Məhkəmə qərarları › İş №2-1(107)-678/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-678/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-678/2024 05.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı-N saylı hərbi hissəyə qarşı “N saylı hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 226 saylı əmrinin onun barəsində olan hissəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)-1790/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 226 saylı əmrinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması və birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-689/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş Şəki İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində işlədiyi dövrdə iddiaçının “Birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsi haqqında” 1-ci ordu korpus komandirinin xx.xx.2021-ci il tarixli 226 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 həftə müddətində həftədə 5 dərs günü, gündə 5 dərs saatı olmaqla N saylı hərbi hissədə birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsində toplanış rəisi təyin olmuşdur. xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissədə keçirilmiş çöl çıxışlarının təşkili və məşğələnin keçirilməsində buraxılmış nöqsanlara görə N saylı hərbi hissə komandirinin 21,09.2021-ci il tarixli 226 saylı əmri ilə “Çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə ona N saylı hərbi hissə komandanlığı tərəfindən şiddətli töhmət verilmişdir.

4. Həmin inzibati tənbeh tədbirinə görə Azərbaycan Respublikası Müdafiiə Nazirliyinin Quru Qoşunları Komandanın xx.xx.2021-ci il tarixli 031 nömrəli əmri ilə məharət dərəcəsi bir pillə aşağı endirilmiş, hərbi qulluqçulara verilən birdəfəlik pul təminatından məhrum edilmişdir. İddiaçı bununla bağlı məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, işdə olan sənədlərdən müəyyən edilir ki İddiaçı “N saylı hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 226 saylı əmrinin onun barəsində olan hissəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya buraxılmış prosessual müddəti bərpa edilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması izah edilmiş və müddətin buraxılmasına səbəb olmuş halların əsaslandırılması, həmçinin müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir.

7. İddiaçı xx.xx.2023-cü il tarixdə “müddətin bərpa edilməsi barədə” ərizə təqdim etmişdir. Ərizənin əsaslarına görə iddiaçı xx.xx.2021-ci il tarixli Əmrdən sonra müxtəlif xəstəxanalarda müalicə almış, xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu şəhadətləndirmənin nəticələrinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.İddiaçı həmin vaxtdan Əmrdən məlumatı olduğunu bildirmiş, göstərilənləri nəzərə alınaraq məhkəmədən müddətin bərpa edilməsi xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən Əmrdən məlumatlı olsa da həmin əmrin əsassız olması barədə dəflələrlə yuxarı komandanlıq qarşısında məsələ qaldırılmasını xahiş etmiş,lakin təmin edilməmişdir.Odur ki,sonradan əmrin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 9 oktyabr 2024-cü il tarixli 2- 1(116)-1790/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışmışdır ki, tələbinə Şəki İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixdə baxaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul etmişdir. Qərərdad İPM-nin 38.1-ci maddəsinə nəzərdə tutulan 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür kimi əsaslandırılmışdır. Qəbul edilən qərardad və hakimin iddia müddətinin ötürülməsi ilə bağlı fikri ilə qəti razılaşmamışdır. xx.xx.2021-ci il tarixdə 1-ci ordu korpus komandirinin xx.xx.2021-ci il tarixli 226 nömrəli əmrini tam yerinə yerinə yetirdikdən sonra birqada komandiri müavini vəzifəsinə təyin edilmişdir. Müharibədə aldığı travma ilə bağlı yaranan xəstəlikləri şiddətlənməyə başlamış və xx.xx.2021-ci ildə Bakı şəhərində MN BKM-na qəbul olunmuş, xx.xx.2021-ci il tarixədək müalicə olmuşdur. Xidmət etdiyi hərbi hissələrin komandirləri tərəfindən cəza haqqında məlumat verilməmişdir. 2022-ci il yanvar ayında 13-cü əmək haqqı pul mükafatı alarkən məlum olmuşdur ki, barəsində tətbiq olunmuş cəzaya görə pul mükafatının 25 faizi azaldılmışdır. Hava şəraiti imkan vermədiyi üçün Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə gedə bilməmişdir. Buna görədə 2022-ci ilin yanvar ayında raportla məlumat vermiş və quru qoşunları komandirinin qəbuluna yazılması üçün kömək istəmişdir. xx.xx.2022-ci ildə səhhəti kəskin şəkildə pisləşdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək MN-nin BKH-da müalicədə olmuşdur. xx.xx.2022-ci ildə yenidən təkrar xəstəliyi kəskinləşdiyindən MN-nin BKH-da xx.xx.2022-ci ilədək müalicə almış xəstəliyinin artıq sağalmaz olduğundan xx.xx.2022-ci il tarixli 4105 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə şahadətləndirilərək ordu sıralarında yararsız olmaqla ehtiyata buraxılması barədə məlumatı olmuşdur. Bir müddət sonra müalicəni bir müddət ev şəratində davam etdirmiş və 2022-ci il iyun ayında quru qoşunları komandanlığı cəzası ilə bağlı raport göndərmişdir. Müraciətinə cavab olaraq tərxis olunduğunu əsas gətirilib cəzasının ləğvi mümkün olmadığını bildirmişlər. Daha sonra səhhəti ilə əlaqədar pisləşdiyindən Bakı şəhər 1 saylı Respublika Psixatiriya xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən 31.10.022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicələrdə olmuşdur. Əmək qabiliyyətini itirdiyi üçün xx.xx.2022-ci il tarixdə 3-cü dərəcə qrup əlillik dərəcəsi verilmişdir. İkinci Qarabağ müharibəsi zamanı aldığı travma nəticəsində kəllə-beyin travma nəticəsaində şəxsiyyət pozğunluğuna, dərketmə qabiliyyətinin itirilməsinə səbəb olmuşdur. Bu müddət ərzində fiziki və zehni sağlamlığı yerində olmadığından məlum əmr haqqında şikayət etmə qabiliyyətində olmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)-1790/2024 nömrəli nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2- 1(116)-1790/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

18. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi qərardan onun qəbul edilməsindən məlumatı olmuşdur. İşdə olan, iddiaçının inzibati orqanlara etdiyi müraciətlərinin məzmunu da bir daha onu deməyə əsas verir ki, iddiaçı, mübahisələndirilən qərardan və onun məzmunundan məlumatlı olmasına baxmayaraq, ötən müddət ərzində heç bir üzürlü səbəb olmadan sözügedən qərarı mübahisələndirməmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı həmin qərarın mübahisələndirilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmüşdür. Qeyd olunanlara əsasən iddiaçıya “şiddətli töhmət elan edilməsinə dair” N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 26 saylı əmrinin onun barəsində olan hissəsinin ləğv edilməsi,iddiaçının malik olduğu İ məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi,birinci məharət dərəcəsinin bərpa olunması tələbinöə dair iddia mümkün sayılmalı olmadığından “birdəfəlik pul mükafatının iddiaçıya tam şəkildə ödənilməsi” tələbi də özlüyündə mümkün tələb deyildir.

19. Məhkəmə kollegiyası ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.

20. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

21. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

22. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

23. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

24. Belə ki, məhkəm kollegiyasının araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona “üzvi dissosiativ pozuntu, F06.5” diaqnozu təyin edilmişdir. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 3415 nömrəli, 31 mart 2022-ci il tarixli arayışı).

25. Həmçinin iddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, qıcolma tutmaları ilə F07.0 diaqnozu təyin edilmişdir. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin 338 nömrəli, 22 iyul 2024-cü il tarixli rəyi).

26. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə çap edilmiş Forma 88-dən görünür ki, iddiaçıya xx.xx.2022-cü il tarixdə üçüncü dərəcə əlillik təyin edilmiş, əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar qeyd edilmişdir.

27. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi əmrlər qəbul edildiyi tarixdən sonrakı dövrdə onun səhhətində ciddi narahatlıqlar baş vermiş və bununla bağlı həkim rəyi mövcuddur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən müddət üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, onun iddiası mümkün sayılaraq icraata qəbul edilməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır.

29. Belə ki, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək iddia mümkün sayılmalı və inzibati işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

30. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli 2-1(116)-1790/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı-N saylı hərbi hissəyə qarşı “N saylı hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 226 saylı əmrinin onun barəsində olan hissəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar