Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-691/2025 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.1985-ci ildə doğulmuş əlil övladı X3 8 yaşınadək himayəsində və qulluğunda yaşaması faktını nəzərə almaqla 57 yaşdan (5 il yaş həddi azaldılmaqla) sosial müavinətin təyin edilməsinin və 57 yaşdan indiyədək ödənilməmiş müavinətin məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. Şəki RMX PHŞ-nin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X3 ##.##.1985-ci il tarixdə qüsurlu olaraq doğulmuşdur. ##.##.1992-ci il tarixli, Mərkəzi uşaq polikilinkası üzrə “16 yaşa qədər uşaqlara təyin edilmiş əlillik üçün qeydiyyat” jurnalında X3 “Uşaq serebral iflicin qalığı tetraparez” diyaqnozu ilə qeydiyyata alınmış və ##.##.1995-ci il tarixli, “1-14 yaşadək əlillik üzrə müavinət alan uşaqların qeydiyyat” jurnalında qeydiyyatda olmaqla ona sosial müavinət verilmişdir.
2. Iş materiallarında olan Şəki şəhər “Qışlaq məhəllə” nümayəndəsinin ##.##.2023-cü il tarixli, *** nömrəli Arayışda qeyd edilmişdir ki, iddiaçının ##.##.1985-ci il tarixdə Soltanova Yaqut adında qızı anadan olmuş və ##.##.1995-ci ildə vəfat etmişdir. Belə ki, X3 iddiaçı baxmış və onun himayəsində olmuşdur.
3. Iddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ##.##.1985-ci il təvəllüdlü övladı X3 doğulduğu tarixdən vəfat etdiyi ##.##.1995-ci il tarixədək “serebral iflicin qalığı — tetraparez” xəstəliyi ilə onun himayəsində və qulluğunda yaşaması faktının nəzərə alınmasını, həmin dövrün sosial sığorta stajına əlavə edilməsini və bu əsasla 57 yaşdan, yəni ##.##.2022-ci il tarixdən ona pensiya təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, bunu zəruri sənədlərin təqdim edilməməsi ilə əsaslandırmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1995- ci ildə vəfat etmiş ##.##.1985-ci il təvəllüdlü X3 anadan olduğu tarixdən vəfat etdiyi tarixədək “serebral iflicin qalığı-tetraparez” xəstəliyi ilə himayəsində və qulluğunda yaşaması faktının təsdiq edilməsilə, qeyd edilən müddətin sığorta stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək ##.##.1995-ci il tarixində vəfat etmiş, ##.##.1985-CI Il doğumlu əlil qızı, X3 doğulduğu ##.##.1985-ci il tarixdən, vəfat etdiyi ##.##.1995-ci il tarixindək, “serebral iflic” xəstəliyi ilə, himayəsində və qulluğunda yaşadığı müddətin (10 il, 2 ay, 5 gün) sığorta stajına əlavə edilməsi və 57 yaşının tamam olduğu, ##.##.2022-ci il tarixindən pensiya təyin edilməsi və qeyd edilən tarixdən indiyədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanında daimi qeydiyyatda yaşayır. O, ##.##.1984-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan ##.##.1985-ci il tarixdə X3 adlı övladı doğulmuşdur. Övladı doğuşdan “serebral iflic” xəstəliyi ilə doğulmuş, cəmi 10 il yaşamış və ##.##.1995-ci il tarixdə “ürək-damar çatışmazlığı” diaqnozu ilə vəfat etmişdir. X3 doğulduğu tarixdən vəfat etdiyi tarixədək ağır xəstəlik vəziyyətində olmuş, dəfələrlə və uzunmüddətli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müalicə almış, Şəki şəhəri Qışlaq Poliklinikasının həkimlərinin nəzarəti altında müalicə və müayinələrini vəfat etdiyi günədək davam etdirmişdir. Bu müddətdə mərhumə uşaq faktiki olaraq iddiaçının daimi himayəsində və qulluğunda yaşamışdır. Iddiaçı hesab edir ki, doğuşdan vəfatına qədər xəstə və əlil qızına qulluq etdiyi müddət — yəni 10 il, 2 ay, 5 gün — sosial sığorta stajına əlavə edilməli və bu əsasla ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh orqan isə iddiaçıya X3 əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış, övladını 8 yaşadək tərbiyə etməsi barədə müvafiq icra hakimiyyəti nümayəndəsinin arayışı və ümumi sığorta stajını təsdiq edən sənədlər təqdim edildikdən sonra müraciətə yenidən baxılacağını bildirmişdir. Lakin iş üzrə təqdim edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin arayışı iddiaçının mövqeyini təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. Həmin arayışda göstərilmişdir ki, mərhumə X3 ##.##.1985-ci il tarixdə qüsurlu olaraq doğulmuş, ##.##.1992-ci il tarixli X5 üzrə “16 yaşa qədər uşaqlara təyin edilmiş əlillik üçün qeydiyyat” jurnalında “uşaq serebral iflicinin qalığı — tetraparez” diaqnozu ilə qeydiyyata alınmış, həmçinin ##.##.1995-ci il tarixli “1–14 yaşadək əlillik üzrə müavinət alan uşaqların qeydiyyatı” jurnalında qeydiyyatda olmaqla ona sosial müavinət verilmişdir. Göründüyü kimi X3 “16 yaşa qədər uşaqlara təyin edilmiş əlillik üçün qeydiyyat” jurnalında və “1–14 yaşadək əlillik üzrə müavinət alan uşaqların qeydiyyatı” jurnalında əlilliyi olan uşaq kimi dövlət uçotunda olmuşdur. Beləliklə, Şəki RMX PHŞ-nin arayışı, uşağın doğum və ölüm tarixləri, xəstəliyin xarakteri, əlillik üzrə qeydiyyat jurnallarında olan məlumatlar və sosial müavinət alması faktı birlikdə qiymətləndirildikdə, X3 doğulduğu ##.##.1985-ci il tarixdən vəfat etdiyi ##.##.1995-ci il tarixədək “uşaq serebral iflicinin qalığı — tetraparez” xəstəsi olması, əlillik vəziyyətində yaşaması və bu müddətdə iddiaçının daimi himayəsində və qulluğunda olması qənaətinə gəlməyə əsas verir. Iddiaçı əvvəllər bu faktın hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmiş, lakin Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, izah edilmişdir ki, bu cür halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması və müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı, təqdim olunan sənədlərin mötəbərliyinə də məhz həmin icraatda qiymət verilməlidir.
8. Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə nümayəndə2 birgə nikahlarından ##.##.1985-ci il tarixdə dünyaya gəlmiş X4 “uşaq serebral iflicinin qalığıtetraparez” xəstəliyi aşkar edilmiş, o əlillik üzrə müavinət alan uşaqlar qismində qeydiyyata alınaraq buna görə sosial müavinət təyin edilmişdir. Yaqut Soltanova ## ###### 1995-ci il tarixdə ürək-damar çatışmazlığı səbəbindən vəfat etmişdir. İddiaçı ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, mərhum əlil qızı Y.Soltanovanın doğuşdan vəfat etdiyi günədək “serebral iflic” xəstəliyi ilə himayəsi və qulluğu ilə yaşaması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, # ###### 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2024-cü il tarixli 2(107)- ***/**** nömrəli qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli 2(107)- ***/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin Qərardadda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən ## ##### 2019-cu il tarixli qərarın 13.3-cü bəndinə əsasən iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.” Hazırda iddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1995-ci il tarixinədək əlilliyi müəyyən edilmiş X3 qulluqetmə müddətinin sosial sığorta stajına daxil edilməsi tələbi ilə çıxış edir. Ilk növbədə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə əmək pensiyasının təyin edilməsi zamanı qulluqetməyə dair yuxarıda qeyd olunan müvafiq sənədlər təqdim edilməlidir. Hazırkı halda iddiaçıda qeyd olunan sənədlərin mövcudluğu iş üzrə müəyyən edilmir. Baxılan iş üzrə iddiaçının əlilliyi olan uşağa qulluqetmə ilə bağlı zəruri sənədlərə malik olduğu güman edildiyi təqdirdə belə, onun uşağa qulluqetmə müddətinin ##.##.1985-ci il tarixdən ##.##.1995-ci il tarixədək nəzərə alınsa sığorta stajının 10 il 2 ay 19 gün olduğu müəyyən edilir. Bu isə qanunla müəyyən edilimiş əmək pensiyası hüququnun yaranması üçün müəyyən edimiş sığorta stajının minimum həddindən azdır.
10. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazın dəlilərini onunla əsaslandırmışdır ki, iş materiallarından məlumdur ki, iddiaçının əlilliyi olan uşağa qulluqetmə ilə bağlı zəruri sənədlərə malik olduğu güman edildiyi təqdirdə belə, onun uşağa qulluqetmə müddətinin ##.##.1985-ci il tarixdən ##.##.1995-ci il tarixədək nəzərə alınsa sığorta stajının 10 il 2 ay 19 gün olduğu müəyyən edilir. Bu isə qanunla müəyyən edilimiş əmək pensiyası hüququnun yaranması üçün müəyyən edimiş sığorta stajının minimum həddindən azdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olduğundan Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2- *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olmuş, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. - Cavabdeh orqanın nümayəndəsi eyni zamanda apellyasiya şikayətinə etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixli ərizə təqdim edərək iddiasını dəqiqləşdirmiş və məhkəmədən ona əlil övladı X3 8 yaşınadək himayədə və qulluqda yaşaması faktını nəzərə almaqla 57 yasının tamam olduğu ##.##.2022-ci il tarixindən yaşa görə sosial müavinətin təyin edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı ##.##.2022-ci il tarixindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün ola bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan usaqı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək saq olması şərtilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin olunur. Göründüyü kimi əlilliyi olan usağı 8 yaşınadək tərbiyə etmiş analara yaş həddi 5 il azaldılmaqla müavinət təyin edilməsi birbaşa "Sosial müavinətlər haqqında" Qanunla deyil, iki fərqli qanunun bir-birinə istinad etməsi vasitəsilə tənzimlənir. İddiaçı yaşı “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş güzəştli yaş həddinə çatmalıdır. Belə ki, ##.##.2022-ci il tarixində qadınlar üçün yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan yaş həddi 62 yaş 6 ay idi. 5 illik güzəştin tətbiq olunması üçün isə həmin tarixdə iddiaçının 57 yas 6 avı olmalı idi. İddiaçı isə ##.##.2022-ci il tarixində 57 yası tamam olmuşdu. Belə ki, İddiaçı iddia tələbinin əsasını əlil olduğunu iddia etdiyi qızı X3 himayədə və qulluqda yaşaması faktını nəzərə almaqla müavinətin təyin edilməsi təşkil edir. Şəxsin “əlil” statusu alması üçün Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən qəbul olunmuş qərar olmalıdır. Müvafiq qərar iddiaçının qızına münasibətdə mövcud olmadığından o əlil hesab olunmur və məhkəmə şəxsin əlil olması faktını müəyyən edə bilməz Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ####### 2024-cü il tarixli 2(102)- ****/**** nömrəli qərardadı bu ifadəni təsdiq edir. Belə ki. məhkəmə qərardadında qeyd etmişdir ki, şəxsin əlil olması faktı məhkəmələr tərəfindən müəyyən edilməsi mümkün olan faktlara aid deyildir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi əvvəlki tələblərində qeyd etdikləri pensiya ilə bağlı hüquqi maraqlarının olmadığını bildirdi. Eyni zamanda qeyd etdi ki, hal-hazırda sosial müavinətin təyin olunması istəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsinin sualına cavab olaraq qeyd etdi ki, mərhum X3 əlilliklə bağlı məsələsini qəbul etmirlər və şəxsin qeydiyyat jurnallarında adının olması iddiaçıya sosial müavinətin təyin edilməsi üçün əsas ola bilməz. Belə ki, şəxsin əlil sayılması üçün onun TSEK tərəfindən onun müayinəsi keçirilməli və əlilliklə bağlı yekun qərar qəbul edilməlidir.
14. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbinin “##.##.1985-ci ildə doğulmuş əlil övladı X3 8 yaşınadək himayəsində və qulluğunda yaşaması faktını nəzərə almaqla 57 yaşdan (5 il yaş həddi azaldılmaqla) sosial müavinətin təyin edilməsinin və 57 yaşdan indiyədək ödənilməmiş müavinətin məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
tətbiq edilən hüquq
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1. Valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 17.“Sosial müavinətlər haqqında” Qanun: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 18.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/14623" \l ":~:text=T%C6%8FSD%C4%B0Q%20ED%C4%B0LM%C4%B0%C5%9ED%C4%B0R- ,H%C9%99rbi%2Dh%C9%99kim%20ekspertizas%C4%B1%20haqq%C4%B1nda,- %5B1%5D"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı"Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
20. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Iddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə iclasında verdikləri izahatları və mübahisəyə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla belə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
25. Iş materiallarından görünür ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti və birinci instansiya məhkəməsində irəli sürdüyü tələb əmək pensiyası və sosial sığorta stajı ilə bağlı olsa da, apellyasiya icraatı zamanı iddiaçı, tələbini dəqiqləşdirərək bildirmişdir ki, onun əsas məqsədi əlilliyi olmuş övladının 8 yaşınadək sağ olması və onun himayəsində yaşaması faktı nəzərə alınmaqla tələb olunan yaş həddi 5 il azaldılmaqla yaşa görə sosial müavinətin təyin edilməsidir.
26. Məhkəmə kollegiyası hesab edir ki, ilkin icraatda irəli sürülmüş “pensiyanın təyin edilməsi” tələbinin apellyasiya icraatında “sosial müavinətin təyin edilməsi” şəklində dəyişdirilməsi iddianın predmetinin dəyişdirilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, hər iki tələblə bağlı yoxlanılan faktiki və hüquqi hallar, mübahisənin tərəfləri eynidir. Mübahisə eyni cavabdeh inzibati orqanın sosial təminat sahəsindəki səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlıdır və tələbin dəyişdirilməsi mübahisənin predmetini deyil, eyni sosial təminat münasibətinə verilməli olan hüquqi qiymətin dəyişdirilməsini şərtləndirir.
27. Əmək pensiyası və sosial müavinət fərqli sosial ödəniş növləri olsa da, hazırkı işdə onlar eyni faktiki və hüquqi haldan (əlilliyi olan uşağın valideyni olma faktından və yaş həddinin güzəştli qaydada müəyyən edilməsindən) irəli gəlir.
28. Buna görə də, əmək pensiyasının təyin edilməsindən yaşa görə sosial müavinətin təyin edilməsinə keçid yeni iddia kimi yox, iddiaçının arzuladığı sosial təminat növünün düzgün müəyyən edilməsi kimi qiymətləndirilməlidir.
29. Məhkəmə kollegiyası nəzərə alır ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yəni şəxs yaşa görə əmək pensiyası hüququ əldə etmədikdə, lakin qanunla müəyyən edilmiş yaş və digər şərtlərə cavab verdikdə, onun sosial müdafiəsi yaşa görə müavinət vasitəsilə təmin edilməlidir. Bu baxımdan, pensiya təyini üçün edilmiş müraciətə baxılarkən inzibati orqan yalnız pensiya hüququnun olub-olmamasını müəyyən etməklə kifayətlənməməli, sosial təminat hüququnun digər növü mövcud olduğu halda həmin məsələni də hüquqi baxımdan qiymətləndirməlidir.
30. Məhkəmə kollegiyası həm də onu nəzərə alır ki iddiaçının tələbini dəyişməyə sövq edən - apellyasiya icraatında ondan 25 il sosial sığorta stajının mövcudluğunu təsdiq edən sənədlərin tələb edilməsi olmuşdur. Belə ki, iddiaçı zəruri sosial sığorta stajına malik olmadığını dərk edərək tələbini sosial müavinətin təyin edilməsi şəklində dəyişmişdir. Odur ki, birinci instansiya məhkəməsində iddiaçı ilə bununla bağlı hüquqi müzakirə aparılmadığından kollegiya tələbin dəyişdirilməsini qəbul etmişdir.
31. Hazırkı işdə iddiaçı övladının əlilliyinin olmasını, onun 8 yaşınadək sağ olmasını, həmin uşağın onun himayəsində yaşamasını nəzərə almaqla tələb olunan yaş həddinin 5 il azaldılmasını və ona yaşa görə sosial müavinətin təyin edilməsini tələb edir.
32. “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaşa görə əmək pensiyası hüququ üçün müəyyən edilmiş yaş həddi 5 il azaldılır.
33. Iş materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, ** saylı arayışında qeyd edilmişdir ki, ##.##.1985-ci il tarixdə anadan olmuş X3 doğulduğu tarixdən ##.##.1992-ci il tarixli X5 üzrə 16 yaşa qədər uşaqlara təyin olunmuş əlillik üçün qeydiyyat jurnalında və ##.##.1995-ci il tarixli 1–14 yaşadək əlillik üzrə müavinət alan uşaqların jurnalında qeydiyyata alınmış, ona sosial müavinət təyin edilmişdir.
34. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həlli üçün həlledici məsələ iddiaçının övladına münasibətdə əlilliyin qanunvericiliyə uyğun müəyyən edilibedilməməsidir. X3 ##.##.1985-ci il tarixdə anadan olması və ##.##.1995-ci il tarixdə vəfat etməsi, başqa sözlə, 8 yaşınadək sağ olması iş üzrə mübahisəsiz haldır. Mübahisəli olan isə onun qanunvericiliklə müəyyən edilmiş qaydada “əlilliyi olan uşaq” statusuna malik olub-olmamasıdır. Nəzərə alınmalıdır ki, 5 illik güzəştin tətbiqi də, məhz bundan asılıdır.
35. Məhkəmə kollegiyası tərəfindən aidiyyəti orqanlara sorğular verilmiş, lakin mərhum Y.Soltanovanın əlilliyinin müəyyən edilməsi və bununla bağlı ona hər hansı sosial müavinətin ödənilməsi müəyyən edilməmişdir.
36. Iş materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin arayışında qeyd edilmişdir ki, X3 ##.##.1992-ci il tarixli X5 üzrə “16 yaşa qədər uşaqlara təyin edilmiş əlillik üçün qeydiyyat” jurnalında “uşaq serebral iflicinin qalığı — tetraparez” diaqnozu ilə qeydiyyata alınmış, həmçinin ##.##.1995-ci il tarixli “1–14 yaşadək əlillik üzrə müavinət alan uşaqların qeydiyyatı” jurnalında qeydiyyatda olmuş və ona sosial müavinət verilmişdir. Iddiaçı bu arayışa istinad etməklə övladının əlilliyi olan uşaq olmasını və buna görə də, tələb olunan yaş həddinin 5 il azaldılması ilə bağlı güzəştin ona tətbiq edilməli olduğunu bildirir.
37. Kollegiya hesab edir ki, xəstəxananın qeydiyyat jurnalında şəxsin müəyyən diaqnozla qeydiyyatda olması, yaxud “əlillik üzrə müavinət alan uşaqların qeydiyyatı” jurnalında adının göstərilməsi tibbi-sosial ekspertiza komissiyasının əlilliyin müəyyən edilməsi barədə qərarını əvəz edə və əlilliyin mövcudluğunu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.
38. Belə ki, əlillik - səlahiyyətli tibbi-sosial ekspertiza orqanının qərarı əsasında yaranan hüquqi statusdur. Qanunvericiliyin tələbinə görə (həm hazırkı, həm də iddiaçının mərhum övladının sağ olduğu dövrdə qüvvədə olan) şəxs - əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan hesab edilir. Həmçinin əlilliyin qiymətləndirilməsi iki mərhələni : tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsini və tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin müəyyən edilməsi və ya bundan imtina olunması barədə yekun qərarın qəbul edilməsini əhatə edir.
39. Kollegiya xüsusi olaraq qeyd edir ki, “serebral iflicin qalığı — tetraparez” diaqnozu ağır xəstəlik hesab edilsə də, xəstəlik və əlillik hüquqi baxımdan eyni anlayışlar deyildir. Belə ki, xəstəlik şəxsin tibbi vəziyyətini, əlillik isə həmin tibbi vəziyyətin orqanizmin funksiyalarında yaratdığı pozuntunun dərəcəsini və bunun şəxsin həyat fəaliyyətinə təsirini ifadə edir. Buna görə də diaqnozun mövcudluğu, uşağın uzun müddət müalicə alması, anasının himayəsində yaşaması və gündəlik qulluğa ehtiyacının olması faktları, səlahiyyətli orqanın əlilliyin müəyyən edilməsi barədə qərarı mövcud olmadıqda, həmin uşağın “əlilliyi olan uşaq” statusuna malik olması kimi qiymətləndirilə bilməz.
40. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının hüquqi marağı müavinətin məhz əlilliyi olan uşağı olmuş şəxs kimi, yaş həddi 5 il azaldılmaqla təyin edilməsinə yönəlmişdir. Lakin yaş həddinin 5 il azaldılmasına əsas olan hal mövcud olmadığından iddiaçının 57 yaşdan pensiya və ya sosial müavinət almaq tələbi istənilən halda əsassız olacaqdır. Buna görə də tələbin əmək pensiyası və ya sosial müavinət kimi ifadə edilməsindən asılı olmayaraq, güzəştli yaş şərtinin tətbiqi istisna edildiyindən apellyasiya icraatı zamanı tələbin dəyişdirilməsi mövcud vəziyyəti onun xeyrinə dəyişmir.
41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının hazırkı hüquqi marağına uyğun olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikаyət təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilir. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan (5 il yaş həddi azaldılmaqla) sosial müavinətin təyin edilməsi və 57 yaşdan indiyədək ödənilməmiş müavinətin məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.