Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-681/2024 25.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X10 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair X5 adına ümumibirgə mülkiyyət olaraq qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi və Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərarının icra edilməməsinə görə cərimənin tətbiqi barədə Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərardadından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-56/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Ağsu rayonu Növcü kəndində yerləşən 1,4011 və 3,6248 ha torpaq sahələri üzərində JN 0059 saylı Dövlət aktı əsasında X15 və qeyrilərinin ümumi birgə mülkiyyət hüququna dair aparılmış qeydiyyatın, onun əsasında verilmiş Çıxarışların (********** və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli) ləğv edilməsi, həmin torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq Çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərarından çıxarış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə göndərilərək, qərarın icra edilməsi və qərarın icrasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir ay müddət müəyyən olunmuş, eyni zamanda, əks təqdirdə, borclu orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir.
3. Cavabdeh 29 iyul 2024-cü il tarixli məktub təqdim edərək xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsinin təmin olunduğunu, Ağsu rayonu Növcü kəndində yerləşən 5,03 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasının mümkün olmadığını bildirmişdir.
4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubları ilə məhkəmənin 2-1(116)-56/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə göndərilərək, qərarın icra edilməsi və qərarın icra olunduğunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin orqana bir ay müddət müəyyən edilmiş və əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir.
5. Birinci instansiya məhkəməsinin məktubları elektron kabinet və rəsmi elektron poçt vasitəsi ilə cavabdehə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində məhkəmə qərarının icrasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.
6. Nəticədə borcluya cərimənin tətbiqi məsələsinə baxılması üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixinə təyin edilərək, tərəflərə bu barədə məlumat verilmişdir.
7. Bundan sonra İddiaçı Şəki İnzibati Məhkəməsinə müraciətlər ünvanlayaraq, xx.xx.2024-cü il tarixli məhkəmə qərarının icrasının təmin edilmədiyini bildrimiş və müvafiq tədbir görülməsini (cavabdehin cərimə olunmasını) xahiş etmişdir.
8. Lakin cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrası təmin edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 oktyabr 2024-cü il tarixli 2- 1(116)-56/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən uzun müddətdir ki, mübahisələndirilən torpaq sahələrinin üzərinə hər hansı bir məhdudiyyət də qoyulmamışdır. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərarı icra üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olan zaman məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahələri üzərində məhdudiyyət olmadığı üçün X16 tərəfindən notariat qaydasında bağlanmış elektron alqı-satqı müqavilələrinə əsasən həmin daşınmaz əmlaklar digər şəxslərə özgəninkiləşdirilmişdir. Məhkəmə qərarının icrası zamanı qərarda qeyd olunan ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğvi barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması təmin olumuşdur, lakin İddiaçı məxsus 5.03 ha torpaq sahələri notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında digər şəxslərə özgəninkiləşdirildiyi üçün və qeyd olunan müqavilələrin ləğv edilməsinə Şəki İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərarında münasibət bildirilmədiyi üçün, İddiaçı mülkiyyət hüququnun bərpası mümkün olmamışdır. Bu hal məhkəmə tərəfindən məhkəmə qərarının icrasından boyun qaçırma kimi qiymətləndirilə bilməz, ona görə ki, Ərazi İdarəsi tərəfindən onun səlahiyyətləri daxilində olan öhdəlikləri yerinə yetirmiş və bu barədə məhkəməyə rəsmi məktubla məlumat verilmişdir. İddiaçı məxsus torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarının bərpası, torpaq sahəsinə dair alqı-satqı müqavilələri məhkəmə qaydasında ləğv edildikdən sonra mümkündür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 79.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 98.1-ci maddəsinə görə Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. 120.1-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3-cü maddəsinə əsasən, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.5-ci maddəsində deyilir ki, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.
17. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. 90-cı maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Belə ki, birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, Ağsu rayonunun Növcü kəndində yerləşən 1,4011 və 3,6248 ha torpaq sahələri üzərində JN 0059 saylı Dövlət aktı əsasında X15 və qeyrilərinin ümumi birgə mülkiyyət hüququna dair aparılmış qeydiyyatın, onun əsasında verilmiş Çıxarışların (********** və ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli) ləğv edilməsi hissəsində qərar icra olunsa da, həmin torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi təmin edilməmişdir. Cavabdehin həmin hissədə qərarı icra etməməkdə dəlili İddiaçı məxsus mübahisələndirilən torpaq sahələrinin alqı-satqı müqavilələri əsasında digər şəxslərə özgəninkiləşdirilməsindən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan xüsusatlarla bağlı məhkəmə icraatının gedişində məhkəməyə məlumat verilməmiş, həmin alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinin özü də hazırkı iddia tələbi məhkəmənin icraatında olduğu müddət ərzində cavabdeh tərəfindən həyata keçirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən hazırkı iddia tələbi üzrə inzibati işin məhkəmənin icraatında olduğu 15 dekabr 2022-ci il tarixindən yekun məhkəmə aktı qəbul olunduğu xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində mübahisəli torpaq sahəsinə dair aşağıdakı hərəkətlər həyata keçirilmişdir. Ağsu rayonunun Növcü kəndində yerləşən 1,4011 ha torpaq sahəsi üzərində X17 mülkiyyətin hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixində qeydiyyat aparılmışdır. Ağsu rayonunun Növcü kəndində yerləşən 3,6248 ha (2 ha və 1,6248 ha) torpaq sahəsi üzərində X25 və X6 mülkiyyətin hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixində qeydiyyat aparılmışdır. Cavabdeh orqanın həmin hərəkətləri və qanunun tələblərinin kobud şəkildə pozulması nəticəsində Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 56/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının icrası tam təmin edilməmişdir.
22. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumat məktubundan görünür ki, İddiaçı hal-hazırda Ağsu Rayon Məhkəməsində (işin nömrəsi e-2(016)-1533/2024) iddia qaldıraraq X15, X11 və X12 ilə X20 arasında Bakı şəhər 5 saylı "ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1930 reyestr nömrəli alqı-satqı müqaviləsinin, X15, X11 və X12 ilə X20 arasında Bakı şəhər 5 saylı "ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1932 reyestr nömrəli alqı- satqı müqaviləsinin, X20 ilə X18 arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə- 1655 reyestr nömrəli bağışlanma müqaviləsinin, X20 ilə X18 arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1657 reyestr nömrəli bağışlanma müqaviləsinin, X18 ilə X26 arasında Ağsu rayonu notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-530 reyestr nömrəli alqı-satqı müqaviləsinin, X18 ilə X29 arasında Ağsu rayonu notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-676 reyestr nömrəli alqı-satqı müqaviləsinin və X18 ilə X19 arasında Şamaxı regional "ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə671 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 1.4011 ha torpaq sahəsinə dair X17 adına verilmiş Çıxarışın, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 2 ha torpaq sahəsinə dair X21 adına və 1.6248 ha torpaq sahəsinə dair X6 adına verilmiş çıxarışların ləğv edilməsini və dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İş materiallarına əlavə edilmiş X15, X11 və X12 ilə X20 arasında Bakı şəhər 5 saylı "ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə- 1930 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 3.6248 ha torpaq sahəsi X2. X15, X11 və X12 ilə X20 arasında Bakı şəhər 5 saylı "ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1932 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 1.4011 ha torpaq sahəsi X2. X20 ilə X18 arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1655 reyestr nömrəli bağışlanma müqaviləsi ilə 1.4011 ha torpaq sahəsi X8 bağışlanmışdır. X20 ilə X18 arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-1657 reyestr nömrəli bağışlanma müqaviləsi 3.6248 ha torpaq sahəsi X8 bağışlanmışdır. X18 ilə X26 arasında Ağsu rayonu notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-530 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 1.4011 ha torpaq sahəsi X3. X18 ilə X29 arasında Ağsu rayonu notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-676 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə 3.6248 ha torpaq sahəsi X4. X18 ilə X19 arasında Şamaxı regional "ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-671 reyestr nömrəli alqısatqı müqaviləsi ilə 1.6248 ha torpaq sahəsi X1. ********** və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 2 ha torpaq sahəsi üzərində X21, 1.6248 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 1.4011 ha torpaq sahəsi üzərində X17 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. Göründüyü kimi, Ağsu rayonu Növcü kəndində yerləşən 1,4011 ha torpaq sahəsi üzərində X17 mülkiyyətin hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarış və Ağsu rayonu Növcü kəndində yerləşən 3,6248 ha (2 ha və 1,6248 ha) torpaq sahəsi üzərində X25 və X6 mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarış hazırda qüvvədə olduğundan və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan cavabdeh inzibati orqan tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərarının icrasız qalması əsassız olmamışdır.
26. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş qərarın icrası ilə bağlı işin faktiki hallarını araşdırmamış və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərarını icra etmədiyinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə 500 (beş yüz) manat miqdarında cərimə tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi barədə 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərardadı ləğv edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi barədə 23 oktyabr 2024-cü il tarixli 2-1(116)-56/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.