Məhkəmə qərarları › İş №2-1(107)-706/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-706/2025

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-706/2025 01.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tabeliyində cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şəki Ərazi Idarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Qax rayonu Ilisu bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.

3. Iddia ərizəsinə görə, o, Qax rayonu Ilisu bələdiyyəsinə ərizə ilə müraciət edərək ona ev tikmək üçün həyətyanı torpaq sahəsi satılmasını xahiş etmişdir. Müraciətinə baxılaraq Qax rayonu Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolu ilə ona 0.05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsi üçün 100 AZN pul ödəmişdir. Həmçinin, “Torpaqların alqı-satqısına dair Akt” imzalanmışdır. Torpaq sahəsi ayrıldığı vaxtdan bu günə kimi həmin sahə onun sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də cavadeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdehin iddia tələbinə etirazınının əsasları: - vətəndaş İddiaçı # ###### 2025-ci il tarixdə ərizə ilə (daxilolma №-si 3-21-3-39/1-H- 0002-8/2025) DƏDKR PHŞ-nin ** saylı Şəki Ərazi Idarəsinə müraciət edərək, Qax rayonu Ilisu bələdiyyəsinin qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün satılmış 500 kv.metr torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Lakin, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair tərtib edilmiş alqı-satqı aktında tərtib olunma tarixi ilə bağlı, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində hansı tarixdə və hansı nömrə ilə qeydiyyata alınması barədə qeydiyyatın aparılmadığı, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən təsdiqlənmiş sxem təqdim edilmədiyi, həmçinin faktiki istifadədə olan torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən həm “NECAS” elektron məlumat bazasında, həm də “TEKUIS” yəni, X16 X17 iddia olunan torpaq sahəsinin bir hissəsinin X14, bir hissəsinin isə meşə ərazisi olduğu müəyyən edildiyindən ərizəçiyə ## ###### 2025-ci il tarixli *-**-*-**/*-H-****-*/**** nömrəli imtina məktubu verilərək həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmadığı və inzibati orqanın qərarından inzibati məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Bələdiyə və torpaq şöbəsi tərəfindən təsdiqlənmiş sxemi olmayan, fiziki şəxs tərəfindən faktiki istifadə olunaraq Qax rayonu Ilisu bələdiyyəsinin qərarı ilə ona satıldığı iddia olunan Qax rayonunun Ilisu kəndində yerləşən 0.05 ha X14, eləcə də meşə fondu torpaq sahəsinin Ilisu bələdiyyəsi tərəfindən mülkiyyətə verilməsi qanuni olmadığından, o cümlədən bir hissəsi X14 bələdiyyə torpağı, bir hissəsi isə meşə fondu torpağı üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi qanunamüvafiq hesab olunmamışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki Inzibati Məhkəməsinin (hakim X8) # ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. Iddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şəki Ərazi Idarəsi əsl cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tabeliyində cavabdeh1 ilə əvəz edilmişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

10. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı ərizə ilə müraciət etmişdir. Bunun üçün Qax rayon Ilisu bələdiyyəsinin “Beynəlxalq Bank”da yerləşən bank hesabına torpaq sahəsinin dəyəri ödənilmişdir. Torpaq sahəsi həmin ərazidə ayrı-ayrı vətəndaşlara ayrılmaqla yanaşı ona da ayrılaraq sahibliyinə verilmişdir. Iclasın keçirilməsi, onun protokollaşdırılması, sənədlərin nüsxəsinin arxivə təhvil verilməsi bələdiyyənin səlahiyyətlərində olan məsələdir. Iyirmi ildir ki, torpaqdan istifadə edir. Bütün qonşu ərazilər artıq mülkiyyətdədir və çıxarış əldə etmişlər. Onun vaxtında sənədləşdirməyə imkanı olmamışdır. Göründüyü kimi məhkəmə qonşu ərazilərin çıxarılarını əldə etmişdir. Hesab etmişdir ki, qonşu ərazilərə verilmiş çıxarışların verilməsinə əsas olan sənədlərin surəti də əldə edilməlidir. Bəlkə həmin ərazilər də eyni qərarla ayrılmış ərazilərdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ####### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Qax rayonu Ilisu bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Qax rayonu Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı iclas protokolundan çıxarışdan, Torpaqların alqı-satqısına dair aktdan və ** nömrəli qəbzdən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına satılan torpaq sahəsinin dəyəri ödənilmişdir. DT və XK-nın Şəki rayon şöbəsinin rəyindən görünür ki, vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 0,05 ha olmaqla Ilisu bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılması qanunamüvafiq hesab edilmişdir. Qax rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubundan və həmin məktuba əlavə olunmuş ##.##.2006-cı il tarixli * nömrəli qərardan görünür ki, Qax rayon Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolunda (bələdiyyənin ** saylı iclası ##.##.2006-cı il tarixində keçirilib) “Alma bağı” adlanan ərazidən 4 ha torpq sahəsinin vətəndaşlara kənd camaatının ümumi yığıncağı keçirildikdən sonra paylanması barədə qərar qəbul edilmişdir. Lakin qeyd olunan protokolda İddiaçı torpaq sahəsinin satılmasına dair məlumat tapılmamışdır. Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan və mütəxəssis rəyindən görünür ki, 1. Iddiaçı İddiaçı nümayəndəsi tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq razılaşdırılmış şəkildə göstərilən torpaq sahəsi naturada 0.05 ha olub, torpaq sahəsinin döngə nöqtələri və koordinatları yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi TEKUIS məlumat bazasında bir hissəsi X14 Torpaqlar kateqoriyasına aid, uqodiyası Tikinti altında olan torpaqlar, mülkiyyəti- bələdiyyə, bir hissəsi isə X6 kateqoriyasına aid, uqodiyası Meşə ilə örtülü Sahələr, mülkiyyəti-dövlət kimi göstərilmişdir. Torpaq sahəsi DWG (Mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planına) əsasən kateqoriyası X14 Torpaqlar, uqodiyasıkollu örüş olmaqla Ilisu bələdiyyəsinin mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. 2. Ayrılmış torpaq sahəsinə dair sxem təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. 3 NECAS məlumat bazasına əsasən iddia olunan torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyatı aparılmış torpaq sahəsi ilə üst - üstə düşməsi yoxdur. 4. Iddia olunan torpaq sahəsi qapalı həyət daxilində deyil. Üzərində tikili yoxdur. 5. Iddiaçının hüquqi marağına uyğun olaraq razılaşdırılmış 0.05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planında göstərilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Şəki Ərazi Idarəsi tərəfindən təqdim edilmiş məktuba əlavə edilmiş Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolundan çıxarışdan görünür ki, X4 0.06 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyindən görünür ki, satılması nəzərdə tutulan 0.06 ha torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün qanunmüvafiqdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, bələdiyyənin ##.##.2006-cı il tarixli ** saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi X4. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0.06 ha həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli iclas protokolundan çıxarışdan görünür ki, X7 0.10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyindən görünür ki, satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsədlə satılması qanunmüvafiqdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, bələdiyyənin ##.##.2006-cı il tarixli ** saylı qərarına əsasən 0.10 ha torpaq sahəsi X7. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0.10 ha həyətyanı torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Qax Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli *-**-**RA/*-**/**** nömrəli məktubundan görünür ki, Qax rayon Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolunda “Alma bağı” adlanan ərazidən 4.0 ha torpaq sahəsinin vətəndaşlara kənd camaatının ümumi yığıncağı keçirildikdən sonra paylanması barədə qərar qəbul edilmişdir. Lakin qeyd olunan 4.0 ha torpaq sahəsinin kimlərə verilməsinə dair hər hansı məlumat protokola əlavə edilməmişdir. Qax rayon Dövlət Arxivi tərəfindən X7 torpaq sahəsinin verilməsinə dair arxiv çıxarışı verilməmişdir. X4 isə vətəndaşın müraciətinə əsasən Qax rayon Ilisu bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı iclasın qərarına əsasən 0.05 ha torpaq sahəsinin satılmasına dair ##.##.2024-cü il tarixli arxiv çıxarışı verilmişdir. TƏTBIQ EDILƏN HÜQUQ

17. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 1 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. (##.##.2007-ci il tarixədək qüvvədə olan redaksiyası)

20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

21. Iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsindən ibarətdir.

27. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Qax rayonu Ilisu bələdiyyəsinin # ###### 2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarına istinad edərək ona 0,05 ha torpaq sahəsinin satıldığını bildirmişdir.

29. Satıldığı iddia olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərindən görünür ki, hüquqmüəyyənedici sənəd qismində istinad olunan sənədlərin arxiv nüsxələrini aşkar etmək mümkün olmamışdır.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yükümlülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özəlləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yükümlülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

31. “Inzibati icraat haqqında” Qanunun 59-cu maddəsinə əsasən (yazılı inzibati aktın rekvizitləri) 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

32. Göründüyü kimi, Qax rayonu Ilisu bələdiyyəsinin # ###### 2006-cı il tarixli, ** saylı iclas protokolunun qərarı etibarsız inzibati akt olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özəlləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz.

33. Bununla yanaşı qeyd edilməlidir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı tərəfindən təqdim edilən inzibati akt qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.

34. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından sorğu edilmiş və sorğuya cavab olaraq təqdim edilmiş Qax Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli *-**-**RA/*-**/**** nömrəli məktubundan görünür ki, Qax rayon Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı iclas protokolunda “Alma bağı” adlanan ərazidən 4.0 ha torpaq sahəsinin vətəndaşlara kənd camaatının ümumi yığıncağı keçirildikdən sonra paylanması barədə qərar qəbul edilmişdir. Lakin qeyd olunan 4.0 ha torpaq sahəsinin kimlərə verilməsinə dair hər hansı məlumat protokola əlavə edilməmişdir. Qax rayon Dövlət Arxivi tərəfindən X7 torpaq sahəsinin verilməsinə dair arxiv çıxarışı verilməmişdir. X4 isə vətəndaşın müraciətinə əsasən Qax rayon Ilisu bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı iclasın qərarına əsasən 0.05 ha torpaq sahəsinin satılmasına dair ##.##.2024-cü il tarixli arxiv çıxarışı verilmişdir.

35. Eyni zamanda məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 2004-2009-cu il tarixlərində Qax rayon Ilisu bələdiyyəsinin üzvü olmuşdur və həmin illərdə Qax rayon Ilisu bələdiyyəsində işləmişdir. Iddiaçı İddiaçı ilə eyni kənddə yaşayırlar, onunla heç bir qohumluğu yoxdur. Iddiaçı İddiaçı iddialı olduğu torpaq sahəsinin qərarı kənd sakinlərinə 20-30 şəxsə ümumi verilmişdir. Qax rayonu Ilisu bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarı ilə vətəndaşlara torpaq sahəsinin ayrılması barədə bələdiyyənin iclasında iştirak etmiş, bələdiyyənin həmin tarixli iclas protokolu ilə İddiaçı torpaq sahəsi verilmişdir. Lakin iddiaçının adının bələdiyyənin sözügedən iclas protokolunda hansı əsasla olmamasının səbəbini izah edə bilmir.

36. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 1999-2008-ci il tarixlərində Qax rayon Ilisu bələdiyyəsinin sədr müavini olmuş və həmin illərdə Qax rayon Ilisu bələdiyyəsində işləmişdir. Iddiaçı İddiaçı tanıyır, lakin onunla heç bir qohumluq əlaqəsi yoxdur. ##.##.2006-cı il tarixli ** saylı iclas olmuşdur. İddiaçı sözügedən torpağa dair pul ödəyib sənədləşmə işlərini aparmamışdır. Lakin iddiaçının adının bələdiyyənin sözügedən iclas protokolunda hansı əsasla olmamasının səbəbini izah edə bilmir.

37. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ona bələdiyyənin ##.##.2006-cı il tarixli qərarı ilə satıldığını bildirsə də həmin tarixdə keçirilmiş bələdiyyə iclasının protokolunda torpaq sahəsi verilən şəxslərin siyahısında iddiaçının adına rast gəlinmir.

38. Məhkəmə kollegiyası işin hallarının tam və obyektiv araşdırılması məqsədilə bələdiyyənin iclasında iştirak etmiş şəxsləri şahid qismində dindirmişdir. Şahidlər ##.##.2006cı il tarixdə bələdiyyə iclasının keçirildiyini və iddiaçıya torpaq sahəsinin satıldığını bildirsələr də iddiaçının adının iclas protokolunda hansı səbəbdən göstərilmədiyini izah edə bilməmişlər.

39. Belə olan halda şahid ifadələri iş üzrə mövcud yazılı sübutlardakı ziddiyəti aradan qaldırmır və iddiaçının torpaq sahəsini bələdiyyənin müvafiq qərarı əsasında əldə etməsini mötəbər şəkildə təsdiq etmir.

40. Şərh olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

41. Qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

42. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar