Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-661/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab olunması, əlilliyinin yarandığı vaxt xx.xx.1992-ci ildən xx.xx.2019-cu il tarixə kimi pensiyanın yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 2-1(116)-2600/2023 nömrəli qərardadından iş üzrə iddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 oktyabr 2023-cü il tarixli 2- 1(116)-2600/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab olunması, əlilliyinin yarandığı vaxt xx.xx.1992-ci ildən xx.xx.2019-cu il tarixə kimi pensiyanın yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı vəkili Nümayəndə аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 2-1(116)-2600/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması 7 dekabr 2023-cü il tarixə təyin edilmiş, o cümlədən iddiaçıya və vəkilinə аpellyаsiyа şikаyətinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması və şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin burаxılmаsı barədə məlumat verilmiş, bununla bağlı sübutlаrı mövcuddursа, оnlаrı məhkəməyə təqdim etmələri təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddia tərəfi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətini inzibati iş materialları ilə birlikdə araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilən səbəblərdən cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalıdır. İşdə olan AR-İİ seriyalı 458256 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı vəkil Nümayəndə 14 sentyabr 2021-ci il tarixdə 2 il müddətinə, yəni 14 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü, İnzibati Prosessual Məcəlləsinin 31-ci və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məhkəmə işləri üzrə bütün instansiya məhkəmələrində onu təmsil etmək və onun əvəzindən bütün prosessual hərəkətləri etmək səlahiyyətlərini etibar etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının vəkili Nümayəndə tərəfindən apellyasiya şikayəti 14 noyabr 2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Həmin Məcəllənin 86.1.1-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayət daxil olduqdan sonra şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanması yoxlanılmalıdır. Göründüyü kimi Nümayəndə apellyasiya şikayətini imzalayan zaman İddiaçı tərəfindən ona verilmiş etibarnamə müddəti bitdiyindən qüvvədən düşmüşdür. Belə olan halda Nümayəndə sözügedən apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Həmçinin işdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Şəki İnzibati Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 2-1(116)- 2600/2023 nömrəli qərardadı 16 oktaybr 2023-cü il tarixdə Nümayəndə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdə poçt vasitəsi ilə İddiaçı göndərilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı 25 oktyabr 2023-cü il tarixdə xəbərnaməyə imza edərək məhkəmə qərarını qəbul etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini 14 noyabr 2023-cü il tarixdə vermişdir. Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının 5.4.1-ci bəndinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi sahəsində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqi aparılması tapşırılmışdır. Həmin Fərmanın ... 7.5.2-ci bəndinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görülməsi; 7.5.3. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmənin yekun qərar və qərardadları “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirildikdən sonra iş üzrə tərəf olan inzibati orqan onlara məxsus elektron kabinet vasitəsilə məhkəmə aktları qəbul edilsə belə qəbul edildiyi tarixdən məhkəmənin yekun qərar və qərardadlarından qanunvericiliklə müəyyən olunmuş müddət ərzində şikayət verilməməsi ilə bağlı müəyyən mübahisələr yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, göstərilən qanunvericiliyin müddəalarına əsasən elektron kabinetə yerləşdirilən məhkəmə sənədləri (məhkəmə bildirişləri, məhkəmə aktları və s.) həmin andan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkili Nümayəndə tərəfindən apellyasiya şikəyəti verilərkən şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, həmçinin şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası İPM-in 83-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-661/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-661/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver