Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-7/2024 01.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X33 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı ünvan 1 ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsinə X9 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarışın 235 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2-1(116)-174/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X17 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X9 adına aparılmış torpaq sahəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən verilmiş A seriyalı 285741 nömrəli xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadı ilə X18 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-382/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(107)-151/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-382/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsinə X9 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarışın 235 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atasının nənəsi X11 xx.xx.1991-ci ildə Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən evi və həyətyanı torpaq sahəsini iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə əsasında xx.xx.2006-cı ildə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və iddiaçının bildirdiyinə görə həmin şəhadətnamə əsasında cavabdeh tərəfindən çıxarış tərtib edilmişdir. X30 tərəfindən iddiaçıya vəsiyyət edilmiş ev 1 mərtəbəli və 1 otaqlıdır, həyətyanı torpaq sahəsinin ölçüsü 855 kv.m-dir. Lakin həmin torpaq sahəsinin 235 kv.m hissəsinə qonşuluqda yaşayan X9 adına çıxarış verilmişdir. Hər iki torpaq sahəsinin ölçüsü birlikdə 1455 kv.mdir. Rəfael Yəhyazadə 235 kv.m torpaq sahəsinə öz adına çıxarış alarkən sənəd kimi X4 mülkünün və torpaq sahəsinin pasportunu cavabdeh orqana təqdim etmişdir. Elə bütün qanunsuzluqlar da bundan sonra baş vermişdir. Əslində xx.xx.2014-cü ildən atasının adına olan 600 kv.m torpaq sahəsi X9 adına keçmişdir. 235 kv.m torpaq sahəsi daxil olmaqla 0,0832 ha torpaq sahəsinə çıxarış isə xx.xx.1999-cu il tarixində verilmişdir
8. İddiaçı cavabdeh orqana müraciət edərək, Rəfael Yəhyazadənin adına tərtib edilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, X9 832.48 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı və həmin qərar əsasında verilmiş A seriyalı 285741 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında aprılmışdır.
10. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X12 qarşı ünvan 3 ünvanda yerləşən 855 kv.m torpaq sahəsindən 235 kv.m torpaq sahəsinin X9 adına verilmiş hissəsinin qeydiyyatının ləğvi və həmin torpaq sahəsinə dair **********0510301 saylı çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir.
11. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-50/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsinin əsaslandırıcı hissəsində İddiaçı istinad etdiyi texniki pasporta münasibət bildirilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-679/2021 nömrəli qətnaməsinin preyudisial əhəmiyyətli olmasını nəzərə alaraq, cavabdeh hesab edir ki, X9 hüquqlarının qeydiyyatı qanunamüvafiq olaraq aparılmışdır.
14. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. İş üzrə üçüncü şəxs X17 xx.xx.2021-ci il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı həmin mülkiyyət üzrə tam mülkiyyətçi olmadığından belə bir iddia tələbi etmək huququna malik deyildir.
16. Belə ki, həmin mülkiyyət paylı mülkiyyətdir. Bu mülkiyyət natura şəklində tam bölünməmiş və həmin mülkiyyət üzrə 1/2 hissədə mülkiyyətçi vərəsə qoyandır. Vərəsə qoyanın hal-hazırda 6 nəfər vərəsəsi vardır. Bu mülkiyyətlə bağlı uzun illərdir ki, məhkəmə çəkişmələri olmuşdur. Bu səbəbdən Rəfael Yəhyazadə və o biri vərəsələr vərəsəlik payının müəyyən edilməsi ilə bağlı məhkəməyə bu yaxın günlərdə müraciət etmişlər. Rəfael Yəhyazadə həmin mübahisələndirilən ümumi torpaq və bir otaqlı fərdi yaşayış evində vərəsə qoyanın əmlakını idarə etmiş və qorumuşdur. Bir sözlə həmin vərəsəliyi Rəfael Yəhyazadə faktiki yaşamaqla qəbul etmişdir. Rəfael Yəhyazadənin bacısı və qardaşları da bu mülkiyyətlə sıx əlaqədə olaraq, həmin mirasın qorunub saxlanmasında vəsait xərcləmişlər. Miras qoyanı Rəfael Yəhyazadənin, onun bacısının və qardaşlarının vəsaiti hesabına dəfn etmişlər. Bütün yas mərasiminin xərclərini onlar çəkmişlər. Vəsiyyətnamə ilə bu gün həmin mirasa yiyənlənməmiş X36, miras qoyanın yas mərasimində bir manat belə xərc çəkməmişdir. Miras qoyan Rəfael Yəhyazadə, onun bacısı və qardaşlarının nənəsidir. Anaları isə nənələrinin yeganə vərəsəsi olmuşdur.
17. Üçüncü şəxs Rəfael Yəhyazadə etiraz məktubunda iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
21. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 fevral 2023-cü il tarixli 2-1(116)-174/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 130 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
22. Üçüncü şəxs X17 həmin qərardan apellyasiya şikayəti vermişdir.
23. Şəki Apellyasiya Məhkəməsinn İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, ekspertizanın aparılmasına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilmiş, iş üzrə rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.
24. Məhkəmə Ekspertizаsı Mərkəzindən ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş və Şəki Apellyasiya Məhkəməsinn İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1987-ci ildə miras olaraq iki qardaşa yəni Yəhyazadə Füzuli və Rafael arasında 2\1 pay nisbətində vərəsəliklə pay çatmışdır. Həmin ünvanda yaşayan X11 isə nəvəsinə, yəni İddiaçı vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədə yalnız bir otaqlı evdən bəhs olunur. Lakin notarius tərəfindən verilən şəhadətnamədə 855 kv.m torpaq sahəsi göstərilmişdir. Məhkəmə Ekspertizası ilə 71 saylı evin Qədirova Aygünə məxsus olduğu subuta yetirilmişdir. Ona verilmiş torpaq sahəsi vərəsəliklə çatmış torpaq sahəsi və X32 tərəfindən verilmişdir. Qədirova Mələksumanın adına verilmiş torpaq sahəsi 1987-ci ildə tərtib olunmuş texniki pasporta əsaslanaraq Yəhzadə Azada verilmiş şəhadətnamə əsasında verilmişdir. Həmin texniki pasportun hansı əsaslarla tərtib olunduğu və torpaq sahəsinin Bədirova Mələksumaya hansı əsaslarla verildiyini araşdırmalıdır. Bundan sonra torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2-1(116)-174/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2- 1(116)-174/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2-1(116)- 174/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2-1(116)-174/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
29. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mütəxəssis X22 izahatında bildirdi ki, Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2697 invertar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi arasında 111 kv.m üst-üstə düşmə halı mövcuddur. Lakin sözügedən 111 kv.m torpaq sahəsinin bir hissəəsində X12 məxsus Seriya RX, ******* nömrəli çıxarışda qeyd olunmuş 1954-cü ildə inşa edilmiş fərdi yaşayış evi yerləşir. Əlavə olaraq X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsinin baş planı naturada vəziyyətini əks etdirmir. Sözügedən torpaq sahəsində X9 mülkiyyəti yerləşdiyinə görə iş üzrə İddiaçı tərəfindən idarəyə edilmiş müraciətindən imtina olunmuşdur. İlkin texniki pasportda qeyd edilən ərazilər plan sərhədlər xaricindədir, yəni daş hasarın kənarında qalır.
30. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X3 və X18 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
31. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - A 285741 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Göyçay rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarına istinad olunmaqla Göyçay şəhərində yerləşən 832.48 kv.m torpaq sahəsi ilə bağlı X5 adına tərtib edilmişdir. - 508 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 597,5 kv.m qeyd edilmişdir. - 2967 inventar nömrəli texniki pasportdan görünür ki, Mələksuma Bədirova adına verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 855,8 kv.m qeyd edilmişdir. - 02.07.2018-ci il tarixli 408-1/2304 nömrəli inventar nömrəli **********53- 10301 reyestr nömrəli Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 69A ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda hüquq subyekti İddiaçı və X11, evin tikildiyi tarix 1962-ci il, ümumi sahəsi 32,4 kv.m, sənəd üzrə torpaq sahəsi 0.08558 ha, faktiki sahə 0.0671 ha qeyd edilmişdir. - 02.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən 0,0617 ha torpaq sahəsi və 32,4 kv.m fərdi yaşayış evi İddiaçı və X4 hər birinin ½ hissə olmaqla paylı mülkiyyətindədir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göyçay şəhəri, X37 küçəsində istifadəsində olan 0,0075 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20,08 kv.m yaşayış, 11,6 kv.m köməkçi sahədən ibarət 47A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanda yerləşən 0,083248 ha torpaq sahəsi və 69,2 kv.m fərdi yaşayış evi X17, X18 və X1 paylı mülkiyyətindədir. - xx.xx.2017-ci il tarixli **********05-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 69 ünvanında sənəd üzrə 0.083248 ha torpaq sahəsi, faktiki 0,1449 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzrə hüquq subyekti X13r. - cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, X6 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportda ərazinin baş planı təsvir edilmədiyi üçün sualı cavablandırmaq mümkün olmadı, A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi ilə 194 kv.m hissədə üst-üstə düşmə halı mövcuddur X7 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportda ərazinin baş planı təsvir edilmədiyi üçün suallın bu hissəsini cavablandırmaq mümkün olmadı, Seriya RX ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin eyni ərazidə yerləşir. A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi ilə 194 kv.m hissədə üst-üstə düşmə halı mövcuddur. Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi 130.0 kv.m hissədə üst-üstə düşmə halı mövcuddur. X7 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportda ərazinin baş planı təsvir edilmədiyi üçün sualın bu hissəsini cavablandırmaq mümkün olmadı, X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsinin Baş Planı natura vəziyyətini əks etdirmir. - Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli iclas protokolundan görünür ki, Göyçay şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələr onların mülkiyyətinə verilmiş, Göyçay şəhəri üzrə xüsusi və dövlət mülkiyyətindən kənarda olan torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmişdir. - Göyçay şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, 1977 sıra nömrəsinin qarşısında X14, X19 və X2 adları qeyd edilmiş, torpağın sahəsi 0.06 ha qeyd edilmiş, daha sonra “6” rəqəminə düzəliş edilərək “8” qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, əraziyə təkrar baxış zamanı məlum olmuşdur ki, Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi arasında 111 kv.m üst-üstə düşmə halı mövcuddur. Lakin sözügedən 111 kv.m torpaq sahəsinin bir hissəsində X12 məxsus Seriya RX, ******* nömrəli çıxarışda qeyd olunmuş 1954-cü ildə inşa edilmiş fərdi yaşayış evi yerləşir. X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsinin baş planı natura vəziyyətini əks etdirmir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi arasında 111 kv.m üst-üstə düşmə halı mövcuddur. Lakin sözügedən 111 kv.m torpaq sahəsinin bir hissəsində X12 məxsus Seriya RX, ******* nömrəli çıxarışda qeyd olunmuş 1954-cü ildə inşa edilmiş fərdi yaşayış evi yerləşir. X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsinin baş planı naturada vəziyyətini əks etdirmir.
TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
34. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
36. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
37. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
38. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
39. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
40. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, A285741 nömrəli plan-ölçü sənədi və Seriya RX, ******* nömrəli çıxarış tərtib edilərkən qanunvericiliyin həmin tələbi tam nəzərə alınmamış və 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş, Mələsuma Bədirovanın qanuni istifadəsində olmuş torpaq sahəsinin 130 kv.m hissəsi mübahisələndirilən çıxarışa daxil edilərək iddiaçının hüquqları pozulmuşdur. Odur ki, iddiaçı Seriya RX, ******* nömrəli çıxarışın 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı üst-üstə düşən torpaq sahəsinin ölçüsü 130 kv.m müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi 130 kv.m-dən artıq hissədən artıq hissədə əsassız olduğundan təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. İş materialları ilə müəyyən edilir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə Göyçay şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələr onların mülkiyyətinə verilmiş, həmin cədvəldə 1977 sıra nömrəsinin qarşısında X14, X19 və X2 adları qeyd edilmiş, torpağın sahəsi 0.06 ha qeyd edilmiş, daha sonra “6” rəqəminə düzəliş edilərək “8” qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq düzəlişin edilməsinə əsas olmuş sənədlər "xxxx" MMC-dən sorğu edilmiş, sonuncu tərəfindən subyektlər siyahısına düzəliş edilməsinə əsas olmuş sənədlərin aşkar edilmədiyi bildirilmişdir.
44. X8 adına tərtib edilmiş 508 inventar nömrəli texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 597,5 kv.m qeyd edilmişdir. Yəni, faktiki olaraq torpaq sahəsinin ölçüsü 597.5 kv.m olmuş, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə qanuni istifadədə olan həyətyanı sahə olaraq məhz həmin torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Sonradan subyektlər siyahısına heç bir hüquqi əsas olmadan düzəliş edilməklə torpaq sahəsinin ölçüsü artırılmış və 832 kv.m torpaq sahəsinin qeyd olunduğu A 285741 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, həmin plan ölçü sənədi əsasında da hazırda mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.083248 ha qeyd edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında qeyd edilmiş 0.06 ha torpaq sahəsindən artıq olan hissənin qeydiyyata alınaraq plan-ölçü sənədinə və mübahisələndirilən çıxarışa daxil edilməsi əsassız olmuşdur.
45. İddiaçı xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı mübahisələndirərək bildirir ki, Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsinin 235 kv.m hissəsi RX seriyalı ******* nömrəli çıxarışa işlənmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əsasən, A285741 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 832.48 kv.m torpaq sahəsinin 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi ilə 194 kv.m hissədə, Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi isə 130.0 kv.m hissədə üst-üstə düşür.
46. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən cavabdehin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əsaslanmışdır.
47. Lakin məhkəmə kollegiyası inzibati işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edərək, ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir.
48. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi arasında 111 kv.m üst-üstə düşmə halı mövcuddur. Lakin sözügedən 111 kv.m torpaq sahəsinin bir hissəsində X12 məxsus Seriya RX, ******* nömrəli çıxarışda qeyd olunmuş 1954-cü ildə inşa edilmiş fərdi yaşayış evi yerləşir. X4 adına 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsinin baş planı naturada vəziyyətini əks etdirmir.
49. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qərar qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, xx.xx.2017-ci il tarixli ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 130 kv.m torpaq sahəsinə aid hissədə ləğv etməklə qanuni və əsaslı qərar qəbul edilməmişdir.
50. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində Seriya RX, ******* nömrəli çıxarışda qeyd edilmiş 0.083248 ha torpaq sahəsi ilə 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m torpaq sahəsi arasında 111 kv.m üst-üstə düşmə halının mövcud olması müəyyən edilmişdir.
51. Ona görə də birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixli ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 855 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 130 kv.m torpaq sahəsinə aid hissədə ləğv etməkdə haqlı olmamışdır.
52. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, ekspert rəyinə əsasən, X9 adına daşınmaz əmlakın dövlət reyestrində alınmış qeydiyyat və tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarış 0.083248 ha torpaq sahəsinin Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 111 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2-1(116)-174/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. X9 adına daşınmaz əmlakın dövlət reyestrində alınmış qeydiyyat və tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarış 0.083248 ha torpaq sahəsinin Göyçay şəhəri 61 saylı (hazırda 71 saylı) ünvanda yerləşən 2967 inventar nömrəli texniki pasportda qeyd edilmiş 855 kv.m həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 111 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat pul İddiaçı tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X16, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.