116)-3196/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşdə olan 24 oktyabr 2024-cü il tarixli məktubda olan, iddiaçı tərəfindən əl yazısı ilə yazılan və şəxsən imzalanan qeyddən görünür ki, Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(116)-3196/2024 nömrəli qərardadı 25 oktyabr 2024-cü il tarixdə İddiaçı təqdim edilmişdir. İş materiallarında olan apellyasiya şikayətindən müəyyən olunur ki, İddiaçı tərəfindən apellyasiya şikayəti 7 noyabr 2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına verilmişdir. İddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması 28 noyabr 2024-cü il tarixə təyin edilmiş, o cümlədən iddiaçıya аpellyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddətdə verilməsini təsdiq edən sübutlаr mövcuddursа, оnlаrı məhkəməyə təqdim etməsi təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti məlumatsızlığına görə ötürmüşdür. Belə ki, onun apellyasiya şikayətinin verilməsi üçün hər hansı müddətin nəzərdə tutulmasından məlumatı olmamışdır. Odur ki, apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətini inzibati iş materialları ilə birlikdə araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilən səbəblərdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Göründüyü kimi, İddiaçı Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-3196/2024 nömrəli qərardadı ona təqdim olunduğu 24 oktyabr 2024-cü il tarixdən 10 gün müddətində, yəni 4 noyabr 2024-cü ilə qədər (3 noyabr 2024-cü ilin qeyri-iş gününə təsadüf etməsi nəzərə alınmaqla) apellyasiya şikayəti verə bilərdi, lakin o, bu müddəti ötürərək apellyasiya şikayətini qərardadın ona verildiyi gündən 14 gün sonra vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikəyəti verilərkən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən apellyasiya mümkün hesab edilməməlidir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası İPM-in 83-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-656/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-656/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver