Məhkəmə qərarları › İş №2-1(107)-671/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-671/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-671/2024 05.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, apellyasiya şikayəti verən şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinin X2 məxsusluğuna dair elektron arayışın verilməsi, 329.52 kv.m həyətyanı torpaq sahəsinin koordinatların faktiki vəziyyətinəö uyğunlaşdirilaraq torpaq sahəsi üzərində X4 və X3 ilə birgə mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-455/2024 nömrəli qərarından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 fevral 2024-cü il tarixli 2- 1(116)-455/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evinin mərhum X2 məxsus olmasına dair elektron arayışın, həmin evin yerləşdiyi 329.52 kv.m torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq üzərində X5,İddiaçı, X4 və X1 ümumi birgə mülkiyyət hüququnun qeydə alaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Maraqlı şəxs аpеllyаsiyа şikаyəti verərək 27 fevral 2024-cü il tarixli 2-1(116)- 455/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası apellyasiya şikayətini inzibati iş materialları ilə birlikdə araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilən səbəblərdən Maraqlı şəxs apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs iş üzrə məhkəmə icraatının iştirakçısı, yəni tərəf və ya üçüncü şəxs deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonraapellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan həmin iş üzrə yalnız məhkəmə icraatının iştirakçıları şikayət vermək hüququna malikdirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs hazırkı iş üzrə məhkəmə icraatının iştirakçısı olmadığından onun Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-455/2024 nömrəli qərarından apellyasiya şikayəti vermək hüququ mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs Şəki İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 2-1(116)-455/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün hesab edilməməlidir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası İPM-in 87-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar