Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-685/2025 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair # ######## 2024-cü il tarixli qərarının ləğv edilməsi, ##.##.2024cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X11 üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin ünvanlı sosial yardımın təyin olunmasından imtina və ailəsinin ÜDSY almaq hüququnun bir il müddətinə məhdudlaşdırılması barədə qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.
2. Iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd olunmasını xahiş etmişdir.
3. Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Iddiaçı birinci instansiya məhkəməsinin iclasında yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair # ######## 2024-cü il tarixli qərarının ləğv edilməsi, ##.##.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. Iddia ərizəsinə əsasən ## ######## 2024-cü il tarixində iddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın əməkdaşları tərəfindən 2024-cü ilin oktyabr ayında ÜDSY üzrə 2 dəfə ailənin maddi-məşişət şəraiti ilə bağlı müayinə aparılmış, lakin nəticə barədə heç bir məlumat verilməmişdir. Yalnız dəfələrlə Nazirliyin 142 qaynar xəttinə müraciətlər etdikdən sonra ona cavabdeh orqan tərəfindən ## ####### 2024-cü il tarixli imtina məktubu göndərilmişdir. Cavabdeh etirazını “ailədə ÜDSY təyini üçün müraciəti məhdudlaşdırılmış şəxsin olması” kimi əsaslandırmışdır.
6. Belə ki, iddiaçıya ailəsini təmsil edən şəxs qismində ÜDSY ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı Yardım” (VEMTAS) altsisteminə daxil etdiyi *******C******* nömrəli müraciəti əsasında ##.##.2023-cü il tarixindən aylıq 510.98 manat məbləğində ÜDSY təyin edilmiş və məbləğ tam ödənilmişdir.
7. Təyin edilmiş ÜDSY üzrə ##.##.2024-cü il tarixdə keçirilmiş təkrar müayinə zamanı tərtib olunmuş müayinə aktına əsasən iddiaçının qayınanası X3 “Ərizə-bəyannamə”də qeyd olunan ünvanda ailə ilə birgə yaşadığı və ailə tərkibinin düzgün göstərilmədiyi aşkarlanmışdır.
8. Iddiaçının qayınanasının ailə tərkibində qeyd olunmamasına baxmayaraq həmin evdə aşkarlanması imtina üçün əsas olmuş, bu səbəblə iddiaçının ÜDSY almaq hüququ ##.##.2024-cü il tarixindən 1 il müddətində məhdudlaşdırılmışdır.
9. Iddiaçının ##.##.2024-cü il tarixli müraciətinə imtina verilməsinin əsasını iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən əsaslı olaraq imtina edilmişdir.
10. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli təkrar müayinə aktında iddiaçının qayınanası həmin ünvanda yaşadığını qeyd etmiş və aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir.
11. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz ərizə-bəyannaməsində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyindən uyğunsuzluqlar aşkarlanmış, bu səbəbdən ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. Iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 sentyabr 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
16. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya ailəsini təmsil edən şəxs qismində ÜDSY ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı Yardım” (VEMTAS) altsisteminə daxil etdiyi *************** nömrəli müraciəti əsasında ##.##.2023-cü il tarixindən aylıq 510.98 manat məbləğində ÜDSY təyin edilmiş və məbləğ tam ödənilmişdir. Təyin edilmiş ÜDSY üzrə ##.##.2024-cü il tarixdə keçirilmiş təkrar müayinə zamanı tərtib olunmuş müayinə aktına əsasən iddiaçının qayınanası X3 “Ərizə-bəyannamə” də qeyd olunan ünvanda ailə ilə birgə yaşadığı və ailə tərkibinin düzgün göstərilmədiyi aşkarlanmışdır. Iddiaçının qayınanasının ailə tərkibində qeyd olunmamasına baxmayaraq həmin evdə aşkarlanması imtina üçün əsas olmuş, bu səbəblə iddiaçının ÜDSY almaq hüququ ##.##.2024-cü il tarixindən 1 il müddətində məhdudlaşdırılmışdır. Iddiaçının ##.##.2024-cü il tarixli müraciətinə imtina verilməsinin əsasını iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən əsaslı olaraq imtina edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli təkrar müayinə aktında iddiaçının qayınanası həmin ünvanda yaşadığını qeyd etmiş və aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qərarında iddiaçının ##.##.2024-cü il tarixli müraciəti əsasında ona ##.##.2024-cü il tarixindən ÜDSY təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsa da, iddiaçıya verilmiş imtinanın VEMTAS tərəfindən verildiyi, iddiaçının evində X11nin aparılmadığı nəzərə alınmamışdır. Məhkəmənin qərarına münasibətdə qanunvericilikdə ünvanlı dövlət sosial yardımın təyin edilməsinin VEMTAS və X11 üzrə iki mərhələdən ibarət olmaqla vahid inzibati icraat olması qeyd edilmişdir. Hazırkı iş üzrə iddiaçının müraciətinə VEMTAS tərəfindən imtina verilsə də, iddiaçının müraciəti əsasında X11 aparılmadığı halda məhkəmə tərəfindən birbaşa ÜDSY təyin edilməsinin cavabdehə həvalə edilməsi maddi hüquq normalarının tələblərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ona görə də Şəki Inzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının ##.##.2024-cü il tarixli müraciəti və imtina bildirişi.
2. AR Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamenti Şəki- Zaqatala Balakən Rayonları Mənzil Kommunal Istismar sahəsinin ##.##.2025-ci il tarixli arayışı;
3. Şəki şəhər Icra Hakimiyyəti başçısının “Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi” üzrə Icra Nümayəndəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışı;
4. AA 410067 seriyalı Məcburi Köçkün vəsiqəsi;
5. Cavabdehin etirazı və ona əlavə oluna sənədlər;
6. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubundan görüünür ki, Fondun X11 üzrə Mərkəzi Filialının (bundan sonra - Mərkəzi Filial) ##.##.2025-ci il tarixli *-**-*/*-*-******/**** nömrəli xidməti məktubuna (qoşmaya əlavə edilir) əsasən, sosial yardımın alınması ilə bağlı ailəni təmsil edən şəxs qismində iddiaçı İddiaçı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil edilmiş ##.##.2023-cü il tarixli ***************-*** nömrəli müraciət əsasında ailəyə ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək aylıq 510.98 manat məbləğində sosial yardım tam ödənilmişdir. Ailənin ərizə-bəyannamədə qeyd edilən ünvanında Mərkəzi Filial tərəfindən ##.##.2024-cü il tarixində maddi-məişət şəraitinin təkrar yoxlanışı keçirilmiş və müayinənin nəticəsinə əsasən yenidən yoxlamanın keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən Fondun * saylı X12 sosial yardıma münasibətdə Şəki rayonu üzrə ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək dövlət büdcəsindən ayrılan vəsaitlərin və məcburi dövlət sosial sığortası xərclərinin icrasının auditi zamanı ailənin ərizə-bəyannamədə qeyd edilən ünvanında ##.##.2024-cü il tarixində təkrar yoxlama aparılmış, iddiaçının ərizə-bəyannamədə ailə tərkibində qeyd olunmayan qayınanası X3 ailə ilə birlikdə yaşadığı aşkar edilmişdir. Keçirilmiş audit tədbirləri nəticəsində uyğunsuzluq aşkar edilmiş işlər ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Mərkəzi Filiala daxil olmuş ##.##.2024-cü il tarixli *-**/*-*-***/**** nömrəli əmrə əsasən ailənin sosial yardım almaq hüququ ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 1 il müddətinə məhdudlaşdırılmışdır. Cari tarixdə ailənin sosial yardımın alınması ilə bağlı məhdudiyyəti yoxdur. Iddiaçı tərəfindən VEMTAS-a daxil edilmiş ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciət əsasında ailənin ərizə-bəyannamədə qeyd edilən ünvanında ##.##.2024-cü il tarixində X11 keçirilmiş və "ailənin ərizə-bəyannamədə göstərdiyi faktiki yaşayış ünvanının düzgün qeyd edilməməsi” səbəbilə sosial yardımın verilməsindən imtina edilmişdir. Iddiaçının VEMTAS-a daxil etdiyi ##.##.2024-cü il tarixli **************-* nömrəli müraciətinə ailədə müraciəti məhdudlaşdırılmış üzv olması səbəbilə sistem tərəfindən imtina edilmişdir.
7. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyinin ##.##.2026-cı il tarixli ** nömrəli məktubuna əsasən Laçın rayon məcburi köçkünü İddiaçı qəsəbədə ** saylı evdə öz ailə üzvləri ilə birgə yaşayır, qayınanası X3 isə qəsəbədə *** saylı evdə yaşayır. TƏTBIQ EDILƏN HÜQUQ
20. Inzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
22. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 4-cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (* nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X11nin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin X11”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.
25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:
1. cavabdehin ünvanlı sosial yardım təyin edilməsinin 1 il müddətinə məhdudlaşdırılmasına dair # ######## 2024-cü il tarixli qərarının ləğv edilməsi;
2. # ###### 2024-cü il tarixindən iddiaçı və ailəsinə ünvanlı sosial yardım təyin edilməsi.
30. Işin hallarından görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin oktyabr ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın əsası kimi ailə tərkibinin düzgün göstərilməməsi qeyd olunmuşdur. Bu səbəblə iddiaçının ÜDSY almaq hüququ ##.##.2024-cü il tarixindən 1 il müddətində məhdudlaşdırılmışdır.
31. Iddiaçının ##.##.2024-cü il tarixli müraciətinə imtina verilməsinin əsasını iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən icrasından imtina edilmişdir.
32. Iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinə ##.##.2023-cü ildən etibarən bir il müddətinə ünvanlı sosial yardım təyin edilmiş və tam ödənilmişdir. Lakin daha sonra hansı əsasla məhdudiyyətin tətbiq edilməsi, qayınanasının iddiaçı ilə birgə təsərrüfat aparmasına dair dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir.
33. Şəki şəhər Icra Hakimiyyəti başçısının “Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi” üzrə Icra nümayəndəsinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışından görünür ki, iddiaçı, arvadı və iki övladı ilə həmin qəsəbədə, ev 83 ünvanında yaşayır. Həmin fakt AR Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil Istismar Departamenti Şəki-Zaqatala Balakən Rayonları Mənzil Kommunal Istismar sahəsinin ##.##.2025-ci il tarixli arayışına əsasən də təsdiq olunur.
34. Odur ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2023-cü ildən təyin edilmiş ünvanlı sosial yardımın ödənilməsi başa çatdıqdan sonra hansı faktın əsasında qərar qəbul edərək məhdudiyyət tətbiq etməsi iş materiallarına əsasən müəyyən edilmir.
35. Halbuki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
36. Görünüdüyü kimi qanunverici məhdudiyyətin tətbiqini konkret əsaslarla şərtləndirmişdir.
37. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
38. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1 ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik).
39. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, cavabdehin irəli sürdüyü dəlillər (iddiaçının mənzil-məişət şəraiti yoxlanılarkən onun xalasına məxsus evdə yaşaması və yoxlama zamanı xalasının da həmin ünvanda aşkar edilməsi) xalasının da iddiaçının ailə tərkibinə daxil olması, onların birgə təsərrüfat idarə etməsi qənaətinə gəlməyə əsas vermir.
40. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının müraciətinə VEMTAS tərəfindən imtina verilsə də, iddiaçının müraciəti əsasında X11 aparılmadığı halda məhkəmə tərəfindən birbaşa ÜDSY təyin edilməsinin cavabdehə həvalə edilməsi maddi hüquq normalarının tələblərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2024-cü il tarixdə yoxlama aparılmış və ailə tərkibinin düzgün göstərilməməsi, yəni iddiaçının ərizə-bəyannamədə ailə tərkibində qeyd olunmayan qayınanası X3 da ailə ilə birlikdə yaşaması əsası ilə ailənin sosial yardım almaq hüququ ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək 1 il müddətinə məhdudlaşdırılmışdır. Iddiaçı tərəfindən yenidən 2024-cü ilin oktyabr ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə etdiyi müraciət cavabdeh tərəfindən təqdim edilmiş bildirişlə ailə tərkibinin düzgün göstərilməməsi əsası ilə iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən icrasından imtina edilmişdir.
42. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Çələbixan qəsəbə icra nümayəndəliyinə iddiaçı İddiaçı və onun ailə üzvlərinin ünvan 1 ünvanında iddiaçının qayınanası X3 ilə birgə yaşayıb-yaşamaması, yaşamadığı halda iddiaçının qayınanası X3 hansı ünvanda daimi yaşaması barədə məlumatın təqdim edilməsinə dair sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş Yeni Çələbixan məcburi köçkünlər qəsəbəsi üzrə icra nümayəndəliyinin ##.##.2026-cı il tarixli ** nömrəli məktubuna əsasən Laçın rayon məcburi köçkünü İddiaçı qəsəbədə ** saylı evdə öz ailə üzvləri ilə birgə yaşadığı, qayınanası X3 isə qəsəbədə *** saylı evdə yaşadığı bildirilmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının ##.##.2024-cü il tarixli müraciətindən imtinanın əsasını ailə tərkibinin düzgün göstərilməməsi əsası ilə iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etmiş və bununla bağlı kollegiya tərəfindən edilən sorğuya cavab məktubu ilə sübut olunur ki, Laçın rayon məcburi köçkünü İddiaçı qəsəbədə ** saylı evdə öz ailə üzvləri ilə birgə, qayınanası X3 isə qəsəbədə *** saylı evdə yaşayır.
44. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin imtinası əsassız olmuşdur, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ailəsinə ##.##.2024-cü il tarixli imtinaya əsas olmuş hal, tətbiq edilmiş məhdudiyyət qərarının ləğv edilməsi və müraciət edilən ayın 1-dən etibarən ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.