Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-679/2023 25.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanının xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin avtomobillərin texniki vəzifəsinə bərpa edilməsi və iddiaçının məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin N4 oktyabr N0N3-cü il tarixli N-1(116)-N015/N0N3 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanının xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin avtomobillərin texniki vəzifəsinə bərpa edilməsi və iddiaçının məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. N. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli e-N-1(11N)-8708/N0N3 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən xx.xx.N0N3-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
4. Belə ki, “cavabdehin xx.xx.N0NN-ci il tarixli 0NNgm nömrəli əmrinin mübahisələndirilməsi ilə bağlı tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir.
5. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
6. Mübahisələndirilən qərardan iddiaçının ən geci xx.xx.N0NN-ci il tarixdə artıq məlumatlı olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının surətini təqdim etdiyi AO1191040 №-li hərbi biletdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 41.0.7-ci maddəsinə (NN-ci səhifə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən məhz xx.xx.N0NN-ci il tarixli 0NNgm nömrəli əmr əsasında ehtiyata buraxılması (3-cü səhifə) öz əksini tapmışdır.
7. Hərbi biletin N4-cü səhifəsindən isə iddiaçının xx.xx.N0NN-ci il tarixdə SHXÇDXnin İsmayıllı rayon şöbəsində qeydiyyata alınması aşkar görünür. Nəzərə alınmalıdır ki, müvafiq qeydiyyat aparılanadək ehtiyata buraxılmasının hansı tarixdə qəbul edilmiş əmrlə həyata keçirilməsi qeydiyyata durmaq üçün iddiaçıya təqdim edilmiş təyinat vərəqəsində də öz əksini tapmışdır.
8. Belə olan halda iddiaçı SHXÇDX-nin İsmayıllı rayon şöbəsində qeydiyyata alındığı tarix nəzərə alınmaqla ən geci xx.xx.N0NN-ci il tarixədək sözügedən əmri mübahisələndirməli və hazırkı tələbi irəli sürməli idi.
9. İddia ərizəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin xx.xx.N0N3-cü il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçı xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Ordusu sıralarına yenidən qayıtmaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş və müraciəti müsbət cavablandırılmamışdır.
10. Eyni zamanda surəti əlavə edilmiş cavabdehin xx.xx.N0N3-cü il tarixli məktubunda da iddiaçının xx.xx.N0N3-cü il tarixdə yenidən həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı müraciətinə cavab olaraq barəsində müsbət qərarın qəbul edilmədiyi bildirilmişdir. İstinad olunan məktublarda iddiaçının hazırda mübahisələndirdiyi əmr əsasında ehtiyata buraxılması qeyd edilmişdir. Qeyd edilən hal iddiaçının ötən dövr ərzində mübahisələndirilən əmrdən məlumatlı olmasını əks etdirir.
11. Bununla belə hazırkı iddia ərizəsi xx.xx.N0N3-cü il tarixdə elektron kabinet vasitəsilə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. 1N. Məhkəməyə müvafiq iddia ərizəsi təqdim edilərkən mübahisələndirilən əmrdən məlumatlı olmasından (xx.xx.N0NN-ci il tarixdə SHXÇDX-nin İsmayıllı rayon şöbəsində qeydiyyata alındığı tarix nəzərə alınmaqla) artıq 1 il 1 ay 3 gün keçmişdir.
13. Mübahisələndirilən qərarın qəbul edilməsindən iddiaçının xx.xx.N0NN-ci il tarixdə məlumatlı olması iş materiallarından aşkar göründüyündən və hazırkı iddia ərizəsi 1 ildən artıq müddət keçdikdən sonra verildiyindən müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etməlidir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür.
14. Odur ki, müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da əsaslandırılmalı və müvafiq sübutlar təqdim edilməlidir.
15. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-in N4.4-cü maddəsinin tələblərinə ziddir. Bu isə cavabdehin “xx.xx.N0NN-ci il tarixli 0NNgm nömrəli” əmrinin ləğvi barədə iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır.
16. İddia tələbinin “iddiaçının “N” nömrəli hərbi hissənin avtomobillərin texniki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin tələb ilkin tələbdən asılı tələbdir. İlkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də mümkünsüzlüyünə səbəb olacaqdır.
17. Bundan başqa iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsini üçüncü şəxs qismində qeyd etsə də, hazırkı inzibati mübahisənin N saylı hərbi hissənin qanunla qorunan maraqlarına toxunmasını, həmçinin mübahisə edilən hüquq münasibətində N saylı hərbi hissənin iştirakının xarakterinin inzibati məhkəmə icraatının tərəfləri və həmin subyekt barəsində vahid qərarın qəbul olunmasını şərtləndirməsini əsaslandırmamışdır.
18. Odur ki, N saylı hərbi hissənin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi üçün yuxarıda qeyd edilmiş qaydada əsaslanmanın məhkəməyə təqdim edilməsi zəruridir.
19. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin mübahisələndirilməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətin buraxılması ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi və buraxılmış prosessual müddətin İPM-in N4.N-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutları 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks təqdirdə iddia tələbinin mümkünlüyü məsələsinə İPM-in 35.3-cü maddəsinə əsasən hüquqi qiymət veriləcəyi izah edilmişdir. N0. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.N0N3-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini – Quru Qoşunlarının komandanının xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “N” nömrəli hərbi hissənin avtomobillərin texniki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. N1. İddiaçının nümayəndəsi əvvəlki tələblə eyni məzmunlu iddia tələbinin irəli sürülməsini onunla əsaslandırmışdır ki, ilkin tələbdə mübahisələndirilən əmrin ləğv edilməsi məhkəmədən xahiş edilmiş, dəqiqləşdirilmiş məzmundakı tələbdə isə mübahisələndirilən əmrin ləğv edilməsi barədə qərarın qəbul edilməsinin öhdəlik olaraq cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Hesab etmişdir ki, belə olan halda mübahisəyə “mübahisələndirmə haqqında” iddia növünə deyil, “məcburetmə haqqında” iddia növünə uyğun olaraq baxılacaqdır. NN. Birinci instansiya məhkəməsinin xx.xx.N0N3-cü il tarixli iclas protokolunun qərardadı ilə ilkin tələbdən yalnız texniki tərtibat baxımından fərqli ifadə edilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmiş və iddiaçıya, onun nümayəndəsinə izah edilmişdir ki, iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq hazırkı mübahisə üzrə iddia növü “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Belə ki, cavabdeh orqan iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etməklə onun hüquqi sferasında dəyişiklik etmiş və hazırda iddiaçı həmin inzibati aktın ləğv edilərək yenidən əvvəlki işinə bərpa olunmasında maraqlıdır. N3. Odur ki, “mübahisələndirmə haqqında” iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtindən yan keçmək üçün tələbin fərqli tərzdə ifadə olunması iddianın növünün dəyişdirilməsinə səbəb olmur. N4. Daha sonra iddiaçının vəkili (nümayəndəsi) xx.xx.N0N3-cü il tarixdə “prosessual müddətlərin bərpa olunması” barədə ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı işdən azad olunma səbəbini barəsində olan cinayət işi olduğunu hesab edirdi. Həmin qərar bu günə kimi rəsmi qaydada iddiaçıya təqdim edilməmiş və o, qərarı iddia ərizəsi ilə məhkəməyə müraciət etmədən təxminən 10-15 gün öncə whatsapp vasitəsi ilə surətini onunla bərabər işdən azad edilən digər iş yoldaşından əldə etmiş və həmin vaxt barəsində olan işlə bağlı cinayət işinin açılmadığının şahidi olmuşdur. Bundan əlavə onu qeyd etmək lazımdır ki, vətəndaş hüquqi savadı olmadığından sözügedən qərarı vaxtında əldə edə bilməmiş, həmin qərarın hüquqi nəticələrinin onun hazırki iddia tələbi ilə əlaqəsi olduğunu hesab etmiş, əgər qərarın nəticəsi onun xeyrinə olduğu təqdirdə işə bərpa olacağını düşünmüş, buna görə də araşdırmanın yekunlaşdırılaraq qərar verilməsini gözləmiş və bugünə kimi hazırki iddia ilə bağlı məhkəməyə müraciət etməmişdir. N5. Hesab edirik ki, iddiaçı hazırki iş üzrə İPM-də nəzərdə tutulan hər hansı prossesual müddəti ötürməmiş və İPM-də nəzərdə tutulan forma və qaydada iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə hesab edirsə ki, iddiaçı İPM-də nəzərdə tutulan prossesual müddəti ötürmüşdür, bu zaman yuxarıda göstərilənləri, müddətin ötürülməsində iddiaçının təqsirinin olmamasını nəzərə alaraq buraxılmış prosessual müddət bərpa edilməlidir. N6. Göstərilənlər nəzərə alınaraq iddia ərizəsinin verilməsi ilə bağlı prossesual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir. N7. Cavabdeh xx.xx.N0N3-cü il tarixli 9064 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Şəki İnzibati Məhkəməsinin N-1(116)-N015/N0NN nömrəli, xx.xx.N0N3-cü tarixli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, İddiaçı hərbi hissədə yol verdiyi intizam pozuntusu və işğaldan azad edilmiş ərazilərdə qənimətləri taladığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 0NNgm nömrəli əmri əsasında ehtiyata buraxılması N nömrəli hərbi hissə komandirinin N8 fevral N0NN-ci il tarixli 63 nömrəli əmri ilə inzibati icraat haqqında Qanunun 6N-ci maddəsinə uyğun olaraq ona inzibati aktın qəbul edilməsi haqqında məlumat verilmişdir. Belə ki, İddiaçı N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə təyinat vərəqəsi xx.xx.N0NN-ci il tarixdə göndərilən sənədlərin uçotu kitabında imza etməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilmişdir. N8. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.N0N3-cü il tarixədək bu barədə şikayəti daxil olmamışdır. N9. Yuxarıda qeyd olunan sübutlardan göründüyü kimi İddiaçı onun “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.7-ci və Silahlı X1 61-ci maddəsinin “i” bəndinə əsasən ehtiyata buraxılması barədə inzibati orqanın aktı barədə xx.xx.N0NN-ci il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmişdir.
30. Odur ki, Məhkəmədən iddia müddəti keçdiyi üçün İddiaçı iddiasının rədd edilməsi xahiş edilmişdir.
31. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsi və müddətin bərpası barədə ərizə ilə eyni məzmunlu izahat verərək məhkəmədən prossesual müddətin bərpa edilməsini və iddianın təmin edilməsini xahiş etdi. 3N. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahatında bildirmişdir ki, xx.xx.N0NN-ci il tarixdə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasının səbəbini soruşduqda ona rütbəsinin alındığı və işdən azad olunması bildirilmişdir. Ona 3 gün ərzində qeydiyyata düşmək üçün təyinat vərəqəsi verilmiş, 1 ay sonra hərbi biletini götürmüşdür.
33. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
34. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) N4 oktyabr N0N3-cü il tarixli N-1(116)-N015/N0N3 nömrəli qərardadı ilə İddiaçı “prossesual müddəin bərpa olunması” barədə ərizəsi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanının xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin avtomobillərin texniki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
35. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
36. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin N4 oktyabr N0N3-cü il tarixli N-1(116)-N015/N0N3 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin N4 oktyabr N0N3-cü il tarixli N-1(116)-N015/N0N3 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər.
38. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 63 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun maddi-texniki təminat taqımının texniki, Müdafiə nazirinin müavini XN xx.xx.N0NN-ci il tarixli 0NNgm nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq, “GİZİR” hərbi rütbəsindən məhrum edilmiş və “ƏSGƏR” hərbi rütbəsinə endirilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, xx.xx.N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin İsmayıllı rayon şöbəsinə göndərilmişdir. - Gizir İddiaçı N0NN-ci ilin xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N017-ci il tarixli NN nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatından məhrum edilmişdir. - Gizir İddiaçı N0NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmiş, N0NN-ci ilin növbəti məzuniyyətindən istifadə etməmiş, 1 aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə: Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 1N.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 1N.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə N4.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə N4.N. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə N4.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 8N. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
40. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 5 nömrəli qərarının: Bənd N.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd N.N. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd N.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.N. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
41. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
4N. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “prossesual müddətin bərpa edilməsinə dair” ərizə mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
44. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
45. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin avtomobillərin texniki vəzifəsinə bərpa edilməsi və iddiaçının məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinə nail olmaqdır.
46. Sözügedən əmrdən görünür ki, iddiaçı “GİZİR” hərbi rütbəsindən məhrum edilmiş və “ƏSGƏR” hərbi rütbəsinə endirilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, xx.xx.N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin İsmayıllı rayon şöbəsinə göndərilmişdir.
47. Cavabdehin xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin ləğvi ilə bağlı tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
48. Mübahisələndirilən qərardan iddiaçının SHXÇDX-nin İsmayıllı rayon şöbəsində qeydiyyata alındığı tarix nəzərə alınmaqla xx.xx.N0NN-ci il tarixdə məlumatlı olması işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçı ən geci xx.xx.N0NN-ci il tarixədək sözügedən əmri mübahisələndirməli və hazırkı tələbi irəli sürməli idi. Hazırkı iddia ərizəsi xx.xx.N0N3cü il tarixdə elektron kabinet vasitəsilə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir.
49. “Buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə iddiaçı, ötürülmüş müddətin bərpasını xahiş etsə də, həmin müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübut təqdim etməmiş, müddətin buraxılması səbəblərinin barəsində olan cinayət işi ilə əlaqəli olmasını, belə ki, qərarın nəticəsi onun xeyrinə olduğu təqdirdə işə bərpa olacağını düşünməsi, hüquqi savadının olmaması, buna görə də araşdırmanın yekunlaşdırılaraq qərar verilməsini gözləməsi ilə əsaslandırmışdır. Bununla belə sözügedən ərizədə həm də iddiaçının İPM-də nəzərdə tutulan hər hansı prossesual müddəti ötürmədiyi qeyd edilmiş və yalnız məhkəmə müddətin ötürülməsini hesab edirsə iddiaçının təqsirinin olmamasını nəzərə alaraq bərpa edilməsini xahiş etmişdir. Yəni, faktiki olaraq iddiaçı prossesual müddətin ötürülməsini qəbul etmir.
50. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının dəlillərini buraxılmış müddətin bərpası üçün zəruri olan sübut qismində qəbul etməməklə düzgün nəticəyə gəlmişdir.
51. Mübahisələndirilən qərarın qəbul edilməsindən xx.xx.N0NN-ci il tarixdə iddiaçının məlumatlı olması iş materiallarından (o cümlədən xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Ordusu sıralarına yenidən qayıtmaq üçün Müdafiə Naziriliyinə müraciət etməsi də iddiaçının məlumatlı olmasını sübut edir) aşkar göründüyündən və hazırkı iddia ərizəsi 1 il 1 ay 3 gün müddət keçdikdən sonra verildiyindən, iddiaçı müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etməlidir. 5N. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür.
53. Hazırkı işdə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir.
54. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-in N4.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən norma yalnız təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğu halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsinin mümkün olduğunu təsbit etmişdir. Qeyd olunan hallara dair sübutların mövcud olmaması müddətin bərpasına dair ərizənin və eyni zamanda cavabdehin “xx.xx.N0NN-ci il tarixli, 0NNgm nömrəli əmrinin ləğvi barədə” iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır.
55. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.N0N3-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq müvafiq qərarın mübahisələndirilməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və buraxılmış prosessual müddətin İPM-in N4.N-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutların təqdim edilməsi iddiaçıya təklif edilmiş, əks təqdirdə iddia tələbinin mümkünlüyü məsələsinə İPM-in 35.3-cü maddəsinə əsasən hüquqi qiymət veriləcəyi bildirilmişdir. Lakin, ötən müddət ərzində tələb edilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında bir daha işin halları, “müddətin bərpası barədə” ərizənin və iddia ərizəsinin mümkünsüzlüyü əsasları iddiaçıya və onun nümayəndəsinə izah edilmişdir.
56. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar.
57. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
58. İPM-in yuxarıda istinad olunan normalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
59. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.
60. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
61. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. 6N. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin N4 oktyabr N0N3-cü il tarixli N- 1(116)-N015/N0N3 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N4 oktyabr N0N3-cü il tarixli N-1(116)-N015/N0N3 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.