Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-673/2024 25.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X10 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli çıxarışın və xx.xx.2012-ci il tarixli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-1(116)- 456/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli çıxarışın və xx.xx.2012-ci il tarixli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2670/2023 nömrəli qərardadı ilə X6 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdirlər.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı mülkiyyətində plan 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyənin xx.xx.2002-ci il tarixli 10 saylı qərarı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi ilə 10 il müddətinə vətəndaş X7 icarəsinə verilmiş və onun adına DTXK Ağdaş rayon Şöbəsi tərəfindən JN-2652, kod: 90300038 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə hazırlamışdır. Bundan sonra sözügedən 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə X2 və həmin torpaq sahəsi xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına qeydiyyata alınmışdır, xx.xx.2012-ci il tarixdə isə AA 004110 nömrəli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır.
4. İddiaçı 08 iyul 2022-ci il tarixli 06 saylı qərarı ilə Yenicə bələdiyyəsinin vətəndaş X5 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmışdır. Bundan sonra İddiaçı tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmiş, Yenicə kənd ərazisində yerləşən torpaq sahəsinə dair Ləki qəsəbə sakini X4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir.
5. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi və ya həmin sənədin ləğv olunması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. “Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hesab edirik ki, iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən qəbul edilməzdir. Belə ki, mübahisə predmeti olan **********37 reyestr nömrəli çıxarış xx.xx.2007-ci il tarixdə hüquq sahiblərinə təqdim olunduğundan həmin tarixdən mübahisələndirməyə dair iddia müddətinin axımı hesablanmaqdadır. Belə olan halda iddia tələbinin rədd olunması üçün kifayət qədər sübut vardır.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Əliyev Azər Abdulkərim oğlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X7 vəkili izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X4 vəkili izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 sentyabr 2024-cü il tarixli 2-1(116)-456/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
12. Üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarış verilərkən həm torpağın icarədə olması və icarə müddətinin bitməsi nəzərə alınmamış, daha sonra isə İddiaçı 08 iyul 2022-ci il tarixli 06 saylı qərarı ilə X5 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. X5 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı bələdiyyə tərəfindən haqlı olaraq 2022-ci il tarixdə ləğv edilmişdir. X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli çıxarışın və xx.xx.2012-ci il tarixli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar məhkəmə tərəfindən qəbul edilməli olduğu halda məhkəmə işin hallarını araşdırmadan iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-1(116)-456/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə etdiklərini bildirdi və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-1(116)-456/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 vəkili Vəkil1 izahatənda bildirdi ki, Ağdaş rayon Yenicə bələdiyyəsinin 08 iyul 2022-ci il tarixli 06 saylı qərarı qanunsuz və əsassız olduğundan həmin qərar X6 tərəfindən mübahisələndirilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-1(116)-456/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 vəkili Vəkil3 izahatında bildirdi ki, hazırda mübahisələndirilən xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olan Ağdaş rayon Yenicə bələdiyyəsinin 02 iyul 2007-ci il tarixli 07 saylı qərarından iddiaçının məlumatı olmadığı üçün 15 il ərzində bu qərarı mübahisələndirməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-1(116)-456/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər X6, X11 məhkəmə iclasına gəlməmişlər.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər;
3. İddiaçı 08 iyul 2022-ci il tarixli 06 saylı iclas protokolu;
4. MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Ağdaş rayon Yenicə kəndində yerləşən 20 ha həyətyanı torpaq sahəsi X4 mülkiyyətindədir.
5. AA seriyalı 004110 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi,
6. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, mübahisəli torpaq sahəsi Ağdaş rayonu Yenicə bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyənin 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin torpaq sahəsi X2, onun torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsi DWJ və TEKUİS elektron xəritə baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 1-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra - "bələdiyyələr" adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunda, həmçinin aşağıdakılar təsbit olunmuşdur: 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bələdiyyələrin normativ aktlarının və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda; (...) 6.0. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: (...) 6.0.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; (...) 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları
1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.
2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxsə məxsus çıxarış qanuna əsasən tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş, bələdiyyə tərəfindən torpaq sahəsinə dair müxtəlif tarixlərdə qərarlar qəbul edilmişdir. Bələdiyyə tərəfindən xx.xx.2002-ci il tarixli qərar qəbul edilərək 20 ha torpaq sahəsi X7 icarəsinə verilmişdir. Sonradan bələdiyyənin 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin torpaq sahəsi X2, sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır.
34. İddiaçı 08 iyul 2022-ci il tarixli 06 saylı qərarı ilə X5 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmışdır.
35. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda mübahisələndirilən çıxarış xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olan İddiaçı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı 15 ildən artıq müddət ərzində nə bələdiyyə, nə də torpaq sahəsinin əvvəlki icarəçisi X11 tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən X7 həmin torpaq sahəsi ilə hüquqi bağlılığı icarə müqaviləsi bağlanmasına dair xx.xx.2002-ci il tarixli qərar əsasında 10 il müddətində davam etməli olsa da, faktiki olaraq 02 iyul 2007-ci il tarixli 07 saylı qərarla müqavilə əhəmiyyətini itirmişdir.
36. Məhkəmə kollegiyası göstərilənlərlə razılaşmayaraq qeyd edir ki, mübahisəli torpaq sahəsi Ağdaş rayon Yenicə bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən torpaq sahəsinə dair müxtəlif tarixlərdə qərarlar qəbul edilmişdir. Bələdiyyə tərəfindən xx.xx.2002-ci il tarixli qərar qəbul edilərək 20 ha torpaq sahəsi X13 oğlunun icarəsinə verilmişdir. Sonradan bələdiyyənin 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin torpaq sahəsi X3̧, sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Hazırda mübahisələndirilən xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olan Ağdaş rayon Yenicə bələdiyyəsinin 02 iyul 2007-ci il tarixli 07 saylı qərarından iddiaçının məlumatı olmadığı üçün 15 il ərzində bu qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən 05 iyul 2022-ci il tarixli Ə-626 nömrəli məktub daxil olmuş, həmin məktubda bələdiyyənin 9 sentyabr 2002-ci il tarixli qərarı ilə Yenicə kəndi ərasində 20 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə 10 il müddətinə X8 icarəyə verilmiş, sonradan həmin torpaq sahəsi müqavilənin başa çatmasına 5 il müddət qalmış alqı-satqı yolu ilə X1. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinin müddəalarına əsasən Ağdaş rayon Yenicə bələdiyyəsinin 08 iyul 2022-ci il tarixli 06 saylı qərarı ilə Yenicə bələdiyyəsinin X5 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmışdır. Bundan sonra Ağdaş rayon Yenicə bələdiyyəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmiş, Yenicə kənd ərazisində yerləşən torpaq sahəsinə dair Ləki qəsəbə sakini X4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir.
37. Yuxarıda qeyd edilən hallar Göyçay Regional Ədliyyə İdarəsindən birinci instansiya məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilən sənədlərlə öz təsdiqini tapmışdır.
38. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən, inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının, bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi, ləğv edilməsi və ümumi istifadədə olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması məsələsinə baxa bilər.
39. Həmçinin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəmə kollegiyasına daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş, bələdiyyənin 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı ilə həmin torpaq sahəsi X2, onun torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsi DWJ və TEKUİS elektron xəritə baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir.
40. Göründüyü kimi Yenicə bələdiyyəsi tərəfindən bələdiyyənin X5 mübahisə predmeti olan 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı X7 hüquqlarının pozulması ilə nəticələndiyindən və qərar əsassız olduğundan, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi DWJ və TEKUİS elektron xəritə baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğundan İddiaçı 08 iyul 2022-ci il tarixli 06 saylı qərarı ilə 02 iyul 2007-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmışdır.
41. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli çıxarış və xx.xx.2012-ci il tarixli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçü sənədi 02 iyul 2007-ci il tarixli 07 saylı qərarı əsasında verildiyindən və həmin qərar bələdiyyənin 08 iyul 2022-ci il tarixli 06 saylı qərarı ilə ləğv edilyindən, cavabdehin iddiaçının müraciətindən imtinası əsassız olmuşdur. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, iş üzrə zəruri olan sorğular edilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
43. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli çıxarış və xx.xx.2012-ci il tarixli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2-1(116)-456/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli çıxarış və xx.xx.2012-ci il tarixli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.