Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-670/2025 11.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və üçüncü şəxs X18 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qeydiyyatdan çıxarılma» barədə iddia tələbinə dair Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-1(116)-2496/2025 nömrəli qərarından iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir.
2. xx.xx.2025-ci il tarixli, ******* №li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışdan görünür ki, üçüncü şəxs Emil Abbasov iddiaçının mülkiyyətində olan yaşayış sahəsində pasport qeydiyyatındadır.
3. İddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında qeydiyyatda olan X28 və digərlərinin həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçının qaldırdığı həmin məsələnin həllindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “X28 və digərlərinin ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən iddiaçıya məxsusdur. Belə ki, həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 3-cü şəxslər X28, X10, X8 hazırda həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə istifadə hüququ olmadan qeydiyyatdadırlar. Həmin şəxslər onun ailə üzvü deyil, qeydiyyatda olsa da həmin mənzildə yaşamırlar. Onların mənzildə qeydiyyatı formal xarakter daşıyır. 3-cü şəxsin onun mənzilində qeydiyyatda olmaları mülkiyyətçinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. X28 bir neçə dəfə məhkum olunub və azadlıqdam məhrumetmə yerlərində qalmış və sonuncu dəfə 2024-cü ilin əvvəlində azadlığa buraxıldıqdan sonra müvəkkilinin evinə gəlib bir müddət qaldıqdan sonra 2024-cü ilin may ayılın əvvəlində evi tərk edib başqa ünvanda yaşayır. xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X5 isə X6 övladlarıdır və onunla birlikdə başqa ünvanda yaşayırlar. İddiaçı Sadir qızı cavabdeh X11 və qeyrilərinə qarşı ünvan 2 ünvandakı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2020- ci ıl tarixli, 2(051) 1238/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Qanuni nümayəndə, X23, X24, X13, X14, X25 və X2 Gülputa Sadır qızına məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evinə istifadə hüququna xitam verilməsi və Qanuni nümayəndə ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılmaları qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli 2( 107)-287/2021 nömrəli qətnaməsi ilə cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(051) 1238/2020 nömrəli qətnaməsi qismən - “cavabdehlər Qanuni nümayəndə, X23, X24, X13, X14, X25 və X12 İddiaçı məxsus Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi" və "ailə üzvləri ilə birlikdə evdən çıxarılması” hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, iddia tələbinin bu hissələrdə təmin edilməməsi, qətnamənin "cavabdeh Qanuni nümayəndə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Allahverdiyev küçəsi 4 saylı evdən çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin MK-nın xx.xx.2021-ci il tarixli, 2(102)-3410/2021 savh Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 107)-287/2021 nömrəli iş üzrə 02 fevral 2021-cı il tarixli qətnaməsi iddianın cavabdeh Qanuni nümayəndə aid hissədə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh orqan idda tələbinə yazılı münasibət bildirməmişdir.
8. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2496/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X28, X10 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər (zəruri cəlbetmə).
9. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-1(116)-2496/2025 nömrəli qərarı ilə (hakim Günel Şirinova-Əsədova) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə qeyd edir ki, iddia tələbində qeydiyyatdan çıxarılması tələb olunan xx.xx.2017-ci il təvəllüdlü X7 8 yaşı, xx.xx.2015-ci il təvəllüdlü X3 10 yaşı vardır. X10 və X3 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş materialları ilə müəyyən edilir ki, X10 və X8 bu ünvanda qeydiyyatda olsa da faktiki olaraq orada yaşamır və həmin mənzillə bağlı heç bir əmlak hüququ yoxdur. Göründüyü kimi yetkinlik yaşına çatmayan şəxslərin valideynləri iddiaçıya məxsus yaşayış sahəsində faktiki olaraq yaşamırlar və həmin mənzillə bağlı heç bir əmlak hüquqları yoxdur. Belə olan halda valideynləri həmin ünvanda yaşamayan və əmlak hüquqları olmayan uşaqların yaşayış yeri iddiaçıya məxsus mənzil sayıla bilməz və eyni zamanda həmin valideynlər övladlarının yaşayış yeri kimi iddiaçıya məxsus mənzilin müəyyən edilməsi ilə bağlı razılığa gələ bilməzlər. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarına əsasən hazırda ünvan 3 ünvanına sahiblik, istifadə və sərəncam hüququ mülkiyyətçi kimi hazırkı İddiaçı məxsusdur və onun bu hüququnun yaranmasının əsası kimi bağışlanma müqaviləsi çıxış edir. Həmin hüquq isə iddiaçıya mənzilin ondan əvvəlki mülkiyyətçisindən keçmişdir ki, əvvəlki mülkiyyətçilər əmlaka dair ona məxsus olmuş mülkiyyət hüququnun bağışlanma yolu ilə onun başqa şəxsə, yəni hazırki iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Eyni zamanda, köhnə mülkiyyətçi ilə qohumluq əlaqəsində, habelə onun ailə üzvü olan və (və ya) evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış hər hansı şəxsin həmin müqavilənin bağlanmasına etiraz etmələri müəyyən edilmir. Buna görə də X28, X10, X3 ünvan 3 üzərində hər hansı hüquqlarının olması ehtimalı qalmır. Aidiyyəti səlahiyyətli qurum kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən alınmış sorğuya cavabda da həmin şəxsin sözügedən mənzilə istifadə hüququnun qeydiyyata alınmadığı təsdiqini tapır. Üçüncü şəxslər X28, X10 və X3 iddiaçının hazırda mülkiyyətində olan mənzilə dair hüquqlarının mövcudluğunun müəyyən edilməsi barədə nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxslərin özü tərəfindən hər hansı sübut, dəlil hazırkı məhkəmə icraatında təqdim edilməmişdir. Hazırkı iş üzrə üçüncü şəxslər iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericilyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçının isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Cavabdeh İddiaçı müraciəti üzrə həmin şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməkdə haqlı olmamışdır.
11. Üçüncü şəxs X29 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlillərində üçüncü şəxs, uşaqlıqdan qeydiyyatda olub yaşadığı evdən qeydiyyatdan çıxarılmasının düzgün olmadığını bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs izahat verərək bildirdi ki, o, xx.xx.1993-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. Uşaq olarkən atası həbs edilmiş, anası isə Rusiya federasiyasında yaşamış və onu anasının yanına göndərilməmişdir. O, uşaqlıqdan sözügedən evdə 1993-2015-ci illərdə nənəsi və hazırda onun qeydiyyatdan çıxarılmasını tələb edən bibisinin himayəsində yaşamış, hazırkı iş üzrə iddiaçı olan bibisi onun qəyyumu olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının vəkili izahatında bildirmişdir ki, həqiqətən də, üçüncü şəxs sözügedən ünvanda doğulduğu vaxtdan - 1993- 2015-ci illərdə nənəsinin və bibisinin himayəsində yaşamışdır. Bununla belə sonradan tərəflər arasında ailə münasibətləri pisləşmiş və artıq faktiki olaraq üçüncü şəxs həmin ünvanda yaşamır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası digər üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ ... İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. ... Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Üçüncü şəxs, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət versə də, mübahisələndirilən qərarla həm də digər üçüncü şəxslərin (X10 və X3) ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılması məsələsi həll olunduğundan, lakin Emil Abbasovun həmin şəxslərə münasibətdə apellyasiya şikayəti vermək hüququ olmadığından, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına yalnız üçüncü şəxs Emil Abbasova aid hissədə hüquqi qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə qərarının üçüncü şəxs Emil Abbasova aid hissədə ləğv olunması hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
23. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - X28 və digərlərinin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasına nail olmaqdır.
24. İddiaçının başlıca dəlili üçüncü şəxsin həmin ünvanda yaşamaması və əmlak hüquqlarının olmaması ilə bağlıdır. İddiaçı üçüncü şəxs Emil Abbasovun bibisidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında əks edilmiş mövqeylə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir.
26. Mübahisəli yaşayış sahəsinin ilkin mülkiyyətçisi iddiaçının anası (üçüncü şəxsin nənəsi) X19 olmuşdur. Starə Abbasova əvvəlcə İddiaçı 0,0220 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında bağışlamış, qalan 0,0380 ha torpaq sahəsi və ümumi sahəsi 58,50 kv.m olan fərdi yaşayış evi isə xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçmişdir.
27. İş materialları ilə müəyyən edilmişdir ki, üçüncü şəxs Emil Abbasov xx.xx.1993-cü ildə doğulmuş və Mingəçevir şəhər İHB-nın xx.xx.1995-ci il tarixli, 848 saylı Sərəncamı ilə X15 ona qəyyum təyin edilmişdir.
28. Sərəncamın məzmunundan görünür ki, üçüncü şəxs Emil Abbasovun valideynləri onunla birgə yaşamadığından məhz bibisinin qəyyumluğuna verilmişdir.
29. Üçüncü şəxsin doğulduğu vaxtdan sözügedən ünvanda 1993-2015-ci illərdə yaşaması və bibisinin (hazırkı iş üzrə iddiaçının) himayəsində olması işin mübahisəsiz halıdır və hər iki tərəf bunu təsdiq edir.
30. Belə olan halda üçüncü şəxsə münasibətdə fərdi yaşayış evi ilə bağlı hüquq münasibəti 1993-cü ildən yarandığından, mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
31. Belə ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
32. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
33. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
34. Həmin Məcəllənin 54-cü maddəsinə görə kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
35. Üçüncü şəxs E.Abbasovun hazırda mübahisəli yaşayış sahəsində faktiki olaraq yaşamamasına münasibətdə qeyd edilməlidir ki, bu hal mövcud olsa belə, onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas ola bilməz.
36. Belə ki, E.Abbasovun mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etməsi müəyyən edilsə də, həmin hüququn itirilməsinə dair hər hansı sübut mövcud deyildir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, üçüncü şəxsin sözügedən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi ilə bağlı məsələnin mülki məhkəmə icraatı qaydasında həllinə nail olduğu halda, hazırkı tələblə yenidən cavabdeh inzibati orqana müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir.
38. Üçüncü şəxs X41 İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-1(116)- 2496/2025 nömrəli qərarının bütövlükdə ləğvini tələb etsə də, sözügedən qərar əsasında qeydiyyatdan çıxarılması nəzərdə tutulan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X1 Gönçə Sahib qızının övladlarıdır. Emil Abbasov həmin usaqların valideyni (qanuni nümayəndəsi) olmadığından onlara münasibətdə məhkəmə qərarını mübahisələndirmək hüququ yoxdur.
39. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2-1(116)-2496/2025 nömrəli qərarı qismən - üçüncü şəxs X20 ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilir. Həmin hissədə yeni qərar qəbul edilməklə, İddiaçı Cavabdehnə qarşı “X20 ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmir. Apellyasiya şikayəti Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2- 1(116)-2496/2025 nömrəli qərarının digər üçüncü şəxslərə münasibətdə ləğv edilməsi hissəsində təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir