Məhkəmə qərarları › İş №2-1(107)-71/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-71/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-71/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15rşı (üçüncü şəxslər X16 və X10) “JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-846/2020 nömrəli qərardadından İddiaçı1 apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X1 Balakən rayonu Qazma kəndində 0.25 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçının atası X5 xx xxxxxx 1987-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra təsərrüfatı iddiaçı idarə etmişdir. Atasının ölümündən sonra Balakən rayonunun Qazma kəndində yerləşən ona məxsus 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızı ərindən boşanaraq atasına məxsus təsərrüfatda yaşamışdır. İddiaçının bacısı şizofreniya xəstəsi oluduğundan iddiaçı bacısına baxmışdır. Atasına məxsus olan təsərrüfata iddiaçının sahiblik etməsinə baxmayaraq Balakən rayonu AİK-nın xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə həmin torpaq sahəsi bacısı Qoradayeva Möminət Həybullah qızının adına işlənmiş və 0.25 ha həyətyanı torpaq sahəsinə JN 1436A KOD 40103018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Bundan əlavə Balakən rayon AİK-nın həmin tarixli qərarı ilə 0.31 ha kənd təsərrüfatlı təyinatlı məhsulların istehsalı üçün torpaq sahəsi də iddiaçının mərhum bacısı Qoradayeva Möminət Həybullah qızının adına rəsmiləşdirilmişdir. İddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızı xx xxxxxx 2012ci ildə vəfat etmişdir. Onun ölümündən sonra mərhumun qızı X16 iddiaçıdan xəbərsiz həmin əmlaka vərəsəlik işi açdırmış və həmin əmlaka dair sənədləşmə işləri aparmışdır. İddiaçı atasına məxsus olmuş 0.25 ha həyətyanı torpaq sahəsinə özü sahiblik edir və vergilərini də özü ödəmişdir. İddiaçının 8 nəfər bacı və qardaşları olduğu halda həmin şəxslərdən heç birinin adları “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə daxil edilməmişdir. Balakən rayon AİK-nın xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum bacısı Qoradayeva Möminət Həybullah qızının adına işlənmişdir. Bundan əlavə həmin komissiyanın qərarı ilə 0.31 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi də səhv olaraq iddiaçının mərhum bacısı Qoradayeva Möminət Həybullah qızının adına rəsmiləşdirilmişdir. Halbuki, Balakən rayon Dövlət Arxivinin Arxiv arayışından görünür ki, Balakən rayon Qazma kəndi “Bakı” (Moskva) kolxozunun 1987-1996-cı illərə aid protokol kitablarında X1 adında olan həyətyanı torpaq sahəsinin Qoradayeva Möminət Həybullah qızının adına keçirilməsi barədə qeydiyyat aparılmamışdır. İddiaçı qeyd olunan tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tələbdə qeyd olunan məsələnin həllinin onların səlahiyyətlərində olmadığını bildirərək müraciətdən imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının müraciətində qeyd olunan məsələnin 18 saylı X18 səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə məktub ünvanlanmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 və onun nümayəndəsi vəkil İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15rşı (üçüncü şəxslər X16 və X10) “JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyekti araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqlarım əhəmiyyətli dərəcədə pozulmuşdur. Tələbin mümkün sayılmamasının əsası ondan ibarətdir ki, məhkəmənin mövqeyinə görə tələb digər məhkəmələrdə baxıldığından hazırda mübahisələndirilə bilməz. İddiaçı1 Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadını qanunsuz və əsassız hesab etmişdir. Bildirmişdir ki, məhkəmə qərardad qəbul edərkən xx xxxxxxxx 2017-ci ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək X4 adına Balakən rayonu, Qazma kəndində olan evin təsərrüfatbaşı kitabında X6 adının üzərindən xətt çəkilməsi ilə bağlı edilən düzəlişlərin əsassız və qanunsuz hesab edilməsi, həmin düzəlişlər əsasında verilmiş JN-1436 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə aparılmış qeydiyyatın qanunsuz sayılması tələbinə dair iddianın mümkün sayılmamasını əsas gətirmişdir. Halbuki əvvəlki 2017-ci ildə etdiyi müraciətlə indiki tələb arasında kəskin fərq olmuşdur. Hazırki iddiada o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı X15rşı (üçüncü şəxslər X16 və X10) JN-1436 nömrəli KOD 40103018 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından miras qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə müraciət etmişdir. Bu iddialar bir-birindən fərqli olduğu halda birinci instansiya məhkəməsi cavabdehin əsassız dəlillərinə inanaraq qanunsuz və əsassız qərardad qəbul etmişdir. Cavabdeh orqan tərəfindən ona ünvanlanmış iş materiallarında olan məktubdan görünür ki, həmin yaşayış evi yararsız olduğu üçün həmin evə hüquqların dövlət qeydiyyatından çıxarış verilməsindən imtina edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin evə heç bir baxış keçirmədən qərardad qəbul etmişdir. Hal-hazırda həmin evdə üçüncü şəxs Şıxməmmədov İsmayıl Şərif oğlu yaşayır. Birinci instansiya məhkəməsi bütün bu halları araşdırmadan qərardad qəbul etmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, İş № 2-1(116)- 846/2020 saylı qərardadının ləğv edilib, işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı1 Qəybullah oğlunun vəkili İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-846/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs X16 iş üzrə xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə etiraz məktubu göndərmişdir. Həmin məktubda bildirmişdir ki, bu iddia İddiaçı1 oxşar işlər üzrə qaldırmiş olduğu altıncı iddiadır və bu işlərlə bağlı 29 məhkəmə prosesi keçirmişik. Hər dəfəsində İddiaçı1 qaldırmış olduğu idialar təmin edilmədiyi halda, yenidən, növbəti əsassız iddiası vasitəsilə məni incidir və vaxtımı alır. Bu üsulla həmçinin lüzumsuz yerə məhkəmənin vaxtını alır. İddiaçı1 cavabdehlər DƏDRX-nin 18 saylı X15rşı olan Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından miras qalmış evə mülkiyyət hüququnun tanınması iddiasının rədd edilməsi barədə qətnamə, əsassız iddialar qaldırmaq yolu ilə məhkəmənin vaxtını aldığı üçün, mənə maddi və mənəvi ziyan vurduğu üçün İddiaçı1 cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). . Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-846/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Şəki İnzibati Məhkəməsi 2-1(116)-846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 və onun nümayəndəsi vəkil İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15rşı (üçüncü şəxslər X16 və X10) “JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası işə əlavə edilən sənədləri nəzərdən keçirərək müəyyən edir ki, JN-14xx xxx 40103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.2000-ci il tarixli 08 saylı Qərarı ilə 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN – 1436A KOD 40103018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 06 saylı Qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının bacısı Qoradayeva Möminət Həybullah qızının mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilən “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddaçının bacısı Qoradayeva Möminət Həybullah qızı xx.xx.2012-ci ildə vəfat etdikdən sonra onun əmlakı vərəsələri arasında bölünmüş, Qazma kəndində yerləşən 0.31 ha əkin torpaq sahəsi və 0.25 ha həyətyanı torpaq sahələrinin ¾ hissələri iddiaçının mərhum bacısının qızı, hazırkı iş üzrə üçüncü şəxs X12 payına, həmin torpaq sahələrinin ¼ hissəsi isə iddiaçının mərhum bacısının oğlu, hazırkı iş üzrə üçüncü şəxs X7 payına düşmüş və həmin torpaq sahələri dövlət reyestri tərəfindən qeydiyyata alınaraq onlara iş materiallarına əlavə edilmiş müvafiq Çıxarışlar verilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(84)-28/2017 nömrəli qərardadı ilə həmin iş üzrə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15rşı “X2 adına Balakən rayonu Qazma kəndində olan evin təsərrüfatbaşı kitabında İddiaçı1 adının üstündən xətt çəlikməsi ilə bağlı edilən düzəlişlərin əsassız və qanunsuz hesab edilməsi, həmin düzəlişlər əsasında verilmiş JN 1436A KOD 40103018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə aparılmış qeydiyyatın qanunsuz sayılması” barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(84)-349/2018 nömrəli Qərarı ilə həmin iş üzrə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15rşı “arxiv arayışında göstərilən Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinin mərhum atası X3 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2018-ci il 09 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli Qərarı ilə təmin edilmiş, iddia rədd edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-309/19 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 09 oktyabr tarixli 2-1(107)-495/2018 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə başqa məzmunda iddia verməklə artıq həllini tapmış məsələyə yenidən qiymət verilməsinə çalışmışdır ki, bu da yuxarıda göstərilənlərə əsasən yolverilməzdir. Bütün iddiaların predmeti axır nəticədə ev və torpaq sahəsidir ki, həmin predmet barəsində də yekun məhkəmə qərarları var. Ümumiyyətlə aqrar islahat komissiyaları artıq mövcud deyil və ölkədə aqrar islahat başa çatmışdır. İddiaçı həmin dövrdə aqrar islahat komissiyasının qərarından müvafiq qaydada şikayət verməmiş və bunun üçün müəyyən olunmuş prosessual müddətləri ötürməklə qeyd olunan imkanı itirmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlər etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 846/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 və onun nümayəndəsi vəkil İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X15rşı (üçüncü şəxslər X16 və X10) “JN-1436 nömrəli KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının və JN-14xx xxx 40103018 Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, atasından qalmış evə mülkiyyət hüququnun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-846/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar