Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-697/2025 18.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “08 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı, xx.xx.1964-cü ildə doğulmuş, Azərbaycan DRES-in (Azərbaycan İES MMC) hidrotexniki sexində xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə çilingər işləmişdir. xx.xx.1985-ci il tarixdən Azərbaycan DRES-nin Mərkəzləşdirilmiş təmir sexinə qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1986-cı il tarixdə həmin sexdə qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində 3-cü dərəcə verilmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək X2 4-cü dərəcəli mazut süzücüsü vəzifəsində işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X2 yanacağın uçotu üzrə texnik vəzifəsində çalışmışdır. xx.xx.1988-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin sexdə dispetçer (dəmir yolu manevr stansiyası üzrə) vəzifəsində işləmişdir.
2. İddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid olmaması əsası ilə imtina cavabı vermiş, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az – 1 il 3 ay 29 gün (xx.xx.1985– xx.xx.1986) təşkil etdiyini bildirmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “08 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə Ağdaş rayonunda anadan olmuşdur və əmək fəaliyyəti 1982-ci ildən 2022-ci ilədək, ümumilikdə 40 ildən çoxdur. Əmək fəaliyyətinin böyük hissəsini Azərbaycan DRES-in (Azərbaycan İES MMC) X2 lokomotiv heyyətində manevr işləri üzrə Dispetçer vəzifəsində çalışması tutur. Həmin peşənin zərərli işlə bağlı peşə olduğunu işlədiyi müəssisə tərəfindən iş yerinin attestasiya xəritəsindən görünür. Əmək fəaliyyəti aşağıda qeyd etdiyi kimidir: xx.xx.1982-xx.xx.1982-ci il həmin idarədə 3-cü qrup növbətçi çilingər, xx.xx.1985xx.xx.1988-ci illərdə çilingər, mazut sürücüsü, yanacağın uçotu üzrə texnik, xx.xx.1988xx.xx.2022-ci illərdə isə dispetçer vəsifəsində fasiləsiz işləmişdir. Həmçinin, Bakı MaliyyəKredit Texnikumunda 2 il 10 ay əyani təhsil almışdır (xx.xx.1979-05.07,1985-ci illər. Qeyd: Texnikumu bitirəndən sonra dövlət imtahanınından kəsilmişdir və lakin həmin texnikum tərəfindən təyinatla DRES-ə işləməyə göndərilmişdir, 1 aydan sonra hərbi xidmət yaşı olduğundan, xidmətə yollanmış, xidmətdən qayıtdıqdan sonra Texnikumda dövlət imtahanını müvəffəqiyyətlə verərək. xx.xx.1985-ci ildə diplomu almışdır və 2 il sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (xx.xx.1982-14.11,1984-cü illər). Bütün bu müəssisələrdə çalışmaqla gözəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün qanunvericilikdə lazım olan 25 illik ümumi stajı xx.xx.2006-cı ildə tamam olmuşdur (2 il 10 ay təhsil + 2 il hərbi xidmət + 20 il 10 ay iş stajı, cəmi 25 il 8 ay). Hal-hazırda 40 ildən çox ümumi iş stajı var və 2006-cı ilə qədər güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan və ümumi iş stajı 25 ildən artıq təşkil edir. Belə olan halda ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən, 2006-cı ilə qədər güzəştli iş stajı hesablanıb, həmin dövrdə qüvvədə olan qanunların müddəaları tətbiq edilməlidir.
5. Cavabdeh orqan müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının iddia olunan güzəştli iş stajının qanunvericiliklə tələb olunan müddətdən (12 il 6 ay) az olması (1 il 03 ay 29 gün (xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr) səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) tökücülər- boşaldıcılar, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri, nəqliyat bölməsinin (21) dəmiryol nəqliyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriya işçilər bəndində (21.4) qatar dispetçerləri və baş qatar dispetçerləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “Azərenerji" ASC “Azərbaycan istilik Elektrik Stansiyası" MMC-nin xx.xx.2024-cü il tarixli arayışın surətində onun xx.xx.1982xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində Hidrotexniki sexdə çilingər, xx.xx.1986-01 05.1987-ci il tarixləri arasındakı dövr ərzində X2 mazut sürücüsü, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yanacağın uçotu üzrə texnik, xx.xx.1988xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə dispetçer vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının arayışda istinad edilən - işlədiyi çilingər, mazut süzücüsü və yanacağın uçotu üzrə texnik vəzifələri yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Həmçinin işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 03 ay 29 gün (xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövr) təşkil edir.
6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 08 may 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci il tarixindən hesablanaraq ödənilməsi (ilkin müraciət tarixindən əvvəlki üç ilin) öhdəliyi qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 25 il ümumi sosial sığorta stajına malik olması mübahisələndirilməmiş, iddiaçının güzəştli staj kimi iddia etdiyi xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1986-01 05.1987-ci il, xx.xx.1987- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.2022-ci il tarixlərdəki dövr ümumi iş stajı kimi qəbul edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Cavabdeh orqan imtina səbəbini iddiaçının vəzifəsinin güzəştli iş arayışında müvafiq olaraq Siyahıda nəzərdə tutulan vəzifələrə, həmçinin işlədiyi müəssisənin fəaliyyət sahəsinin həmin Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid olmaması ilə əlaqələndirir. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində hidrotexniki sexdə çilingər, xx.xx.1985-xx.xx.1986-cı illərdə daş sexində çilingər, xx.xx.1986-01 05.1987-ci il tarixləri arasındakı dövr ərzində X2 mazut sürücüsü, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yanacağın uçotu üzrə texnik, xx.xx.1988-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə dispetçer vəzifəsində işləmişdir. Cavabdeh orqan bu dövlərdən xx.xx.1985-xx.xx.1986-cı illər arasındakı dövrü güzəştli şərtlərlə iş stajı hesab etmişdir. İddiaçının işlədiyi mazut sürücüsü, yanacağın uçotu üzrə texnik və dispetçer vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının bir sıra bölmələrində nəzərdə tutulmuşdur. İddiaçının birbaşa əmək fəaliyyətini göstərdiyi konkret vəzifənin adı burada qeyd edilməsə də, işlədiyi müəssisələrin fəaliyyət istiqaməti və kimyəvi təmizləmə sahəsi həmin vəzifələrin eyniləşdirilməsi imkanını yaradır. Həmçinin, iş materiallarında olan "xxxx" MMC-nin məktubundan da görünür ki, iş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.1982-cı il tarixdən xx.xx.1982-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında, xx.xx.1985-cı il tarixdən xx.xx.1986-cı il tarixədək aylıq aylıq məvacib nin 12% miqdarında, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1987-ci il tarxdən xx.xx.1988-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında, xx.xx.1988-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək (daha sonra da əmək fəaliyyətini xx.xx.2022-ci il tarixədək davam etdirmişdir) aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmiş, zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.1985-cı il tarixdən xx.xx.1986-cı il tarixədək tutduğu növbətçi çilingər və qazanxana avadanlığının təmiri üzrə çilingər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin siyafıfsının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) fəhlələr yarımbəndində, qazanxana,turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı 1 il 05 ay 14 gün təşkil edir. Cavabdeh həmin dövrü güzəştli staj kimi qəbul etmişdir. İddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2006-ci il tarixədək həmin sexdə Dispetçer (dəmir yolu manevr stansiyası üzrə) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000— 21701“ qatar dispetçerləri vəzifəsinə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21.4-cü “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsində qatar dispeçerləri və baş qatar dispeçerləri vəzifələrinin xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı 17 il 11 ay 9 gün təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3077/2024 nömrəli Qərardadından görünür ki, oxşar inzibati mübahisəyə dair vahid məhkəmə təcrübəsi mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: - xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; - xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan artıq ümumi iş stajı mövcuddur. İddiaçının 57 yaşı 08 may 2021-ci il tarixində tamam olmuşdur. İddiaçının cavabdehə ilkin müraciəti xx.xx.2024-cü il tarixində olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli xx.xx.2021-ci il tarixindən sayılmalıdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub, ümumi şərtlərlə kişilər üçün yaş tələbi 5 il azaldılmaqla). Həmçinin, iddiaçı hüququnun yarandığı tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən yuxarıda qeyd olunan dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır.
8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində iddia tələbinə etirazda qeyd olunmuş xüsusatlara istinad etmiş, qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) tökücülər-boşaldıcılar, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri, nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar dispetçerləri və baş qatar dispetçerləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" MMC-nin 17 iyul 2024cü il tarixli 07-114 nömrəli ona dair arayışının surətində xx.xx.1982-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində Hidrotexniki sexdə çilingər, xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində X2 mazut süzücüsü, xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yanacağın uçotu üzrə texnik, xx.xx.1988-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə dispetçer vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi çilingər, mazut süzücüsü və yanacağın uçotu üzrə texnik vəzifələri həmin arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Həmçinin işlədiyi müəsisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu, xx.xx.2021-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir (iddiaçı xx.xx.1964-cü ildə doğulub).
24. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: - xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; - xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
25. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı 25 il, 5 ay, 19 günə bərabərdir (xx.xx.1979-xx.xx.1985 + xx.xx.1985xx.xx.2006).
26. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, iddiaçının işlədiyi çilingər, mazut süzücüsü, yanacağın uçotu üzrə texnik və dispetçer vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən güzəştli peşələrə aid deyil, eləcə də iddiaçının çalışdığı müəssisə həmin Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə şamil olunmur. Cavabdeh orqan iddiaçının xx.xx.1985-xx.xx.1986-cı illərdə çilingər vəzifəsində işlədiyi müddəti (1 il, 4 ay) xüsusi iş stajı kimi mübahisələndirmir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1988-xx.xx.2006-cı illərdə sözügedən müəssisədə X2 işlədiyi dispetçer vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” (21.4) bölməsinin qatar dispetçerləri və baş qatar dispetçerləri bəndinə uyğundur.
28. Nəzərə alınmalıdır ki, iddiaçı həmin sexdə dispetçer vəzifəsində fəaliyyətini məhz dəmir yolu manevr stansiyası üzrə həyata keçirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “manevr stansiyası” anlayışı vaqonların hərəkətinin tənzimlənməsi, qatarların buraxılması və daşımaların idarə olunması və s. kimi funksiyaları əhatə edir. Yəni, iddiaçının dəmir yolu manevr stansiyası üzrə dispetçer funksiyasını yerinə yetirməsi mahiyyət etibarilə "qatar dispetçeri" peşəsinin vəzifə funksiyalarını ehtiva etdiyindən, onun vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi qiymətləndirilməlidir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1881/2023 nömrəli qərarında qeyd edilmişdir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız “Azərbaycan Dəmiryolları QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən qatar tərtibatçıları da həmin anlamda qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən qatar tərtibatçıları eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibatçıları işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.
30. İddiaçının xx.xx.1988-xx.xx.2006-cı illərdə sözügedən müəssisədə dispetçer vəzifəsi işlədiyi müddət 17 il, 11 ay, 11 gün olmaqla tələb olunan 12 il 6 aydan artıq olduğundan və həmin müddət güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan iddiaçının zərərli sahədə işlədiyi digər dövrün əlavə olaraq tədqiq edilməsinə lüzum qalmamışdır.
31. İddiaçı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana 29 iyul 2024-cü il tarixdə müraciət edildiyindən, birinci instansiya məhkəməsi həmin müraciət tarixindən geriyə doğru son üç ili əhatə edən dövr üzrə müvafiq ödənişlərin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasında haqlı olmuşdur.
32. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.