Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-660/2024 12.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “07 iyul 2023cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, 01 yanvar 2019-cu ildə təyin edilmiş pensiyanın dayandırıldığı 30 yanvar 2023-cü il tarixdən bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət vermiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh orqan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-364/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərardadı ləğv edilmiş, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı məhkəməyə iddia ərizəsi göndərərək, 07 iyul 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, 01 yanvar 2019-cu ildə təyin edilmiş pensiyanın dayandırıldığı 30 yanvar 2023cü il tarixdən bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Balakən rayonu Meşəşambul kəndində 02 oktyabr 1957-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildə kolxozçu kimi başlamış, Sovet Azərbaycan kolxozunda 1978-ci ildən 1986-cı ilə qədər kolxozçu kimi işləmişdir. Əmək göstəriciləri əmək kitabçasında qeyd olunmuşdur. O, 17 noyabr 1987-ci ildən xx.xx.1988-ci ilə qədər Rusiya Federasiyası Arxangelsk Trestində, 1976-1986, 1993- 1996-cı illərdə Balakən rayon Şambul kəndi ərazisində yerləşən Sovet Azərbaycanı kolxozu, 1989-1991 -ci illərdə Balakən rayon Meşəşambul kəndində, Sovet Gürcüstanı kolxozunda işləmişdir. Həmin fakt Balakən rayon Məhkəməsinin 19 mart 2018ci il tarixli 2(019)- 387/2019 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. 02 fevral 2018-ci ildə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixədək müvafiq pensiyasını almışdır. Lakin 2023-cü ilin iyul ayından onun yaşa görə əmək pensiyası qanunsuz olaraq kəsilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialına ünvanlanmış ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Fillialda aidiyyəti üzrə baxılmış və xx.xx.2023-cü ildə imtina məktubu göndərilmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı, xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək 2011-2018-ci illərdə Kapital Bank ASC-nin kassasına (mdss təyinatlı) ödənişlər həyata keçirdiyinə görə xx.xx.2023-cü il tarixdə dayandırılmış pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlər üzrə təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş 3-17-1/2-Q-240141/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda ona Qanunun 22- 1.1-ci maddəsinin tələbləri pozularaq xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən (sözügedən maddənin qüvvəyə mindiyi tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Buna əsasən iddiaçının müraciəti zamanı təqdim etdiyi 2011-2018-ci illər üzrə mədaxil qəbzlərinin düzgünlüyü Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı tərəfindən araşdırılmış və araşdırma zamanı 2012-2018-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmiş, eyni zamanda 2011-ci il üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B2) uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyindən həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabında əks olunmamışdır. Bu səbəbdən İddiaçı təyin edilən əmək pensiyası ləğv edilmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir.
7. Sözügedən dövrlər üzrə "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, həmçinin iddiaçı tərəfindən yuxarıda qeyd edilən dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Həmçinin müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Həmçinin Qanunun 13.2-ci maddəsinə və Nazirliyin Kollegiyasının 26 fevral 2021-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası’’nın 2.1-ci bəndinə əsasən "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs’lərin sığortaçıda uçota alınması, uçotdan çıxarılması, həmçinin uçot məlumatlarına hər hansı dəyişikliyin edilməsi Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır.
8. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək vəzifəsi üzərində olan İddiaçı tərəfindən müvafiq Forma B2 və Forma B3 məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Digər tərəfdən ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.
9. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Eyni zamanda pensiya işinə əlavə olunan əmək kitabçasının və Balakən rayon Məhkəməsinin qərarının surətinə əsasən iddiaçının faktiki sığorta stajı 18 il 5 ay 16 gün təşkil etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, 01.01,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat, 01.01 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin bir hissəsi iddiaçıya xx.xx.2019-cu il tarixdən ödənilməli olan müavinətin məbləği ilə əvəzləşdiriləcəkdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il imtina məktubu. - cavabdehin 07 iyul 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı - "xxxx" ASC-nin Balakən rayon filialının xx.xx.2024-cü il tarixli, 21 nömrəli arayışı.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (...)
22. “Sosial sığorta haqqında” Qanun Maddə 4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; (...). Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. .
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
30. İddia tələbinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: 1. 07 iyul 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, 2. 01 yanvar 2019-cu ildə təyin edilmiş pensiyanın dayandırıldığı 30 yanvar 2023-cü il tarixdən bərpa edilməsi, 3. tutulmuş məbləğin geri qaytarılması.
31. Mübahisələndirilən ”07 iyul 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında” qərardan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində PSK öz əksini tapmadığından tələb olunan sığorta stajının yığılmaması, buna görə də əmək pensiyası hüququnun yaranmaması qeyd edilmişdir. İddiaçının xx.xx.2018ci il tarixdən – xx.xx.2023-cü il tarixədək aldığı 13956,68 manat artıq ödəmənin nəzərə alınması qeyd edilmişdir.
32. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 2012-2018-ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının aşkar edilməməsi, eyni zamanda 2011-ci il üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B2) uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın (Forma B3) təqdim edilməməsi və həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabında əks olunmaması əsas gətirilərək pensiya ödənişləri dayandırılmaqla artıq ödəmə müəyyən edilmişdir.
33. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: -1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.
34. Birinci və ikinci şərt də iddiaçıya münasibətdə mövcud olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir.
35. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.
36. Cavabdeh hesab edir ki, iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqı fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olaraq qeydə alınmamışdır.
37. İş materiallarında olan "xxxx" ASC-nin Balakən rayon filialının xx.xx.2024- cü il tarixli, 21 nömrəli arayışından görünür ki, iddiaçı Balakən Maliyyə İdarəsinin hesabına xx.xx.2016-cı il tarixdə “TORPAĞİN MDSS DSMF İddiaçı” təyinatı ilə 42,40 AZN və xx.xx.2017-ci il tarixdə “DSMF torpağın MDSS İddiaçı” təyinatı ilə 46,80 AZN ödəniş etmişdir.
38. Ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi müəyyən edilməmişdir.
39. Bununla da iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi vəzifəsi yerinə yetirilmişdir. Həmin vəsaitin düzgün olaraq iddiaçının fərdi hesabında əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz.
40. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması ilə bağlı cavabdehin dəlilləri tamamilə əsassızdır.
41. İddiaçıya xx.xx.2019-cu ildə yaşa görə əmək pensiyasının təyin edilməsi düzgün olduğundan sonradan “əmək pensiyası hüququnun yaranmaması və 13956,68 manat artıq ödəmənin müəyyən edilməsi barədə” cavabdehin qəbul etdiyi 07 iyul 2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərar mahiyyət etibarilə əsassız olmuşdur.
42. “Əmək pensiyaları haqqında" Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
43. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
44. Məhkəmə kollegiyası hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
45. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraata başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
46. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
47. Nəzərə alınmalıdır ki, “əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qüvvədə olan əmək pensiyasının məbləğinin yenidən hesablanmasına xidmət etməklə təyin edilmiş yaşa görə əmək pensiyasının ləğvi barədə inzibati akt kimi qiymətləndirilə bilməz.
48. Hazırkı iş üzrə cavabdeh orqanın mübahisələndirilən “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı məzmun etibarilə artıq ödəmənin müəyyən edilməsinə yönəlmiş və artıq ödəmənin müəyyən edilməsi iddiaçının yaşa görə əmək pensiyası hüququnun olmaması ilə əsaslandırılmışdır.
49. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(116)-665/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.