Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-686/2025 13.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X12 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2- 1(116)-2112/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X12 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024-cü il tarixindən güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə teleqram göndərərək, cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X12 Hüquqi Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının qeyd edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə 2-1(116)-2112/2025 nömrəli inzibati iş üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X12 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tanınmışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.2007-ci ilə qədər "X11” ASC-də müxtəlif vəzifələrdə (operator, şagird operator transportirovşik, aparatçı, hopdurucu, usta köməkçisi, mexaniki yığma çilingəri, təmizləyici çilingər) çalışmışdır. “X11” ASC-nin idarə heyətinin sədri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli güzəştli arayışdan məlum olur ki, ümumilikdə sözügedən müəssisədə 19 il 10 ay 22 gün çalışmışdır. Eyni zamanda bildirir ki, həqiqi hərbi xidmət illərini və əlavə iş yerlərini nəzərə aldıqda 25 ildən artıq stajı var. Bunları nəzərə alaraq cavabdeh orqana güzəşli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 1.0.1-ci, 7-ci, 9.1-ci maddələrinə əsasən iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret hallan (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) incə bazalt lifinin, şüşə lifinin, şüşə pambığının və onların məmulatlarının istehsalı bəndinin (15.2) fəhlələr yarımbəndində göstərilən istehsalların texnoloji proseslərində daimi məşğul olan fəhlələr vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala iddiaçı təqdim edilən xx.xx.2003-cü il tarixli ******* nömrəli əmək kitabçasında və “X11” ASC-nin İddiaçı dair xx.xx.2016-cı il tarixli 40 nömrəli arayışında xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə operator şagirdi, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində operator, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində transportirovşik, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində aparatçıhopdurucu, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində usta köməkçisi öyrənən, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2003cü il və xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər ərzində usta köməkçisi, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində xəttə xidmət mexaniki yığma çilingəri, xx.xx.2000-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində təmizləyici çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, operator şagirdi, operator, transportirovşik, aparatçı-hopdurucu, mexaniki yığma çilingəri, təmizləyici çilingər vəzifələrində işlədiyi müddətdə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan istehsalların texnoloji proseslərində daim məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda usta köməkçisi vəzifəsi həmin arayışda istinad edilən fəhlə kateqoriyasına aid deyildir. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı; - AZE ******** №-li şəxsiyyət vəsiqəsi; - ******* nömrəli əmək kitabçası; - X11 ASC-nin xx.xx.2016-cı il tarixli arayışları; - H3 ******* nömrəli hərbi bilet; - X4 filialının xx.xx.2025-ci il tarixli arxiv arayışı; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu.
7. Şəki İnzibati Məhkəməsinin (hakim X10) 30 sentyabr 2025-ci il tarixli 2-1(116)- 2112/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Dövlət Sosial X12 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsini istədiyi xx.xx.2024-cü il tarixə onun 25 ildən artıq ümumi sosial sığorta stajı vardır. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirərək iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulan istehsalların texnoloji proseslərində daim məşğul olub-olmaması barədə hər hansı məlumatın göstərilməməsi, eyni zamanda usta köməkçisi vəzifəsinin həmin arayışda istinad edilən fəhlə kateqoriyasına uyğun olmamasını bildirir. - İşin xarakteri haqqında təqdim edilmiş məlumatlar əsasında iddiaçının xüsusi iş stajının tələb olunan minimum 12 il 6 aydan artıq olması sübut olunur. Qeyd olunan vəzifə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda XV Şüşə və çini-saxsı istehsalatı bölməsinə uyğun gəlir. Həmin bölmədə a) fəhlələr – 1150102a-17531 kodu ilə göstərilmiş – göstərilən istehsalatların texnoloji proseslərində daimi məşğul olan fəhlələr kateqoriyasına aid edilir. - Cavabdeh orqan iddiaçının işlədiyi vəzifələrin şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) incə bazalt lifinin, şüşə lifinin, şüşə pambığının və onların məmulatlarının istehsalı bəndinin (15.2) fəhlələr yarımbəndində göstərilən istehsalların texnoloji proseslərində daimi məşğul olan fəhlələr uyğun olmaması ilə bağlı qənaətini əsaslandırmamış və işin xarakteri haqqında arayışda göstərilən məlumatları düzgün qiymətləndirmədən iddiaçıya imtina cavabı vermişdir. - Məhkəmə, oxşar işlər üzrə Ali Məhkəmənin icmalında və konkret qərarlarında formalaşan təcrübəyə uyğun olaraq iddaçının işlədiyi və sözügedən qərarda təsbit edilmiş vəzifələrin funksional baxımdan bir-biri ilə uyğunluğunu yoxlamış və qərarın yuxarı hissəsində göstərilən sənədləri alaraq iş materiallarına əlavə etmişdir. - Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən etibarən işlədiyi –operator, nəqliyyatçı, hopdurucu, usta köməkçisi, çilingər fəhlə vəzifələrində çalışdığı 19 il ay 10 ay 22 gün müddətləri zərərli sahə kimi qəbul edilməlidir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixə iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 62,4 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X12 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-2112/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölməsinin (15) incə bazalt lifinin, şüşə lifinin, şüşə pambığının və onların məmulatlarının istehsalı bəndinin (15.2) fəhlələr yarımbəndində göstərilən istehsalların texnoloji proseslərində daimi məşğul olan fəhlələr vəzifəsi nəzərdə tutulmuşdur. - Mərkəzi Filiala təqdim edilən xx.xx.2003-cü il tarixli ******* nömrəli əmək kitabçasında və “X11” ASC-nin İddiaçı dair xx.xx.2016-cı il tarixli 40 nömrəli arayışında xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə operator şagirdi, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər ərzində operator, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1991xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər ərzində transportirovşik, xx.xx.1989-xx.xx.1989cu il tarixləri arasındakı dövr ərzində aparatçı-hopdurucu, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində usta köməkçisi öyrənən, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1996-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2003-cü il və xx.xx.2003-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər ərzində usta köməkçisi, xx.xx.1992-xx.xx.1996-cı tarixləri arasındakı dövr ərzində xəttə xidmət mexaniki yığma çilingəri, xx.xx.2000-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində təmizləyici çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, operator şagirdi, operator, transportirovşik, aparatçı-hopdurucu, mexaniki yığma çilingəri, təmizləyici çilingər vəzifələrində işlədiyi müddətdə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan istehsalların texnoloji proseslərində daim məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda usta köməkçisi vəzifəsi həmin arayışda istinad edilən fəhlə kateqoriyasına aid deyildir. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-2112/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-2112/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir ..... ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
19. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı 2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı
20. İnzibati icraat haqqında Qanun Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
29. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 18 sentyabr 2024-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə iddiaçının ümumi və xüsusi iş stajı tamamlandığından, iddiaçının özü də 18 sentyabr 2024-cü il tarixdən pensiya təyin edilməsini tələb etdiyindən ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra, yəni hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir.
31. Belə ki, hazırda qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı.
32. Müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
33. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur, bu hal cavabdeh tərəfindən mübahisələndirilmir.
34. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirsə də, iş materiallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox zərərli sahədə iş stajı mövcuddur.
35. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının operator şagirdi, operator, transportirovşik, aparatçı-hopdurucu, mexaniki yığma çilingəri və təmizləyici çilingər vəzifələrində çalışdığı dövrlərə dair təqdim edilmiş arayışda Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahılarda nəzərdə tutulan istehsalların texnoloji proseslərində daim məşğul olubolmaması barədə hər hansı konkret məlumat göstərilmədiyindən, habelə usta köməkçisi vəzifəsi həmin siyahılarda nəzərdə tutulan fəhlə kateqoriyasına aid edilmədiyindən, iddiaçının güzəştli iş stajı yoxdur.
36. Kollegiya bildirir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və həmin Siyahı təsdiq olunana qədər isə 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərar üzrə müəyyən edilmiş kateqoriyalara uyğundur. Belə ki, iddiaçının çalışdığı şüşə istehsalatı, keramik, çini və saxsı məmulatların istehsalı bölmələrinin texnoloji proseslərində daimi məşğul olan işçilər kateqoriyasına aid olduğu açıq-aydın görünür.
37. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının X11 ASC-də xx.xx.1987-ci ildən etibarən müxtəlif dövrlərdə operator, nəqliyyatçı, hopdurucu-aparatçı, usta köməkçisi və çilingər vəzifələrində çalışdığı müddət ətraflı sənədlərlə təsdiqlənmişdir. Belə ki, xx.xx.1987-xx.xx.1987-ci illərdə ESS-nə operator şagirdi, xx.xx.1987-xx.xx.1988-ci illərdə 5-ci dərəcəli operator, xx.xx.1988-xx.xx.1989-cu illərdə lent toxucu sexinə nəqliyyatçı, xx.xx.1989-xx.xx.1989-cu illərdə hopdurucu-aparatçı, xx.xx.1989-xx.xx.1989cu illərdə 3-cü dərəcə hopdurucu-aparatçı, xx.xx.1989-xx.xx.1990-cı illərdə lent toxucu sexinə nəqliyyatçı, xx.xx.1990-xx.xx.1990-cı illərdə usta köməkçisi, xx.xx.1990-xx.xx.1991ci illərdə 5-ci dərəcə usta köməkçisi, xx.xx.1991-xx.xx.1992-ci illərdə nəqliyyatçı, xx.xx.1992-xx.xx.1992-ci illərdə çilingər, xx.xx.1992-xx.xx.1996-cı illərdə 2-ci dərəcə çilingər, xx.xx.1996-xx.xx.1996-cı illərdə 5-ci dərəcə usta köməkçisi, xx.xx.1996xx.xx.1997-ci illərdə burucu avadanlıqlarına usta köməkçisi, xx.xx.1997-xx.xx.1999-cu illərdə 5-ci dərəcə usta köməkçisi, xx.xx.1999-xx.xx.2000-cu illərdə 5-ci dərəcəli cilalayıcı, xx.xx.2000-xx.xx.2000-ci illərdə 6-cı dərəcə tənzimləyici çilingər, xx.xx.2000-xx.xx.2003-cü illərdə burucu sahəsinə 5-ci dərəcə usta köməkçisi və xx.xx.2003-xx.xx.2007-ci illərdə burucu sahəsinə 5-ci dərəcə usta köməkçisi vəzifələrində çalışdığı müəyyən edilmişdir.
38. Belə ki, X11 ASC-nin xx.xx.2016-cı il tarixli güzəştli şərtlərlə arayışı ilə müəyyən olunur ki, 1986-cı ilin Kimya Sənayesi Nazirliyinin qüvvədə olan fəhlə peşələri və işlərin Vahid Tarif ixtisası Sorğu kitabçasına əsasən operator, nəqliyyatçı, hopdurucu, usta köməkçisi və çilingər fəhlə kateqoriyasına aid olunur. Operatorun iş yeri deyiləndə, onun işlədiyi SPA-4s və SPA-6s aqreqatlar və onun ətrafında olan sahələr başa düşülür. Şüşə lifi üçün alyumoborosilikat tərkibli şüşə kürəcikdən istifadə olunur. Liflərin yapışdırılması parafinli emulsiya vasitəsi ilə həyata keçirilir. Teksdən asılı olaraq hər bir teks üçün müxtəlif parametrlər seçilir. Avadanlıqların iş rejiminin saxlanılması və müşahidə etməsi, əmələ gələn texnoloji pozulmaların ləğv etməsi və liflərin işə salınması. Nəqliyyatçı işinin xüsusiyyətləri: materialları vaxtında sexə aparmaq, növbə rəisinin yaxud texnoloqun sərəncamına əsasən materialları lazımi sahələrə nəql etmək, nəqliyyatçı telferin və arabacıqların sazlığına görə cavabdehlik daşımaq. Hopdurucu aparatçının əsas işi hopdurucu xətti işə hazırlayır, açma, hopdurma, qurutma, soyutma, çəndən gələn mayenin temperaturuna nəzarət edir və parçaya hopdurulan mayenin qalınlığını nəzarətdə saxlayır, hazır məhsulun maşın üzərində düzgün qoyulmasını təmin edir, hopdurucu xəttin elektrikləndirilməsini təmin edir, dəzgahda çatışmamazlıqları aradan qaldırır və tənzimləyir. Usta köməkçisinin vəzifəsi: texnoloji əməliyyatların düzgün və təhlükəsiz yerinə yetirilməsi, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət, işçilər tərəfindən texnoloji əməliyyatların düzgün və təhlükəsiz yerinə yetirilməsi, o cümlədən istehsal olunan məhsulun keyfiyyətinə birbaşa nəzarət və işləyən işçilər tərəfindən işlədiyi müddət ərzində istehsal normasının düzgün yerinə yetirilməsinə nəzarət, dəzgahları xammal və materiallarla təzhiz etmək. Zərərli iş şəraitində işlədiyinə görə ona bu güzəştlər olunur: 1. Qısaldılmış iş saatı yazılır (6 saat), 2. Zərərli iş əmsalı əlavə edilməklə tarif və vəzifə maaşı müəyyənləşdirilir, 3. Zərərli iş şəraitində işlədiyi üçün onun əmək məzuniyyətinə 13 gün əlavə edilir, 4. Hər iş günü üçün süd məhsulu ilə təmin olunur. Zərərli iş şəraitində (6 saat) 19 il 10 ay 22 gün müddətdə işlədiyi üçün 1 №-li siyahıya daxildir. Qeyd edilən vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli qərarına əsasən 1 №-li siyahı, XV bölmə, yarım bölmə 2, 1150102a-17531 koduna uyğun olduğu bildirilmişdir.
39. Göründüyü kimi, işin xarakteri haqqında təqdim edilmiş məlumatlar əsasında iddiaçının xüsusi iş stajının tələb olunan minimum 12 il 6 aydan artıq olması sübut olunur. Qeyd olunan vəzifə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda XV Şüşə və çini-saxsı istehsalatı bölməsinə uyğun gəlir. Həmin bölmədə a) fəhlələr – 1150102a-17531 kodu ilə göstərilmiş – göstərilən istehsalların texnoloji proseslərində daimi məşğul olan fəhlələr kateqoriyasına aid edilir.
40. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətində dəlil kimi qeyd edilən “iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən çalışdığı vəzifələr üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahılarda nəzərdə tutulan istehsalların texnoloji proseslərində daimi məşğul olub-olmaması barədə hər hansı konkret məlumat göstərilməməsi” dedikdə hansı xüsusatları nəzərdə tutduqları cavabdeh orqanın nümayəndəsindən öyrənilmiş, cavabdehin nümayəndəsi isə iddiaçının işlədiyi vəzifələrin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıda göstərilən istehsalların texnoloji proseslərində məşğul olan fəhlələrə aid edilməsinin mübahisələndirilmədiyini, ancaq iddiaçının həmin proseslərdə daimi məşğul olmasının təsdiq edilmədiyini bildirmişdir. Həmçinin daimi məşğul olma ifadəsini isə əsaslandıra bilməmişdir.
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmə iclasında bildirdiyinə əsasən əvvəlki dövrlərdə işlədiyi müəssisədə istehsalların texnoloji proseslərində daimi məşğul olmayan fəhlələr də olmuş, ezam, yaxud da cəza çəkən şəxslərin həmin işlərdə çalışmaları halları olmuşdur.
42. X6 Lifi ASC-nin xx.xx.2016-cı il tarixli güzəştli şərtlərlə arayışından da görünür ki, iddiaçının mübahisələndirilən vəzifələr üzrə istehsalların texnoloji proseslərində daimi məşğul olmamasını təsdiq edən hər hansı ifadəyə rast gəlinmir. Əksinə həmin arayış cavabdeh orqanın dəlillərini təkzib edir. Odur ki, qanunverici qeyd edilən vəzifələri daimi məşğul olma kimi qeyd etmişdir. İddiaçıya münasibətdə isə işdə olan materiallar onun istehsalların texnoloji proseslərində daimi məşğul olan fəhlələr kateqoriyasına aid edilməsini təsdiq edir.
43. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının 19 il 10 ay 22 gün müddətində zərərli iş şəraitində işləməsi onu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 №-li siyahıya daxil edir. Müvafiq olaraq, operator, nəqliyyatçı, hopdurucu, usta köməkçisi və çilingər vəzifələrinin XV bölmə, yarım bölmə 2, 1150102a-17531 koduna uyğun olması iddiaçının güzəştli iş stajına aid olduğunu açıq şəkildə göstərir.
44. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
45. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçının xx.xx.1987-xx.xx.1987-ci illərdə ESS-nə operator şagirdi işləməsinin güzəştli iş stajına aid edilib-edilməməsinin araşdırılmasına zərurət olmadığı qənaətindədir. Ona görə ki, cavabdeh orqanın mübahisələndirmədiyi dövr və iddiaçının digər vəzifələrdə işlədiyi dövr qanunvericilikdə tələb olunan müddətdən artıqdır. Həmçinin, həmin müddət cavabdeh orqan tərəfindən də mübahisələndirilməmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
47. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisədən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, birinci instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli iş stajının olması qənaətinə gəlmişdir.
49. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
50. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən də lazımi qaydada araşdırılmışdır.
51. Göründüyü kimi, iddiaçının işlədiyi peşələrin (operator, nəqliyyatçı, hopdurucu, usta köməkçisi, çilingər) güzəştli peşələr olduğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
52. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
53. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
54. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
55. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
56. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
57. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
58. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
59. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Dövlət Sosial X12 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-2112/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.