Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-708/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “cavabdehin üzərinə ona 25 noyabr 2023-cü il tarixindən 2 il müddətində OFP-nin 65-80 faizinin müəyyən olunması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli 2-1(116)-630/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin iddiaçı barədə verdiyi imtina qərarını ləğv edib, müharibə zamanı aldığı xəsarətlərdən yaranan xəstəliyini nəzərə alaraq barəsində müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1972-ci ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuşdur. 1991-ci ildə keçmiş SSRİ-də hərbi xidmətə çağırılmış, 1991-ci ilin sonunda Azərbaycan Respublikasına qayıtmış, müxtəlif hərbi hissələrdə xidmət keçdikdən sonra 1993-cü ildə Ağdaş RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. 1993-cü ildə N saylı hərbi hissəyə köçürülmüşdür. Həmin tarixdən Ağdərə rayonunun düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 21 yanvar 1994-cü ildə Ağdarə rayonunun, Lüləsaz kəndinin düşmən işğalından müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmışdır. 28 yanvar 1994-cü ildən 05 mart 1994-cü ilə kimi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 avqust 2023-cü il tarixli, 225 nömrəli qərarında göstərilmişdir ki, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 21 yanvar 1994-cü ildə aldığı, 28 yanvar 1994-cü ildən 05 mart 1994-cü il tarixədək Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz "ağır dərəcəli beyin silkələnməsi ilə gedən qapalı kəllə-beyin travması" (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 11 aprel 2013cü il tarixli, 202 nömrəli göndərişi, 11 aprel 2013-cü il tarixli, 592 nömrəli arayışı, Ağdaş Rayon Mərkəzi Xəstəxanasından verilmiş 05 mart 1993-cü il tarixli çıxarış epikrizi, vətəndaşın MN MHHK-na olan xx.xx.2023-cü il tarixli ərizəsi ilə təsdiq edilir. "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". - O, uzun müddət müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuş, buraxıldıqdan sonra ev şəraitidə öz müalicəsini davam etdirmişdir. Bundan sonra o, əlilliyin təyin edilməsi üçün müraciət etmişdir. 2013-cü ildə ona 2-ci qrup müharibə əlilliyi təyin edilmişdir. Keçən müddət ərzində o, dəfələrlə komissiyalardan keçmiş və hər dəfəsində də, əlilliyi bir daha təsdiq edilmişdir. 2021-ci ildə onun əlilliyi dayandırılmışdır. Əlilliyi dayandırıldıqdan sonra bir neçə dəfə komissiyadan keçirilmiş, sonuncu dəfə 25 noyabr 2023-cü ildə Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunmuşdur. Lakin sonuncu əlillik təyinatından imtina edilmişdir.
3. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından qalıq əlamətləri. və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir olmuşdur. - O cümlədən qeyd edirik ki, tərəfimizdən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Ağdaş rayon sakini xx.xx.1972-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0218003AAKV1 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli J00046395NİH nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********3). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli C00109154BKC nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. (ESDAS: 3-17- 4/3-1-18794/2023). - Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 225 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Ağır dərəcəli beyin silkələnməsi ilə gedən qapalı kəllə-beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində və xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı güclü başağrıları, öskürək, sinə nahiyəsində ağrılardan, hava çatışmazlığından şikayətlənmişdir. Anamnestik məlumatlarında 2 il əvvəl müayinə nəticəsində ağciyərində törəmələr aşkarlandığını bildirsə də, müalicə almadığını söyləmişdir. Müayinə zamanı saturasiyası SpO2 96%, nəbzi 77 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 müəyyənləşdirilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmişdir. Nevroloji statusda kəllə-beyin sinirləri tərəfindən ocaqlı patologiya aşkarlanmamış, “Romberq” vəziyyətində dayanıqlı olmuş, yuxarı və aşağı ətraflarda reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, iflic, parez, atrofiya, hipotrofiya aşkarlanmamışdır” kimi qeyd olunmuş, Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik səbəbindən Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, yuxusuzluq, əllərində keyimələrdən, təngnəfəslikdən şikayət etmişdir. Son zamanlar heç bir medikamentoz preparat qəbul etmədiyini söyləmişdir. Müayinə zamanı çəkisi 63 kq, boyu 165 sm, saturasiyası SpO2 97%, nəbzi 80 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 olmuş, auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmişdir. - Təqdim edilmiş sənəddə Epilepsiya diaqnozu əks olunsa da, özü qıcolma haqqında heç bir şikayət bildirməmiş, müayinə zamanı heç bir nevroloji defisit aşkarlanmamışdır. Regional Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Diffuziya ağırlıqlı görüntü və ADC xəritələmədə serebral və serebellar parenximdə kəskin işemiya ilə uyumlu bariz görünümlü diffuziya məhdudiyyəti izlənilmir” kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 9562 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya, anamnezində qıcolma, asteno-nevrotik hal” kimi qeyd olunmuş, müvafiq şikayət bildirilməmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ çəkimi müayinəsinin nəticəsi “Müayinə oyaqkən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkildi. Əsas ritm: Beta ritm üstünlük təşkil olunmuşdur. Çəkim boyunca bir neçə dəfə əzələ və elektrod atrefaktları qeyd edildi. Anormallıq: Bütün bədən boyunca hər hansı tip epi-fəaliyyətə, ocaqlı dəyişikliyə və yarımkürələr arası asimmetriyaya rast gəlinmədi. Hiperventilyasiya: Normaya uyğun reaksiya izlənildi. Fotostimulyasiya: Normaya uyğun olaraq ritmi mənimsəmə reaksiya izlənildi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrısı. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya. Asteno-nevrotik hal, üzvi mənşəli labil pozuntu, koqnitiv funksiyanın pozulması ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. - ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 733 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC-79%, FEV1- 82%. Anamnezində 30 ildir ki, gündəlik 2 qutu siqaret çəkdiyini bildirmişdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, tənəffüs çatışmazlığı aşkar edilməmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əlilliyin təyin edilməsindən imtinası; - MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 225 nömrəli Qərarı; - AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1099 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 17 sentyabr 2025-ci il tarixli məktubu; - Tərtər Hərbi Prokurorluğunun 06.03.13-cü il tarixli məktubu; - xxxxxxx0008 nömrəli Qiymətləndirmə nəticəsi; - AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/747 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - Cavabdehin etiraz məktubu və ona əlavə olunan sənədlər. - AR SHXÇDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2013-cü il tarixli Arayışı; - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş T/314/2025 nömrəli rəyi;
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 22 oktyabr 2025-ci il tarixli 2- 1(116)-630/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin üzərinə İddiaçı 25 noyabr 2023-cü il tarixindən 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının müəyyən edilməsi) təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya 2013-cü il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş,əlilliyin müddəti tamamlandıqdan sonra mütəmadi yenidən qiymətləndirilmələr nəticəsində 2021-ci ilədək iddiaçının “Azıərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyi müəyyən olunmuşdur. - İddiaçı barəsində sonuncu, yəni E00147070ZNA nömrəli forma 88 göndərişinə cavabdeh inzibati orqan tərəfindən baxılmış və xx.xx.2023-cü il tarixində qiymətləndirilmə aparılaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı inzibati orqana yenidən müraciət etmiş, xx.xx.2024-cü il tarixində əyani müayinə nəticəsində əvvəlki qərar qüvvədə saxlanılmışdır. Bu barədə xx.xx.2024-cü il tarixli məktub əsasında iddiaçı məlumatlandırılmışdır. - Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü mübahisələndirmir, qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsini bildirir. - Səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “(Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından qalıq əlamətləri) (1994)” olmuşdur. - İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə (Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından qalıq əlamətləri) (1994) diaqnozuna münasibətdə T90.5 koduna istinad edilmişdir. - Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab etmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.2-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Sözügedən T90.5 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə üzvi mənşəli şəxsiyyət pozuntusu olaraq 6.1-ci bənddə nəzərdə tutulmuşdur. - Məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKB travmasından qalıq əlamətləri (1994 yanvar); Ağırlaşmalar: İ67.4-Hipertenziv ensefalopatiya. Posttravmatik hipertenziv ensefalopatiya; İ69- Serebrovaskulyar xəstəliklərin nəticələri. Baş beynin xroniki işemiyası; Yanaşı xəstəliklər: H25.1- Qocalıq nüvə kataraktası. Qocalıq üzrə katarakta. OD-nüvə katarakta. G93-Baş beyinin digər zədələnmələri; F48.0-Nevrasteniya. Güclü astenonevrotik hal; F06.7- Yüngül koqnutiv pozuntu. Koqnutiv funksiyaların pozulması ilə” diaqnoz xəstənin stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, əyani müayinədə əlillik təyinatına əsas verən patofunksional əlamətlər aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. - A.Ə.Qafarovun tibbi sənədlərinə və əyani müayinəsinə əsasən onda qapalı kəllə beyin travmasının qalıqları, (konvegensiya çatmazlığı, burun-dodaq büküşlərinin assimetrikliyi, yerişinin pozulması, əllərində əsmə) asteno-nevrotik hal şəklində rast gəlindi. - İddiaçı əyani müayinəsi zamanı başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları, başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları-adıçəkilən xəstəliklərin hər hansı birinə rast gəlinmədi. - Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, "T90.5. Başın travmalarının nəticələri" diaqnozu qoyulmuşdur. Diaqnozu mövcuddur. Ekspert rəyinə əsasən də göndərişdə qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin imtinası isə həmin diaqnozun əlillik təyinatına əsas verməməsindən ibarətdir. - Verilmiş sorğuya cavab olaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli cavab məktubundan iddiaçı barəsində tərtib edilmiş forma 88 göndərişində iddiaçının sağlamlıq vəziyyətinin Müyarların 6.1-ci bəndinə uyğun qiymətləndirildiyi bildirilmişdir. - Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirmişdir ki, hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir. Belə ki, cavabdeh faktiki olaraq iddiaçının mövcud diaqnozunu- T90.5-Başın travmalarının nəticələri” diaqnozunu qəbul edir. Bu diaqnoz məhkəmədə iddia qaldırılanadək təqdim edilmiş E00147070ZNA nömrəli forma 88 göndərişində əsas diaqnoz olaraq təsbit edilmişdir. - Həmçinin, həmin diaqnozun səbəbli əlaqəsi MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 225 nömrəli Qərarında qeyd olunan “ağır dərəcəli beyin silkələnməsi ilə gedən qapalı kəllə-beyin travması” ilə müəyyən edilir. - Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndində “Başın travmalarının nəticələri” diaqnozu təsbit edilmişdir. Həmin diaqnozun qiymətləndirici əlaməti kimi Meyarların 6.2.1-ci bənddə göstərilmişdir. Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 65-80 dərəcəsi və iki il müddətində əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. - Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin 6.2.1-ci bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 65-80% aralığında təsbit edilmişdir. - Məhkəmə qeyd etmişdir ki, iddiaçının OFP-nin 65-80% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. - Buna görə də, məhkəmə, iddiaçının OFP-nin İİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli 2-1(116)-630/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlərə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Sözügedən hal, yəni diaqnoz əlillik əlaməti təyin etməməsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. - Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. - İddiaçı sağlamlıq vəziyyətinin araşdırılması məqsədi ilə keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 314 nömrəli rəyindən görünür ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKB travmasından qalıq əlamətləri (1994 yanvar); Ağırlaşmalar: İ67.4-Hipertenziv ensefalopatiya. Posttravmatik hipertenziv ensefalopatiya; İ69- Serebrovaskulyar xəstəliklərin nəticələri. Baş beynin xroniki işemiyası; Yanaşı xəstəliklər: H25.1- Qocalıq nüvə kataraktası. Qocalıq üzrə katarakta. OD-nüvə katarakta. G93-Baş beyinin digər zədələnmələri; F48.0-Nevrasteniya. Güclü asteno-nevrotik hal; F06.7- Yüngül koqnutiv pozuntu. Koqnutiv funksiyaların pozulması ilə” diaqnoz xəstənin stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, əyani müayinədə əlillik təyinatına əsas verən patofunksional əlamətlər aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmamışdır. - Sadalanan faktlardan aydın olur ki, məhkəmənin iddianın təmin edilməsi barədə qəbul etdiyi qərar əsassızdır. Odur ki, Şəki İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. - Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı iddia tələbini və tələbin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə ona 25 noyabr 2023-cü il tarixindən 2 il müddətində OFP-nin 65-80 faizinin müəyyən olunması öhdəliyinin qoyulmasını xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2026-cı il tarixli, 2-1(107)-708/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
12. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli 2-1(116)-630/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
6. Sinir sistemi xəstəlikləri bölməsi. - 6.1. Başın travmalarının nəticələri T90 - (6.1.2) ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası – orqanizmin funksiyalarının 65 – 80 % pozulması; orqanizmin funksiyalarının pozulması müddəti – 2 il.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın 65-80 faizinin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2023-cü il tarixdən 2 il müddətinə əlillik müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının 65–80 faiz pozulmasının “ikinci dərəcə əlillik” kimi göstərilməsi tətbiq edilən maddi hüquq normaları ilə tam uyğunluq təşkil etmir.
24. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə OFP-nın 65-80 faiz pozulması halının qoyulması əvəzinə, İİ dərəcə əlillik kimi qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi Meyarların 3.2-ci bəndinə və Meyarlara Əlavənin tələblərinə uyğun olaraq OFP-in İİ dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilməklə, iddiaçının orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi müəyyən edilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
27. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKB travmasından qalıq əlamətləri (1994 yanvar); Ağırlaşmalar: İ67.4-Hipertenziv ensefalopatiya. Posttravmatik hipertenziv ensefalopatiya; İ69- Serebrovaskulyar xəstəliklərin nəticələri. Baş beynin xroniki işemiyası; Yanaşı xəstəliklər: H25.1- Qocalıq nüvə kataraktası. Qocalıq üzrə katarakta. OD-nüvə katarakta. G93-Baş beyinin digər zədələnmələri; F48.0-Nevrasteniya. Güclü asteno-nevrotik hal; F06.7- Yüngül koqnutiv pozuntu. Koqnutiv funksiyaların pozulması ilə” diaqnoz xəstənin stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, əyani müayinədə əlillik təyinatına əsas verən patofunksional əlamətlər aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmamışdır.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçıya "T90.5. Başın travmalarının nəticələri" diaqnozu qoyulmuşdur. Diaqnoz hazırda mövcuddur. Ekspert rəyinə əsasən də göndərişdə qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin dəlili isə həmin diaqnozun əlillik təyinatına əsas verməməsindən ibarətdir.
29. İş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKB travmasından qalıq əlamətləri (1994 yanvar); Ağırlaşmalar: İ67.4- Hipertenziv ensefalopatiya. Posttravmatik hipertenziv ensefalopatiya; İ69- Serebrovaskulyar xəstəliklərin nəticələri. Baş beynin xroniki işemiyası; Yanaşı xəstəliklər: H25.1- Qocalıq nüvə kataraktası. Qocalıq üzrə katarakta. OD-nüvə katarakta. G93-Baş beyinin digər zədələnmələri; F48.0-Nevrasteniya. Güclü asteno-nevrotik hal; F06.7- Yüngül koqnutiv pozuntu. Koqnutiv funksiyaların pozulması ilə” diaqnoz xəstənin stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir.
30. Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda da iddiaçı barəsində tərtib edilmiş forma 88 göndərişində iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 6.1-ci bəndinə uyğun qiymətləndirildiyi bildirilmişdir.
31. İş materiallarından görünür ki, cavabdeh faktiki olaraq iddiaçının mövcud diaqnozunu- T90.5-Başın travmalarının nəticələri” diaqnozunu qəbul edir. Bu diaqnoz məhkəmədə iddia qaldırılanadək təqdim edilmiş E00147070ZNA nömrəli forma 88 göndərişində əsas diaqnoz olaraq təsbit edilmişdir. Həmçinin, həmin diaqnozun səbəbli əlaqəsi MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 225 nömrəli Qərarında qeyd olunan “ağır dərəcəli beyin silkələnməsi ilə gedən qapalı kəllə-beyin travması” ilə müəyyən edilir.
32. Həmçinin, iddiaçıya 2013-cü il tarixdə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti tamamlandıqdan sonra mütəmadi yenidən qiymətləndirilmələr nəticəsində 2021-ci ilədək iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi müəyyən olunmuşdur.
33. Birinci instansiya məhkəməsi tərəfindən də orqanizmin funksiyalarının pozulma faizi və müddəti nəzərə alınmaqla iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.2-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmış, lakin texniki yanlışlıq olaraq diaqnozun qiymətləndirici əlaməti kimi Meyarların 6.2.1-ci bəndi göstərilmişdir.
34. Kollegiya qeyd edir ki, sözügedən T90.5 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə üzvi mənşəli şəxsiyyət pozuntusu olaraq 6.1-ci bənddə nəzərdə tutulmuşdur.
35. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndində “Başın travmalarının nəticələri” diaqnozu təsbit edilmişdir. Həmin diaqnozun qiymətləndirici əlaməti kimi Meyarların 6.1.2-ci bənddə göstərilmişdir. Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 65-80 dərəcəsi və iki il müddətində əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları, ekspert rəyi və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.2-ci bəndi əsasında qiymətləndirilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, müəyyən edilir ki, iddiaçıda müayinə zamanı aşkar edilən xəstəliklər- “ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 6.1.2-ci bənddə nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65–80% həddində müəyyən edilmişdir.
38. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının diaqnozunun orqanizmin funksiyalarının pozulmasının 65 faizdən aşağı olmasına dair hər hansı mötəbər sübutlar da təqdim etməmişdir.
39. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz əlillik təyinatına əsas vermədiyi (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.
44. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
45. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
46. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
47. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
48. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan şikayətində iddiaçının “diaqnozunun əlillik təyinatına əsas verməməsi”ni qeyd etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.
49. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 2 il müddətinə OFP-nın 65-80 faiz pozulmasının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.
52. Göründüyü kimi, İddiaçı xəstə olması və onun əlilliyinin olması iş materialları ilə öz təsdiqini tapdığından, ona qoyulmuş həmin diaqnozlar əlilliyin müəyyən olunması üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
53. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “ona 25 noyabr 2023-cü il tarixindən 2 il müddətinə əlilliyin müəyyən edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
55. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə İddiaçı 25 noyabr 2023-cü il tarixindən 2 il müddətinə OFP-nın 65-80 faizinin müəyyən olunması öhdəliyi qoyulmalıdır.
56. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli 2-1(116)-630/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 25 noyabr 2023-cü il tarixindən 2 il müddətinə OFP-nın 65-80 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.