Məhkəmə qərarları › İş №2-1(107)-7/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-7/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-7/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili həmçinin nümayəndəsi Nümayəndə və cavabdeh Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Ucar Rayon Aqrar İslahat Komissiyasının 19.08.1998-ci il tarixli 11 nömrəli qərarı ilə X11 verilmiş və 16.09.2009-cu ildə X22 kitabında 1266 nömrə ilə qeydə alınmış A190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi, həmin torpaq sahəsinə İddiaçı, onun ailə üzvləri X19, X8, X7 və X12 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-177/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ucar rayonunun Bərgüşad kəndində yaşayır. Ucar rayonu Bərgüşad kəndinin 1996-2000-ci illərə aid 11 nömrəli təsərrüfatbaşına kitabının 725-ci hesab nömrəsində təsərrüfat başçısı kimi qeyd olunmuş X19 təsərrüfatında arvadı X13, oğlu İddiaçı, gəlini X7 və nəvəsi X14 adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 1,48 ha torpaq sahəsinin, 1974-cü ildə tikilmiş, 124 kv.m ümumi sahəsi olan evin də olması barədə qeydiyyat aparılmışdır. İddiaçı 15.05.2000-ci ildə təsərrüfatdan ayrılmışdır. 2000-ci ilə aid 19 nömrəli təsərrüfatbaşına kitabının 1230-cu hesab nömrəsində İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuş, torpaq sahəsinin olmasına dair qeydiyyat aparılmamışdır. Ucar rayon Həbibi adına kolxozun islahatı ilə əlaqədar Bərgüşad kəndində yaşayan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının 13-cü sətrində X19 və onun ailə üzvləri X13, İddiaçı, X26, X14 adları göstərilmiş, təsərrüfatbaşına kitaba əsasən 0,20 ha, normadan artıq isə 1,28 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Həmin siyahının 15-ci sətrində X9 və onun ailə üzvləri Abulova Hicran Qafur qızının, X3, X4, X5 adları göstərilmiş, təsərrüfatbaşına kitaba əsasən 0,12 ha, normadan artıq isə 0,14 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Ucar Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - AİK) 19.08.1998-ci il tarixli 11 nömrəli qərarı ilə Həbibi adına kolxoz yerli AİK-in 31.07.1998-ci il tarixli 4 nömrəli protokolu və kolxozun kompleks yerquruluşu işlərinin aparılmasına dair layihə təsdiq edilmişdir. Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X9, Abulova Hicran Qafur qızının, X3, X4, X5 adına Ucar rayonu Bərgüşad kəndində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə JN-492 kod 90400028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. X27 24.12.2003-cü ildə vəfat etmişdir. Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 14328,94 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı X9 adına A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək X22 kitabında 16.09.2009-cü ildə 1266 nömrə ilə uçota alınmışdır. Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 2600,26 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı X9 adına A-190639 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək X22 kitabında 16.09.2009-cü ildə 1006 nömrə ilə uçota alınmışdır. X20 18.09.2009-cu ildə vəfat etmişdir. Ucar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş "Ucar rayonu Bərgüşad kəndində istifadəsində qanuni həyətyanı sahəsi olan, lakin hüquqi sənəd hazırlanmamış, həmçinin verilən sənədlərdə kobud səhvlər olan ailələrin siyahısı"nın 30cu sırasında 1231 xəritə nömrəsi ilə İddiaçı adı göstərilmiş, onun qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,20 ha, zəbt olunan sahə kimi 1,28 ha, mülkiyyətə verilən torpaq sahəsi kimi 1,48 ha qeyd olunmuşdur. Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 1999,99 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı İddiaçı adına A-5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilərək X22 kitabında 20.05.2014-cü ildə 26 nömrə ilə uçota alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi iddiaçının nümayəndəsi vəkil Nümayəndə yazdığı 28.02.2020ci il tarixli məktubda bildirmişdir ki, Ucar rayonu Bərgüşad kəndində X19 və İddiaçı adlarına həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. Lakin həmin kəndin ərazisində olan 1999,99 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı adına A-5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" işlənmişdir. İddiaçı cavabdehə 01.06.2020-ci il tarixli ərizə ilə müraciət edərək, A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsini, həmin torpaq sahəsinə X19 və İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək 23.06.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müraciətdə qeyd olunan halların araşdırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh iddiaya qarşı 10.11.2020-ci il və 19.01.2021-ci il tarixli etirazlarında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, X9 adına olan A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 14328,94 kv.m torpaq sahəsi faktiki olaraq X19 və ailə üzvlərinin istifadəsindədir. İdarənin elektron baza məlumatlarında da Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 14328,94 kv.m həyətyanı torpaq sahəsinə tərtib edilmiş A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" X9 adına işlənmişdir. Birinci instansiya məhkəməsinin 09.09.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsinin surəti üçüncü şəxs X11 göndərilərək 20 gün müddətində iddiaya qarşı rəsmi münasibət bildirməsi təklif edilmiş, lakin o, iddiaya münasibət bildirməmişdir. Bundan sonra məhkəmənin 13.01.2021-ci il tarixli məktubu ilə iddia ərizəsinin surəti təkrarən ona göndərilərək 10 gün müddətində iddia ilə bağlı fikirlərini yazılı şəkildə məhkəməyə bildirməsi xahiş edilmiş, lakin o, yenə də məktuba cavab verməmişdir. Şifahi məhkəmə baxışı 09.03.2021-ci ilə təyin edilərək üçüncü şəxs X11 bu barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, JN-492 kod 90400028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X21 və onun ailə üzvlərinin adına Ucar rayonu Bərgüşad kəndində yerləşən 2,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İşdə olan, A-5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 1999,99 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan, A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına istinadən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 14328,94 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İşdə olan, A-190639 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Ucar Rayon AİK-in 19.08.1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, Ucar rayonu Bərgüşad kəndində yerləşən 2600,26 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İşdə olan, Ucar Rayon Dövlət Arxivinin 18.06.2019-cu il tarixli 33 nömrəli arxiv arayışından görünür ki, Ucar rayonu Bərgüşad kənd 1996-2000-ci illərə aid 11 nömrəli təsərrüfatbaşına kitabının 725-ci hesab nömrəsində təsərrüfat X19 adına olmaqla həmin təsərrüfatda onun ailə üzvləri X13, İddiaçı, X7 və X15 adı olmuş, təsərrüfatın xüsusi mülkiyyətində 1,48 ha torpaq sahəsi qeyd edilmiş, eyni zamanda 1974-cü ildə tikilmiş 124 kv.m olan evin də olması barədə qeydiyyat aparılmışdır. İddiaçı 15.05.2000-ci ildə təsərrüfatdan ayrılmışdır. 2000-ci ilə aid 19 nömrəli təsərrüfatbaşına kitabının 1230-ci hesab nömrəsində İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuşdur. İşdə olan, cavabdehin 23.06.2020-ci il tarixli **********48 nömrəli imtina məktubundan görünür ki, müraciətdə qeyd olunan halların aradırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 09 mart 2021-ci il tarixli, 2- 1(116)-177/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxs X9 adına verilmiş, 16.09.2009-cu ildə X22 kitabında 1266 nömrə ilə qeydə alınmış A-190637 nömrəli "Torpaq sahəsinin planının və ölçüsü"nün ləğv edilməsi, həmin sənəddə göstərilən 14328,94 kv.m torpaq sahəsinə İddiaçı, onun ailə üzvləri X19, X8, X7, X12 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-177/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iddia ərizəsində qeyd olunan halları təsdiq edəcək sübutlar olmadığından Şəki İnzibati 09 mart 2021-ci il tarixli, 2-1(116)- 177/2021 saylı qərarı ləğv olunmalıdır. Məhkəmə qərarında İddiaçı 15.05.2000-ci il tarixdən ayrı təsərrüfata ayrılması qeyd olunmasına baxmayaraq, bu hissədə də heç bir araşdırma aparılmamışdır. Belə ki, islahat zamanı İddiaçı ayrı təsərrüfata ayrıldığı üçün ona Ucar RAİK tərəfindən torpaq sahəsi ayrılıb-ayrılmaması araşdırılmamışdır. Araşdırma zamanı İddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.20 ha, onlar tərəfindən zəbt olunmuş torpaq sahəsinin isə 1.28 ha olması öz təsdiqini tapmışdır. Məlum olduğu kimi Aqrar islahat Komissiyalarının vəzifəsi vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə vermək olub. Məhkəmə araşdırması zamanı İddiaçı və ailə üzvlərinə Ucar RAİK-nın qərarı ilə 0.20 ha torpaq sahəsi ayrılması və həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ucar rayon şöbəsi tərəfindən A seriyalı 507233 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edildiyi müəyyən olunsa da, bu hissədə də heç bir araşdırma aparılmamışdır. İş üzrə nə mütəxəssis yardımından istifadə olunmuş, nə də ekspertiza təyin edilmişdir. Məhkəmə iddiaçının şifahi mülahizələri əsasında X10 adına verilmiş A seriyalı 190637 nömrei Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, həmin sənəddə qeyd olunan 14328.04 kv.m torpaq sahəsi üzərində İddiaçı VƏ onun ailə üzlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1Q saylı Ucar Ərazi İdarəsinin üzərinə qoymuşdur. X10 adına verilmiş A serlyall 190637 nömrei Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə baxmayaraq, həmin sənədin verilməsi əsası olan Ucar RAİK-nın 19.08.1998-ci İl tarixli, 11 saylı qərarına münasibət bildirilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-177/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-177/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili həmçinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-177/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Müəyyən edildi ki, 1996-cı ildə torpaq islahatı zamanı İddiaçı atası X19 təsərrüfatında qeydiyyatda olmuş, həmin təsərrüfatın həyətyanı torpaq sahəsi 1,48 ha olmuşdur. Kolxozun islahatı ilə əlaqədar torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında İddiaçı və ailə üzvlərinin təsərrüfatbaşına kitaba əsasən 0,20 ha, normadan artıq isə 1,28 ha torpaq sahəsinin olması, üçüncü şəxs X9 və ailə üzvlərinin təsərrüfatbaşına kitaba əsasən 0,12 ha, normadan artıq isə 0,14 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. Üçüncü şəxs X9 adına 16.09.2009-cü ildə 14328,94 kv.m fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsi ilə bağlı A-190637 nömrəli, 2600,26 kv.m fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsi ilə bağlı isə A-190639 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Ucar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş "Ucar rayonu Bərgüşad kəndində istifadəsində qanuni həyətyanı sahəsi olan, lakin hüquqi sənəd hazırlanmamış, həmçinin verilən sənədlərdə kobud səhvlər olan ailələrin siyahısı"nda İddiaçı adı göstərilmiş, onun qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,20 ha, zəbt olunan sahə kimi 1,28 ha, mülkiyyətə verilən torpaq sahəsi kimi 1,48 ha qeyd olunmuşdur. İddiaçı adına 20.05.2014-cü ildə 1999,99 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A- 5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Cavabdehin 28.02.2020-ci il, 10.11.2020-ci il və 19.01.2021-ci il tarixli məktubları ilə müəyyən edildi ki, Ucar rayonu Bərgüşad kəndində İddiaçı və atası X19 adlarına həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilməmişdir. Lakin həmin kəndin ərazisində olan 1999,99 kv.m həyətyanı torpaq sahəsinə dair İddiaçı adına A- 5072333 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" işlənmişdir. X9 adına olan A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən 14328,94 kv.m torpaq sahəsi isə faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsindədir. İşə əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli, 01/033 saylı mütəxəssis rəyi ilə müəyyən olunur ki, X9 adına qeydə alınan (mütəxəssis rəyində səhvən X2 göstərilmişdir) AN- 190637 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir. İddiaçı adına qeydə alınmış AN-507233 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi X16 (rəydə səhvən Tahir kimi göstərilib) adına qeydə alınmış AN-190637 saylı “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.İddiaçı adına qeydə alınmış AN-507233 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki 0.20 ha torpaq sahəsi iddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür, lakin konfiqurasiya fərqi vardır. Məhkəmə kollegiyası mütəxəssis rəyinin iddiaçı və ailəsi tərəfindən AN-190637 saylı “Torpaq sahəsinin planı və ölçüsü”-də göstərilən torpaq sahəsindən faktiki olaraq istifadə etməməsi ilə bağlı gəldiyi nəticəylə razılaşmır. Belə ki, iddiaçının izahatı cavabdeh orqanın sorğu əsasında verdiyi olduğu cavablarla və digər sübutlarla müəyyən olunur ki, üçüncü şəxs X9 adına 16.09.2009-cü ildə verilmiş A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" də göstərilən 14328,94 kv.m torpaq sahəsi faktiki olaraq İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin A-190637 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" üçüncü şəxs X9 adına səhvən verilmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır, cavabdehin isə apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-177/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(116)-177/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin ekspertiza xərci olan 317 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində tutularaq İddiaçı ödənilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar