Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-69/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarın ləğv edilməsi və İddiaçı MMC-yə hesablanmış 91250,16 manat vergi və 53263,97 manat maliyyə sanksiyaları olmaqla ümumilikdə 141514,14 manat məbləğində borcunun silinməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-28/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarı və "xxxx" MMC-yə hesablanmış 91250,16 manat vergi və 53263,97 manat maliyyə sanksiyaları olmaqla ümumilikdə 141514,14 manat məbləğində borcun ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarın ləğv edilməsi və "xxxx" MMC-yə hesablanmış 91250,16 manat vergi və 53263,97 manat maliyyə sanksiyaları olmaqla ümumilikdə 141514,14 manat məbləğində borcunun silinməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - cavabdeh Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********197863 saylı qərarına əsasən 10 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X6, 10 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X9 tərəfindən OKEANİNŞAAT MMC üzrə aşağıda verilən tədiyyə və dövrlərdə : Ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2017 - 4-cü rüb 2019, Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış Əlavə dəyər vergisi Aprel 2017 - Dekabr 2019, Torpaq vergisi 2017- ci il - 2019-cu il, Əlavə dəyər vergisi Aprel 2017 - Dekabr 2019, Əmlak vergisi 2017-ci il - 2019-cu il, Mədən vergisi Aprel 2017-Dekabr 2019, Sadələşdirilmiş vergi 2-ci rüb 2017- 4- cü rüb 2019, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il - 2019-cu il, MDSS - İşəgötürənlər-muzdla işləyənləri əmək müaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-2-ci rüb 2019, Aksiz vergisi, Aprel 2017 - Dekabr 2019, Mənfəət vergisi 2017-ci il - 2019-cu il, İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018 – 2-ci rüb 2019, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) 3- cü rüb 2019 – 4-cü rüb 2019, Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019 – 4-cü rüb 2019 Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanılması aparılmış və xx.xx.2020-ci il tarixli **********99451 saylı “səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir.
5. Həmin xx.xx.2020-ci il tarixli **********99451 saylı “səyyar vergi yoxlaması aktı” ilə göstərilir ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixli **********199070 nömrəli qərarla 30 gün, xx.xx.2020-ci il tarixli **********199367 nömrəli qərarla 20 gün, xx.xx.2020-ci il tarixli **********200010 nömrəli qərarla 31 gün, xx.xx.2020ci il tarixli **********137434 nömrəli qərarla 29 gün müvəqqəti dayandırılmaqla, xx.xx.2020ci il tarixli **********139440 nömrəli qərarla 30 gün əlavə vergi yoxlanılması tədbirlərinin keçirilməklə xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır.
6. Cavabdeh qərəzli olaraq növbədənkənar səyyar vergi yoxlanılması aparmış, əsassız olaraq yoxlama 4 dəfə dayandırılmışdır. Cavabdeh 2017-2019-cu illər üzrə ümumilikdə 58427 manat mənfəət vergisi hesablmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 29213,89 manat maliyyə sanksiyası tətbiq olunması təlkif olunmuş, ümumilikdə 32814,38 manat ƏDV hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 47772,11 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 23886,06 manat maliyyə sanksiyası tətbiq olunması təlkif olunmuş, 2018-2019-cu illər üzrə 8 manat vergi hesablanmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4 manat və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatı təqdim etmədiyinə görə 120 manat maliyyə sanksiyası tətbiq olunması təlkif olunmuş, Muzdla işləyənləri işə götürən sığortaedənlər hesabatını vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 120 manat maliyyə sanksiyası tətbiq olunması təlkif olunmuş, Vergi Bəyannamələrini müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 120 manat maliyyə sanksiyası tətbiq olunması təlkif olunmuşdur
7. Səyyar vergi yoxlamasına başlayan andan yoxlama aparan müfəttişlərin, böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X2 və böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X4 qərəzli yoxlama apardıqları məlum olmuş, etirazı əsassız olarzaq rədd edilmişdir.
8. xx.xx.2020-ci il tarixli **********99451 saylı “səyyar vergi yoxlaması aktı” onun iştirakı olmadan tərtib edilmiş, lakin xx.xx.2020-ci il tarixli “imtina aktı” tərtib edilərək guya “səyyar vergi yoxlaması aktı” ona təqdim edilmiş, iddiaçı isə yoxlamanın nəticəsindən narazı olduğuna görə həmin aktı imzalamaqdan imtina etmişdir.
9. Cavabdeh Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsi ona məlumat vermədən səyyar vergi yoxlaması aktına xx.xx.2020-ci il tarixdə, saat 11.00-da baxaraq vergi ödəyicisi kimi İddiaçı MMC-yə sifarişli məktubla məlumat verildiyini, lakin təmsil olunmadığını, aktın doğruluğunu dair 01 nömrəli qanunsuz protokol tərtib edilmişdir. Cavabdeh səyyar vergi yoxlaması aktına baxılması haqqında xx.xx.2020-ci il tarixli, 01 nömrəli protokolun surətini xx.xx.2020-ci il tarixli, **********447300 nömrəli müşayətedici məktubla İddiaçı MMC-yə göndərmiş və xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır.
10. Cavabdeh Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2020-ci il tarixdə **********0337500 nömrəli qərarla İddiaçı MMC üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticəsi haqqında xx.xx.2020-ci il tarixli **********99451 nömrəli aktına və xx.xx.2020-ci il tarixli, **********447300 nömrəli sənədə baxaraq əlavə hesablanmış vergilər 91250,16 manat, Vergi qanunvericiliyininin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları 53263,97 manat olmaqla 141514,14 manat məbləğində məsuliyyətə cəlb edilmiş, cinayət xarakterli materiallar aidiyyəti üzrə İqtisadiyyat nazirliyi yanında DVXnin Hüquq baş idarəsinə göndərilmişdir.
11. Cavabdeh Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2020-ci il tarixli, **********0337500 nömrəli qərarı qanunsuz və əsassızdır. Ona görə ki, "xxxx" MMC üzrə növbədənkənar vergi yoxlaması keçirilməsinə qanuni əsas, zərurət olmamışdır.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
13. Cavabdeh xx.xx.2020-ci il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********197863 nömrəli qərarına əsasən "xxxx" MMC-də (VÖEN-**********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu ili əhatə edən vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın keçirilməsi 10 Saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük DVM-i, 2-ci dərəcəli müfəttiş X3 və həmin şöbənin böyük DVM-i, 2-ci dərəcəli müfəttiş X7 tapşırılmışdır.
14. Vergi ödəyicisi xx.xx.2020-ci il tarixində **********577900 saylı məktubla müraciət edərək səhətinin narahat olduğunu və yoxlamanın müvəqqəti dayandırılması ilə bağlı xahiş etmişdir. Vergi ödəyicinin bu müraciətinə əsasən səyyar vergi yoxlaması xx.xx.2020ci il tarixli **********199070 saylı qərarla vergi məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək) müvəqqəti dayandırılmışdır.
15. İddiaçı MMC-də (VÖEN-**********) keçirilən səyyar vergi yoxlaması zamanı əmlakın uçotdan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması məqsədi ilə inventarizasiyanın aparılmasına zərurət yaranmışdır. Qeyd olunanları və Vergi məcəlləsinin 38.5-ci maddəsini əsas tutaraq xx.xx.2020-ci il tarixində **********199366 saylı qərarla inventarizasiyanın keçirilməsi haqqında qərar verilmişdir. Vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan daşınan əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyasının aparılması 10 Saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük DVM-i, 2-ci dərəcəli müfəttiş X3 və həmin şöbənin böyük DVM-i, 2-ci dərəcəli müfəttiş X7 tapşırılmışdır. xx.xx.2020-ci il tarixli **********199366 saylı “Səyyar vergi yoxlaması zamanı invntarizasiyanın təyin edilməsi haqqında Qərar”a əsasən vergi ödəyicisinə məxsus İsmayıllı şəhəri, Qələbə küçəsi ünvanında yerləşən tikinti materialları mağazasında əmlakın, malların, o cümlədən qeyrimaddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyası aparılmış və inventarizasiya aktı ilə rəsmiləşdirilmişdir.
16. Səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə (materialların norma daxilində silinməsinin müəyyən edilməsi, görülmüş işlərə sərf edilmiş materialların miqdarının müəyyən edilməsi) üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssis (ekspert) dəvət olunması zərurəti yaranmışdır. Odur ki, vergi ödəyicisi tərəfindən görülmüş təmir işlərinin tərkibində mal-material sərfiyyatının normalara uyğun müəyyənləşdirilməsi, görülmüş işlərə sərf edilmiş materialların miqdarının forma 2-lər üzrə müəyyən edilməsi üçün xüsusi biliklər və təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 23-cü və 45-ci maddələrinə uyğun olaraq 10 Saylı Ərazi Vergilər İdarəsinin 20.05.202-ci il tarixli **********199957 saylı "Mütəxəssisin dəvət edilməsi haqqında Qərar"ına əsasən "xxxx" MMC-nin mütəxəssisi dəvət edildi. Mütəxəssis Vergi Məcəlləsinin 45.3-cü maddəsinə uyğun olaraq müqavilə əsasında dəvət olunmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixli **********601300 saylı rəy təqdim edilmişdir.
17. Səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixli **********200010 saylı qərarla xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli **********137434 saylı qərarla xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Mütəxsəssis tərəfindən rəy təqdim olunmadığına görə vergi məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən (vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək) dayandırılmışdır.
18. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir: - Mənfəət vergisinin yoxlanılması üzrə - 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisinin düzgünlüyü yoxlanıldı. Vergi ödəyicisi tərəfindən 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsində vergiyə cəlb olunan gəliri 194401.56 manat, mənfəət vergisinin 1055.84 manat olduğu, 2018-ci il mənfəət vergisi bəyannaməsində vergiyə cəlb olunan gəlir 749880.22 manat, mənfəət vergisinin 1880.84 manat, 2019-cu il mənfəət vergisi bəyannaməsində vergiyə cəlb olunan gəlir 937075.87 manat, mənfəət vergisinin 7388.04 manat olduğu göstərilmişdir.
19. Lakin yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsində vergiyə cəlb olunan ümumi gəlirlərin 2653.84 manat, 2018-ci il mənfəət vergisi bəyannaməsində vergiyə cəlb olunan ümumi gəlirlərin 9149.45 manat artıq göstərildiyi, 2019-cu il mənfəət vergisi bəyannaməsində vergiyə cəlb olunan ümumi gəlirlərin 193020.61 manat azaldığı aşkar edilmişdir.
20. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentin bütün gəliri ilə həmin dövr üçün bu məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
21. Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
22. Vergi ödəyicisinin gəlirlərini vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə, bank çıxarışlarına və Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən müəyyən etmək mümkün olsa da, xərcləri tam olaraq müəyyən etmək mümkün olmamışdır. Belə ki, vergi ödəyicisinin satış üçün təqdim etdiyi malların alışını təsdiq edən sənədin satışdan sonra əldə olunduğu və yaxud alışı təsdiq edən sənədin olmadığı hallar aşkar edilmişdir.
23. Qeyd olunan səbəblərdən vergi ödəyicisinin ümumi xərclərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün şərti rentabellik norması əsasında onun gəlirini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına uyğun olaraq aşağıdakı şərti üsulla gəlirlər əsasında müəyyən edildi və həmin mənfəətdən birbaşa vergi hesablandı.
24. 2017-ci il üzrə: Cəmi gəlirlər - 191747,72 (194401,56-2653,84), Cəmi xərclər159789,77 Şərti rentabellik - 20%, Mənfəət -31957,95, Mənfəət vergisi - 6391,59, 2018-ci il üzrə: Cəmi gəlirlər - 740730,77 (749880,22-9149,45), Cəmi xərclər - 617275,64 Şərti rentabellik - 20%, Mənfəət - 123455,13, Mənfəət vergisi - 24691,03. 2019-cu il üzrə: Cəmi gəlirlər - 1130096,48 (937075,87+193020.61), Cəmi xərclər - 941747,00, Şərti rentabellik - 20%, Mənfəət - 188349,41, Mənfəət vergisi - 37669,88.
25. Beləliklə 2017-ci ildə 5335.75 manat, 2018-ci ildə 22810.19 manat, 2019-cu ildə 30281.84 manat mənfəət vergisinin azaldıldığı müəyyən edildi və ümumilikdə 58427.78 manat mənfəət vergisi hesablandı. Həmçinin Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında yeni 29213.89 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur.
26. ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması: Yoxlamanın əhatə etdiyi dövrnün ayrı-ayrı hesabat aylarında (dekabr 2019 istisna olmaqla) büdcəyə ödənilməli ƏDV-nin 11711.89 manat azaldılması və 14957.74 manat artıq hesablaması müəyyən edildi. Fərqin yaranmasının səbəbi aşağıdakılar olmuşdur: - Vergi tutulan əməliyyatın düzgün müəyyən edilməməsi nəticəsində vergilərin ayrıayrı hesabat dövrlərində (dekabr 2019 istisna olmaqla) 11711.89 manat azaldılmasına və həmin məbləğ qədər artıq hesablanmasına səbəb olmuşdur. - Yoxlamanın əhatə etdiyi dövrdə vergi tutulan əməliyyatın dəyərinin ƏDV bəyannamələrində 18032.50 manat artıq göstərməsi nəticəsində ƏDV-nin 3245.85 manat artıq hesablanmasına səbəb olmuşdur.
27. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 11711.89 manat vergi məbləğinin 50%-i miqdarında yəni 5855.95 manat maliyyə sanksiyası hesablanması təklif olunur.
28. Bundan əlavə 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********199366 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında Qərar”ına əsasən xx.xx.2020-ci il tarixində vergi ödəyicisnə məxsus İsmayıllı şəhəri,Qələbə küçəsi ünvanında yerləşən tikiniti materiallarının satışı mağazasında inventarizasiya keçirilmiş və inventarizasiya aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin sahibliyində olan malların Dövlət Vergi Xidmətinin baza məlumatları, forma-2 lərə sərf edilmiş mal-material sərfiyyatı ilə bağlı mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyi və xx.xx.2020-ci il tarixli İnventarizasiya aktının qarşılıqlı təhlili və müqayisəsi nəticəsində vergi ödəyicisin sahibliyində olan 224.06 ton sementin və 142.66 kub metr taxtanın aşkar olunmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün malların qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edilərək orta aylıq satış qiyməti müəyyən edilmişdir. Belə ki, sementin 1 tonu üçün satış qiyməti 127.06 manat, taxtanın 1 kub metri üçün satış qiyməti 282.39 manat olduğu müəyyən edilmişdir. Beləliklə 28469.06 ( 224.06 x 127.06) manat dəyərində sement və 40286.10 (142.66 x 282.39) manat dəyərində taxtanın, ümumilikdə 68755.16 manat dəyərinə malın dövriyyədə göstərilmədiyi aşkar edilmişdir. Forma-2 lərə sərf edilmiş mal-material sərfiyyatı ilə bağlı mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018 və 2019-cu illər üzrə mənfəət vergisi bəyannaməsin vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə 1 nömrəli əlavəsinin 1.3.2 bəndinin malların silinməsi bəndi ilə qarşılıqlı müqayisəsi nəticəsində 2018-ci il üzrə 68568.05 ( 1870xx.xx-118492.37) manat, 2019-cu il üzrə 116058.87 (352950.0-236891.13) manat, ümumilikdə 184626.92 manat dəyərində malmaterialın uçotdan silindiyi aşkar edilmişdir. Beləliklə, yekun olaraq vergi ödəyicisinin uçotda göstərilməyən dövriyyəsini müəyyən etmək üçün uçotda göstərilməyən 68755.16 manat və uçotda artıq göstərilərək silinmiş 184626.92 manat mal-materialın cəmindən, yəni 253382.08 manatdan vergi ödəyicinin yoxlanılan dövründə və inventarizasiya keçirilən tarixədək olan dövr ərzində göstərdiyi pərakəndə satış dövriyyəsini, yoxlama dövrünün əvvəli ilə inventarizasiyanın aparılıdığı tarixə qədər olan dövr üzrə alış və satış nəzərə alınaraq 51527.53 manat çıxılmışdır. Yekun 201854.55 manatlıq dövriyyənin uçotda göstərilmədiyi aşkar olunmuşdur. Nəticədə dövriyyədə göstərilməyən 201854.55 manatlıq dövriyyə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən SVY ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə, yəni, 2019-cu il dekabr ayı üzrə ƏDV bəyannaməsinə bərpa olunmuşdur. Həmçinin 2019-cu il dekabr ƏDV bəyannaməsində büdcəyə çatacaq 273.60 manat ƏDV məbləğinin artıq hesablandığı aşkar edilmişdir. Nəticədə büdcəyə çatacaq vergi məbləğinin 36060.22((201854.55*18%)-273.60) manat az hesablandığı müəyyən olundu.Yoxlama ilə 36060.22 manat azaldılmış ƏDV məbləği hesablandı. Həmçinin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 36060.22 manat vergi məbləğinin 50%i miqdarında yəni 18030.11 manat maliyyə sanksiyası hesablanması təklif olunur.
29. Ümumilikdə Yoxlamanın əhatə etdiyi dövr ərzində 32814.38 manat ((201854.55*18%)+117xx.xx-14957.74-273.60) ƏDV məbləği hesablandı. Həmçinin Vergi Məcəlləsinin 58.1- ci maddəsinə əsasən azaldılmış 47772.11 manat (36060.22+11711.89) vergi məbləğinin 50%-i miqdarında yəni 23886.06 manat maliyyə sanksiyası hesablanması təklif olunmuşdur.
30. Torpaq vergisinin yoxlanılması üzrə. Vergi ödəyicisinin yoxlanılan dövürdə istifadəsində 100 kv metr torpaq sahəsi olmasına baxmayaraq 2017-ci il, 2018-ci il və 2019-cu il üzrə torpaq vergisi hesablamamış və vergi hesabatını təqdim etməmişdir. 2017ci il torpaq vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanma aparılmışdır. Yoxlama ilə vergi ödəyicisinə 2018-ci və 2019-cu illər üzrə 8,0 manat vergi hesablandı. Həmçinin Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 4,0 manat və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını təqdim etmədiyinə görə 120,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
31. Muzdla işləyənləri işə götürən sğortaedənlər hesabatlarının yoxlanılması üzrə. Vergi ödəyicisinin yoxlanılan dövürdə 2019-cu il 3-cü rüb Muzdla işləyənləri işə götürən sğortaedənlər hesabatını vergi orqanına təqdim etmək öhdəliyinin yaranmasına baxmayaraq 2019-cu il 3-cü rüb Muzdla işləyənləri işə götürən sğortaedənlər hesabatını vergi orqanına təqdim etmədiyi aşkar edilmişdir. Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən vergi hesabatını təqdim etmədiyinə görə 40,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
32. Səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixində **********199451 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixində **********852800 nömrəli məktubla göndərilmişdir. Vergi ödəyicisinə səyyar vergi yoxlaması materiallarına baxılması barədə xx.xx.2020-ci il tarixində məktub göndərilmiş və vergi ödəyicisi xx.xx.2020-ci il tarixində saat 11.00 da Səyyar vergi yoxlaması materiallarına baxılmasında iştirak etməsi üçün Qəbələ şəhəri H.Əliyev pr 117 ünvanında yerləşən 10 saylı Ərazi Vergilər idarəsinə gəlməyi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixində qeyd olunan vaxtda vergi ödəyicisi səyyar vergi yoxlaması materiallarına baxılmasında iştirak etmək üçün idarəyə gəlməmişdir və bununla bağlı heç bir üzürlü səbəb bildirməmişdir. Odur ki, Səyyar vergi yoxlaması materiallarına vergi ödəyicisinin iştirakı olmadan baxılmışdır. Akta baxılma 1 nömrəli prokotolla xx.xx.2020-ci il tarixində rəsmiləşdirilmişdir. xx.xx.2020-ci il tarixində **********140836 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar verilmişdir və xx.xx.2020-ci il tarixində **********367700 saylı məktubla vergi ödəyicisinə göndərilmişdir.
33. Bundan əlavə iddiaçı əsassız olaraq yoxlamanın 4 dəfə dayandırıldığını və 1 dəfə 30 günlük əlavə tədbirlər keçirildiyini qeyd etmişdir. Çünki vergi məcəlləsinin 38.7.2. maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək təxirə salına bilər. Vergi ödəyicisinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən səyyar vergi yoxlaması **********199070 və **********199367 nömrəli qərarlarla xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi təxirə salınmışdır. Həmçinin vergi məcəlləsinin 38.7.3. maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama təxirə salına bilər. Belə ki, **********199957 nömrəli qərarla mütəxəssis dəvət edildiyi üçün xx.xx.2020-ci il tarixindən xx.xx.2020 ci il tarixinə kimi və **********137434 nömrəli qərarla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təxirə salınmışdır. Əlavə tədbirlərin keçirilməsi ilə bağlı olaraq Vergi məcəlləsinin 49.1. maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində bir sıra qərarlarlar qəbul edə bilər. Bunlardan biri də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsidir(VM 49.1.3)
34. İddiaçı əsassız olaraq iddia edir ki, səyyar vergi yoxlanılması aktına baxılmasından xəbəri yoxdur. Belə ki, **********539500 nömrəli məktubla idarəyə dəvət edilmişdir. Vergi məcəlləsinin 70.2-1. maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (Əsas: Vergi ödəyicisi ilə idarə arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə”-müqavilə etiraza əlavə olunur) Hətta proqram təminatının texniki imkanlarından istifadə etməklə xx.xx.2020-ci saat 12:05:15 tarixində oxunduğunu görmək olur. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Göründüyü kimi lazımı qaydada məlumatın verilməsinə baxmayaraq ödəyici inzibati binaya gəlməmişdir. VM-nin 39.7-ci maddəsinə əsasən Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.
35. İddiaçı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün 38.3-cü maddəsindəki əsasları sadalamışdır. İddiaçı ərizəsində idarənin əsassız olaraq yoxlama apardığını qeyd etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yoxlama kodu KY201444158 olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda plandankənar(növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcələsinin 38.3.5-ci maddəsi göstərilmişdir. Yəni Vergi məcəlləsi 38.3.5ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə.
36. Göründüyü kimi vergi orqanı tərəfindən iddiaçı “Okean-İnşaat" MMC (VÖEN: **********) barəsində keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir.
37. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3 və 38.1-ci maddələrinə əsasən, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
38. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-28/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir.
39. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
40. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-28/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-28/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 və əvvəlki iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2- 1(116)-28/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
43. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********140836 nömrəli qərardan görünür ki, "xxxx" MMC (VÖEN-**********) vergi məsululiyyətinə görə cəlb edilmişdir. Vergi məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. - “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrinin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********037500 nömrəli tələbnamədən görünür ki, “Okean-İnşaat" MMC-də ********** Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********140836 saylı qərar əsasında aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: a) əlavə hesablanmış vergilər: 91250.16 Azərbaycan manatı b) vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 53263.97 Azərbaycan manatı c) Vergilərən vaxtında ödənilməməsinə görə hesablanmış faizlər 0.00 Azərbaycan manatı Büdcəyə ödənilməli olan cəmi məbləğ 144514.13 Azərbaycan manatı təşkil etmişdir. - Səyyar vergi yoxlaması **********199451 nömrəli aktından görünür ki, halhazırki yoxlama ilə xeyli miqdarda yəni 91250.16 manat vergilərin azaldığı və ödənilmədiyi müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində göstərilən cinayət əməlinin əlamətləri aşkar edilmişdir. 3.2. Vergi və digər hüquq pozuntularına dair müəyyən edilmiş digər faktlar haqqında ümumiləşdirilmiş məlumatlar yoxdur. 3.3. Mühasibat uçotunda kənarlaşma aşkar olunmamışdır. 3.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə protokol tərtib olunmamışdır. 3.5. Aşkar edilmiş vergi və digər hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcıların təklifləri Vergi qanunvericiyi pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq yoxlanılan şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi təklif olunmuşdur. - Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197863 nömrəli qərarından görünür ki, "xxxx" MMC-də (VÖEN**********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlanması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: aprel 2017-dekabr 2019, 2. Yoxlamanın keçirilməsi 10 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X9, 10 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttiş X3 tapşırılmışdır. Yoxlama müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2020-ci il tarixli **********199962 nömrəli qərarından görünür ki, "xxxx" MMC-də (VÖEN**********)-dən (dan) Təmir işlərinin götürülməsini təsdiq edən sənədlər, bank ödəniş sənədləri, əmək haqqı cədvəlləri götürülməsi həyata keçirilməsi qərara alınmışdır. - Mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********199957 nömrəli qərardan görünür ki, X5 "xxxx" MMC mütəxəssis kimi dəvət edilmişdir. 2. Mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Görülmüş təmir işlərinin tərkibində normalara uyğun müəyyənləşdirilməsi.
2. Görülmüş təmir işlərinə sərf edilmiş materialların miqdarının forma 2-lər üzrə ayrıayrılıqda müəyyən edilməsi.
3. Mütəxəssisin sərəncamına aşağıdakı sənədlər və əşyalar verilmişdir: Vergi ödəyicisinin işlərin görülməsi zamanı tərtib edilmiş forma 2-lər, forma 3-lər və müqavilələr. - xx.xx.2020-ci il tarixli imtina aktından görünür ki, 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********197863 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən hüququ şəxs "xxxx" MMC-də (VÖEN-**********) növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamann nəticəsi olaraq xx.xx.2020-ci il tarixli **********199451 saylı “Səyyar vergi yoxlaması akt”ı tərtib edilmişdir. “Səyyar vergi yoxlaması akt”ı imzalanması üçün vergi ödəyicisinə təqdim edilməsi, lakin vergi ödəyicisinin yoxlamanın nəticəsindən narazı olduğunu bildirərək, aktı imzalamaqdan və surətini almaqdan imtina etməsi qeyd edilmişdir. - xx.xx.2020-ci il tarixli "xxxx" MMC-nin (VÖEN-**********) məktubundan görünür ki, səyyar vergi yoxlamasının müvəqqəti dayandırılmasını xahiş edilmişdir. - Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********138180 nömrəli qərarından görünür ki, "xxxx" MMC-də (VÖEN-**********) keçirilən, xx.xx.2020-ci il tarixli **********137434 nömrəli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdən bərpa edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-cii il tarixli 2-1(116)-385/2021 nömrəli qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İş materiallarında olan sənədlərə əsasən iddiaçının yoxlanılan xx.xx.2017xx.xx.2019-cu il dövründə dövriyyəsi nə qədər olmuşdur?
2. İddiaçının iş materiallarında olan sənədlərə əsasən yoxlanılan xx.xx.2017xx.xx.2019-cu il dövründə ödəməli olduğu vergilərin (mənfəət, ƏDV, ÖMV, torpaq) məbləği nə qədərdir? (illər üzrə ayrı-ayrılıqda qeyd olunmaqla)
3. İddiaçı tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatları mühasibat uçotunda əks etdirilmiş və onlar qüvvədə olan normativ aktlara uyğun olmuşdurmu?
4. İddiaçının vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticə əsaslıdırmı?
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi tətbiq olunmaqla iddiaçının yoxlanılan dövr ərzində ödəməli olduğu mənfəət vergisinin məbləği nə qədərdir?
6. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş yoxlama dövrünü əhatə edən ilkin mühasibat sənədləri əsasında iddiaçının gəlirləri, xərcləri və ödəməli olduğu mənfəət, ƏDV və ödəmə mənbəyindən tutulan verginin məbləği nə qədərdir? (illər üzrə ayrıayrılıqda qeyd olunmaqla)
7. Forma-2-lərə sərf edilmiş mal-material sərfiyyatı ilə bağlı mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyi və xx.xx.2020-ci il tarixli İnventarizasiya aktının qarşılıqlı təhlili və müqayisəsi nəticəsində vergi ödəyicisinin sahibliyində olan neçə ton sement və neçə kub metr taxta dövriyyədən gizlədilmişdir?
8. Vergi tutulan əməliyyatın düzgün müəyyən edilməməsi vergilərin ayrı-ayrı hesabat dövrlərində (dekabr 2019 istisna olmaqla) neçə manat azaldılmasına səbəb olmuşdur?
9. Forma-2-lərə sərf edilmiş mal-material sərfiyyatı ilə bağlı mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyinin vergi ödyicisi tərəfindən təqdim edilmiş 2018 və 2019-cu illər üzrə mənfəət vergisi bəyannaməsinin vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə 1 nömrəli əlavəsinin 1.3.2-ci bəndinin malların silinməsi bəndi ilə qarşılıqlı müqayisəsi nəticəsində 2018-ci il üzrə neçə manat, 2019-cu il üzrə neçə manat, ümumilikdə neçə manat dəyərində mal-material uçotdan silinmişdir?
10. Ümumilikdə yoxlamanın əhatə etdiyi dövr ərzində neçə manat ƏDV məbləği hesablanmalı idi?
11. Vergi ödəyicisinin satış üçün təqdim etdiyi malların allışını təsdiq edən sənədin satışdan sonra əldə olunduğu (məs: sement, kərpic, armatur və s.) və yaxud alışı təsdiq edən sənədin olmadığı (məs: qum) hallar aşkar edilmişdir. Həmin sənədlər ciddi hesabat sənədləridirmi?
12. Həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu?
13. 2017-ci ildə neçə manat, 2018-ci ildə neçə manat, 2019-cu ildə neçə manat mənfəət vergisi azaldılmışdır?
14. Ümumilikdə neçə manat mənfəət vergisi hesablanmalı idi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: İş materiallarında olan sənədlərə əsasən iddiaçının yoxlanılan xx.xx.2017xx.xx.2019-cu il dövründə dövriyyəsinin 1.858.336,46 manat məbləğində olması müəyyən olunur. İkinci, üçüncü, dördüncü, altıncı, səkkzinci, onuncu, on birinci, on ikinci, on üçüncü və on dördüncü suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış mənfəət vergisi və ƏDV müəyyən olunmur. Yəni hazırkı ekspertiza tədqiqatı zamanı yoxlama ilə əlavə hesablanmış mənfəət və ƏDV məbləği öz təsdiqini tapmadı. Tədqiqatla yalnız müəssisə üzrə 2018-ci və 2019-cu illərdə 8,00 manat məbləğində torpaq vergisinin az hesablanması müəyən edilmişdir. Həmçinin qeyd edilir ki, vergi ödəyicisinin satış üçün təqdim etdiyi maların alışını təsdiq edən sənədin satışdan sonra əldə olunduğu (məs: sement, kərpic, armatur və s.) halların aşkar edilməsi məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Eyni zamanda qeyd edilir ki, iş materiallarında gəlirdən çıxılan xərclər öz əksini tapmışdır ki, həmin sənədlərin xərc kimi nəzərə alınması vergi qanunverciliyinin tələblərinə uyğundur. Beşinci sual üzrə. İş materiallarından göründüyü kimi, İddiaçı MMC 2017-ci ildə mənfəət vergisinin ödəyicisi olmuş, və bu məqsədlə vergi orqanına bəyannamə təqdim etmişdir. Həmin bəyannamədə büdcəyə çatası mənəfəət vergisi 1.055,84 manat məbləğində göstərilmişdir. Səyyar vergi yoxlaması aktında qeyd olunur ki, yoxlama zamanı sənədlər qismən təqdim edildiyindən müəssisə üzrə 2017-ci ildə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamış və Vergi Məcəlləsinin 83.9 maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək mənfəət vergisi hesablanmışdır. Həmin hesablamaya əsasən 31.957,95 manat məbləğində mənfəət, həmin mənfəətdən 20 % dərəcə ilə büdcəyə 6.391,59 manat məbləğində mənfəət vergisi hesablanmış və 1055,84 manat məbləğində bəyan olunmuş mənfəət vergisi nəzərə alınmaqla 5.335,75 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd edilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Eyni zamanda Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən “Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.” Lakin səyyar vergi yoxlaması zamanı nə əlaqəli məlumatlardan, nə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə olunmadan hesablama aparılmışdır. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.27 maddəsində deyilir: “tikinti layihəsi - şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur.” Həmin Məcəllənin 3.0.28 maddəsində isə deyilir: ” smeta - tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlərdir.” Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, yəni forma-2, vergi hesab - faktura, müqavilələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar mövcuddur. Buna baxmayaraq, səyyar vergi yoxlaması zamanı vergilər hesablanarkən nə tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə də digər fiziki həcm say və s . istifadə etməklə vergi hesablanmamış, o cümlədən görülmüş işlərin keyfiyyəti və vaxt göstəriciləri də nəzərə alınmamışdır. Həmçinin yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması aktında anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və məlumatları əsasında hesablama aparılması haqqında heç bir məlumat mövcud deyildir. Yəni yoxlayıcı tərəfindən 67-ci maddənin tələbləri nəzərə alınmamış, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsi tətbiq edilmiş və düzgün olmayaraq mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 104.1 -ci maddəsində qeyd olunduğu kimi rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X Fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Gəlirin anlayışı Məcəllənin 13.2.12-ci maddəsində verilmişdir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2017-ci ildə ümumi gəlirin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirir. Ekspert qeyd edir ki, yuxarıda göstərilənlərə və təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2017-ci il üzrə maliyyə vəziyyətinin əsas iqtisadi göstəriciləri aşağıdakı kimi müəyyən edilir: Ümumi gəlir 194.401,56 manat; Cəmi xərclər 189.122,36 manat; Balans mənfəəti (zərəri) 5.279,20 manat. Göstərilənlərə əsasən İddiaçı MMC-nin 2017-ci il üzrə apardığı əməliyyatlara görə 5.279,20 (194.401,56 (gəlir) - 189.122,36 (xərclər)) manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Belə olan halda İddiaçı MMC-nin 2017-ci ilin yekunlarına görə 5.279,20 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20 % dərəcəsi ilə 1.055,84 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.055,84 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2017-ci il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. 2018-ci il üzrə İş materiallarından göründüyü kimi, İddiaçı MMC 2018-ci ildə mənfəət vergisinin ödəyicisi olmuş, və bu məqsədlə vergi orqanına bəyannamə təqdim etmişdir. Həmin bəyannamədə büdcəyə çatası mənəfəət vergisi 1880.84 manat məbləğində göstərilmişdir. Səyyar vergi yoxlaması aktında qeyd olunur ki, yoxlama zamanı sənədlər qismən təqdim edildiyindən müəssisə üzrə 2018-ci ildə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamış və Vergi Məcəlləsinin 83.9 maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək mənfəət vergisi hesablanmışdır. Həmin hesablamaya əsasən 123.455,13 manat məbləğində mənfəət hesablanmış, həmin mənfəətdən 20 % dərəcə ilə büdcəyə 24.691,03 manat məbləğində mənfəət vergisi hesablanmış və 1.880,84 manat məbləğində bəyan olunmuş mənfəət vergisi nəzərə alınmaqla 22.810,19 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd edilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Eyni zamanda Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən “Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.” Lakin səyyar vergi yoxlaması zamanı nə əlaqəli məlumatlardan nə də analoji məlumatlardan istifadə olunmadan hesablama aparılmışdır. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.27 maddəsində deyilir: “tikinti layihəsi - şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur;” Həmin Məcəllənin 3.0.28 maddəsində isə deyilir: ” smeta - tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlərdir.” Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, yəni forma-2, vergi hesab - faktura, müqavilələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar mövcuddur. Buna baxmayaraq, səyyar vergi yoxlaması zamanı vergilər hesablanarkən nə tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə də digər fiziki həcm say və s . istifadə etməklə vergi hesablanmamış, o cümlədən görülmüş işlərin keyfiyyəti və vaxt göstəriciləri də nəzərə alınmamışdır. Bundan başqa səyyar vergi yoxlaması aktında anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və məlumatları əsasında hesablama aparılması haqqında heç bir məlumat mövcud deyildir. Yəni yoxlayıcı tərəfindən 67-ci maddənin tələbləri nəzərə alınmamış, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsi tətbiq edilmiş və düzgün olmayaraq mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 104.1-ci maddəsində qeyd olunduğu kimi rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X Fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Gəlirin anlayışı Məcəllənin 13.2.12-ci maddəsində verilmişdir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergutma məqsəsləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2018-ci ildə ümumi gəlirin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirir. Ekspert qeyd edir ki, yuxarıda göstərilənlərə və təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2018-ci il üzrə maliyyə vəziyyətinin əsas iqtisadi göstəriciləri aşağıdakı kimi müəyyən edilir: Ümumi gəlir 749.880,22 manat; Cəmi xərclər 740.476,02 manat; Balans mənfəəti (zərəri) 9.404,20 manat. Göstərilənlərə əsasən İddiaçı MMC-nin 2018-ci il üzrə apardığı əməliyyatlara görə 9.404,20 (749.880,22 (gəlir) - 740.476,02 (xərclər)) manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Belə olan halda İddiaçı MMC-nin 2018-ci ilin yekunlarına görə 9.404,20 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20 % dərəcəsi ilə 1.880,84 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyab edilmiş 1.880,84 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2018-ci il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. 2019-cu il üzrə İş materiallarından göründüyü kimi, İddiaçı MMC 2019-cu ildə mənfəət vergisinin ödəyicisi olmuş, və bu məqsədlə vergi orqanına bəyannamə təqdim etmişdir. Həmin bəyannamədə büdcəyə çatası mənəfəət vergisi 3.845,17 manat məbləğində göstərilmişdir. Səyyar vergi yoxlaması aktında qeyd olunur ki, yoxlama zamanı sənədlər qismən təqdim edildiyindən müəssisə üzrə 2019-cu ildə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamış və Vergi Məcəlləsinin 83.9 maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək mənfəət vergisi hesablanmışdır. Həmin hesablamaya əsasən 188.349,41 manat məbləğində mənfəət hesablanmış, həmin mənfəətdən 20 % dərəcə ilə büdcəyə 37.669,88 manat məbləğində mənfəət vergisi hesablanmış və 7.388,04 manat məbləğində kameral hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 30.281,84 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) tsöşfta olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd edilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Eyni zamanda Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən “Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.” Lakin səyyar vergi yoxlaması zamanı nə əlaqəli məlumatlardan nə də analoji məlumatlardan istifadə olunmadan hesablama aparılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.27 maddəsində deyilir: “tikinti layihəsi - şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur;” Həmin Məcəllənin 3.0.28 maddəsində isə deyilir: ” smeta - tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlərdir” Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, yəni forma-2, vergi hesab - faktura, müqavilələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar mövcuddur. Buna baxmayaraq, səyyar vergi yoxlaması zamanı vergilər hesablanarkən nə tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə də digər fiziki həcm say və s . istifadə etməklə vergi hesablanmamış, o cümlədən görülmüş işlərin keyfiyyəti və vaxt göstəriciləri də nəzərə alınmamışdır. Bundan başqa səyyar vergi yoxlaması aktında anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və məlumatları əsasında hesablama aparılması haqqında heç bir məlumat mövcud deyildir. Yəni yoxlayıcı tərəfindən 67-ci maddənin tələbləri nəzərə alınmamış, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsi tətbiq edilmiş və düzgün olmayaraq mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 104.1 -ci maddəsində qeyd olunduğu kimi rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X Fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Gəlirin anlayışı Məcəllənin 13.2.12-ci maddəsində verilmişdir: malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müəssisənin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrə dair maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, həmin ilkin mühasibat sənədləri müəssisə üzrə aparılmış maliyyə-təsərrüfat əməliyyatlarını, o cümlədən tədqiq olunan 2019-cu ildə ümumi gəlirin əldə oluhhnası ilə bağlı xərcləri özündə əks etdirir. Ekspert qeyd edir ki, yuxarıda göstərilənlərə və təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2019-cu il üzrə maliyyə vəziyyətinin əsas iqtisadi göstəriciləri aşağıdakı kimi müəyyən edilir: Ümumi gəlir 937.075,87 manat, Cəmi xərclər 917.850,00 manat; Balans mənfəəti (zərəri) 19.225,85 manat. Göstərilənlərə əsasən İddiaçı MMC-nin 2019-cu il üzrə apardığı əməliyyatlara görə 19.225,85 (937.075,87 (gəlir) - 917.850,00 (xərclər) ) manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Belə olan halda İddiaçı MMC-nin 2019-cu ilin yekunlarına görə 19.225,85 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20 % dərəcəsi ilə 3.845,17 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyab edilmiş 3.845,17 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2019-cu il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Yeddinci və doqquzuncu suallar üzrə. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlaması ilə mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyi və xx.xx.2020-ci il tarixli İnventarizasiya aktının qarşılıqlı təhlili və müqayisə nəticəsində vergi ödəyicisinin sahibliyində olan 224,06 ton sementin və 142,66 kub metr taxtanın aşkar olunmadığı, sementin 1 tonu üçün satış qiyməti 127,06 manat, taxtanın 1 kub metri üçün satış qiyməti 282,39 manat olduğu müəyyən edilmişdir. Yəni mütəxəssis tərəfindən 28.469,06 manat dəyərində sement, 40.286,10 manat dəyərində taxtanın, ümumilikdə 68.755,16 manat dəyərində malın dövriyyədə göstərilmədiyi, forma-2-lərə sərf edilmiş malmaterial sərfiyyatı ilə bağlı mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********601300 nömrəli mütəxəssis rəyinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018 və 2019-cu illər üzrə mənfəət vergisi bəyannaməsinin vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə 1 nömrəli əlavəsinin 1.3.2 bəndinin malların silinməsi bəndi ilə qarşılıqlı müqayisəsi nəticəsində 2018-ci il üzrə 68.568,05 manat, 2019cu il üzrə 116.058,87 manat, ümumilikdə 184.626,92 manat dəyərində mal-materialın uçotdan silindiyi qənaətinə gəlinmişdir. Lakin tədqiqi hissədə göstərildiyi kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.27 maddəsində deyilir: “tikinti layihəsi - şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur;” Həmin Məcəllənin 3.0.28 maddəsində isə deyilir: ”smeta - tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlərdir;” Müəssisənin təqdim etdiyi tikinti layihə və smeta sənədlərində, yəni forma-2, vergi hesab - faktura, müqavilələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar mövcuddur. Buna baxmayaraq, səyyar vergi yoxlaması zamanı vergiyə hesablanarkən nə tikinti layihə və smeta sənədlərindən, nə əlaqəli məlumatlardan, nə də digər fiziki həcm say və s. istifadə etməklə vergi hesablanmamış, o cümlədən görümüş işlərin keyfiyyəti və vaxt göstəriciləridə nəzərə alınmamışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/2879 nömrəli ekspert rəyi təqdim edilmişdir. Həmin ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında və xx.xx.2021-ci il tarixli ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilənlər istintaq orqanı tərəfindən əsaslı hesab olunduğu təqdirdə, təqdim olunmuş iş materiallarına əsasən, İddiaçı MMC tərəfindən xx.xx.2017-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlara görə 58.427,78 manat məbləğində mənfəət vergisinin, 32.814,38 manat məbləğində əlavə dəyər vergisinin və 8,00 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən olunur. Cavabdeh orqanın vəsatəti əsasında Şəki İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadı ilə əlavə ekspertiza təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılaraq, aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli rəylə, xx.xx.2021-ci il tarixli 9/2879 nömrəli rəy arasında 144514 manatlıq fərqin yaranmasına əsas nə olmuşdur?
2. xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli rəy verilərkən ekspert hesablamaya əsas olmuş hansı halları və sübutları əsas götürmüş, hesablama ümumən nəyin əsasında aparılmışdır?
3. xx.xx.2021-ci il tarixli 9/2879 nömrəli rəydə 5-ci sual üzrə qeyd olunmuş “Müəssisənin təqdim etdiyi tikinti-layihə və smeta sənədlərində, yəni forma-2, vergihesabfaktura, müqavilələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar mövcuddur” dedikdə konkret olaraq hansı məlumatlar nəzərdə tutulur? O cümlədən, görülmüş işlərin keyfiyyəti və vaxt göstəricilərinin nəzərə alınmaması vergi məbləğinin hansı məbləğdə artıq hesablanmasına səbəb olmuşdur?
4. Cavabdeh tərəfindən 201854,55 manatlıq dövriyyənin uçotda göstərilməsi ilə bağlı aparılan hesablanma düzgündürmü, qeyd olunan məbləğ düzgün deyilsə, hansı məbləğdə olmalı idi?
5. Ekspert tərəfindən müəyyən edilən uçotda göstərilməyən dövriyyə nəzərə alındığı halda vergi tutulan əməliyyatın düzgün müəyyən edilməməsi vergilərin ayrı-ayrı hesabat dövrlərində (2019-cu ilin dekabr ayı istisna olmaqla) neçə manat azaldılmasına səbəb olmuşdur? (yəni həmin məbləğ dövriyyədə nəzərə alınacağı halda ödənilməli olan vergi məbləği nə qədər olmalı idi (mənfəət, ƏDV,ÖMV.)? Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4532 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: - Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, xx.xx.2021-ci il tarixli, 9/2879 nömrəli rəy, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı və xx.xx.2021-ci il tarixli ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilənlər məlumatlar əsasında tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli ekspert rəyində isə tədqiqat iş materiallarında mövcud olan ilkin uçot və mühasibat sənədləri əsasında aparılmışdır. Müəssisənin təqdim etdiyi tikinti-layihə və smeta sənədlərində, yəni forma 2, vergi hesab faktura, müqavilələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar mövcuddur dedikdə konkret olaraq görülən işlərə sərf olunan malların həcmi və ölçüsü nəzərdə tutulur. O cümlədən, görülmüş işlərin keyfiyyəti və vaxt göstəricilərinin nəzərə alınmaması nəticəsində səyyar vergi yoxlamasında göstərilən vergilərin hesablanmasına səbəb olmuşdur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış mənfəət vergisi və ƏDV müəyyən olunmur. Yəni hazırkı ekspertiza tədqiqatı zamanı yoxlama ilə əlavə hesablanmış mənfəət və ƏDV məbləği öz təsdiqini tapmadı. Tədqiqatla yalnız müəssisə üzrə 2018-ci və 2019-cu illərdə 8,00 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edilir. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı müəssisə tərəfindən hər hansı məbləğin uçotda göstərilməməsi halları müəyyən edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
45. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
46. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30gündən iş günündənartıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90günə iş gününəqədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30gündən iş günündənçox olmayan müddətə uzadıla bilər:... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4.-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır
47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
48. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-28/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
49. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
50. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
51. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
52. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
53. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, cavabdeh orqan iddiaçı barəsində hazırda mübahisələndirilən qərarı qəbul edərkən Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən səbəblərdən verginin hesablanması mümkün olmadıqda həmin maddədə və bu maddə ilə əlaqəli olaraq Məcəllənin 83-cü maddəsində ardıcıllıqla vergilərin bir neçə hesablama qaydası müəyyən edilmişdir. Vergi orqanı qeyd olunan maddələrdə sadalanan ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməliidi. Belə ki, xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarla iddiaçıya hesablanmış vergi məbləğinin düzgün hesablanmaması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli və xx.xx.2022-ci il tarixli 9/4532 nömrəli ekspert rəyləri ilə sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli **********0337500 nömrəli qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur.
54. Bundan əlavə istinad olunan ekspert rəylərində müəssisə üzrə 2018-ci və 2019cu illərdə 8,00 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edildiyindən, birinci instansiya məhkəməsi qeyd olunan məbləğlə bağlı hissədə iddia tələbini əsassız hesab etməklə düzgün nəticəyə gəlmişdir.
55. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün Vergi Məcəlləsinin 67-ci maddəsində göstərilən ardıcıllığa riayət etməklə vergiləri hesablamalı və yalnız bir hesablama qaydası ilə hesablamanın aparılması mümkün olmadıqda digər qaydanı tətbiq etməli idi. Lakin, cavabdeh orqan səyyar vergi yoxlaması zamanı nə əlaqəli məlumatlardan, nə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə olunmadan hesablama aparmışdır.
56. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, ekspert rəyində qeyd edilir ki, “beşinci sual üzrə iş materiallarından göründüyü kimi, İddiaçı MMC 2017-ci ildə mənfəət vergisinin ödəyicisi olmuş və bu məqsədlə vergi orqanına bəyannamə təqdim etmişdir. Həmin bəyannamədə büdcəyə çatası mənfəət vergisi 1.055,84 manat məbləğində göstərilmişdir. Səyyar vergi yoxlaması aktında qeyd olunur ki, yoxlama zamanı sənədlər qismən təqdim edildiyindən müəssisə üzrə 2017-ci ildə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək mənfəət vergisi hesablanmışdır. Həmin hesablamaya əsasən 31.957,95 manat məbləğində mənfəət, həmin mənfəətdən 20 % dərəcə ilə büdcəyə 6.391,59 manat məbləğində mənfəət vergisi hesablanmış və 1055,84 manat məbləğində bəyan olunmuş mənfəət vergisi nəzərə alınmaqla 5.335,75 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.” Birinci instansiya məhkəməsi ekspert rəyinin nəticə hissəsi ilə razılaşmaqla kifayətlənmiş və həmin rəyi mötəbər sübut kimi nəzərə almışdır. Lakin məhkəmə ekspertin hüquqi suala cavab verə bilməyəcəyini nəzərə almamışdır. İşin hallarından görünür ki, ekspert Vergi Məcəlləsinin 67-ci maddəsinin hüquqi tövsifini vermişdir.
57. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərində olan fərqlərə münasibət bildirərək qeyd edir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli 9/2879 nömrəli rəy xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı və xx.xx.2021-ci il tarixli ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən məlumatlar əsasında tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 9/6931 nömrəli ekspert rəyində isə tədqiqat iş materiallarında mövcud olan ilkin uçot və mühasibat sənədləri əsasında aparılmışdır. Tədqiq olunan iş materiallarından göründüyü kimi, İddiaçı MMC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 58.427,78 manat məbləğində mənfəət vergisinin, 47.772,12 manat məbləğində ƏDV-nin, 8 manat məbləğində torpaq vergisinin az, 14.957,74 manat məbləğində əlavə dəyər vergisinin artıq hesablanması faktı müəyyən edilmişdir. Halbuki, müəssisənin təqdim etdiyi tikinti-layihə və smeta sənədlərində, yəni forma-2, vergi-hesab-faktura, müqavilələr və bank sənədlərində malların həcmi və ölçüsü barədə məlumatlar mövcuddur dedikdə konkret olaraq görülən işlərə görə sərf olunan malların həcmi və ölçüsü nəzərdə tutulur. O cümlədən, görülmüş işlərin keyfiyyəti və vaxt göstəricilərinin nəzərə alınmaması nəticəsində səyyar vergi yoxlamasında göstərilən vergilərin hesablanmasına səbəb olmuşdur.
58. Bununla yanaşı, ekspert rəyində qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış mənfəət vergisi və ƏDV müəyyən olunmur. Yəni, hazırkı ekspertiza tədqiqatı zamanı yoxlama ilə əlavə hesablanmış mənfəət və ƏDV məbləği öz təsdiqini tapmamışdır. Tədqiqatla yalnız müəssisə üzrə 2018-ci və 2019-cu illərdə 8 manat məbləğində torpaq vergisinin az hesablanması müəyyən edilmişdir. Qeyd edilən ekspertiza tədqiqatı zamanı müəssisə tərəfindən hər hansı məbləğin uçotda göstərilməməsi halları müəyyən edilməmişdir.
59. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, vergi orqanı səyyar vergi yoxlaması zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada hesablama aparmamış, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.
60. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
61. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-28/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.