Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-67/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “**********38 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(116)-1291/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********38 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yaşayır. Yaşadığı ünvan kolxozçu təsərrüfatı olmuşdur. X2 təsərrüfatında 0,15 ha həyətyanı torpaq sahəsi olmuşdur. ünvan 3 keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna əsasən X2 ölümündən sonra onun adında olan 0,15 ha həyətyanı torpaq sahəsi anası X3 adına keçirilmişdir. Bundan sonra əsassız olaraq anasının adında olan 0,15 ha həyətyanı torpaq sahəsi heç bir əsas olmadan azaldılaraq 0,05 ha həyətyanı torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN 517A nömrəli şəhadətnamə hazırlanmışdır. Eyni zamanda ona bitişik olan 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-1902 saylı Dövlət Aktı hazırlanmışdır. Anasına məxsus olan 0,15 ha torpaq sahəsinin 0,10 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi Dövlət Aktına işlənmişdir. Anasının ölümündən sonra ona məxsus olan daşınmaz əmlakları vərəsəlik qaydasında öz adına keçirmişdir. Belə ki, öz adına 04 may 2021-ci il tarixdə 0,0593 ha həyətyanı torpaq sahəsinə reyestr nömrəsi **********12 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 27 aprel 2021-ci il tarixdə 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə reyestr nömrəsi **********38 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bundan sonra Balakən rayonu keçmiş Q.Musabəyov adına kolxozun qərarı ilə mərhum anası X5 verilmiş 0,15 ha torpaq sahəsinin çıxarış əsasında adına rəsmiləşdirilmiş 0,0593 ha torpaq sahəsindən əlavə olan hissəsinə ölçülərini yerində müəyyən edərək faktiki sahəyə uyğun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizəyə 29 iyul 2021-ci il tarixli **********95 nömrəli imtina məktubu verilmişdir. Cavabdeh 29.07.2021-ci il tarixli **********95 nömrəli imtinasında bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (ünvan 3 Q.Musabəyov adına kolxozun 07 sentyabr 1989-cu il tarixli, 5 saylı ümumi yığıncaq protokolundan çıxarışın və ya arxiv arayışının) əsli, qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 39 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü təqdim olunmalıdır. Həmçinin cavabdeh məhkəməyə ünvanladığı 01.10.2021-ci il tarixli **********65 nömrəli etirazında qeyd etmişdir ki, İddiaçı Balakən rayonu, keçmiş Q.Musabəyov adına kolxozun qərarı ilə mərhum anası X5 verilmiş 0,15 ha torpaq sahəsinin çıxarış əsasında rəsmiləşdirilmiş 0,0593 ha torpaq sahəsindən əlavə olan hissəsinə ölçülərini yerində müəyyən edərək faktiki sahəyə uyğun rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli, qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Qeyd olunan sənədlərlə yenidən 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etməsi barədə İddiaçı 21.06.2021-ci tarixli, **********77 nömrəli və 29.07.2021-ci il tarixli, **********95 nömrəli məktublar göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(116)-1291/2021 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, ünvan 3 keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna əsasən X2 ölümündən sonra onun adında olan 0,15 ha həyətyanı torpaq sahəsi anası X3 adına keçirilmişdir. Göründüyü kimi, ünvan 3 keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq qərarı hüquqların dövlət qeydiyyatı üçün əsas sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsim təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən, Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquqların dövlət qeydiyyatı üçün əsas sayılır. Məhkəmə isə bu halı araşdırmamış, əksinə torpağın seçmə aktının təqdim edilməməsini əsas gətirərək imtina etmişdir. Bu halda da işin hallarının araşdırılması prinsipinə əməl etməmişdir. İPM-in 12-ci maddəsinə əsasən, Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında vq sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(116)-1291/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, onun əsas məqsədi və marağı ünvan 3 Musabəyov adına kolxozun qərarı ilə onun anasına verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması olmuşdur və buna görə də şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(116)-1291/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(116)-1291/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2- 1(116)-1291/2021 nömrəli qərarı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: 04.05.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Balakən rayonu, Qasbinə kəndi ərazisində yerləşən 0,0593 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********12) xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına tam pay hüququ ilə qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, plan və ölçünün tərtib edilməsinə əsas kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” (2V-268, 13.04.2021) və Balakən rayon DTXK-nın “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi” (JN-517A, 26.05.2006) çıxış etmişdir. 04.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanı: Mahamalar kəndi) ərazisində yerləşən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********38) xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına tam pay hüququ ilə qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, plan və ölçünün tərtib edilməsinə əsas kimi Balakən rayon DTXK-nın “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” (JN:1902, 15.03.1999) və “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” (2V-251, 06.04.2021) çıxış etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X13 filialı məhkəmənin sorğusuna cavab olaraq ünvan 3 Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokolunun təsdiq olunmuş surətini 31.08.2021-ci il tarixli 234 nömrəli məktubla məhkəməyə göndərmişdir. Protokola əsasən müəyyən olunur ki, kolxozçu H.Qımriyeva ərizə yazaraq əri X9 vəfat etdiyi üçün ərinin adına olan 0,15 ha torpaq sahəsinin öz adına keçirilməsini xahiş etmişdir. JN:1902 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,29 ha torpaq sahəsi verilmişdir. 06.04.2021-ci il tarixli reyestrdə 2V-251 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, 01.02.2007ci il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu İddiaçıdur və o miraz əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak qismində isə Balakən rayonu DTXK tərəfindən 15.03.1999-cu il tarixdə H.Qımriyevaya verilmiş, seriya nömrəsi JN:1902, KOD:40108018 olan Dövlət aktına əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,29 ha olan torpaq sahəsi göstərilmişdir. JN-517A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhafətnaməyə əsasən müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X6 0,06 ha torpaq sahəsi verilmişdir. 13.04.2021-ci il tarixli reyestrdə 2V-268 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, 01.02.2007ci il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu İddiaçıdur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak qismində isə Balakən rayonu DTXK tərəfindən 26.05.2006-cı il tarixdə H.Qımriyevaya verilmiş, seriya nömrəsi JN-517A, KOD:40108038 olan Şəhadətnaməyə əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsində göstərilmişdir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinçi instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Bununla yanaşı, məhkəmə iddiaçıya onun hüquqi marağını nəzərə almaqla tələbinin düzgün qoyulması istiqamətində yardım etməli idi. İddiaçının hüquqi marağı da ünvan 3 Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna kolxozçu H.Qımriyeva adına olan 0,15 ha həyətyanı torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq qeydiyyata alınmasına nail olmaqdır. Belə olan halda, onun tələbi də məhz bu hüquqi marağı uyğun formalaşdırılmalıdır. İddiaçının kollegiyanın iclasında verdiyi izahatında və iddia tələbinin əsaslandırdığı hallardan göründüyü kimi, iddiaçının hüquqi marağı ünvan 3 Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna kolxozçu H.Qımriyeva adına olan 0,15 ha həyətyanı torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq qeydiyyatın apaılması ilə bağlıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Şəki İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə zəruri olan halları tam araşdırmamış, ona görə də düzgün hüquqi nəticəyə gəlməyərək iddia tələbini rədd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yalnız dövlət reyestrindən **********38 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan, Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X4 adına verilmiş 0,06 ha torpaq sahəsinə dair JN-517A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhafətnaməyə hüquqi qiymət verilmişdir.Lakin ünvan 3 Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna kolxozçu H.Qımriyeva adına olan 0,15 ha həyətyanı torpaq sahəsi barədə hər hansı bir araşdırma aparmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş vəyaranmış daşınmaz ə mlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiqedən müvafiq icra hakimiyyəti or qanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaküzərində hüquqların əmələ gəlm əsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki,Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər ... 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Qanunvericiliyin tələbindən göründüyü kimi yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən hesab edilir. Lakin məhkəmə tərəfindən bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, iddia tələblərinin dəqiqləşdirilməsinə, bütün faktiki halların araşdırılmasına dair zəruri hərəkətləri etməmişdir. Məhkəmənin yardım etmə vəzifəsinə riayət etmədən iddianı rədd edilməsi qanunsuz olmuşdur. Birinci instansiya baxışında bu istiqamətdə iddiaçıya yardım edilməli, dəyişdirilmiş tələbə isə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları kimi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədləri nəzərə alınmaqla və işdəki sübutlar araşdırılmaqla qiymət verilməlidir,iddiaçının hüquqi marağına uyğun iddia ilə çıxış etməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarında göstərilən tələblərinə əsasən kollegiya belə qənayətə gəlir ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı nəzərə almadan və işi tam аrаşdırmаdаn iddiаnı rədd etməkdə hаqlı оlmаmışdır. Оnа görə də apellyasiya şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilərək işin yenidən baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 13, 12, 48 və 87- ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(116)-1291/2021 nömrəli qərarı ləğv edilsin. İnzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-67/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-67/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver