Məhkəmə qərarları › İş №2-1(107)-71/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-71/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-71/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh DƏDRX-in 16 saylı X6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-in 16 saylı X8 (üçüncü şəxs: X3) qarşı “JN 284 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi, torpaq sahəsinin sahəsi, ölçüsü qeyd edilən hissədə düzəliş edilərək 0,65 ha sözünün 0,30 ha sözü ilə əvəz edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1549/2019nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DƏDRX-in 16 saylı X8 (üçüncü şəxs: X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN 284 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi, torpaq sahəsinin sahəsi, ölçüsü qeyd edilən hissədə düzəliş edilərək 0,65 ha sözünün 0,30 ha sözü ilə əvəz edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə cavabdeh DƏDRX-in 16 saylı X8 analoji tələblə müraciət etməsi barədə sübutları və cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunması barədə məktubun 10 gün müddətində məhkəməyə təqdim edilməsi iddiaçıdan tələb edilmiş, məhkəmənin müraciəti xx.xx.2019cu il tarixdə iddiaçıya çatdırılmasına baxmayaraq tələb edilən sənədləri məhkəməyə təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1549/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. X7-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1549/2019 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki inzibati-İqtisadi Məhkəməsin 2-1(84)-1549/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadını qanunsuz və əsassız hesab edirəm. Məhkəmə bu nəticəyə gələrkən göstərmişdir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə anoloji tələblə müraciət etməsi barədə sübutları və cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunması barədə məktubun 10 gün müddətində məhkəməyə təqdim edilməsi iddiaçıdan tələb etmiş, məhkəmənin müraciəti xx.xx.2019- cu il tarixdə iddiaçıya çatdırılmasına baxmayaraq tələb edilən sənədləri məhkəməyə təqdim etməmişdir. İddianın xüsusi mümkünlük şərtlərindən birinin iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə müraciətin təmin edilməsindən imtina etməsidir. İş materiallarında müraciətin və müraciətin təmin edilməsindən imtina barədə sübut yoxdur. İddiaçının məhkəmənin müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixdə cavabdehə ünvanlanmış ərizəsini məhkəməyə təqdim etsə də həmin məktubun cavabdehə təqdim olunmasına dair məhkəməyə sübut təqdim etməmişdur. Məhkəmə xx.xx.2019-cu il tarixli məktubu ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə anoloji tələblə müraciət etməsi barədə sübutları və cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunması barədə məktubun məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət təyin etmişdir. Cavabdeh təşkilatın başqa rayon ərazisində yerləşdiyini, müraciətin poçt vasitəsi ilə edildiyini, cavabın isə poçt vasitəsi ilə verilməsi üçün ağlabatan, zəruri müddət müəyyən edilməlidir. Məhkəmə qərardadında göstərmişdir ki, məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu xx.xx.2019-cu il tarixdə iddiaçıya çatdırılmışdır, (yəni 6 gün müddətinə). Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinə anoloji tələblə müraciət edilmiş və müraciətin təmin edilməsindən imtina olunması barədə xx xxxxxx 2019-cu il tarixli, **********9 nömrəli məktubu ünvanıma göndərmişdir. Odur ki, Şəki inzibati-İqtisadi Məhkəməsin 2-1(84)-1549/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadın ləğv edilməsinin xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-in 16 saylı X6 nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati- İqtisadiMəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1549/2019 nömrəli iş üzrə qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Belə ki, hazırki iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəmənin müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixdə cavabdehə ünvanlanmış ərizəni məhkəməyə təqdim etsə də həmin məktubun cavabdehə təqdim olunmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən, habelə cavabdeh tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmadığından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1549/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1549/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar