Azərbaycan Respublikası adından Qərar İş № 2-1(107)-683/2025 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X22 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iddiaçı5 və iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı6, iddiaçı3 və iddiaçı1 nümayəndəsi iddiaçı2 iştirakları ilə, İddiaçılar iddiaçı2, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı5 cavabdeh İri şəhərlərin X11 Xidməti publik hüquqi şəxsinə qarşı “cavabdehdən onlara vurulmuş 49650 manat və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 7200 manat, cəmi 56850 (əlli altı min səkkiz yüz əlli) manat məbləğinin alınıb onlara verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından iddiaçılar iddiaçı2, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehlər “xxxx” ASC-yə və İsmayıllı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-dən onlara vurulmuş 49650 manat və dövlət ehtiyacları üçün alınmış torpağa görə ödənilməmiş qalan 7200 manat, cəmi 56850 (əlli altı min səkkiz yüz əlli) manat məbləğinin alınıb onlara verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçıların ##.##.2023-cü il tarixli ərizəsinə əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılmışdır.
3. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci tarixli *-*(***)-**/**** nömrəli qərardadı ilə cavabdeh “xxxx”xxxx“İri Şəhərlərin X11 Xidməti publik hüquqi şəxsi” ilə əvəz edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublikada aparılan məlum torpaq islahatları zamanı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli ** saylı qərarına uyğun olaraq yaşadıqları İsmayıllı rayon Xəlilli kəndi ərazisindən altı nəfərlik ailə üzvlərinin birgə mülkiyyətinə 5,45 ha əkin torpaq sahəsi verilmiş, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, onların adına Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ## ###### 1998-ci ildə JN-0039 KOD 40716028 olan “Torpağa mülkiyyət hüququna dair’’ Dövlət Aktı yazılmışdır. Cavabdeh «xxxx» ASC onların xəbəri və razılığı olmadan Oğuz-Qəbələ-Bakı su kəməri xətti birgə mülkiyyətlərində olan əkin torpaq sahələrindən keçirilmişdir. Su xətti çəkilərkən iki yerdə olmaqla cəmi 1,21 ha torpaq sahəsi qazılaraq şumlanmış, borunun basdırılması üçün kanal qazılmışdır. Nəticədə 1,21 ha torpaq sahəsində əkdikləri taxıl bitkisi məhv edilmiş, nəticədə qazıntı aparılan elə ilk ildə həmin torpaq sahəsindən əldə edəcəkləri 50 sentner buğda məhsulundan məhrum edilmişlər. Hazırda İsmayıllı rayonunda taxılın hər kiloqramının orta bazar qiyməti 50-60 qəpik olması nəzərə alınsa, 3000 manat məbləğində əldə edəcəkləri faydadan məhrum olmuşlar. Bundan başqa mülkiyyətlərində olan 1,21 ha əkin torpaq sahəsi dövlət ehtiyaclarına zəbt edilməklə əllərindən alınsa da, qanunla nəzərdə tutulan kompensasiya ötən illər ərzində onlara ödənilməmişdir. Bu barədə müvafiq dövlət qurumlarına şikayət ərizələri yazsalar da bu günədək müsbət nəticəsi olmamışdır. Hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 ha əkin torpaq sahəsinin orta bazar qiyməti 6000 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu hesabla cavabdeh tərəfindən dövlət ehtiyaclarına alınmış 1,21 ha torpaq sahəsinə görə orta bazar qiyməti ilə 6000 manat + 20% (1200 manat) = 7200 manat > kompensasiya ödənməlidir. Nəzərə alınsa ki, dövlət ehtiyacları üçün alınan 1,21 ha torpaq sahəsinə görə kompensasiya vaxtında ödənilmiş olsaydı o, onunla başqa bir yerdən həmin ölçüdə əkin torpaq sahəsi alar və 2008-ci ildən ötən 15 il ərzində hər il ən azı 3000 manat gəlir əldə edərdilər. Beləliklə orta hesabla 3000 manat x 15 il = 45000 manat əldə ediləcək faydadan da məhrum olmuşlar. Bundan əlavə iddiaçı 2021ci ildə cavabdehə qarşı qeyd olunan tələblə mülki qaydada iddia qaldırmışdır. Həmin mülki işlə əlaqədar olaraq iddiaçı qismində 12 dəfə məhkəmə iclasına çağırılmışdır. Nəhayət Yasamal rayon məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaları qismən təmin edilmişdir. Lakin qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində ##.##.2022-ci ildə baxılaraq iş üzrə icraata xitam verilməsi haqqında 2(103)- ****/**** nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki, hazırkı tələbləri mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilməklə ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilata müraciət edilməli, mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq tələblə müvafiq inzibati məhkəmə instansiyasına müraciət edilə bilər. Yasamal rayon məhkəməsinin qərardadı ilə “xxxx” MMCyə torpağın dəyərinin müəyyən olunmasına dair rəy verilməsi üçün xidmət haqqı kimi 450 manat ödəmişlər. Bundan əlavə mülki məhkəməyə, yəni Yasamal rayon məhkəməsinə müraciət etmək üçün 30 manat və Bakı apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilməsi üçün 102 manat ödənilmişdir. O, Bakı Apellyasiya məhkəməsinin qərardadını əsas tutaraq onlara vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdeh təşkilatlara 2023-cü ili yanvar ayında rəsmi qaydada müraciət etmişdir. Cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyəti ##.##.2023-cü il tarixli məktubla cavab vermiş, lakin cavabdeh “xxxx”xxxxötən 4 aya yaxın müddətdə ərizəsinə heç bir rəsmi və şifahi münasibət bildirməmişdir. Bununla əlaqədar cavabdeh “xxxx” ASC-yə onlara rəsmi cavab verilməsi ilə bağlı ## #### 2023-cü ildə teleqram vurmuş, həmçinin ## #### 2023-cü ildə təkrar ərizə ilə müraciət etmişlər. Lakin bu günədək cavabdeh tərəfindən müraciətlərinə heç bir münasibət bildirməyibdir. Odur ki, qeyd edilən inzibati orqanların hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göründüyü kimi, iddiaçı və ailə üzvlərinin ümumilikdə 5,45 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh “xxxx” ASC tərəfindən torpaq sahəsində qazıntı işləri 2007-ci ilin sonlarında və 2008-ci ilin əvvəllərində aparılmışdır. Qazıntı işləri aparılan zaman qanunvericiliyin tələblərinə zidd olaraq ailə başçısı kimi iddiaçı və ailə üzvləri ilə dövlət ehtiyacları üçün ayrılan torpaq sahəsinə dair heç bir razılaşma, sənədləşmə mövcud olmamışdır. Bununla da iddiaçının mülkiyyətində olan 5,45 ha torpaq sahəsinin 1,21 ha kəmərin digər torpaq sahəsindən təcrid edilmişdir
5. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, təqdim edilmiş iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, iş üzrə aşağıdakıları aydınlaşdırmalıdır: Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi ilə bağlı mübahisələr üzrə "xxxx" ASC cavabdeh qismində çıxış etməlidirmi? Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı kəmərin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşması istiqamətində "xxxx" ASC tərəfindən hər-hansı qanunsuzluğa yol verilmişdirmi? Qoyulmuş birinci sualla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionların, o cümlədən, Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-istisadi inkişafının sürətləndirilməsinə dair" tədbirlər planının 1.1-ci bəndinə əsasən, Oğuz Qəbələ rayonlarının ərazilərindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinə və "xxxx" ASCyə tapşırılmışdır. Azərbaycan Respublikası X6 2006-cı il büdcəsi barədə Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2005-ci il tarixli Fərmanının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sifarişçisi kimi “xxxx”xxxxmüəyyən edilmişdir. Sözügedən layihə dövlət layihəsi olduğuna görə layihənin həyata keçirilməsi zamanı su kəmərinin altında və ya mühafizə zolağında qalan torpaq sahələrinin mülkiyyətçilərinə və istifadəçilərinə onların müvafiq hüquqlarının itirilməsi ilə bağlı kompensasiyaların verilməsi qanunvericiliyin torpaqların dövlət ehtiyacları üçün alınmasına dair müddəaları ilə həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı 21 İs nömrəli, ## ###### 2009-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasına və 70-ci maddəsinin 8-ci bəndinə əsasən, Oğuz- Qəbələ-Bakı su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissənin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan 781,53 hektar torpaq sahələrinin dövlət mülkiyyətindən eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi (xüsusi mülkiyyətçilərə verilməsi) barədə Oğuz Rayon İcra Hakimiyyətinin və göstərilmiş bələdiyyələrin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq qərar qəbul edilmişdir. Torpağın əvəzləşdirilməsi üçün tapşrıqlar Nazirlər Kabineti tərəfindən həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinə də verilmişdir. Nazirlər Kabinetinin bu qərarından göründüyü kimi, iddiaçının bu mülki iş üzrə iddia ərizəsində qaldırdığı məsələlər həmin qərarın əsasında və qərarda ad çəkilən aidiyyəti təşkilatlar tərəfindən həll edilməlidir və "xxxx" ASC müvafiq normativ-hüquqi aktlarla Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı sifarişçi təşkilat kimi müəyyən edilsə də, onun su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün almması və ya əvəzləşdirilməsi məsələsinə heç bir aidiyyəti və səlahiyyəti yoxdur. Başqa sözlə, "xxxx" ASC Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələləri, müvafiq torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşmasına görə kompensasiyanın ödənilməsi tələbləri üzrə cavabdeh qismində çıxış etməli deyildir. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin **s saylı, ## ###### 2006-cı il tarixli Sərəncamına əsasən, X6 vəsaiti hesabına maliyyələşdirilən "Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" obyektinin sifarişçisi kimi "xxxx" ASC müəyyən edilmişdir. "xxxx" ASC müvafiq qanunvericilik aktları ilə üzərinə qoyulan vəzifələri icra edərək müəyyən edilmiş və razılaşdırılmış sənədlərə uyğun olaraq su kəmərinin çəkilməsini həyata keçirmişdir. Su kəmərinin çəkilməsi zamanı hər hansı torpaq istifadəçisi və mülkiyyətçisinə ziyan dəymişdirsə, yəni o müvafiq torpaq sahəsinə münasibətdə mülkiyyət və ya istifadə hüququndan məhrum olmuşdursa, bu "xxxx" ASC-nin fəaliyyəti ilə bağlı olmamışdır. Digər tərəfdən iddiaçılara İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya məqsədi ilə torpaq verilib-verilməməsi araşdırılmalıdır. Həmçinin Oğuz rayonu üzrə Nazirlər Kabineti tərəfindən torpaqların əvəzləşdirilməsi barədə verdiyi sərəncam layihə dövlət layihəsi olduğu üçün İsmayıllı rayon İcra Hakimiyyətinə də aiddir. Əgər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülməyibsə və ya torpağın dəyəri ödənilməyibsə, buna görə "xxxx"xxxxheç bir məsuliyyət daşımır. Göstərilən faktlara əsasən hesab edirik ki, torpağın dəyəri “xxxx" Açıq Səhmdar Cəmiyyətindən deyil, İsmayıllı rayonu İcra hakimiyyəti cavabdeh qismində cəlb edilərək ondan tutulmalı və ya "xxxx" Açıq Səhmdar Cəmiyyətinə münasibətdə iş üzrə iddia rədd edilməlidir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatının ##.##.2023-cü il tarixli imtina məktubu; - JN-0039 kod ******** nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli ** nömrəli qərarı ilə iddiaçı2 və ailə üzvlərinə 5,45 ha torpaq sahəsi verilmişdir; - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatı ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayılı rayon şöbəsi, yerli bələdiyyələrlə birlikdə Xəlilli kəndi ərazində Oğuz-Qəbələ-Bakı su kəməri keçən ərazisinə düşən mülkiyyətçilərə dəymiş ziyanı müəyyənləşdirmiş və “xxxx" ASC-nə təqdim etmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli *** nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Oğuz, Qəbələ rayonlarının ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsində icraçılar Azərbaycan Respublikasının Nazirlər Kabineti və “xxxx”xxxxmüəyyən olunmuş və həmin tədbirlərin həyata keçirilməsində yerli icra hakimiyyətləri orqanları üzərinə heç bir vəzifə qoyulmamışdır; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əməlak Məsələləri Dövlət Komitəsinin ##.##.2022-ci il tarixli məktubu; - Azərbaycan Respublikası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il tarixli məktubları; - Ağsu rayon İcra Hakimiyyəti Başçısının ##.##.2007-ci il tarixli *** nömrəli sərəncamının surəti; - Ağsu rayon İcra Hakimiyyəti Başçısının ##.##.2009-cu il tarixli ***B nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasına və 70-ci maddəsinin 7-ci bəndinə əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan 781,53 hektar torpaq sahələrinin eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi (xüsusi mülkiyyətçilərə verilməsi) üçün dövlət mülkiyyətindən 445,83 hektar (o cümlədən Oğuz texniki peşə məktəbinin yardımçı təsərrüfatından 63,83 ha-əkin, Oğuz reproduktor quşçuluq birliyindən 56,0 ha-əkin, keçmiş malqara kökəltmə birliyindən 96,0 ha-əkin, dövlət ehtiyat fondu torpağından 230,0 ha-əkinə yararlı örüş) torpaq sahələrinin Oğuz Rayon İcra Hakimiyyətinin idarəçiliyinə və Oğuz rayonunun Bayan (14,8 ha), Şirvanlı (3,0 ha), Mollalı (1,1 ha), Tərkeş (1.09 ha), Dəymədağlı (1,51 ha), Yemşanlı (16,0 ha), Dəymədərə (8,0 ha), Xaçmaz (34.57 ha), Oğuz (49,0 ha), Kərimli (9,0 ha), Bucaq (131.0 ha), Calut (24,0 ha), Muxas (13,0 ha), Sincan (2,57 ha) və Xalxal (17,06 ha) bələdiyyələrinin mülkiyyətində olan torpaqlardan xüsusi mülkiyyətçilərə veriləcək 335,70 hektar əkinə yararlı torpaq sahələrinin əvəzinə dövlət ehtiyat fondu torpaqlarından 335.70 hektar əkinə yararlı örüş torpaq sahələrinin (o cümlədən Bayan bələdiyyəsinə 14,8 ha, Şirvan bələdiyyəsinə 13,0 ha, Mollalı bələdiyyəsinə 1,1 ha, Tərkeş bələdiyyəsinə 1,09 ha, Dəymədağlı bələdiyyəsinə 1,51 ha, Yemşanlı bələdiyyəsinə 16,0 ha, Dəymədərə bələdiyyəsinə 8,0 ha, Xaçmaz bələdiyyəsinə 34.57 ha, Oğuz bələdiyyəsinə 49,0 ha, Kərimli bələdiyyəsinə 9,0 ha, Bucaq bələdiyyəsinə 131,0 ha, Calut bələdiyyəsinə 24,0 ha, Muxas bələdiyyəsinə 13,0 ha, Sincan bələdiyyəsinə 2,57 ha, Xalxal bələdiyyəsinə 17,06 ha) həmin bələdiyyələrin mülkiyyətinə, habelə texniki peşə məktəbinin yardımçı təsərrüfatından Oğuz Rayon İcra Hakimiyyətinin idarəçiliyinə veriləcək 63,83 hektar torpaq sahəsinin əvəzinə Oğuz texniki peşə məktəbinə dövlət ehtiyat fondu torpağından 10,0 hektar örüş sahəsinin verilməsi barədə Oğuz Rayon İcra Hakimiyyətinin və göstərilmiş bələdiyyələrin Azərbaycan Respublikasının Kənd təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) ilə razılaşdırılmış təklifləri qəbul edilsin; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi idarəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” JN0039 (KOD ********) nömrəli Dövlət Aktı ilə iddiaçı2 və ailə üzvlərinin ümumi birgə müliyyətində olan İsmayıllı rayonu Xəlilli kəndində yerləşən 5 45 ha “kənd təsərrüfatı təyinatlı" torpaq sahələrinin 0.01 hektarının orta bazar dəyərinin qiymətləndirilməsi işi təşkil edilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi idarəsində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin * saylı Qəbələ Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. İsmayıllı rayonu Xəlilli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətləndirilməsi ilə əlaqədar əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin dürüstləşdirilməsi məqsədi ilə qiymətləndirici tərəfindən qeyd olunan əmlaka yerində baxış keçirilmişdir. Baxış zamanı müvafiq ölçü işləri aparılmış, əmlakın bazar dəyərinə müsbət və mənfi təsir edən amillər müəyyən edilmişdir. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Beləliklə, İsmayıllı rayonu Xəlilli kəndində yerləşən "kənd təsərrüfatı təyinatlı” torpaq sahələrinin 0,01 hektarının orta bazar dəyəri 20 (iyirmi) manat təşkil edib. Qiymətləndirmə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Milli və X40 tələblərinə uyğun olaraq aparılmışdır.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ######## 2025-ci il tarixli 2- *(***)-**/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək iddiaçılar iddiaçı2, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı5 6020 manat (altı min iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İri şəhərlərin X11 Xidməti publik hüquqi şəxsinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar iddianın əsası kimi ona istinad edirlər ki, sözügedən kəmərin çəkilişi ilə əlaqədar onlara məxsus torpaq sahəsinin iki yerdə olmaqla ümumilikdə 1,21 ha torpaq sahəsindən istifadə edilməsi mümkünsüz olmuşdur. - Cavabdehin dəlili isə ondan ibarətdir ki, "xxxx" ASC müvaiq qanunvericilik aktları ilə üzərinə qoyulan vəzifələri icra edərək müəyyən edilmiş və razılaşdırılmış sənədlərə uyğun olaraq su kəmərinin çəkilməsini həyata keçirmiş, su kəmərinin çəkilməsi zamanı hər hansı torpaq istifadəçisi və mülkiyyətçisinə ziyan dəymişdirsə bu "xxxx" ASC-nin fəaliyyəti ilə bağlı olmamışdır. - Aşağıdakılara görə məhkəmə cavabdehin dəlillərinin əsaslı hesab etmir. - İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2006-cı il tarixli **s nömrəli Sərancamına əsasən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin idarə edilməsi və sifarişçisi funksiyalarının icrası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilmişdir. - İşdən göründüyü kimi iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin 1,21 ha hissəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağında yerləşdiyindən onlar həmin sahənin təyinatı üzrə istifadəsindən məhrum olunmuşlar, əvəzində isə müvafiq kompensasiya ala bilməmişlər. - İddiaçıların mülkiyyətində olan 5.45 hektar kənd təsərrüfatı təyinatlı əkin sahəsinin bir hissəsi hazırda da onların istifadəsindədir. Yəni, iddiaçının əldən çıxmış faydaya dair arqumentlərinin əsaslılığı hazırda həmin torpaq sahəsinin əkilib becərilməsində sübut olunur. - Hazırkı halda iddiaçıların cavabdehin hərəktləri nəticəsində 1,21 ha torpaq sahəsindən istifadə etməkdən məhrum olmaları nəticəsində 3000 (3000 manat x 15 il = 45000) manat məbləğində əldən çıxmış faydanın, hazırda mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə 1 ha əkin torpaq sahəsinin orta bazar qiymətinin 6000 manat olmasını sübuta yetirmək iddiaçıların üzərinə düşsə də, bu halları təsdiq edən mötəbər subutların mövcudluğu iş üzrə aşkar edilmir. - İddiaçıların bütövlükdə istifadə etmədiyi bütün dövrə dair əldə çıxmış fayda və hesablanmalı kompensasiya puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçılar müvafiq kompensasiyanın ödənilməsinə dair öz real faktiki hərəkətlərini son üç il ərzində həyata keçirmişlər. - İşin məhkəmə araşdırılması müəyyən edilmişdir ki, İsmayıllı rayonu Xəlilli kəndində yerləşən "kənd təsərrüfatı təyinatlı” torpaq sahələrinin 0,01 hektarının orta bazar dəyəri 20 (iyurmi) manat təşkil edir. - İsmayıllı Rayon Statistika İdarəsinin məktubundan görünür ki, İsmayıllı rayonu üzrə buğdanın hər hektarından orta məhsuldarlıq 2020-ci ildə 34,9; 2021-ci ildə 35,1; 2022-ci ildə 35,8, 2023-cü ildə 30,5; 2024-cü ildə 31,0; ##.##.2025-ci il tarixinə 29,1 sentner təşkil etmişdir. - Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıların 1,21 ha torpaq sahəsinə dair kompensasiya və əldən çıxmış faydaya görə ödənilməli məbləğ aşağıdakı qaydada hesablanmalıdır: - Torpaq üzrə : 1,21 ha. x 20% manat =2420 manat. - Əldən çıxmış fayda üzrə orta qiymətin 1 ton buğda üçün 400 manat olmaqla: 3600 manat (2023-cü ilə 30 sentner (3000 kq x 400=1200 manat), 2024-cü ilə 31 sentner (3000 kq x 400=1240 manat) 2025-ci ilə 29 sentner (2900 kq x 400=1160 manat)). Ümumilikdə 6020 manat. - Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya cəmi 6020 manat (2420+3600) məbləğində pul ödənilməlidir.
9. İddiaçılar iddiaçı2, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı5 həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2- 1(116)-30/2025-ci il tarixli qərarının əsassız olduğundan ləğv edilərək iddialarının tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətlərinin dəlilləri
10. İddiaçıların apellyasiya şikayətinin məzmunu etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki İnzibati məhkəməsi *-*(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddianı tamamilə haqsız olaraq cüzi bir məbləğdə təmin etmişdir ki, bu da onlara dəyən maddi zərərə nisbətdə rəmzi xarakter daşıyır. Onların qanuni mülkiyyətlərində olan torpaqları 18 il dövlətin qanunsuz zəbtində qalmış, əldə edəcəkləri gəlirdən məhrum olmuş, həm də hüquqlarının bərpası üçün 2008-ci ildən bu günədək müxtəlif instansiyalara şikayət ərizələri yazdırmaqla, 2021-ci ildən isə bu günədək məhkəmə yollarında qalmaqla izafi xərclərə məruz qalmışlar. Şəki inzibati məhkəməsinin təmin etdiyi məbləğ heç onların həmin izafi xərclərini belə ödəmir. - Şəki İnzibati məhkəməsi tərəfindən onlara məxsus torpaq sahəsinin orta bazar qiymətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsinə tapşırılmışdır. Həmin təşkilatın rəyinə görə İsmayıllı rayon Xəlilli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,01 hektarının qiyməti 20 manat təşkil edir. Əvvəla belə bir rəyin mövcudluğu barədə onlar məhkəmə qərarını oxuduqdan sonra bilmişlər. İkincisi bu gün Azərbaycan Dövlətinin heç bir ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,01 hektarının qiyməti 20 manat, yəni 1,0 hektar 2000 manat satılması mövcud deyil. Hazırda ən zəif torpaq sahəsi 4-5 min manat təşkil edir. Kəndlərində və ətraf kəndlərdə kənd təsərrüfatına tam yararlı əkin torpaq sahələrinin 1,0 hektarının orta bazar qiyməti 5-6 min manatdır. Necə ola bilər ki, 2022-ci ildə Yasamal rayon məhkəməsinin sorğusuna əsasən müstəqil “xxxx” MMC tərəfindən mübahisələndirilən torpağın 1,0 hektarının dəyəri 4000 manat müəyyən olunmuş, 2025-ci ildə isə 2000 manata düşmüşdür? “xxxx’’ MMC tərəfindən də qiymətləndirmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna, Milli və X40 tələblərinə uyğun aparılmışdır. Göründüyü kimi, * saylı Qəbələ Ərazi İdarəsinin rəyi tamamilə əsassızdır. Dolayısı ilə cavabdehin mövqeyini müdafiə edir. Əslində, torpağın dəyəri 1,21 ha x 6000 manat + 20%(1200) = 7200 manat təşkil edir. Məhkəmə isə bu reallıqları nəzərə almamışdır. - Cavabdeh təşkilatın tamamilə qanunsuz hərəkət etməsi, mülkiyyətçinin razılığı alınmadan və torpağın dəyəri ödənilmədən əkilmiş taxıl sahəsini qazıb torpağın 1,21 ha hissəsini zəbt etməsi məhkəmə prosesində tam təsdiqini tapmışdır. Lakin onlara dəymiş maddi zərər məsələsində məhkəmə tamamilə haqsızlıq edir və birtərəfli mövqedən yanaşır, onların qanuni haqları tapdalanır. - Məhkəmə hesab edir ki, onlar müvafiq kompensasiyanın ödənilməsinə dair öz real faktiki hərəkəti son üç il ərzində həyata keçirmişlər. Bu fikir tamamilə səhvdir. Belə ki, onlar 2010-cu ildən sonra yuxarı səlahiyyətli təşkilatlara şikayət ərizələri yazmağa başlamışlar, nəhayət 2021ci ilin fevral ayında cavabdehə qarşı qeyd edilən tələblə Bakı şəhər Yasamal rayon məhkəməsində iddia qaldırmışlar. Yasamal rayon məhkəməsində proses iki ilə yaxın müddətdə davam etmiş və iddia qismən, lakin hazırkı məbləğdən iki dəfə artıq olan həddə təmin edilmişdir. Mülki mübahisənin mülki məhkəmədə baxılıb nəticə verilməsi onların günahları deyildir. Əgər mübahisə inzibati icraat qaydasında aparılmalı idisə də bunu Yasamal rayon məhkəməsi müəyyən etməli idi. Yəni onlar iddiaçı olaraq inzibati məhkəmənin qeyd etdiyi kimi son üç ildə deyil, 2021-ci ilin əvvəlində məhkəməyə müraciət etdiyi əvvəlki üç il də daxil olmaqla, yəni 2018-ci ildən 2025-ci il də daxil olmaqla ən azı səkkiz ilin əldən çıxmış faydası onlara ödənilməlidir. Məhkəmə isə bu halı görməzdən gəlir və guya iddiaçıların müvafiq kompensasiyanın ödənilməsinə dair öz real faktiki hərəkəti son üç il ərzində həyata keçirmələri barədə əsassız rəyə gəlmişdir. - Məhkəmə qərarın 14-cü səhifəsinin birinci abzasında İsmayıllı statistika idarəsinin arayışına istinadən qeyd etdiyinə əsasən 2020-2025-ci illər üzrə 6 ildə İsmayıllı rayonu üzrə orta məhsuldarlıq 32,73 sentner olmuşdur. Bu əsas verir ki, 2018 və 2019-cu illərdə də İsmayıllı rayonunda taxılın orta məhsuldarlığı ən azı 30 sentner olması qaçılmaz faktdır. Taxılın dəyərini isə məhkəmənin özünün gəldiyi nəticə ilə bir tonunu 400 manat hesab etsələr, səkkiz ildə 256,40 sentner, yəni 25,640 ton x 400 manat = 10256 manat əldən çıxmış fayda təşkil edir. Onun da üzərinə 1,21 ha torpağın real orta bazar dəyəri olan 7200 manatı gəldikdə, 10256 + 7200 = 17456 manat təşkil edir. Yəni onlara dəyən zərər və ödənilməli olan kompensasiyanın cəmi ən azı 17456 manatdır. Onlar hələ torpaqlarının qanunsuz zəbt edildiyi 18 ildə çəkdiyi mənəvi iztirabları, onlara dəyən mənəvi zərəri hallandırmamışlar. - Bundan əlavə, iddiaçı 2021-ci ildə cavabdehə qarşı qeyd olunan tələblə mülki qaydada iddia qaldırmışdır. Həmin mülki işlə əlaqədar olaraq iddiaçı qismində 12 dəfə məhkəmə iclasına çağırılmışlar və 12 dəfə İsmayıllı rayonunun Xəlilli kəndindən təqribən 170 km məsafədə yerləşən Bakı şəhərinə gedib gəlmişlər. Hər dəfə yollara orta hesabla 100 manat xərcləməklə 1200 manat maddi zərər çəkmişlər. Nəhayət Yasamal rayon məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaları qismən təmin edilmişdir. Lakin qətnamədən hər iki tərəfin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində ##.##.2022-ci ildə baxılaraq iş üzrə icraata xitam verilməsi haqqında *(***)-****/**** nömrəli qərardad qəbul edilmişdir. Yasamal rayon məhkəməsinin qərardadı ilə “xxxx” MMC-yə torpağın dəyərinin müəyyən olunmasına dair rəy verilməsi üçün xidmət haqqı kimi 450 manat ödəmişlər. Bundan əlavə mülki məhkəməyə, yəni Yasamal rayon məhkəməsinə müraciət etmək üçün 30 manat və Bakı apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilməsi üçün 102 manat ödənilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı5 və iddiaçı, eyni zamanda digər iddiaçılar iddiaçı6, iddiaçı3 və iddiaçı1 nümayəndəsi iddiaçı2 izahat verərək apellyasiya şikayətini müdafiə etdiklərini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyası iclaslarının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və cavabdehin nümayəndəsi kollegiyanın iclaslarında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiya müxtəlif üsullarla hesablanır. Maddə 247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1100. dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 70. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 101. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Maddə 102. 1. Kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan məqsədlər üçün kənd təsərrüfatı və meşə təsərrüfatı torpaqlarının geri alınması, habelə istifadə sahəsində hüquqi və ya fiziki şəxslərin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində baş verən kənd təsərrüfatı və meşə təsərrüfatı itkiləri bu Məcəllənin 101-ci maddəsinə uyğun olaraq zərərin ödənilməsindən əlavə olaraq kompensasiya edilir. 2. Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərini aşağıdakılar ödəyirlər: kənd təsərrüfatı və meşə təsərrüfatı ilə əlaqədar olmayan ehtiyaclar üçün kənd təsərrüfatı və meşə torpaqlarını xeyrinə geri alan hüquqi və fiziki şəxslər; obyektlərinin ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar müəyyənləşdirilərkən kənd təsərrüfatı və meşə torpaqlarını dövriyyədən çıxaran və ya onları daha az qiymətli torpaqlara keçirən hüquqi və fiziki şəxslər. 3. Hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatı yerlərinin keyfiyyəti pisləşdikdə də kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkiləri onlar tərəfindən kompensasiya edilir. 4. Kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin ödənilməsi qaydasında daxil olan vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilir. Həmin vəsaitdən ilk növbədə ərazisindən torpaq alınan rayonda yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması, meşə salınması və meşə fondu torpaqlarının məhsuldarlığının yüksəldilməsi, torpaqların mühafizəsi və digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilir.
5. İtkilərin və ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ-hüquqi aktlar əsasında müəyyən edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Maddə 112. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar.
18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 74. Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
20. İddiaçıların apellyasiya şikayəti mümkün hesab edilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçılara torpaq sahəsinə görə 2420 (iki min dörd yüz iyirmi) manat, əldən çıxmış faydaya görə 3600 (üç min altı yüz) manat olmaqla, cəmi 6020 (altı min iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
22. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
23. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
24. Həmin Məcəllənin 226.1-ci maddəsinə əsasən məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.
25. Göründüyü kimi pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən məhkəmə tərəfindən tutulmalı olan məbləğlərin hüquqi təbiəti nəzərə alınmaqla, əsas borc, faiz borcu, zərər, eləcə də dəbbə pulu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən edilməli və həmin məbləğlər konkret şəkildə qətnamədə göstərilməklə yanaşı, onların cəmi kimi alınmalı olan ümumi məbləğ də ayrıca qeyd olunmalıdır. Bu norma məhkəmə qətnaməsinin aydınlığını, icra oluna bilmə qabiliyyətini və tərəflərin hüquqlarının düzgün müəyyən edilməsini təmin edən imperativ xarakter daşıyır.
26. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qərarında göstərilən prosessual tələblərə tam əməl etməmişdir.
27. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların 1,21 ha torpaq sahəsinə görə kompensasiya məbləği 2420 (iki min dörd yüz iyirmi) manat, əldən çıxmış faydaya görə isə 2023-cü il üzrə 30 sentner (3000 kq x 400 manat = 1200 manat), 2024-cü il üzrə 31 sentner (3100 kq x 400 manat = 1240 manat) və 2025-ci il üzrə 29 sentner (2900 kq x 400 manat = 1160 manat) olmaqla, ümumilikdə 3600 (üç min altı yüz) manat müəyyən edilmiş, beləliklə cəmi tutulmalı məbləğ 6020 (altı min iyirmi) manat təşkil etdiyi halda, həmin məbləğlər qərarın nəticə hissəsində ayrı-ayrılıqda göstərilməmiş, yalnız ümumi məbləğin qeyd edilməsi ilə kifayətlənilmişdir.
28. Halbuki Mülki Prosessual Məcəllənin qeyd edilən normalarının tələbinə uyğun olaraq, məhkəmə, qərarın “qərara aldı” hissəsində iddiaçılara ödənilməli olan 2420 (iki min dörd yüz iyirmi) manat torpaq sahəsinə görə kompensasiya və 3600 (üç min altı yüz) manat əldən çıxmış fayda məbləğlərinin müştərək qaydada ödənilməsini ayrıca göstərməli, bundan sonra isə həmin məbləğlərin cəmi kimi 6020 (altı min iyirmi) manat pul vəsaitinin cavabdehdən tutulması barədə yekun nəticəyə gəlməli idi. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarı göstərilən hissədə dəyişdirilməlidir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları iddia tələbinin təmin olunmayan hissəsində düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi dövlət ehtiyacları üçün məcburi qaydada alınmış ona məxsus torpaq sahəsinə görə müvafiq kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
35. Bu qərarda istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.
36. Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
37. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla və ya ona müdaxilə edilə bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma və ya müdaxilə çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
38. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
39. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Buna rəğmən, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hallarda da mülkiyyətə müdaxilə ilə bağlı istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə əməl olunması zərurəti nəzərə alınmalıdır.
40. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də "İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir.
41. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Daşınmaz əmlakın ictimai maraqlar və ictimai rifah naminə alınması belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.
42. Beləliklə, hazırkı mübahisədə iddiaçıya məxsus sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşməsi işin faktiki halları ilə öz təsdiqini tapır.
43. İş materiallarından görünür ki, iddiaçının şikayətinin dəlili 3 hissədən ibarətdir: - İddiaçılar cavabdehin qanunsuz hərəkəti nəticəsində 1,21 ha torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Həmin torpaq sahəsinin bazar qiymətini tələb edirlər. - İddiaçılar bütövlükdə istifadə etmədiyi bütün dövrə dair əldə çıxmış faydanı tələb edir. - İddiaçı Yasamal rayon məhkəməsində rəy verilməsi üçün ödənilmiş 450 manat xidmət haqqını və həmin məhkəmədə iştirakı ilə bağlı çəkdiyi yol xərclərini tələb edir.
44. Məhkəmə kollegiyası ilk öncə birinci dəlillə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu tələb qismən təmin edilərək iddiaçılara torpaq sahəsinə görə 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur.
45. Həmçinin birinci instansiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il # ###### tarixli ***-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli Fərmanının 2.3cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların 1,21 ha torpaq sahəsinə dair kompensasiya görə ödənilməli məbləğ aşağıdakı qaydada hesablanmalıdır: Torpaq üzrə: 1,21 ha x 20% manat = 2420 manat.
46. Kollegiya yuxarıda qeyd edilən xüsusatla bağlı qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 1) həmin Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 2) torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi.
47. Sözügedən Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
48. Torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə riayət olunmalıdır. Bu qaydada araşdırma nəticə vermədiyi hallarda isə, formalaşmış inzibati praktika və məhkəmə təcrübəsi, habelə bərabər yanaşma prinsipi nəzərə alınmaqla qərar qəbul edilməlidir.
49. Belə ki, torpağın bazar qiymətinin torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilməli olması "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsində imperativ olaraq təsbit olunmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiyanın müəyyən olunması və ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsi istiqamətində qanunvericiliyin tələblərinə uyğun lazımi qaydada araşdırma aparmamışdır.
51. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
52. Məhkəmə kollegiyası iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırılmasının təmin edilməsi məqsədi ilə iddiaçılara məxsus torpaq sahəsinə yaxın məsafədə yerləşən torpaq sahələrinin 2009-cu il üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 1 ha torpaq sahəsinə münasibətdə 3 ən yüksək qiymətin orta göstəricisi barədə məlumatın əldə edilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu göndərmişdir.
53. Bununla bağlı Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ##.##.2026-cı il tarixli, *-**- */*-*****/**** saylı sorğuya cavab məktubuna əlavə edilmiş İsmayıllı rayon dövlət notariat ofisində ## #### 2009-cu il tarixdə 4Ə-1/**, ## #### 2009-cu il tarixdə 4Ə-1/**, ## ######## 2009-cu il tarixdə 4Ə-2/*** reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrdən aşağıdakılar müəyyən edilmişdir: - ## #### 2009-cu il tarixli 4Ə-1/** reyestr nömrəli müqavilədən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10.708706 ha torpaq sahəsindən 8.5 ha torpaq sahəsi X1 və X17 tərəfindən X3 7000 (yeddi min) manata satılmışdır. - ## #### 2009-cu il tarixli 4Ə-1/** reyestr nömrəli müqavilədən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10.690297 ha torpaq sahəsi X4, X12, X7, X13, X2, X9 tərəfindən etibarnamə əsasında X8 nümayəndəsi X14 9500 (doqquz min beş yüz) manata satılmışdır. - ## ######## 2009-cu il tarixli 4Ə-2/*** reyestr nömrəli müqavilədən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 7.27 ha torpaq sahəsi Babayi Həsənqulu İmanqulu oğlu, X10, X18, X19, X15 adlarından etibarnamə əsasında çıxış edən X16 tərəfindən X5 3600 (üç min altı yüz) manata satılmışdır.
54. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya tərəfindən hesablamalar aparılaraq aşağıdakılar müəyyən edilmişdir: - ## #### 2009-cu il tarixli 4Ə-1/** reyestr nömrəli müqavilə (8.5 ha = 7000 manat) üzrə 1 ha = 7000 / 8.5 ≈ 823.53 manat, 1.21 ha = 823.53 × 1.21 ≈ 996.47 manat; - ## #### 2009-cu il tarixli 4Ə-1/** reyestr nömrəli müqavilə (10.690297 ha = 9500 manat) üzrə 1 ha = 9500 / 10.690297 ≈ 888.69 manat, 1.21 ha = 888.69 × 1.21 ≈ 1075.31 manat; - ## ######## 2009-cu il tarixli 4Ə-2/*** reyestr nömrəli müqavilə (7.27 ha = 3600 manat) üzrə 1 ha = 3600 / 7.27 ≈ 495.19 manat, 1.21 ha = 495.19 × 1.21 ≈ 599.18 manat;
55. Kollegiya bildirir ki, nəticədə 1.21 ha torpaq sahəsi üçün 1-ci müqavilə üzrə 996.47 manat, 2-ci müqavilə üzrə 1075.31 manat, 3-cü müqavilə üzrə isə 599.18 manat müəyyən edilir.
56. Kollegiya bildirir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmiş məbləğlər birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların 1,21 ha torpaq sahəsinə görə kompensasiya kimi müəyyən edilmiş (1,21 ha x 20% = 2420 manat) məbləğdən daha aşağı olmuşdur.
57. Bununla yanaşı, kollegiya qeyd edir ki, mübahisələndirilən qərardan cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir və bu hal məhkəmə aktının cavabdeh tərəfindən həmin hissəsinin mübahisələndirilmədiyini göstərir.
58. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiyanın ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən 1,21 ha torpaq sahəsinə görə müəyyən edilmiş 2420 manat məbləğ cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmçinin yuxarıda qeyd edilən müqayisəli hesablamalar üzrə müəyyən olunmuş məbləğlərdən daha yüksək olduğundan həmin hissədə dəyişiklik edilməsinə zərurət görülmür və qeyd olunan məbləğ daha məqsədə müvafiq hesab edilir.
59. Məhkəmə kollegiyası şikayətin ikinci dəlili ilə bağlı qeyd edir ki, iddiaçı əldən çıxmış fayda üzrə, yəni dəymiş zərərlə bağlı müvafiq kompensasiyanın ödənilməsinə dair öz real faktiki hərəkətlərini son üç il ərzində həyata keçirmişdir.
60. Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə qiymətləndirilməsi ilə razılaşaraq qeyd edir ki, İsmayıllı Rayon Statistika İdarəsinin məktubundan görünür ki, İsmayıllı rayonu üzrə buğdanın hər hektarından orta məhsuldarlıq 2020-ci ildə 34,9; 2021-ci ildə 35,1; 2022-ci ildə 35,8, 2023-cü ildə 30,5; 2024-cü ildə 31,0; ##.##.2025-ci il tarixinə 29,1 sentner təşkil etmişdir. “Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06. 2025-ci il tarixli ***s nömrəli Sərəncamına əsasən “1. Ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə bu Sərəncamın əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2025-ci il üçün 400,0 (dörd yüz) manat müəyyən edilsin.”.
61. Beləliklə müəyyən olunur ki, iddiaçıların 1,21 ha torpaq sahəsinə dair əldən çıxmış faydaya görə ödənilməli məbləğ aşağıdakı qaydada hesablanmalıdır: Əldən çıxmış fayda üzrə orta qiymətin 1 ton buğda üçün 400 manat olmaqla: 3600 manat (2023-cü ilə 30 sentner (3000 kq x 400=1200 manat), 2024-cü ilə 31 sentner (3000 kq x 400=1240 manat) 2025-ci ilə 29 sentner (2900 kq x 400=1160 manat)).
62. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının ikinci tələbinə münasibətdə hesab edir ki, iddia bu hissədə də qismən təmin edilərək iddiaçılara əldən çıxmış fayda üzrə, yəni dəymiş zərərlə bağlı 3600 manat manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
63. İddiaçılar tərəfindən isə daha yüksək məbləğdə kompensasiyanın ödənilməsinə əsas olacaq mötəbər sübut-sənəd təqdim edilməmişdir.
64. Həmçinin mübahisələndirilən torpaq sahəsi dövlət ehtiyacları üçün alınan zaman iddiaçıların həmin torpaqda əkin aparmasına dair də heç bir sübut təqdim edilməmiş, həmçinin məhkəmə araşdırmaları zamanı da aşkar edilməmişdir.
65. İş materiallarına əlavə edilmiş qətnamələrlə də müəyyən edilmişdir ki, iddiaçı iddiaçı2 2021-ci ilin payızında ona və ailə üzvlərinə məxsus, xüsusi mülkiyyətində olan 5,45 ha torpaq sahəsinin 4.80 hektarında payızlıq buğda əkmişdir.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin üçüncü hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılar Yasamal rayon məhkəməsində rəy verilməsi üçün ödənilmiş 450 manat xidmət haqqını və həmin məhkəmədə iştirakı ilə bağlı çəkdiyi yol xərclərini tələb edir.
67. Kollegiya bildirir ki, cavabdeh orqanın qeyd edilən maddi zərərə münasibətdə hər hansı öhdəliyi yaranmamışdır. Həmin məbləğlər cavabdeh orqandan tələb edilə bilməz.
68. Belə ki, İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
69. İPM-in 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
70. İPM-in 110-cu maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir (maddə 110.1). Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər (maddə 110.4).
71. MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
72. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, məhkəmə xərcinin ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilməsi üçün prosessual xərc inzibati məhkəmə icraatı ilə əlaqədar yaranmalı və icraata cəlb olunmuş cavabdehin təqsiri üzündən meydana gəlməlidir.
73. Hazırki iş üzrə isə iddiaçılar tərəfindən çəkilmiş xərc mülki qaydada verdikləri iddia ərizəsi ilə bağlı mülki iş üzrə meydana gəlmişdir.
74. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların dəlilləri iş materialları, qanunvericiliyin müvafiq normaları ilə ziddiyyət təşkil etdiyindən təmin edilə bilməz.
75. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın tam təmin edilməsinin əsası kimi qəbul etmir.
76. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilərək iddiaçılara 1,21 torpaq sahəsinin dəyəri üzrə 2420 (iki min dörd yüz iyirmi) manat, eyni zamanda əldən çıxmış fayda üzrə, yəni dəymiş zərərlə bağlı 3600 (üç min altı yüz) manat, cəmi 6020 (altı min iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İri şəhərlərin X11 Xidməti publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. **. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçılar iddiaçı2, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilərək iddiaçılar iddiaçı2, iddiaçı6, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı5 müştərək qaydada 1,21 torpaq sahəsinin dəyəri üzrə 2420 (iki min dörd yüz iyirmi) manat, eyni zamanda əldən çıxmış fayda üzrə, yəni dəymiş zərərlə bağlı 3600 (üç min altı yüz) manat, cəmi 6020 (altı min iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İri şəhərlərin X11 Xidməti publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.