Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-67/2020 04.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı "Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsinə aid, X1 adına olan xx.xx.2006-cı il tarixli JN-1556D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin 0,28 ha torpaq sahəsi onun mülkiyyətinə verilməklə adına mülkiyyət hüququna dair sənəd verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 18 saylı X6 üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1361/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarına əsasən, rayonun Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsi üçüncü şəxs X1 mülkiyyətinə verilmiş və onun adına JN-1556D kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı X8 ərizə ilə müraciət edərək, həmin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. (bax: cavabdehin xx.xx.2019-cu il tarixli etirazı) İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehlər DƏDRX-nin 18 saylı X8 və Zaqatala Rayon X4rşı "Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsinə aid, X1 adına olan xx.xx.2006-cı il tarixli JN1556D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin 0,28 ha torpaq sahəsi onun mülkiyyətinə verilməklə adına mülkiyyət hüququna dair sənəd verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 18 saylı X6 üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, 1985-ci ildə kəndə yaxın ərazidə yol kənarındakı yararsız daşlıq və kolluq ərazini təmizləyib oraya 35 topa fındıq ağacı əkib becərmişdir. Oradan ailəsini saxlamaq üçün mal-qaraya ot və fındıq yığır. Hər il həmin 0,28 ha torpaq sahəsinə qulluq etməklə daşlıq ərazini yararlı hala salmışdır. Hal-hazırda da həmin sahədən istifadə edir. O, 2019-cu ilin əvvəllərində X7 torpağı öz adına keçirmək istəyəndə məlum olmuşdur ki, torpaq sahəsi onun istifadəsində ola-ola ona bildirilmədən X1 mülkiyyətinə verilmişdir. Cavabdeh DƏDRX-nin 18 saylı X11 xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi İdarənin səlahiyyətində deyil. Üçüncü şəxs Zeynalov Kamran Ziyavəddin oğlu məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli ərizədə iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı islahat zamanı payına düşən torpaq sahəsini artıqlaması ilə almışdır, 0,28 ha torpaq sahəsi isə 2-ci qrup Qarabağ əlili kimi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə iddiaçının heç bir hüququ yoxdur. İddia ərizəsində Zaqatala Rayonu X12 də cavabdeh kimi göstərilsə də, iddiaçı ona qarşı tələbinin nədən ibarət olmasını göstərmədiyinə, eyni zamanda, yaranmış mübahisənin həlli üçün Zaqatala Rayon X4rşı hər hansı iddia tələbi irəli sürülməsinə zərurət olmadığına görə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, iddia cavabdeh Zaqatala Rayon X12nə aid hissədə mümkün sayılmamışdır. Ona görə də hazırkı qərarda iddianın yalnız cavabdeh DƏDRX-nin 18 saylı X8 aid hissəsi araşdırılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1361/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı X3rşı "Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsinə aid, X1 adına olan xx.xx.2006-cı il tarixli JN-1556D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin 0,28 ha torpaq sahəsi onun mülkiyyətinə verilməklə adına mülkiyyət hüququna dair sənəd verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 18 saylı X6 üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh kimi X9 məhkəmə baxışına çağırmamış, əvəzində cavabdeh DƏDRX-nin 18 saylı X10 cavabdeh qismində məhkəməyə dəvət etmişdir. Hal-hazıra kimi torpağın sahibidir, həmin sahəni ətrafı bağlanaraq giriş qapısı qoymaqla istifadə edir. Həmin ərazini 80-ci illərdə SSRİ və Azərbaycan SSR hökumətlərinin qərarı ilə ölkədə əhalinin ərzaqla təminatını yaxşılaşdırmaq üçün ərzaq proqramına əsasən yararsız torpaq sahələrini yararlı hala gətirməklə bağ-bostançılığın inkişafı üçün təsərrüfatda çalışanlara bu sahədə köməklik göstərilirdi. Bu məqsədlə kolxozun razılığı ilə həmin ərazini yararlı hala salmış və hal-hazırda da istifadə edir. 2006-cı ildə Zaqatala rayonu X7 işləyən X2 bələdiyyə sədri, hüquqşünası və torpaq ölçmə işləri ilə məşğul olan mühəndislə birlikdə ona heç bir yazılı və şifahi məlumat vermədən həmin 0,28 ha torpaq sahəsinə bələdiyyə üzvlərinin iştirakı ilə qərar çıxarılmışdır. Halbuki o, həmin torpağın iki oğluna verilməsi üçün dəfərlərlə müraciət etmişdir. X12 torpaq sahəsinin verilməsində ədalət prinsipini pozduğuna, vəzifəsindən suiistifadə etdiyinə görə məsuliyyət daşımalı məhkəməyə cavabdeh qismində çağrılmalıdır. Etdiyi şikayət əmlak (pay) torpağa aid deyil, fərdi-həyətyanı torpağa aiddir ki, bu zaman mübahisəli ərazinin torpaq sərhədləri dəyişilmir, vətəndaşın pozulmuş hüququna ədalət məhkəməsində baxılır. İddiaçı kimi torpağa sahiblik etdiyini təsdiq edən və kənd əhalisi tərəfindən imzalarla təsdiq olunan aktı məhkəməyə təqdim etmişdir.Torpağa dair sənədi olmadığı üçün şikayəti araşdırılmamışdır. Məhkəmə heç olmasa cavabdeh olan X1 adına verilmiş 0,12 ha və 0,28 ha torpaq aktlarından birini ləğv etməli idi. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1361/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1361/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRX-nin 18 saylı X11 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - JN-1556D kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarına əsasən, rayonun Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. - Zaqatala Rayonu X9n xx.xx.2019-cu il tarixli 135 nömrəli məktubundan görünür ki, İddiaçı həmin kəndin Muğanlı küçəsinin şərq hissəsində əkib-becərdiyi 35 ədəd fındıq ağacının yerləşdiyi 0,28 ha torpaq sahəsi islahat zamanı xx.xx.2006-cı il tarixli JN-1556D nömrəli sənəd ilə X1 mülkiyyətinə işlənmişdir. - Zaqatala Rayonu X9n xx.xx.2020-ci il tarixli 4 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Muğanlı yolunun solunda olan 0,28 ha torpaq sahəsinə sahiblik edir. Bu barədə kənd sakinlərinin iştirakı ilə akt tərtib edilmiş və imzalarla təsdiqlənmişdir. - 1x xxxx 2019-cu il tarixli aktdan görünür ki, kənd sakinləri tərəfindən imzalarla təsdiq edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi hazırda İddiaçı istifadəsindədir. - Zaqatala Rayon X9n xx.xx.2020-ci il tarixli 4 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Muğanlı yolunun solunda olan 0,28 ha torpaq sahəsinə sahiblik edir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1361/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarına əsasən, rayonun Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsi üçüncü şəxs X1 mülkiyyətinə verilmiş və onun adına JN-1556D kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı X8 ərizə ilə müraciət edərək, həmin "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş, lakin sonuncu bundan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi İdarənin səlahiyyətində olmadığından imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehlər DƏDRX-nin 18 saylı X8 və Zaqatala Rayon X4rşı "Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsinə aid, X1 adına olan xx.xx.2006-cı il tarixli JN1556D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi, həmin 0,28 ha torpaq sahəsi onun mülkiyyətinə verilməklə adına mülkiyyət hüququna dair sənəd verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 18 saylı X6 üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı haqlı olaraq əsassız hesab etmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 5-ci hissəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. xx xxxxx 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddədə, beşinci hissədə "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ, İİİ və İV hissələrinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mаddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsındа (13 və 29-cu mаddələr) və ölkəmizin qоşulduğu beynəlxаlq-hüquqi аktlаrdа (İnsаn hüquqlаrı hаqqındа Ümumi Bəyаnnаmənin 17-ci mаddəsi, İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvensiyаyа 1 sаylı əlаvə prоtоkоlun 1-ci mаddəsi və s.) nəzərdə tutulmuş fundаmentаl insаn hüquqlаrı sırаsındа mühüm yer tutur. Mülkiyyət hüququ hаmılıqlа qəbul edilmiş аli insаni dəyərləri özündə əks etdirən demоkrаtik cəmiyyətin, hüquqi dövlətin təməl dаşlаrındаn biri hesаb edilir. Yuxаrıdа qeyd оlunаn qаnunvericilik müddəаlаrının mənаsınа görə mülkiyyət hüququ təbiət etibаrilə nəinki mülkiyyətçinin hüquqi təsbit оlunmuş geniş səlаhiyyətləridir (оnа məxsus оlаn əmlаkа fаktiki sаhib оlmаq, öz tələbаtlаrının təmin оlunmаsı üçün təyinаtındаn аsılı оlаrаq bu əmlаkdаn istədiyi kimi istifаdə etmək, əmlаk hüquqi müqəddərаtını öz irаdəsinə görə müəyyən etmək), həm də qüvvədə оlаn qаnunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qаnunlа qоrunаn mаrаqlаrını pоzmаdаn mülkiyyətçinin dövlət tərəfindən təminаt аltınа аlınmış həmin əmlаk üzərindəki hüquqlаrınа üçüncü şəxslərin qeyri-hüquqi müdаxiləsini аrаdаn götürmək, bu zаmаn öz mülаhizəsinə görə və mаrаqlаrınа uyğun hərəkət etmək səlаhiyyətidir. Bundаn əlаvə, «F.Ə.Hüseynоv və А.Ə.Qаsımоvun şikаyətləri ilə əlаqədаr məhkəmə аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstiutsiyаsının və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tаrixli Qərаrındа qeyd edilir ki, mülkiyyət hüququnun tаm həcmdə müdаfiəsi hüquqi dövlətə xаs оlаn аli dəyərlərdən biri kimi qiymətləndirilir. Аzərbаycаn Respublikаsı Kоnstiutsiyаsı bu hüququ təsbit etməklə оnun effektiv vаsitələrlə təmin оlunmаsınа zəmаnət verir. Məhz bunа görə də mülkiyyət hüququ əsаs insаn və vətəndаş hüquqlаrı və аzаdlıqlаrı sırаsındа göstərilmişdir. Аzərbаycаn Respublikаsının tərəfdаr çıxdığı «İnsаn hüquqlаrı və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvensiyаsının 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən hər bir fiziki şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə hüququnа mаlikdir. Heç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı» insаn hüquqlаrı və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və insаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin presedentlərinin tətbiqi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilmişdir ki, Аzərbаycаn Respublikаsı «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа» Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci ilin аprel аyının 15-dən kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiyyətini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının pоzulmаsı ilə bаğlı məhkəmələr Kоnvensiyа müddəаlаrını rəhbər tutmаlı və bu zаmаn İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin təcrübəsinə istinаd etməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarına əsasən, rayonun Aşağı Tala kəndində yerləşən 0,28 ha torpaq sahəsi üçüncü şəxs X1 mülkiyyətinə verilmiş və onun adına JN-1556D kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Şəhadətnamə mülkiyyət hüququnu təsdiq edən sənəddir və hal-hazırda qüvvədədir. İddiaçı isə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında mübahisələndirdiyi 0,28 ha torpaq sahəsinin onun istifadəsində olduğunu bildirsə də, bu istifadənin qanuni olması barədə heç bir sübut təqdim edə bilmədi və həmin torpaq sahəsinin islahatdan əvvəl ona ayrılması barədə heç bir qərar, sərəncam, yaxud digər aktın mövcud olmadığını qeyd etdi. Həmçinin, kollegiya Zaqatala Rayon X9n cavabdeh qismində dəvət edilməməsi ilə bağlı dəlilinə münasibət bildirirərək qeyd edir ki, iddia ərizəsində Zaqatala Rayonu X12 cavabdeh kimi göstərilsə də, iddiaçı ona qarşı olan tələbini göstərməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya Zaqatala Rayon X9 cavabdehlər sırasından xaric etməsi, yaxud da ona qarşı konkret iddia tələbini göstərməsi təklif edilmişdir. İddiaçı məhkəmənin təklifinə xx.xx.2019-cu il tarixli ərizə ilə cavab versə də, Zaqatala Rayon X4rşı tələbinin nədən ibarət olmasını yenə də izah edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi Zaqatala Rayonu X12nə münasibətdə mümkün sayılmamışdır. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların vətəndaşların mülkiyyətinə verilməsi üçün tələb olunan şərt bundan ibarətdir ki, həmin torpaq sahəsi vətəndaşın qanuni istifadəsində olmalıdır. İddiaçı isə mübahisələndirdiyi 0,28 ha torpaq sahəsinin onun istifadəsində olduğunu bildirsə də, bu istifadənin qanuni olması barədə heç bir sübut təqdim edə bilmədi. Əksinə, bildirdi ki, həmin torpaq sahəsinin islahatdan əvvəl ona ayrılması barədə heç bir qərar, sərəncam, yaxud digər akt mövcud olmamışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, 0,28 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yaranmamışdır, bu səbəbdən də onun hazırkı iddia tələbi əsaslı deyil və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1361/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-67/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-67/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver