Məhkəmə qərarları › İş №2-1(107)-69/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-69/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-69/2021 05.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12rşı “İsmayıllı rayon Güyüm kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-829/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X14 1938-ci ildən vəfat etdiyi xx.xx.2008-ci il tarixədək İsmayıllı rayonunun Güyüm kəndində yaşamışdır. İsmayıllı rayon Diyallı kənd Bələdiyyəsinə məxsus və uzun illər iddiaçının atasının istifadəsində olmuş 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsini almaq üçün iddiaçının mərhum atası İsmayıllı rayon Diyallı Bələdiyyəsinə ərizə ilə müraciət etmiş və bu məsələyə bələdiyyə orqanının iclasında baxılmış və Diyallı kənd Bələdiyyəsinin xx xxxxxx 2001-ci il tarixli 05 saylı qərarına əsasən torpaqların alqısatqısına dair akt tərtib olunaraq Diyallı kənd bələdiyyəsi Güyüm kənd ərazisində yerləşən 0,06 ha torpaq sahəsini iddiaçının mərhum atasına satmışdır. Həmin torpaq sahəsinin planı və ölçüsü DTvə XK tərəfindən dövlət torpaq kadastrı kitabında xx.xx.2001-ci il tarixdə 05 nömrə ilə uçota alınmış və xx xxxxxx 2001-ci il tarixdə "X6 Bankının İsmayıllı filalından Diyallı bələdiyyənin ********* ********** saylı hesabına 310000 (üç yüz on min) manat məbləğində torpağın dəyəri ödənilmişdir. Həmin torpaq sahəsinə aid olan sənədlər iddiaçının mərhum atasına təqdim olunmuşdur. Lakin xx.xx.2008-ci ildə iddiaçının atasının vəfatından sonra qeyd olunan torpaq sahəsi rəsmiləşdirilməmiş qalmışdır. Sözügedən torpaq sahəsi bu günədək iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsində kürsülü (bir) mərtəbəli 12.5 x 8.5 metr ölçüdə fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda həmin evdə iddiaçı və onun oğlunun ailəsi yaşayır. İddiaçı mərhum atasına məxsus torpaq sahəsinə reyestrdə qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ərazi idarəsinin mütəxəssisləri tərəfindən həmin ərazidə texniki inventarlaşdırma işləri aparıldığını və əldə olunan məlumatların Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduğu zaman faktiki torpaq sahəsinin yerləşdiyi ərazinin yaşayış məntəqəsindən kənarda kənd təsərrüfatı təyinatlı torpaqlara düşdüyünü əsas gətirərək müraciətdən imtina etmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı Nuriyev X4 rayonu, Güyüm kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair bələdiyyədən alqı-satqı aktı və yerquruluşu sxemi təqdim etsə də, bələdiyyənin qərarı və müvafiq qurumların rəylərini təqdim etməmişdir. Qeyd olunan səbəblərə görə də müraciətin icrası mümkün olmamışdır. Həmçinin torpaq sahəsi sənəd üzrə 0.06 hektar, faktiki isə 0.1924 hektardır. Torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinə aid torpaqdır. Torpaq sahəsində 2 mərtəbəli istifadəyə yararlı fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinin istifadəçisi X9r. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 002947 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, iddiaçının atası X14 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 07 saylı Arxiv Arayışından müəyyən edilir ki, İsmayıllı rayon Diyallı bələdiyyəsi təşkil olunduğu tarixdən sənədlərini arxivə təhvil verməmişdir. Bu səbəbdən də iddiaçının atasına Diyallı bələdiyyəsi tərəfindən 2001-ci ildə torpaq sahəsinin ayrılması barədə sənədlər arxivdə mövcud deyildir. İş materiallarında olan Diyallı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.2001-ci ildə 05 nömrəli protokola əsasən iddiaçının mərhum atası X10 ayrılmış 0.06 ha həyətyanı məqsədli torpaq sahəsinə aid İsmayıllı rayon Diyallı bələdiyyəsinin arxivində heç bir sənəd yoxdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, iş üzrə İddiaçı xx.xx.2008-ci il tarixdə vəfat etmiş X7 vərəsəsidir. İş materiallarında oloan Dövlət Arxivinin Şamaxı filialının xx.xx.2020-ci il tarixli 26 nömrəli məktubundan müəyyən edilir ki, İsmayıllı rayon Diyallı bələdiyyəsinin sənədləri arxivin Şamaxı filialına təhvil verilməmişdir. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0.1975 ha torpaq sahəsi İsmayıllı rayonu Diyallı kənd X11 Güyüm kənd vahidliyi sərhəddi daxilində, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Torpaq sahəsində 1(bir) ədəd fərdi yaşayış evi mövcuddur. İddiaçı bildirdiyinə görə sözügedən torpaq sahəsi özünün istifadəsindədir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********17 nömrəli imtina məktubu, 002947 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 07 saylı Arxiv Arayışı, Diyallı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 05 nömrəli arayışı, xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surəti, Dövlət Arxivinin Şamaxı filialının xx.xx.2020-ci il tarixli 26 nömrəli məktubu, Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********26 nömrəli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-829/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12rşı “İsmayıllı rayon Güyüm kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 112 manat 72 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-829/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul olunmuş həmin qərarı qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. X13 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqadar cavabdeh orqan məhkəməyə etirazını belə əsaslandırmışdı ki, güya İsmayıllı rayonu, Güyüm kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair bələdiyyədən alqı-satqı aktı və yerquruluşu sxemi təqdim etsə də, bələdiyyənin qərarı və müvafiq qurumların rəylərini təqdim etməmiş və qeyd olunan səbəblərə görə də müraciətin icrası mümkün olmadığını bildirmişdir. Bununla da məhkəmə faktiki istifadə olan və mülkiyyət hüququnu qeydə aldırmaq istədiyim torpaq sahəsinin güya kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olduğu qənaitinə gəlinmişdir. Hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün əsas olmadığından iddia tələbi rədd edilmişdir. Qeyd etmək istəyir ki, 2001-ci ildə İsmayıllı rayon Diyallı Bələdiyyəsinin sözügedən torpaq sahəsinin satılmasına etirazı olunmamış və torpaq sahəsi kəndin perespektiv inkişaf torpaqlarına aid olduğundan həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunaraq atama satılmışdır. DƏDRX tərəfindən ona verilmiş cavab məktubunda güya faktiki torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsindən kənarda kənd təsərrüfatı təyinatlı torpaqlara düşdüyü bildirməsi qeyd olunmuş məsələlər həqiqəti əks etdirmir. Belə ki, həmin ərazidə təxminən 5 fərdi yaşayış evi inşa olunmuşdur ki, həmin fərdi yaşayış evlərdə hazırda yaşayış var və evlərin bir qismi DƏDRX-i tərəfindən çıxarışla təmin olunub və həmin evlərə elektrik enerjisi çəkilib. Bildirmək istəyir ki, mərhum X13 torpaq sahəsinin ayrılması üçün yalnız ərizə ilə bələdiyyəyə müraciət etmişdir. Qanunvericilikdə torpaq sahəsinin ayrılması barədə vətəndaşın üzərinə müraciət etmək öhdəliyinin qoyulduğu halda, digər öhdəlikləri inzibati orqanların üzərinə qoymuşdur. Belə ki, bələdiyyə fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün DT və XK-nin yerli qurumuna göndərməli,sonuncu 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutlan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı dəqiqləşdirməli, habelə həmin torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərməlidir. Bundan sonra bələdiyyə DT və XK-nin yerli qurumundan daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul etməlidir. İşə əlavə olunmuş sənədlərdən göründüyü kimi, İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx xxxxxx 2001ci il tarixli 05 saylı qərarı ilə X8 İsmayıllı rayon Cüyüm kəndindən 0,06 ha həyətyanı torpaq sahəsi alqı-satqı qaydasında satılması qərara ahnmışdır. Lakin məhkəmə işin faktiki hallarını nəzərə almamış və maddi hüquq normaları rəhbər tutulmamışdir, X13 torpaq sahəsinin ayrılması üçün X1 müraciət etdiyindən, həmin müraciət əsasında İsmayıllı rayon Diyallı Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 05 saylı qərarı ilə ona 0,06 ha həyətyanı torpaq sahəsi alqı-satqı qaydasında satıldığından, habelə bələdiyyə qərarının qəbul edilməsinə qədər olan proseslər əsasnamə ilə X5 vəzifələrinə aid edilmədiyindən iddiaçının nümayəndəsi kimi 0,06 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə qərarından cavabdehin etirazının dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. Belə ki, yerin seçilməsi barədə akt xx.xx.2001- ci il tarixdə tərtib edilsə belə, iddiaçı X13 0,06 ha torpaq sahəsi üzərində hüququ bələdiyyənin sözügedən qərarı əsasında əldə etmişdir. Həmçinin İsmayıllı rayon Diyallı Bələdiyyəsinin 0,06 ha torpaq sahəsinin iddiaçıya satması barədə qərarı qanunvericiliyin tələblərinə zidd olduğu halda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzi inzibati nəzarət qaydasında İsmayıllı rayon Diyallı Bələdiyyəsinin sözügedən qərarının qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə,habelə bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəməyə müraciət edə bilərdi. Bundan başqa əldə etdiyim müasir geodezik ölçmə cihazları ilə ərazinin koordinatları müəyyənləşdirilərkən elektron baza məlumatında,həmin çıxarışda torpaq sahəsinin (kateqoriyası) yaşayış məntəqələrinin torpaq sahəsinə aid olduğu deyd olunmuşdur.(elektron baza məlumatını apellyasiya şikayətinə əlavə edir). İsmayıllı rayon Güyüm kəndində yerləşən 0,06 ha torpaq sahəsi mərhum X5 istifadəsində olarkən həmin torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaq sahəsinə aiddir.Müasir geodezik ölçmə cihazları ilə İsmayıllı rayon Güyüm kəndində yerləşən mübahisəli ərazinin koordinatları müəyyənləşdirilərkən elektron baza məlumatında, torpağın kateqoriyası «yaşayış məntəqələrinin torpaqları» kimi göstərilmişdir. Halbu ki, əldə etdiyi müasir geodezik ölçmə cihazları ilə ərazinin koordinatları və elektron baza məlumatları DƏDRX-nin X16 mövcuddur. Sual olunur bu müasir geodezik ölçmə cihazları DƏDRXdə olduğu halda onda niyə görə elektron baza məlumatını məhkəməyə təqdim etmək fikrində olmamışdır.? Hesab edir ki, bazar metodları ilə fəaliyyət göstərən DƏDRX-nin X21 hikkə və ambisiyadan əl çəkmək istəmir. Məhkəmədə ədalətli qərarın qəbul olunmasına ən müxtəlif usullarla maneçilik törətməkdə cəhd göstərilir. Bununla da məhkəmənin əli ilə dəstək əldə etməyə çalışırlar. Baş verənlər bu hadisələr təsadüfi deyil və düşünülmüş bir planın tərkib hissəsidir. Onsuzda hər kəsin dərdi özünə bir yükdür. Zənnincə, bu kimi özbaşnalıq edən məmurların mövqeyləri dəyişməli, onun kimi iddiaçılara qarşı qərəzli mövqey sərgiləməməlidirlər. Əgər məsələləri açıq şəkildə qoysa, o zaman DƏDRX-nin X21 ilə münasibətlər kəskinləşər, xoşagəlməz situasiya yaranar. Ona görə də İsmayıllı rayonunun Güyüm kəndi ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alıb, çıxarışın verilməsi öhdəliyinin DƏDRX- nin X17 üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, Şəki İqtisad Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-829/2020 saylı qərarınin ləğv edilməsi, onun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə “İsmayıllı rayon Güyüm kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adma çıxarışın verilməsi öhdəliyinin qoyulsması” barədə yeni qərar qəbul edilməsini xahiş edirəm. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-829/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X17 nümayəndəsi və üçüncü şəxs: İsmayıllı rayon Diyallı kənd Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları.( 9-cu maddə). Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (12-ci maddəsinin 2-ci bəndi). Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.(12-ci maddəsinin 3-cü bəndi). "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyaya keçirilməsinə müstəsna hallarda, yalnız müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar digər kateqoriyaya keçirildikdə, bu barədə qəbul edilən qərarda bunun səbəbləri, zəruriliyi, müstəsnalığı ətraflı əsaslandırılmalıdır. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə iddiaçının faktiki istifadəsində olan faktiki naturada ölçülmüş 0.1975 ha torpaq sahəsi və faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir və həmin torpaq sahəsində bir ədəd fərdi yaşayış evi mövcuddur. Göründüyü kimi iddia tələbində qeyd olunan və dövlət reyestrində qeydiyyata alınması tələb edilən 0.06 ha həyətyanı torpaq sahəsi mütəxəssis rəyində də qeyd edildiyi kimi faktiki olaraq 0.1975 ha ərazini əhatə etməklə həmin torpaqda bir ədəd fərdi yaşayış evi tikilmiş və kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12rşı “İsmayıllı rayon Güyüm kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-829/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar