Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-709/2025 29.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddia ərizəsinin əsaslarına görə iddiaçı ##.##.1964-cü il təvəllüdlüdür. Iddiaçı ##.##.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 1979-cu ildən 1982-ci ilədək kino mexanik işləmişdir. O, ## ###### 1982- ## ###### 1984-cü illər dövrü aralığında həqiqi hərbi xidmətdə olmuş, həqiqi hərbi xidməti başa vurduqdan sonra 1 il slesar maşinist işləmişdir. Daha sonra qalayçı, misgər və qaynaqçı işləmişdir. Sonuncu işləri, yəni qalayçı, misgər və qaynaqçı peşələri güzəştli şərtlə əmək pensiyası hüququ verən sahə hesab edilir. Sonuncu iş yeri "xxxx" Təmir-Tikinti müəssisəsi olmuşdur. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmışdır.
3. Bununla bağlı Azərbaycan Respublikası "xxxx " Təmir-Tikinti müəssisəsi tərəfindən ona ##.##.2024-cü il tarixdə ** nömrəli arayış verilmişdir. Odur ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə X11 Regional "Asan xidmət "mərkəzi vasitəsilə müraciət etmiş və zəruri sənədləri əlavə etmişdir.
4. Qeyd edir ki, "xxxx" Təmir-Tikinti müəssisəsində işləmişdir. "xxxx" Təmir-Tikinti müəssisəsinin fəaliyyəti hal-hazıradək davam etməkdədir. Habelə müəssisədə qaynaqçı vəzifəsində 3 il 20 gün əmək stajı güzəştli şərtlə əmək pensiyası hüququ verən iş hesab edilir və bununla bağlı ##.##.2024-cü il tarixli arayış vermişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Iddiaçı İddiaçı daha öncə kifayət qədər ümumi və güzəştli iş stajının olduğunu iddia edərək ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Belə ki, Mərkəzi Filial iddiaçıya ünvanlanmış ##.## 2024-cü il tarixli 317-1/2-Z- ******/**** nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinanın əsasları kimi iddiaçının ümumi iş stajının 23 il 2 ay 6 gün (tələb olunan müddətdən (25 il), güzəştli iş stajının isə olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı İddiaçı Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən # ###### 1998-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasında və "xxxx” Təmir-Tikinti müəsisəsinin ##.##.2024-cü il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.2002-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunub. Bununla əlaqədar, iddiaçının həmin müəssisədə işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi ##.##.2019-cu il tarixindən qeydiyyatda olduğu müəyyən edilib. Göründüyü kimi iddiaçı ##.##.2019-cu il tarixdən əvvəl "xxxx” Təmir-Tikinti müəsisəsində işlədiyini iddia etsə də, müəssisənin fəaliyyəti ##.##.2019-cu il tarixdən etibarən başlamışdır.
6. Həmçinin, iddiaçının əmək kitabçasının 8-9-cu səhifələrindəki qeydlərin onun əmək stajının artırılması məqsədi ilə sonradan yazıldığı aşkar görünür. Göstərilən səbəblərdən dolayı iddiaçı İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 2 ay 6 gün (Mübahisələndirilməyən dövrlər - ##.##.1979-##.##.2001-ci il, ##.##.2001-##.##.2002-ci il tarixləri) təşkil edir.
7. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Iddiaçı tərəfindən təqdim edilən "xxxx” Təmir-Tikinti müəsisəsinin ##.##.2024-cü il tarixli ** nömrəli arayışındakı qeyd edilən dövrlər onun güzəştli iş stajında nəzərə alınsa belə ümumilikdə onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 20 gün) olacaqdır.
8. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23359,17 manat təşkil edir.
9. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında "xxxx” Təmir-Tikinti müəsisəsinin nümayəndəsi Şahid izahat verərək həmin müəssisənin rəhbəri olduğunu, iddiaçının qeyd edilən dövrdə həmin müəssisədə qaynaqçı işlədiyini, əmək kitabçasında və arayışda imzaların ona məxsus olduğunu bildirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ####### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mərkəzi Filial iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-Z-******/**** nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Imtinanın əsasları kimi iddiaçının ümumi iş stajının 23 il 2 ay 6 gün (tələb olunan müddətdən (25 il)) güzəştli iş stajının isə olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçının əmək kitabçasının 8-9-cu səhifələrindəki qeydlərin onun əmək stajının artırılması məqsədi ilə sonradan yazıldığı aşkar görünür. Göstərilən səbəblərdən həmin illərin onun stajına əlavə edilməməsi nəticəsində iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 2 ay 6 gün (Mübahisələndirilməyən dövrlər -##.##.1979-##.##.2001-ci il, ##.##.2001 -##.##.2002-ci il tarixləri) təşkil edir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Iddiaçı tərəfindən təqdim edilən “xxxx” Təmir- Tikinti müəsisəsinin ##.##.2024-cü il tarixli ** nömrəli arayışındakı qeyd edilən dövrlər onun güzəştli iş stajında nəzərə alınsa belə ümumilikdə onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 20 gün) olacaqdır. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23359,17 manat təşkil edir. Məhkəmə iddiaçının qalayçı vəzifəsində işlədiyi vəzifənin tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin, qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olduğunu müəyyən edə bilməmişdir. Əlavə olaraq məhkəmə ##.##.2002-##.##.2005-ci illərdə işlədiyi vəzifəni nə * №-li siyahıya nə də ki, * №-li siyahıya uyğunlaşdırmamış sonradan qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunlaşdırmışdır. Nəticədə əsassız olaraq iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çox olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə qərarında istinad edilən güzəştli iş stajının uyğunlaşdırılması və toplanılması əsassız hesab olunmalıdır. Iddiaçının sığorta stajının istər 1 AIQ-li siyahıya istərsə də 2006-cı ilədək olan sığorta stajının 2006-cı il tarixindən sonrakı qanunvericiliyə uyğunlaşdırılması məhkəmə tərəfindən düzgün araşdırmanın və qiymətləndirilmənin aparılmamasıdır. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələrlə bağlı məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamışdır. Yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdılmamış, iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu;
2. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi;
3. iddiaçıya məxsus A3E ******* nömrəli əmək kitabçası;
4. iddiaçıya məxsus H*-******* nömrəli hərbi biletin surəti.
5. “xxxx” Təmir-Tikinti müəssisəsinin ##.##.2024-cü il tarixli ** nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış;
6. AR “xxxx” Təmir-Tikinti müəssisəsinin ##.##.2024-cü il tarilxi arayışı;
7. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş X7 Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli ** nömrəli məktubundan görünür ki, qalayçı sexi xüsusi (zərərli) sex sayılır və orada çalışan işçi (işçilər) təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olurlar. Ona görə də bu vəzifədə çalışan işçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan vəzifəyə uyğun hesab olunur. TƏTBIQ EDILƏN HÜQUQ
19. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 7-ci maddəsinə əsasən 63 yaş 6 ay yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə uyğun olaraq Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. X5 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
22. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. Inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
27. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
28. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
30. Cavabdeh apellyasiya şikayətini onun əsaslandırmışdır ki, iddiaçının həm ümumi, həm xüsusi stajı tələb olunan şərtlərə cavab vermir. Həmçinin göstərilmişdir ki, iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiya almaq hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmamışdır.
31. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Belə ki, cavabdehin imtina məktubunda iddiaçının ümumi iş stajı 23 il 2 ay 6 gün müddətində qəbul edilmişdir.
32. Iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndilən əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Cavabdeh orqan tərəfindən iddiaçının ##.##.1979-##.##.2001-ci il, ##.##.2001-##.##.2002-ci il tarixləri arasındakı dövrlər üzrə sosial sığorta stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr ##.##.2002-##.##.2005-ci il tarixləri arasındakı dövr "xxxx” Təmir-Tikinti müəsisəsində işlədiyi dövrlərdir. Cavabdeh orqan həmin dövrləri adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi ##.##.2019-cu il tarixindən qeydiyyatda olması əsası ilə mübahisələndirmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğular nəticəsində həmin müəssisənin ilkin olaraq ********* nömrəli VÖEN ilə ##.##.1997-ci il tarixdən uçota alındığını, 2019-cu ildə isə yenidən başqa VÖEN ilə uçota alındığı müəyyən olunmuşdur. Odur ki, həmin dövrlərin etibarlılığına şübhə etməyə əsas aradan qalxmışdır.
33. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
34. Iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, ##.##.1991-ci ildən ##.##.2001-ci ilədək, 9 il 7 ay 24 gün müddətində X10yçı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li siyahısında XXIII. Ümumi peşələr bölməsində 12100000—16456 13417 kodunda nəzərdə tutulmuşdur.
35. Iddiaçı ##.##.2002-ci il tarixdən "xxxx” Təmir-Tikinti müəsisəsində qaynaqçı vəzifəsinə daxil olmuş, ##.##.2005-ci ilə qədər həmin müəssisədə işləmişdir. Bu, iş materiallarında olan ##.##.2024-cü il tarixli ** nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışla təsdiq edilir. Iddiaçının həmin müəssisədə sosial sığorta stajı 3 il 20 gündür.
36. Həmin dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsində 21.5.1-ci bəndində “əl ilə qaynaqda elektrik qaynaqçısı” peşəsi nəzərə alınmışdır.
37. Bununla yanaşı cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir arayış və ya başqa bir sənəd olmadan sadəcə əmək kitabçasına əsasən iddiaçının işlədiyi X10yçı vəzifəsini, tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar vəzifəsinə uyğunlaşdırmışdır.
38. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən X2 Tipli Səhmdar Cəmiyyətinə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq təqdim edilmiş X7 Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli ** nömrəli məktubundan görünür ki, qalayçı sexi xüsusi (zərərli) sex sayılır və orada çalışan işçi (işçilər) təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olurlar. Ona görə də bu vəzifədə çalışan işçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan vəzifəyə uyğun hesab olunur.
39. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya * saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) ##.##.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) ##.##.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
40. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
41. Beləliklə, müəyyən edilir ki, iddiaçının ##.##.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan artıq ümumi iş stajı mövcuddur.
42. Iddiaçının 57 yaşı # #### 2021-ci il tarixində tamam olmuşdur. Iddiaçının cavabdehə ilkin müraciəti ##.##.2024-cü il tarixində olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Odur ki, göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəlini həmin tarixdən saymaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.
43. Qeyd edilməlidir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Həmin peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.
44. Anoloji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, “...əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ##### 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)- ****/**** nömrəli, ## #### 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı *-*(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli və s.).
45. Belə ki, iddiaçının icra etdiyi funksional vəzifələrin bir qisminin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olması həm iş materiallarına əlavə edilən iddiaçının işlədiyi müəssisələrdən verilmiş iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu əks etdirən iddiaçının tutduğu vəzifəyə malik olduğu peşəyə görə gördüyü işin xarakteri haqqında arayışlar, həm də əmək kitabçası ilə təsdiq olunur.
46. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarında hazırkı hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır.
47. Qeyd olunan qərara əsasən, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
48. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
49. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də iddiaçının ##.##.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı ##.##.1964-cü ildə doğulub, ümumi şərtlərlə kişilər üçün yaş tələbi 5 il azaldılmaqla). Həmçinin, iddiaçı hüququnun yarandığı tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən yuxarıda qeyd olunan dövr üçün pensiya kapitalı tələbi yoxdur.
50. Odur ki, yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
52. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.