Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-72/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X6 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X31rşı (üçüncü şəxs: X7) “X2 adına verilmiş 17 sot torpağa mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-939/2019 nömrəli qərarından İddiaçı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X31rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (üçüncü şəxs: X7) “X2 adına verilmiş 17 sot torpağa mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Ağdaş rayon X19 xx xxxxxx 1998-ci il tarixli 21 saylı qərarı ilə yaşadığı Ağdaş rayonunun Xosrov kəndi ərazisində atası X24 başda olmaqla ailə üzvlərinə, o cümlədən ona cəmi 3,02 ha pay torpaq sahəsi verilmiş və JN- 0143 №-li (kod 90317018. xx xxxx 2002-ci il tarixdə qeydiyyat kitabında 15676 nömrə ilə qeydiyyata alınmışdır) torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmçinin 0,34 ha həyətyanı torpaq sahəsi verilmiş, atası və anası vəfat etdiyindən mirası qəbul etmişdir. Həmin torpaq sahəsindən onun adına 17 sot torpağa görə çıxarış verilmişdir. Bundan başqa Ağdaş rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi müəyyən edilmiş və həmin miras evə köçürülməyi qət edilmişdir. Rayon məhkəməsinin həmin qətnaməsi Apellyasiya və Kassasiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Təsərrüfat kitabında torpağın ölçüsü 34 sot göstərilməsinə baxmayaraq faktiki olaraq ölçü 25 sotdur. Belə ki, rayon məhkəməsinin mütəxəssisi onun iştirakı ilə torpaq sahəsini ölçərkən faktiki olaraq 25 sot olması müəyyən edilmişdir. Təsərrüfat kitabında adı səhv olaraq «Kazım» kimi göstərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən İntizar Məmmədovanın adına 17 sot torpağa mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin torpaq sahəsi onun qəbul etdiyi torpaq sahəsinin ərazisinə düşür və bu da onun mülkiyətindən sərbəst surətdə istifadə etmək, ona sahiblik etmək hüququnu məhdudlaşdırır. Ona görə də mülkiyyət hüququnun pozulmasını məhkəmə qaydası ilə aradan qaldırmaq məcburiyyətində olduğunu bildirmişdir. İntizar Məmmədova faktiki olaraq həmin sahədən istifadə etmir, gəlib-getmir və Bakı şəhərində yaşayır. Ona görə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən İntizar Məmmədovanın adına verilmiş 17 sot torpağa mülkiyyət hüququna dair çıxarış ləğv edilməli, torpaq üzərində onun sahiblik hüququ tanınmalıdır. Cavabdehin etirazının dəlilləri: İdarənin arxiv materiallarına və elektron xəritə bazasına istinadən araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, Ağdaş rayonu Xosrov kəndində yerləşən 0.34 hektar həyətyanı torpaq sahəsi JN-197F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən X14, X4, İddiaçı, X8, X2, X9, X10, X17 ümumbirgə mülkiyyətinə verilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(014)-439/2013 nömrəli qətnaməsinə əsasən Ağdaş rayonu Xosrov kəndində yerləşən 0.17 hektar torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X2, X15, X10 və X17 adlarına xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyat Ağdaş rayon İcra bölməsinin tərtib etdiyi xx xxxx 20014-cü il tarixli aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi və Ağdaş rayonu, Xosrov bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planı əsasında aparılmışdır. Ağdaş rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(014)- 1550/2013 nömrəli qətnaməsinə və xx.xx.2015-ci il tarixli 2(014)-1150-2015 nömrəli qərardadına əsasən 0.17 hektar torpaq sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı (payı 0.1275 ha) və X8 (payı 0.0425 ha) adlarına xx.xx.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X47 İdarəsinin Ağdaş rayon şöbəsinə təhvil verilmişdir. Sənədlərinin götürülməsi ilə bağlı vətəndaş İddiaçı xx.xx.2017-ci ii tarixli **********64 nömrəli bildiriş də göndərilməsinə baxmayaraq, lakin o, çıxarış və torpaq sahəsinin planı və ölçüsünü təhvil götürməmişdir. Sözügedən torpaq sahələri yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub, fərdi ev tikintisi üçün vətəndaşların mülkiyyətində olan həyətyanı torpaq sahələridir. İddiaçının və üçüncü şəxs X2 adına olan çıxarışlarda qeyd olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. 3-cü şəxsin etirazının dəlilləri: JN - 0143 nömrəli, KOD 90317018, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən cizgidə göstərilən sərhəd daxilində 3.02 hektar sahə X20, X21, X7, X22, Məmməödova Rufanə Kamran qızı, Məmmədov Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - İlqar Cabbarov Məhkəmənin adı: Şəki İnzibati-İqtisadi Məhkəməsi İmran Əlhəsən oğlu, X17 mülkiyyətinə verilmişdir. Ağdaş rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə (həmin qətnamə qanuni qüvvəsini almışdır) X2 iddiası təmin edilərək Ağdaş rayon X19 xx xxxxxx 1998-ci il tarixli 21 saylı qərarı və torpağa mülkiyyət hüququna dair JN:0143 saylı dövlət aktı ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində dövlət aktı ilə mülkiyyətə verilmiş 3.02 hektar pay torpaq sahəsində və JN-197F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində X14, X11, X8, X16, X2, X9, X10 və X17 mülkiyyətinə verilmiş 0.34 hektar pay torpaq sahəsində hər birinin payı 1/8 hissədə, yəni pay torpaq sahəsində hər birinin payı 0.3775 hektar, həyətyanı torpaq sahəsində hər birinin payı 0,0425 hektar müəyyən edilmişdir. X1, maraqlı şəxslər X22, X23 və X17 payına düşən həyətyanı və pay torpaq sahələri azyaşlı uşaq X17 iddiaçı X3 himayəsində olduğu nəzərə alınmaqla müvafiq olaraq 0.34 hektar həyətyanı və 3.02 hektar pay torpaq sahələrinə gediş- gəliş və su yolu nəzərə alınmaqla ardıcıl olaraq naturada ayrılıb verilsin və onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası DT və XK-nin Ağdaş rayon şöbəsinin xx xxxx 2013-cü il tarixli, 208 saylı rəyində göstərilir ki, mülki işin baxılması ilə əlaqədar şöbənin mütəxəssisi mübahisəli ərazidə araşdırma və ölçmə işləri aparmış, araşdırma zamanı məlum olmuşdur ki, JN 197F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Ağdaş rayonunun Xosrov kənd sakini X3 və digər 7 nəfər ailə üzvlərinin mülkiyyətinə 0.34 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 0.34 hektar torpaq sahsində mülkiyyətiçilərin hər birinin payı 1/8 hissə olduğundan hər birinə 0.0425 hektar həyətyanı, JN 143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə isə mülkiyyətlərinə 3.02 hektar pay torpaq sahəsi verilmişdir. 3.02 hektar pay torpaq sahəsində mülkiyyətçilərin hər birinin payı 1/8 hissə olduğundan hər birinə 0.3775 hektar pay torpaq sahəsi düşür. İddiaçının himayəsində olan azyaşlı uşağın və maraqlı şəxslərin payına düşən torpaq sahələrinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsi və paylara düşən həmin torpaq sahlərinə sənəd işlənməsi məqsədə müvafiqdir. Həmin məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X1 cavabdeh X21 ilə xx xxxxxx 1992-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar, birgə nikahlarından xx xxxxxx 1992-ci ildə doğulmuş Əmanət, xx xxxxxx 1993-cü ildə doğulmuş Rufanə və xx xxxxxxx 1995-ci ildə doğulmuş Kamal adlı uşaqları olmuş, iddiaçının cavabdehlə ailə münasibətləri pisləşdiyindən 2007-ci ildə faktiki ayrılmışlar və cavabdehlər iddiaçının üç nəfər uşaqları ilə birlikdə yaşadıqları cavabdehlərə məxsus yaşayış evindən məcburi çıxarılmışlar, həmin vaxt uşaqlar, o cümlədən 1995-ci ildə anadan olmuş uşağı X28 azyaşlı olmaqla özünün yanında və himayəsində yaşayır. X1 cavabdeh X21 ilə evləndikdən sonra özü cavabdeh Əlhəsən Məmmədova məxsus evə gəlin köçmüş, uşaqlar da gəlin köçdüyü və cavabdehlərə məxsus fərdi yaşayış evində anadan olmuş, islahat zamanı Ağdaş rayon X19 xx xxxxxx 1998-ci il tarixli 21 saylı qərarı ilə mülkiyyətində 3.02 hektar pay torpaq sahəsi və 0.34 hektar həyətyanı torpaq sahəsi verilmiş, bu bardə adlarına müvafiq olaraq xx xxxx 2002-ci il tarixdə qeydiyyat kitabında 15676 saylı qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı və xx xxxxxxxx 2003-cü il tarixdə 2962 saylı kitabda qeydə alınmış torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə işlənmişdir. İddiaçı fərdi yaşayış evindən çıxarıldıqdan sonra pay və həyətyanı torpaq sahələrindən yalnız cavabdehlər özləri istifadə etmiş, ona və maraqlı şəxslərə isə mülkiyyətiçi kimi həmin torpaq sahələrindən istifadə etməyə imkan verməmiş, cavabdehlər onlarla əldə etdikləri ümumi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən bərabər hüquqla istifadə etməklərinə məhəl qoymayaraq həmin əmlaklardan istifadə etməyinə könüllü razılıq verməmişlər. Qeyd olunan əsaslara görə rayon məhkəməsi iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən edilir ki, cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair iş üzrə üçüncü şəxs X2 mülkiyyət hüququ qanuni qüvvəsini almış məhkəmə aktı əsasında verilmiş, həmin hüquq qanuna müvafiq şəkildə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qətnamə ləğv edilmədiyindən, qətnamə əsasında qeydə alınmış hüququn ləğvi də mümkün deyil. Həmçinin yuxarıda istinad olunan qətnamədən müəyyən olunur ki, İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair mübahisə zamanı iş üzrə torpaq komitəsinin əməkdaşları tərəfindən sahəyə baxış keçirilib müvafiq rəy tərtib edilərək ölçmə işləri aparılmışdır. Dolayısı ilə torpaq sahələrinin üst-üstə düşməsi və yaxud müdaxilə mümkün deyil. Sərhədlər dəqiq müəyyən edilmişdir. Bu isə hər hansı mübahisəni istisna edir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X7 iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)-450/2020 nömrəli qərarı ilə ddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X31rşı (üçüncü şəxs: X7) “X2 adına verilmiş 17 sot torpağa mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 939/2019 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qərarın qəbul edilməsi qanunun tələblərinə ziddir. Qərar onun iştirakı olmadan birtərəfli qaydada qəbul edilmişdir. İşə yenidən baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 939/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Əvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X7 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 939/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara iddiaçının AZE seriyalı ******** nömrəli ş/v-nin surəti, Ağdaş rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli məktubu və qərardadının surəti, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-1201/2018 nömrəli qərardadının surəti, DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli **********90 nömrəli, 07.112015-ci il tarixli **********82 nömrəli, xx.xx.2015-ci il tarixli **********75 nömrəli, xx.xx.2016-cı il tarixli **********09 nömrəli məktubları, AZ-İ seriyalı 673598 nömrəli, AZ-İ seriyalı 138942 nömrəli şəhadətnamələrin surətləri, RX seriyalı ******* nömrəli çıxarış, RX seriyalı ******* nömrəli çıxarış, A seriyalı 093823 nömrəli və AA 004070 nömrəli torpaq sahələrinin planı və ölçüsünün surətləri, JN-197F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şahədətnamənin surəti, müqayisəli sxem, Аzərbаycаn Respublikаsının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilən mütəxəssis rəyi aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-939/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyasınını qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-976/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-454/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-976/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-454/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadından iddiaçı və vəkili tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-550/19 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-454/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-274/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 976/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması üçün iş materialları Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-274/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadında qeyd olunmuşdur ki, “...hazırkı iş üzrə üçüncü şəxs olan X7 cavabdehlər X18 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsinə, naturada ayrılmasına və adına qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin 2013-cü il 12 iyun tarixli, 2(014)-439/2013 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və X2 maraqlı şəxslər X9, X10 və X17 payına düşən həyətyanı və pay torpaq sahələr azyaşlı X17 X2 himayəsində olduğu, müvafiq olaraq 0,34 ha həyətyanı və 3,02 ha pay torpaq sahələrinə gediş-gəliş və su yolu nəzərə alınmaqla ardıcıl olaraq naturada ayrılıb verilməsi və onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınması qət edilmişdir. Göründüyü kimi mübahisələndirilən çıxarış Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2013-cü il 12 iyun tarixli, 2(014)- 439/2013 nömrəli qətnaməsi əsasında verilmişdir. Yəni, mübahisələndirilən çıxarış cavabdeh orqanın inzibati sahədəki fəaliyyəti çərçivəsində deyil, məhkəmə qərarının icrası ilə bağlı hərəkəti nəticəsində verilmişdir. Belə olan vəziyyətdə həmin çıxarışın müstəqil şəkildə mübahisələndirilməsi mümkün deyildir.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Normanın məzmunundan göründüyü kimi, mülki məhkəmə icraatı üzrə qəbul edilmiş qətnamənin qanuni qüvvəsi həmin qətnamənin aid olduğu iş üzrə tərəflərə və işdə iştirak edən digər şəxslərə (üçüncü şəxslərə, maraqlı şəxslərə, ərizəçilərə və s.), habelə onların hüquq varislərinə şamil edilir. Buradan, həmin icraatın iştirakçısı olmayan və mübahisə predmeti ilə hüquqi bağlılığı olan digər şəxslər məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilərlər. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmənin əsaslandığı Ağdaş Rayon Məhkəməsinin 2013-cü il 12 iyun tarixli, 2(014)-439/2013 nömrəli qətnaməsində hazırkı iş üzrə İddiaçı adı icraatın iştirakçıları sırasında göstərilməyib. Hərçənd həmin qətnamədə tələbin yönəldiyi torpaq sahəsinin mülkiyyətçiləri sırasında İddiaçı adı qeyd edilib. Lakin İddiaçı həmin icraata cəlb edildiyinə və ya onun həmin icraata sonradan hər hansı əsasla və qaydada qoşulduğunu təsdiq edən məhkəmə aktı işdə yoxdur. Buna görə də, işin hazırkı vəziyyətində məhkəmənin istinad etdiyi səbəblə iddianın mümkünsüzlüyünə dair qənaəti əsaslı deyil. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus olduğu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüququ qeydə alması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrindən irəli gəlir. Həmin normalara əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasını şərt kimi təsbit etmir. Yetər ki, həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğu təsdiq edilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Cavabdehin həmin hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Lakin bu qeyd olunanlar, hüquq müəyyən edən məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş icraatda iştirak etməmiş digər şəxsi və ya şəxsləri həmin qeydi (o cümlədən, inzibati orqanının həmin qeydin aparılmasında ifadə olunan fəaliyyətini) mübahisələndirmək imkanından məhrum etmir. Bu halda, icraatın iştirakçısı olmayan və mübahisə predmeti ilə hüquqi bağlılığı olan həmin şəxs(lər) məhkəmə tərəfindən müəyyən edilmiş faktları digər icraatda mübahisələndirə bilərlər. Beləliklə, hazırkı iş üzrə iddiaçının apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş icraatın (onun istənilən mərhələsində) iştirakçısı olubolmadığının, buradan, həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların iddiaçıya münasibətdə qüvvəsinin olub-olmadığının yoxlanılması əhəmiyyət kəsb edir. Yalnız müsbət halda (qətnamənin aid olduğu icraatın iştirakçısı olduğu halda), iddiaçı onun hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz. Bununla yanaşı, mübahisələndirilən qeyd hüquqmüəyyənedici sənədə (hazırkı halda məhkəmə qətnaməsinə) uyğun (məhz qətnamədə göstərilən torpaq sahəsinə, onun yerləşmə vəziyyətinə, ölçülərinə və s. uyğun) aparılmamış və bununla da iddiaçının hüquqlarına müdaxilə edilmişdirsə, iddiaçı onun müraciətinin inzibati orqan tərəfindən təmin olunmadığı hər bir halda cavabdehə qarşı inzibati məhkəmə icraatı çərçivəsində tələb irəli sürə bilər. Nəhayət, iddiaçı yuxarıda istinad edilən, qanuni qüvvəyə minmiş qətnamənin aid olduğu icraatın iştirakçısı olmadığı, lakin qətnamə onun maraqlarına toxunduğu, habelə, maraqlı şəxslər arasında torpaq sahəsi ilə bağlı hüquqa dair mübahisə olduğu hallarda, iddiaçı öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4-cü maddəsi). İş materiallarında olan DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(014)-439/2013 nömrəli qətnaməsinə əsasən Ağdaş rayonu Xosrov kəndində yerləşən 0.17 hektar torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X2, X15, X10 və X17 adlarına xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyat Ağdaş rayon İcra bölməsinin tərtib etdiyi xx xxxx 20014-cü il tarixli aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi və Ağdaş rayonu, Xosrov bələdiyyəsi tərəfindən təsdiq edilmiş yerquruluşu planı əsasında aparılmışdır. Ağdaş rayon Məhkəməsinin xx.xx.2015cü il tarixli, 2(014)- 1550/2013 nömrəli qətnaməsinə və xx.xx.2015-ci il tarixli 2(014)- 1150/2015 nömrəli qərardadına əsasən 0.17 hektar torpaq sahəsi paylı mülkiyyət hüququ ilə İddiaçı (payı 0.1275 ha) və X8 (payı 0.0425 ha) adlarına xx.xx.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X47 İdarəsinin Ağdaş rayon şöbəsinə təhvil verilmişdir. Sənədlərinin götürülməsi ilə bağlı vətəndaş İddiaçı xx.xx.2017-ci ii tarixli **********64 nömrəli bildiriş də göndərilməsinə baxmayaraq, lakin o, çıxarış və torpaq sahəsinin planı və ölçüsünü təhvil götürməmişdir. Sözügedən torpaq sahələri yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub, fərdi ev tikintisi üçün vətəndaşların mülkiyyətində olan həyətyanı torpaq sahələridir. İddiaçının və üçüncü şəxs X2 adına olan çıxarışlarda qeyd olunan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbinin əsasını onun mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən 3-cü şəxsə səhvən çıxarışın verilməsi və bunun nəticəsində onun hüquqlarının pozulması təşkil edir. İddiaçı tələbində torpaq sahəsinin faktiki olaraq 0,25 ha olduğunu qeyd etsə də işin araşdırılmış halları ilə torpaq sahəsinin 0,34 ha olması müyyən edilmiş, torpaq sahəsinin JN-197F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şahədətnamədə qeyd olunan mülkiyyətçilər arasında bölünməsi nəticəsində iddiaçı və qardaşına RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,17 ha (iddiaçının payı 0,1275 ha, qardaşı X8 payı 0,0425 ha), 3-cü şəxs və onun ailə üzvlərinə (X7 0.0425 ha, X25 0.0425 ha, X23 0.0425 ha, X28 0.0425 ha) RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0,17 ha olmaqla bölündüyü və onlara qeyd olunan sahələrə müvafiq olaraq A seriyalı 093823 nömrəli və AA 004070 nömrəli torpaq sahələrinin planı və ölçüsü sənədlərinin hazırlandığı müəyyən edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki,Şəki Apellyasiya Məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyindən görünür ki, Ağdaş rayon X19 xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X12, X4, İddiaçı Əlihəsən oğlunun, X5, X2, X9. X13, X17 ümumi birgə mülkiyyətinə verilmiş JN-197 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.34 ha torpaq sahəsi Ağdaş rayon Xosrov kəndi M P Vaqif adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks Yerquruluşu Layihəsində göstərilən məkanı ilə faktiki məkanı arasında uyğunsuzluq və konfiqurasiya fərqi vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2016-çı il tarixli, **********09 reyestr nömrəli çıxarışla, İddiaçı Əlihəsən oğlunun mülkiyyətində olan 0.17 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə göstərilən koordinatları ilə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il tarixli, **********61 reyestr nömrəli çıxarışla, cavabdeh X2 mülkiyyətində olan 0.17 ha torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinə göstərilən koordinatları ilə, faktiki birlikdə istifadə etdikləri (0.34 ha) torpaq sahəsinin koordinatları üst-üstə düşür. Lakin nə iddiaçı, nə də cavabdeh onlara məxsus (0.17 ha,0.17 ha) torpaq sahələrini, “Torpaq sahəsinin planı və ölçüsü" sənədlərində göstərilən koordinatlara əsasən naturada öz aralarında ayrı-ayrılıqda bölgü aparıb istifadə etmədiklərinə görə, faktiki istifadə edilən torpaq sahələrinin koordinatları ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində göstərilən torpaq sahələrinin koordinatlarının üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1-ci bənd). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (2.4-cü bənd). Bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır (14.5-ci bənd). Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir (14.6-cı bənd). Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir (21.2-ci bənd). Həmin Qanunun 16.3 və 16.4-cü maddələrində isə təsbit edilmişdir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər (23.1-ci bənd). Sadalanan normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qərarı əsasında mübahisəli əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həyata keçirməklə qanunun tələblərini pozmamışdır. İddiaçının tələbində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, mübahisələndirilən qeyd hüquqmüəyyənedici sənədə (hazırkı halda məhkəmə qətnaməsinə) uyğun (məhz qətnamədə göstərilən torpaq sahəsinə, onun yerləşmə vəziyyətinə, ölçülərinə və s. uyğun) aparılmış və bununla da iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki cavabdeh məhkəmə qərarı əsasında mübahisəli əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həyata keçirməklə qanunun tələblərini pozmamışdır. İddiaçının tələbində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, mübahisələndirilən qeyd hüquqmüəyyənedici sənədə (hazırkı halda məhkəmə qətnaməsinə) uyğun (məhz qətnamədə göstərilən torpaq sahəsinə, onun yerləşmə vəziyyətinə, ölçülərinə və s. uyğun) aparılmış və bununla da iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməmlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-939/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəsis rəyinin dəyəri 95.80 (doxsan beş manat səksən qəpik) manat Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kodu: 200071, VÖEN 990003611, müxbir hesabı AZ 37NABZ********************) İddiaçı tutulub köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-72/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-72/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver