Məhkəmə qərarları › İş №2-1(107)-662/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-662/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-662/2025 18.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri Qarabağ qəsəbəsi ünvanında yerləşən 0,04 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-458/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı şəhəri Qarabağ qəsəbəsi ünvanında yerləşən 0,04 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin tikilməsi üçün xx.xx.2013-cü il tarixdə İsmayıllı Bələdiyyəsinin ehtiyat fondunda olan 0,04 ha torpaq sahəsinin ona satılması xahişi ilə İsmayıllı Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə xx.xx.2013-cü ildə bələdiyyə orqanının iclasında baxılmış və İsmayıllı şəhər Qarabağ qəsəbəsi adlanan ərazisindən 0.04 ha torpağın ona satılması qərara alınmışdır. Ona satılmış və həmin qərara müvafiq olaraq 12 iyul 2013-cü il tarixdə "xxxx" ASC-nin İsmayıllı filialından İsmayıllı bələdiyyəsinin **********00 saylı hesabına (qəbz № 4) 1224.00 (bir min iki yüz iyirmi dörd) manat ödəniş aparmışdır. (ödəniş qəbzi işə əlavə olunur). İsmayıllı Bələdiyyəsinin 17 iyul 2013-cü il tarixli 16 saylı qərarına əsasən torpağın alqı-satqısına dair akt tərtib etməklə, İsmayıllı bələdiyyəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsinin planı və ölçüsü DT və XK tərəfindən dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 105 nömrə ilə uçota alınmışdır. Bundan sonra İsmayıllı Bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planından çıxarış tərtib edilərək ona təqdim olunmuşdur. Daha sonra, sözügedən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarışın verilməsi üçün Azərbaycan Respublikasın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuşdur. Etdiyi müraciətinə xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1- 00xx-xx/2024 nömrəli məktub ilə cavab verilmişdir. Verilmiş cavab məktubunda qeyd edilmişdir ki, ona satılmış torpaq sahəsi "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişiklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli 466-111 QD nömrəli Azərbaycan Respublikası qanununun, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyələr torpaq sahələri üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilmədiyini əsas gətirərək, İsmayıllı Bələdiyyəsinin 17 iyul 2013-cü il tarixli 16 saylı qərarı ilə ona ayrılmış 0.04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. - Hesab edir ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 16 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,04 ha torpaq sahəsində fərdi ev tikmək məqsədi ilə ona satılması qərara alınmış və onun tərəfindən xx.xx.2013-cü il tarixli 04 nömrəli qəbzlə, İsmayıllı Bələdiyyəsinin hesabına torpağın alqı-satqısına görə 1224.00 (bir min iki yüz iyirmi dörd) manat ödəniş aparılmış və alqı-satqısına dair akt İsmayıllı rayon Torpaq şöbəsində 17 iyul 5-ci il tarixdə 105 nömrə ilə qeydiyyata alınmışdır. - Bundan başqa, İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti X2 ünvanladığı xx.xx.2013-cü il tarixli 109 saylı məktubu ilə 0,04 ha həyətyanı torpaq sahəsinin ona satılmasına etiraz edilməmiş və DT və XK-nin İsmayıllı rayon X2 ünvanladığı xx.xx.2013-cü il tarixli 165 nömrəli məktubu ilə də, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0,04 ha həyətyanı torpaq sahəsinin ona satılmasına etiraz etməmişdir. İsmayıllı Bələdiyyəsinin hüdudları daxilində olan torpaqların elektron kadastr planından çıxarış tərtib edilərək ona təqdim olunmuşdur ki, İsmayıllı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 16 saylı qərarı ilə ona 400 m2 torpaq sahəsi İsmayıllı rayon Torpaq şöbəsində xx.xx.2014-cü il tarixdə 6883 nömrə ilə qeydiyyata alınmışdır. - Bütün bunlara baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi ona ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1-00xx-xx/2024 nömrəli cavab məktubunda göstərmişdir ki, sözügedən torpaq sahəsini onun adına qeydiyyata alıb, çıxarış verilməsindən həmin məktubda sadalanan səbəblərə görə imtina edilmişdir. Beləliklə, işin faktiki hallarını, eləcə də təqdim olunmuş materiallar ilə müəyyən olunduğunu nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutub hesab edir ki, İsmayıllı Bələdiyyəsinin ərazisində daimi yaşadığından və eyni zamanda beş ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğundan və bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq İsmayıllı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 16 saylı qərarına əsasən 400 m2 torpaq sahəsi ona satıldığından, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, bu nəticəyə gəlmişdir ki, onun 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi barədə tələb etmə hüququna malik olduğundan cavabdehin üzərinə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınıb, çıxarış vermək öhdəliyi qoyulmalıdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı İsmayıllı rayonu, İsmayıllı Bələdiyyəsindən əldə etdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə Çıxarış və plan ölçüsü sənədinin verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu, X1 Əli Aslan oğluna 0,04 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2013-cü il tarixli 16 saylı qərarı Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il tarixli 466-111 QD nömrəli Azərbaycan Respublikası Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il, 271 saylı sərəncamından irəli gələn tələblərə cavab vermir. - Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda birdirirlər ki, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-458/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri Qarabağ qəsəbəsi ünvanında yerləşən 0,04 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-458/2025 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati məhkəməsi hər hansı əsaslandırma aparmadan iddianı mümkün hesab etməmişdir. Hesab edir ki, hazırkı mübahisəyə dair birinci instаnsiyа məhkəməsi iddiasında sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-458/2025 nömrəli qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin üçüncü şəxs İsmayıllı bələdiyyəsi ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də, apellyasiya şikayəti təmin ediləcəkdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

14. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iş üzrə əldə edilmiş 30 aprel 2025-ci il tarixli, 3-21-3-42/2-1883/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, “İddiaçı faktiki naturada istifadəsində olan 0,0520 hektar (520 kv.m) torpaq sahəsi İsmayıllı şəhərində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və Torpaqların Elektron KadastrUçotu İnformasiya Sisteminə (TEKUİS) əsasən İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntələrinin torpaqları kateqoriyasına aid perspektiv inkişaf üçün ayrılmış, uqodiyası həyətyanı sahə olan ərazidə yerləşir. İddiaçı faktiki naturada istifadəsində olan 0,0520 hektar (520 kv.m) torpaq sahəsinin 0,0095 hektar (95 kv.m) hissəsi İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntələrinin torpaqları kateqoriyasına aid perspektiv-inkişaf üçün ayrılmış, uqodiyası həyətyanı sahə olan bələdiyyə mülkiyyəti ilə, 0,0045 hektar (45 kv.m) hissəsi Hüquqların Dövlət reyestrində **********2 saylı çıxarışla qeydiyyata alınmış başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. - İddiaçı faktiki naturada istifadəsində olan 0,0520 hektar (520 kv.m) torpaq sahəsi ilə İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 16 saylı qərarı ilə İddiaçı ayrılmış və adına tərtib olunmuş A № 483397 saylı plan və ölçü sənədində hissədə üst-üstə düşür. İddiaçı faktiki naturada istifadəsində olan 0,0520 hektar (520 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. - Həmin rəyə əlavə edilmiş “Yerquruluşu planı”nda qeyd edilmişdir ki, “iddiaçının nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş İddiaçı istifadəsində olan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissəsi S= 0,0095 ha (95 kv.m) - İddiaçının nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş İddiaçı istifadəsində olan torpaq sahəsinin Hüquqların Dövlət reyestrində **********2 saylı çıxarışla qeydiyyata alınmış başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi S= 0,0045 ha (45 kv.m).”. - Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin 45 kv.m hissəsinə X6 adına “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********2 nömrəli çıxarış mövcuddur. - Hazırkı halda X6 adına aparılmış **********2 nömrəli qeydiyyat həqiqi hesab edilir və onun qeyri-dəqiq olması ilə bağlı iddiaçının ayırıca icraatda mübahisələndirmək hüququ mövcudddur. Sözügedən reyestrdəki qeydin qeyri-dəqiqliyi sübuta yetirilməyincə hazırkı işə mahiyyəti üzrə baxılması mümkün deyil.

15. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

17. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

18. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

19. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.

20. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

22. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı “İsmayıllı şəhəri Qarabağ qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın verilməsi”ndən ibarətdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsi ilə bağlı cavabdeh orqana müraciət olunaraq mütəxəssis rəyi alınmışdır. Həmin rəydə göstərilmişdir ki, İddiaçı faktiki naturada istifadəsində olan 0,0520 hektar (520 kv.m) torpaq sahəsi ilə İsmayıllı bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 16 saylı qərarı ilə İddiaçı ayrılmış və adına tərtib olunmuş A № 483397 saylı plan və ölçü sənədində 0.0380 ha hissədə üst-üstə düşür.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirdi ki, iddiaçı, fərdi yaşayış evinin tikilməsi məqsədilə xx.xx.2013-cü il tarixdə İsmayıllı Bələdiyyəsinin ehtiyat fondunda olan 0,04 ha torpaq sahəsinin ona satılması xahişi ilə bələdiyyəyə ərizə ilə müraciət etmişdir. Ərizəyə xx.xx.2013-cü il tarixli bələdiyyə iclasında baxılmış və İsmayıllı şəhəri Qarabağ qəsəbəsi adlanan ərazidən 0,04 ha torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, iddiaçının faktiki naturada istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 0,0520 ha təşkil etsə də, iddiaçı yalnız ona bələdiyyə tərəfindən 2013-cü ildə satılmış 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmasını və çıxarış verilməsini tələb edir. Həmin 0,04 ha torpaq sahəsi 0,0520 ha sahəsinin daxilində yerləşir, X6 mülkiyyətində olan torpaq sahəsinin 45 kv.m hissəsinin onun mülkiyyətinə verilməsini istəmir. Həmin torpaq sahəsi çıxıldıqda belə onların 0.04 ha torpaq sahəsi yerində qalır.

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasını əsaslandırarkən “iş üzrə təqdim edilmiş 30 aprel 2025-ci il tarixli 3-21-3-42/2-1883/2025 nömrəli mütəxəssis rəyinə” istinad etmişdir. Həmin rəydə iddiaçının faktiki naturada istifadəsində olan 0,0520 ha torpaq sahəsinin 0,0045 ha hissəsinin Hüquqların Dövlət Reyestrində **********2 saylı çıxarışla başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı faktiki istifadə etdiyi 0.0520 ha torpaq sahəsinin deyil, bələdiyyə qərarı ilə ona ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. İddiaçı, X6 mülkiyyətində olan torpaq sahəsinin 45 kv.m hissəsindən faktiki istifadə etsə də, onun ümumi istifadə etdiyi torpaq sahəsi İsmayıllı Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 16 saylı qərarına əsasən satılan 400 kv.m. torpaq sahəsindən artıqdır.

27. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin dinlənilmə hüququ təmin edilməklə, iddiaçının hüquqi marağına uyğun 0,0045 ha hissənin nəzərə alınmadan (hazırda iddiaçının nümayəndəsi həmin hissə üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmir) bələdiyyə qərarı əsasında satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması istiqamətində araşdırma aparılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan və bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış plan ölçü sənədində göstərilən 0.0380 ha torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olmadığı mütəxəssis rəyi ilə müəyyən edilmiş və həmin hissədə iddiaçının iddiasının təmin edilməsi üçün iş materiallarında olan sübutları araşdırmadan iddia tam şəkildə deyil, ən azından bu hissədə mümkün sayılmalıdır.

29. İddiaçının nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş İddiaçı istifadəsində olan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissəsində də (S= 0,0095 ha (95 kv.m)) əlavə araşdırma aparılmaqla həmin hissənin də iddiaçıya bələdiyyə qərarı ilə satılmış torpaq sahəsinin ölçülərinə müvafiq olaraq uyğunlaşdırma məsələsi də tərəflərlə müzakirə edilməlidir.

30. İşdə olan müətəxəssis rəyindən də görünür ki, İddiaçı faktiki naturada istifadəsində 520 kv.m torpaq sahəsi var. Həmin torpaq sahəsinin 45 kv.m hissəsinə X6 adına “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********2 nömrəli çıxarış mövcuddur. Məhkəmə tərəfindən də iddiaçının hüquqi marağına uyğun olaraq 475 kv.m. torpaq sahəsinin daxilində onun iddia etdiyi 400 kv.m. torpaq sahəsinin məhz həmin torpaq sahəsinin hansı hissəsində yerləşməsi müəyyən edilməli, bu araşdırmalar aparıldıqdan sonra isə iddianın mümkünlüyü və iddia tələbinin hüquqi əsaslılığı yenidən qiymətləndirilməlidir.

31. Hər bir halda mütəxəssis rəyində qeyd edilənlər ətraflı şəkildə iddiaçıya izah edilməli, daha sonra zərurət yarandığı halda iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət etməsi də izah olunmalı, nəticəyə uyğun qərar qəbul edilməlidir.

32. İddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçının hüquqi marağı yalnız ona bələdiyyə tərəfindən satılmış 0,04 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsindən ibarətdir və üçüncü şəxslə torpaq sahəsi ilə bağlı aralarında mübahisə mövcud deyildir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

34. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddianın yenidən mümkünlüyü əsaslarını yoxlayaraq müvafiq prosessual hərəkətləri həyata keçirməlidir.

36. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

37. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli 2-1(116)-458/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar