Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-68/2021 08.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-920/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 41 saylı qərarı ilə X10, ailə üzvləri arvadı X20, oğlu - İddiaçı, qızları - Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 həyətyanı sahə məqsədi ilə 0.06 ha torpaq sahəsi verilmişdir. X5, ailə üzvləri - arvadı X15, oğlu - İddiaçı, qızları - Əliyeva Könül Təvəkkül qızının, X2 və X11 torpağa mülkiyyət hüququ JN49 B, KOD 40814005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin 0.06 ha torpaq sahəsi X10, ailə üzvləri - arvadı X20, oğlu - İddiaçı, qızları Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin torpaq sahəsi cavabdehlər X23, X16, X21 və X17 tərəfindən zəbt edilmiş və onlar tərəfindən qeyri-qanuni istifadə edilir. Bundan başqa iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin sərhədlərinə hasar çəkmək və darvaza qoymaq istəyir, lakin cavabdehlər X23, X16, X21 və X17 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin sərhədlərinə hasar çəkilməsinə və darvaza qoyulmasına mane olurlar, imkan vermirlər. Belə ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 41 saylı qərarı ilə X10, ailə üzvləri - arvadı X20, oğlu - İddiaçı, qızları Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 həyətyanı sahə məqsədi ilə verilmiş 0.06 ha torpaq sahəsi üzərində Cavabdeh hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Cavabdeh tərəfindən xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərar qəbul edilmişdir. Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 41 saylı qərarı ilə X10, ailə üzvləri - arvadı X20, oğlu - İddiaçı, qızları - Əliyeva Könül Təvəkkül qızına, X4 və X14 həyətyanı sahə məqsədi ilə verilmiş 0.06 ha torpaq sahəsi və Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarda sözügedən 0.12 ha torpaq sahəsi yerində faktiki ölçülərkən, rəsmi sənədlərdə göstərilən sərhədlərlə üst-üstə düşür. Belə ki, JN-49 B, KOD 40814005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə D-dən E-yə kimi gediş-gəliş yerləri kimi qeyd olduğu halda, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarında qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeyd alındıqdan sonra həmin ərazi X1. Bunun nəticəsində JN-49 B, KOD 40814005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı kordinat sürüşməsi yaranmışdır. Bu səbəbdən hesab edir ki, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli 13 saylı qərarı ləğv edilməlidir. Bələdiyyənin mülkiyyət hüququ qeydə alındıqdan sonra onun mülkiyyətində olan torpaq sahəsi sürüşmə nəticəsində qonşunun hasar çəkdiyi əraziyə düşür. Həmin ərazidə 0.12 ha bələdiyyə mülkiyyəti olmadığı halda, elektron bazada sürüşmə edilmiş, həmin əraziyə bələdiyyə mülkiyyəti kimi 0.12 ha torpaq sahəsi yerləşdirilmişdir. Bununla da İddiaçı və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulur. Üçüncü şəxs etirazında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə qərarının və çıxarışının ləğv edilməsini istəyən İddiaçı Göyçay Rayon Məhkəməsində torpaq sahəsindən çıxarılmağa dair iddia qaldırmışdır. Ekspertiza təyin edilmiş son nəticədə həmin torpaq sahəsinin ona məxsus olan sahə ilə üst-üstə saxlanmışdır. İddiaçı ilə bizim aramızda uzun illərdir ki, torpaq mübahisəsi vardır. Belə ki, həmin iddia üzrə Göyçay Rayon Məhkəməsində işə baxılmış və ekspertiza təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən, torpaq sahələrinin üst-üstə düşməməsi aydınlaşdırılmışdır. Bu səbəbdən İddiaçı ərizə verərək işi baxılmamış saxlamışdır və yenidən, İnzibati Məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan JN seriyalı 049B seriyalı KOD 40814005 nömrəli torpağın mülkiyyətə verilməsinə şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Göyçay rayon X19 xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə X22 və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ərəbcəbirli Bələdiyyəsinin xx.xx.2016 cı il tarixli Qərarından görünür ki, Ərəbcəbirli bələdiyyəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədi üçün hər sotu 40 manatdan satılması qərara alınmışdır. İş materiallarında olan Ərəbcəbirli Bələdiyyəsinin xx.xx.2016 cı il tarixli Qərarından görünür ki, Ərəbcəbirli bələdiyyəsinin Mirzəhüseynli ərazisində alqı-satqı predimenti olan 0.12 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmağı qərara alınmışdır. İş materiallarında olan A seriyalı 083013 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən **********66 reystr nömrəli 0.12 ha torpaq sahəsinin hüquqi sahibi Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsidir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən **********66 reystr nömrəli 0.12 ha torpaq sahəsi Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Göyçay rayonu Ərəbcəbirli Bələdiyyəsi tərəfindən Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən **********66 reystr nömrəli 0.12 ha torpaq sahəsi X1. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)- 22/2020 saylı Qərardadından görünür ki, İddiaçı cavabdehlər X18, X7, X12 və X8 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. İş materiallarında olan A seriyalı 244156 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli DƏDRX-dən Çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-920/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamasını qərara almışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-920/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-920/2020-nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. O, həmin qərardadı qanunsuz və əsassız hesab edir. Ona görə ki, məhkəmə prosessual hüquq normalarını pozmuş və onların tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə qərardadında, iddiaçının qanunla müəyyən edilmiş müddətin ötürməsinə və qanuni əsas kimi İPM-nin 35.1-ci maddəsinə istinad etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsi vaxtında verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada iddiaçının tələbi göstərilmişdir. Mahiyyət baxımından iddia ərizəsi uğurludur. Bu, ilk növbədə iddianın mümkün və əsaslı olmasından irəli gəlir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddia mümkün sayılmalıdır. Qeyd edim ki, mənim mübahisələndirdiyim Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının bu günə kimi mənə təqdim (elan) olunmamışdır. Həmin Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarı barədə məlumatlı olmağım barədə məhkəmənin qəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla yanaşı, iş materiallarında bu barədə heç bir sübut yoxdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-22/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər X18, X7, X12 və X9 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Qeyd etdiklərimin araşdırılması üçün həmin mülki iş Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarov tərəfindən Göyçay rayon Məhkəməsindən tələb edilərək öyrənilməmiş, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının həmin mülki işin materiallarına əlavə edilib-edilməməsi araşdırılmamış, həqiqətən mənim həmin mülki işlə bağlı hansı məlumata malik olmağım araşdırılmamışdır. Qeyd edim ki, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 Saylı qərarı qərardadda istinad olunan mülki işin materiallarına əlavə edilməmiş, nədə ki Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-22/2020 saylı qərardadında: Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarı barədə heçnə yazılmamışdır. Belə olan halda mübahisələndirdiyim inzibati akt barədə məlumata malik olmağım ağlabatan deyil. Hesab edirəm ki, iddia müddətinin ötürülməsini sübut etmək vəzifəsi ilk əvvəl cavabdehin və məhkəmənin üzərinə düşür. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut, təqdim etməmiş, məhkəmə isə onun mübahisələndirdiyim, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarı mənə təqdim (elan) olunmasını təsdiq edəcək sübutun iş materiallarında olmadığı halda, qanunsuz olaraq tərəfimdən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-l(116)-920/2020-nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və "Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi" barədə iddianın mümkün sayılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qəbul etdiyi qərardadı belə əsaslandırmışdır ki, inzibati akt 2016-cı il 03 oktyabr tarixində qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-22/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər X18, X7, X12 və X8 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Hazırkı iş üzrə mübahisələndirilən qərardaddan iddiaçı ən azından xx.xx.2020-ci il tarixində məlumatlı olmuşdur. Bundan başqa iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi Ərəbcəbirli bələdiyyəsinin xx.xx.2020ci tarixli məktubundan da müəyyən olunur ki, o bələdiyyəyə xx.xx.2020-ci ərizə ilə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Buradan da göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, onu almış, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, məhkəməyə xx.xx.2020-cu il tarixində poçt vasitəsi ilə müraciət etməklə (iddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəmənin dəftərxanasına daxil olmuşdur.) həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlməmiş və şikayət əsaslıdır. Məhkəmə Kollegiyası ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Bununla bağlı olaraq, mübahisələndirmə haqqında iddianın mümkünlüyü məsələsini müzakirə edərkən birinci instansiya məhkəməsi əvvəlcə məhz bu sadalanan şərtlərə əməl olunubolunmadığını, işin digər hallarını tam yoxlamalı olduğu halda, bunu etməmiş, iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının bu günə kimi ona təqdim (elan) olunmamışdır. İddiaçı Ərəbcəbirli Bələdiyyəsinin xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarı ilə bağlı tərəf olmadığı üçün cavabdeh orqan həmin qərarı ona təqdim etməyə borclu deyildir. Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarı barədə məlumatlı olmağı barədə məhkəmənin qəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla yanaşı, iş materiallarında bu barədə heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsində iddiaçının iştirak etdiyi Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-22/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər X18, X7, X12 və X9 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Qeyd edilən məsələnin araşdırılması üçün həmin mülki iş Şəki İnzibati Məhkəməsi tərəfindən Göyçay rayon Məhkəməsindən tələb edilərək öyrənilməmiş, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının həmin mülki işin materiallarına əlavə edilib-edilməməsi araşdırılmamış, həqiqətən mənim həmin mülki işlə bağlı iddiaçının hansı məlumata malik olmağı araşdırılmamışdır. Habelə Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 Saylı qərarı qərardadda istinad olunan mülki işin materiallarına əlavə edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-22/2020 saylı qərardadında Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarı barədə qeyd edilməmişdir. Belə olan halda iddiaçının mübahisələndirdiyi inzibati akt barədə məlumata malik olması ağlabatan deyil. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin ötürülməsini sübut etmək vəzifəsi ilk əvvəl cavabdehin və məhkəmənin üzərinə düşür. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut, təqdim etməmiş, birinci instansiya məhkəməsi isə onun mübahisələndirdiyi, Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarın ona təqdim (elan) olunmasını təsdiq edəcək sübutun iş materiallarında olmadığı halda, əsassız olaraq iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası ona görə də hesab edir ki, İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmalıdır. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-920/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsinə (üçüncü şəxs: X13) qarşı “Cavabdeh 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-68/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-68/2021
08.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver