Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-66/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı“işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin mart ayında Cavabdehnə heç bir yerdə işləməməsi barədə arayış təqdim etmiş, lakin Mərkəz onu işaxtaran kimi qeydə almışdır. İddiaçı dəfələrlə işlə təmin olunması üçün şifahi şəkildə Mərkəzə müraciət etsə də, Mərkəz 4 il ərzində iddiaçını işlə təmin etməmişdir. COVİD-19 pandemiyası dövründə iddiaçıya məlum olmuşdur ki, Mərkəzdə “işsiz” və ya “işaxtaran”kimi qeydiyyata düşmək arasında fərqlər vardır. Buna görə də o, işlə təmin edilməsi üçün Mərkəzə ərizə ilə müraciət etmişdir. 15.05.2020-ci il tarixli cavab məktubunda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədlə Mərkəzə yaxınlaşması bildirilmişdir. İddiaçıya Mərkəzin Şahin adlı əməkdaşı şifahi olaraq bildirmişdir ki, iyun ayının 15-də yaxınlaşsın, onu işlə təmin edəcəkdir. İddiaçı Mərkəzi tərk etdikdən sonra aldadıldığını düşünmüş və 18.05.2020-ci il tarixdə yenidən ərizə ilə Mərkəzə müraciət etmişdir. Məktub 20.05.2020-ci il tarixdə cavablandırılsa da, verilən cavab iddiaçını qane etmədiyi üçün o, yenidən 24.05.2020-ci il tarixində Mərkəzə üçüncü dəfə ərizə ilə müraciət etmişdir. İddiaçının Mərkəzə ünvanladığı sonuncu ərizəyə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı özü Mərkəzə yaxınlaşmış, Mərkəzin rəhbəri və Şahin adlı şəxsin qəbulunda olmuş, lakin onunla kobud və aqressiv şəkildə davranılmışdır. Sonra Mərkəzdəiddiaçıya bir neçə iş yeri arasında seçim etməsini bildirmişlər, iddiaçı isə “Azəriqaz” İBseçərək Mərkəzdən rəsmi göndəriş verilməsini xahiş etsə də, ona göndəriş verilməmişdir.Bundan sonra iddiaçı 15 iyun 2020ci il tarixdə Ağsu rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluğun əməkdaşı telefon vasitəsi ilə Məşğulluq Mərkəzi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, “Azəriqaz” İB ümumiyyətlə iş yoxdur. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh tərəfindən işaxtaran kimi qeydiyyata alınmışdır. Vətəndaş bir neçə dəfə işlə təmin edilməsi ilə əlaqədar Cavabdehndə olmuşdur. Cavabdeh orqan qeyd edir ki, Cavabdehndə olan vakansiyalar idarə, müəssisə və təşkilatlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X1 Sistemində yaradılmış X2 daxil edilmiş boş iş yerləri əsasında formalaşır və Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlara həmin boş iş yerləri haqqında məluma verilir. Əgər vətəndaşın ixtisasına və peşəsinə uyğun münasib iş olarsa həmin vətəndaşa müvafiq vakansiya üzrə elektron vakansiyaya göndəriş verilir. Həmçinin vətəndaşlar esosial.az və e-gov.az portallarında da qeydiyyatdan keçməklə Respublika üzrə olan bütünvakansiyalarla tanış ola və həmin vakansiyalara elektron müraciət edə bilərlər. Vətəndaşların işə qəbulunda (hər idarə üçün təsdiq olunmuş kvota istisna olmaqla) idarə, müəssisə və təşkilatlar sərbəstdirlər və işçinin seçimi işəgötürənlər tərəfindənhəyatakeçirilir. İddiaçı də Mərkəzdə olarkən bütün bu prosedurlar ona izah edilmiş və ona vakansiya Bankında Ağsu rayonu üzrə olan 5 boş iş yerinə (Ağsu rayon Suvarma Sistemləri İdarəsinə, X4 Təsərrüfatı Mərkəzinə, “xxxx”ASC-ə, “xxxx” MMC-yə və Azəriqaz İstehsalat birliyinə (göndərişlər məktuba əlavəolunur)) elektron vakansiyaya göndəriş verilmişdir. Lakin həmin təşkilatlar tərəfindənvətəndaşın işə qəbulundan imtina edilmişdir. Cavabdeh orqan əlavə olaraq bildirir ki, ’’X7" MMC-də sosial işçi kimi işləmək üçün Cavabdehnə müraciət etmiş vətəndaşların adlı siyahısı Ağsu rayon İcra Hakimiyyətinin tabeliyində yaradılmış Araşdırma komissiyasına təqdim edilir. Vətəndaşlar barəsində ümumi məlumatlar araşdırıldıqdan sonra Araşdırmakomissiyası tərəfindən ictimai işlərə cəlb ediləcək vətəndaşlar barəsində təsdiq edilmişadlı siyahı hazırlanır və Cavabdehnə təqdim edilir. İddiaçıpinəçiliklə (ayaqqabı təmiri) məşğuldur və qeyri formal məşğulluqla məşğuldur. Busəbəbdən də işsiz statusuna malik olmaması əsas götürülmüş və “X7” MMC-də ictimai işlərə (təmizlik və abadlıq işlərinə) cəlb edilməsi məqbul hesab edilməmişdir. Əlavə olaraq vətəndaşa ayaqqabı təmiri ilə bağlı özünüməşğulluq layihəsinə cəlbedilməsi və ayaqqabı təmiri ilə bağlı müvafiq yeni avadanlıqlarla təmin edilməsi tövsiyyə olunmuşdur. Lakin İddiaçı özünüməşğulluq layihəsinə cəlb edilməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianın əsssız hesab etdiyindən təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 26.10.2020-cu il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı“işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinədair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardann İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, birinci instansiya məhkəməsinin hakimi MPM-nin 47-ci maddəsinin 4-cü bəndini çox kobud surətdə pozaraq, məhkəmə iclasında məhkəməyə təqdim etdiyi vəsatətlərini, etirazlarını və sübutlarını qəbul etməyərək cəmi 10-15 dəqiqə müddətinə iddiasının təmin edilməməsi barədə qərar qəbul etmişdir. Hakim təqdim etdiyim sübutlara heç bir hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən göstərmişdir ki, onun konstitusion hüquq və azadlıqları və ədalətli məhkəmə araşdırılması hüquqları pozulmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315 saylı qərarının ləğv edilməsini və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərarçıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin 04.03.2016cı il tarixli arayışı, 13.05.2020-ci il və 20.05.2020-ci il tarixli məktubları, cavabdehin məhkəmənin dəftərxanasına 28.09.2020-ci il tarixdə daxil olmuş etiraz məktubu və ona əlavə edilmiş“vakansiyaya göndəriş” sənədləri aiddir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 (otuz) gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Cavabdehin 04.03.2016-cı il tarixli 118 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı Cavabdehndə “işaxtaran” kimi qeydiyyatdadır. Cavabdeh orqanın məktubuna əlavə edilən “vakansiyaya göndəriş” sənədlərindən müəyyən edilir ki, “Azəriqaz” İB və X3 İdarəsində vakansiyalar olsa da, iddiaçı tələb olunan vəzifəyə uyğun olmadığı üçün işəgötürən orqan tərəfindən işlə təmin olunmamışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki,iddiaçı həqiqətən işaxtaran şəxs kimi qeydiyyata alınmış, cavabdeh inzibati orqan tərəfindən vakansiya elan olunmuş orqanlara göndəriş verilmişdir. Lakin həmin təşkilatlar tərəfindən vətəndaşın işəqəbulundan imtina edilmişdir. Vətəndaşların işə qəbulunda idarə, müəssisə və təşkilatlar sərbəstdirlər və işçinin seçimi işəgötürənlər tərəfindən həyata keçirilir. Buna görə dəcavabdeh inzibati orqanın üzərinə iddiaçının işlə təmin edilməsi öhdəliyi qoyula bilməz. İddianın “4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinə dair məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları(inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuşziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi iləmüəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1cimaddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda vəya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpaetmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarınıpozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldənçıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlışəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır.Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçıapellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçın tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1315/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-66/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-66/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver