Məhkəmə qərarları › İş №2-1(107)-73/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-73/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-73/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mübariz Rahil oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Abdulsalam qızının vəkili X24 və üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Abdulsalam qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X29rşı “mərhum X25 adına işlənmiş AN-127394 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X12 və X4 istifadəsində olmuş 0,19 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və mərhum X12 və X4 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 12/2019nömrəli qərarından İddiaçı Abdulsalam qızı və vəkili X37 tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Abdulsalam qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X29rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (üçüncü şəxs: X38) “A 127394 və A 465244 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhumların Qəbizdərə kəndində evi, həyətyanı torpaq sahəsi və pay torpaq sahələri vardır. Həmin torpaq sahələrin hüquq müəyyən edici sənədləri, yəni Torpaq sahəsinin Planı və ölçüləri, ləğv olunmuş Torpaq Şöbəsinin əməkdaşları tərəfindən X25 adına işlənmişdir. Burada yalnız ata adı səhv yazılmışdır. Qəbizdərə kənd sakini X38 həmin torpaqların sənədlərini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirərək, reyestrdən çıxarış almış və həyətyanı torpaq sahəsindən və pay torpaq sahəsindən bir hissəsini yüksək qiymətə sataraq, sənədləri saxtalaşdıraraq onun vərəsəlik hüququnu pozmuşdur. Bundan başqa X38 torpaq sahələrini alan şəxsləri də aldadaraq onları da pis vəziyyətdə qoymuşdur. İddiaçı bacı və qardaşından miras qalmış evə, torpaqlara vərəsəlik hüququ ala bilmir. Ata adının səhv getməsi ilə X38 bütün miras əmlakını mənimsəmişdir. Pozulmuş vərəsəlik hüququnu bərpa etmək üçün ilk öncə mərhumlardan miras qalmış torpaq sahələrinə dair X25 adına işlənmiş "Torpaq sahələrinin Planı Ölçüsü" sənədləri ləgv edilməlidir. İnzibati Prossesual Məcəlləsinin tələblərinə əsasən həmin sənədlərin ləgv olunması üçün məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət edilməlidir. İnzibati orqan müraciətə imtina verdiyi halda, məhkəməyə müraciət etmək hüququm yaranır. İddiaçı cavabdeh olan inzibati orqana müraciət etmiş, lakin həmin orqan müraciəti həll etməkdən imtina etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-724/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-335/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-724/2018 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş təkrar baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. İşə yenidən baxılarkən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-724/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadı ilə X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş birinci instansiya məhkəməsində baxıldığı zaman iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi dair bir neçə dəfə ərizələr verilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-12/2019 nömrəli xx.xx.2019-ci il tarixli və xx.xx.2019-ci il tarixli qərardadları ilə ərizələr icraata qəbul edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə birinci instansiya məhkəməsimə təqdim edilərək, “mərhum X25 adına işlənmiş AN-127394 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X12 və X4 istifadəsində olmuş 0,19 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və mərhum X12 və X4 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: Ərizənin icrası məqsədilə qeyd olunan torpaq sahəsinin yerinin naturada müəyyənləşdirilməsi üçün idarənin mütəxəssisi nümayəndənin iştirakı ilə müvafiq çölölçmə işləri aparmışdır. Aparılmış çöl-ölçmə işləri və elektron kadastr məlumatlarına əsasən məlumat veririk ki, mərhum X5 və mərhum X4 istifadəsində olmuş Zaqatala rayonu, Mazıx kəndində yerləşən torpaq sahəsinin fiziki sərhədlər daxilində ölçüsü 0,6825 ha-dır. Həmin torpaq sahəsinin 0,2205 ha hissəsi A nömrəli 127394 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həyatyanı torpaq sahəsi kimi X25 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və reystrdən çıxarışla rəsmiləşdirilmişdir. Zaqatala rayon notariat kontoru tərəfindən təqdim edilmiş məlumatlara əsasən 0.2205 ha torpaq sahəsinin 0.04 ha hissəsi özgəninkiləşdirilmişdir. Mərhumların istifadəsində olmuş 0.6825 ha torpaq sahəsinin 0.2465 ha hissəsi A nömrəli 465244 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X38 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.5493 ha (faktiki 0.4728 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Zaqatala rayon notariat kontoru tərəfindən təqdim edilmiş məlumatlara əsasən 0.2465 ha torpaq sahəsinin 0 0625 ha hissəsi özgəninkiləşdirilmişdir. Mərhumların istifadəsində olmuş 0.6825 ha torpaq sahəsinin 0.2155 ha hissəsi isə Zaqatala rayonu Mazıx bələdiyyəsinin mülkiyyətində saxlanılmış və bələdiyyənin müraciəti əsasında 0.2155 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Sonradan, iddiaçı Ömərova X21 rayonu, Qabizdərə kənd sakini X25 adına tərtib edilmiş A 127394 və A 465244 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsinin təmin edilməsi üçün 18 saylı X39 müraciət etmişdir. X22 qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində düzəliş edilməsi və ya onların ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X34 səlahiyyətləri daxilində olmaması səbəbindən ərizənin icrası mümkün olmamış və bu barədə məktub ünvanlanmışdır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, Cavabdeh xx.xx.2018-ci il tarixli **********08 nömrəli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 1002 nömrəli arxiv arayışları (səh.9-11), xx.xx.2018ci il tarixli 40 nömrəli, xx.xx.2018-ci il tarixli 39 nömrəli, xx.xx.2018-ci il tarixli 47 nömrəli, xx.xx.2019-cu il tarixli 06 nömrəli məktubları, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)-54/2016 nömrəli, xx.xx.2012-ci il tarixli 2(033)-395/2012 nömrəli, xx.xx.2013-cü il tarixli 2(033)-615/2013 nömrəli qətnamələri, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışlar, AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh xx.xx.2018-ci il tarixli **********49 nömrəli etiraz məktubu, A 127394 və A 465244 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin surətləri, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********00 nömrəli, xx.xx.2018-ci il tarixli **********83 nömrəli, xx.xx.2019-cu il tarixli **********73 nömrəli məktubları, Zaqatala rayon X15 xx.xx.1995-ci il tarixli 14 nömrəli qərarı, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, AZ-İ seriyalı 836235 nömrəlim ölüm haqqında şəhadətnamə, Zaqatala rayon Mazıx bələdiyyəsinin xx.xx.2015ci il tarixli 1 saylı protokolu Cavabdeh xx.xx.2018-ci il tarixli **********08 nömrəli, xx.xx.2017-ci il tarixli **********15 nömrəli, xx.xx.2017ci il tarixli **********45 nömrəli, xx.xx.2018-ci il tarixli **********92 nömrəli xx.xx.2019-cu il tarixli **********28 nömrəli, xx.xx.2019-cu il tarixli **********27 nömrəli məktubları, xx.xx.2019-cu il tarixli üçüncü şəxsin etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-12/2019 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı Abdulsalam qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X29rşı “mərhum X25 adına işlənmiş AN-127394 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X12 və X4 istifadəsində olmuş 0,19 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və mərhum X12 və X4 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, məhkəmə xərci iddiaçıya aid edilmiş, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 60 manat İddiaçı Abdulsalam qızından tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu X11 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********) köçürülməsi qərara alınmışdır. İddiaçı Abdulsalam qızı və vəkili X10 İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2-1(84)-12/2019 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı Abdulsalam qızı və vəkili X32pelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1 (84)-12\2019 nömrəli gərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X29rşı “mərhum X25 adma işlənmiş AN-127394 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin mərhum X17 və X8 istifadəsində olmuş 0,19 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi və mərhum X17 və X8 adma torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə xərci iddiaçıya aid edilmişdir.Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 60 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu X11 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, KOD: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:130200 671) köçürülməsi qərara alınmışdır. Həmin qərar qanunsuz və əsasızdır və aşağıdakılara əsasən gərar ləğv edilməli və işə yenidən baxılması üçün Şəki İnzibati- İqtisadi məhkəməsinə qaytarılmalıdır. Şəki İnzibati-İqtisadi məhkəməsi gərar gəbul edərkən Şəki Apelyasiya məhkəməsinin 2-l(107)-335\2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadında göstərdiyi göstərişləri yerinə yetirmədən tələsik iddianın təmin edilməməsi barədə qərar gəbul etmişdir. Belə ki, gərarda Şəki apelyasiya məhkəməsinin İnzibati-İqtisadi Kolleqiyasınm 2-1(107)-33 5\2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarından qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyəti üzrə həll etmək üçün araşdırma aparılmalı, obyekriv nəticəyə gəlmək üçün bütün zəruri tədbirləri görməli, o cümlədən Zaqatala rayonu Mazıx (Qəbizdərə) kənd İƏD-in 1996- 2000-ci illər və 2001-2005-ci illərin (o cümlədən daha əvvəlki illərin) :əsərrüfatbaşma kitablarını tələb edib alaraq X17 və X8 həyatda olduqları müddətdə ləmin təsərrüfatbaşına kitablarda adlarına hansı ölçüdə torpaq sahələrinin yazılmasını, əgər yazılmışdırsa torpaq sahəsinin üzərində yaşayış evinin və digər tikililərin qeyd olunmasını araşdırmalı, əgər torpaq sahələrinin yazılması müəyyən olunursa, həmin torpaq sahələrinin X25 adına verilmiş A seriyalı 127394 nömrəli və A seriyalı 465244 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməli, o cümlədən təsərrüfatbaşma kitablarda həmin şəxslərin adlarına qeyd olunan torpaq sahələrinin hüquqi taleyini araşdırmalıdır. Məhkəmə qərar qəbul edərkən, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X34 bu iş üzrə məhkəməyə təqdim etdiyi sübutları DƏDRX-nin 18 saylə Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli **********08 nömrəli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 1002 nömrəli arxiv arayışları, xx.xx.2018- ci il tarixli 40 nömrəli, xx.xx.2018-ci il tarixli 39 nömrəli, xx.xx.2018-ci il tarixli 47 nömrəli, xx.xx.2019-cu il tarixli 06 nömrəli məktubları nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Zaqatala rayon İcra Hakimiyətinin Başçısı tərəfindən təsdiq edilmiş xx xxxxx 2013-cu il tarixdə Zaqatala rayonu Mazıx kəndi keçmiş “Şəfəq” kolxozu ərazisində torpaqdan pay almaq hüququ olan vətandaşlarm siyahısında X17 və X8 həyətyanı torpaq sahəsi 0.20 ha göstərilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Kadastır və X28 X47 Tədqiqat İdarəsinin rəisi İlkin Süleymanov və həmin idarənin mühəndisi Eldar Hasilov tərəfindən verilmiş mütəxəsis rəyindən görünür ki, X18 və X8 istifadəsində olmuş 0.68 ha və diqər torpaq sahələrinin X25 adına verilmiş A seriyalı 127394 nömrəli və A seriyalı 465244 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələri ilə üstüstə düşməsi qeyd edilmişdir. Bundan başqa, məhkəmə həmin ərazidə 0.68 ha torpaq sahəsindən, əlavə də ümumilikdə 0.98 ha torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin X17 və X8 həyətyanı torpaq sahəsinin sahəsinin olub-olmamasını aydınlaşdırmamışdır. Bu barədə tərəfimizdən məhkəmə mühəndis texniki tikinti torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə şifahi vəsatətimiz məhkəmə tərəfindən rədd edilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-12/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Abdulsalam qızının vəkili X37 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 12/2019nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X26 qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Abdulsalam qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X48 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə kollegiyası İddiaçı Abdulsalam qızının apelyasiya şikayəti dəlilləri ilə razılaşmır. Belə ki, birinci instasniya məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, həqiqətən iddiaçının mərhum bacı və qardaşına torpaq islahatı zamanı bir nəfərə 0,34 ha olmaqla 0,68 ha pay torpağı verilmişdir. Lakin qeyd olunan torpaq sahəsi 3-cü şəxsə məxsus və ləğv edilməsi tələb olunan plan və ölçü sənədində əks olunmuş torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixində mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin 0,98 ha olması müəyyən edilmişdir. Qeyd olunan sahədə iş materiallarında olan tekniki pasportda qeyd olunan ev yerləşir. Lakin həmin ev həyətyanı sahədə deyil kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməklə tamamilə istifadəyə yarasız vəziyyətdədir. İddiaçının mərhum bacı və qardaşına verilmiş pay torpağı isə bələdiyyə tərəfindən təqdim olunmuş yerquruşu xəritəsindən çıxarışa əsasən başqa ərazidə yerləşir. Məhkəmə araşdırması zamanı iddiaçının mərhum bacı və qardaşının sağ ikən istifadələrində həyətyanı torpaq sahəsinin olması barədə heç bir sübut aşkarlanmamışdır. İş materiallarında olan (səh.118) Şəfəq kolxozunda aqrar islahatın keçirilməsi ilə əlaqədar torpaq payı alacaq subyektlərin siyahısında mərhum X12 və X4 adına həyətyanı torpaq sahəsinin olmadığı, yanlız 0,68 ha əkin üçün, cəmi 0,68 ha torpaq sahəsinin olduğu müəyyən olunur. İş materiallarında olan (səh.149-152) arxiv arayışlarından da görünür ki, mərhum X12 və X19 4-cü təsərrüfatdan ayrılmış, Xizri Katex kombinata getmişdir. 1996-2000-ci illərin təsərrüfatbaşına kitabda ailə başçısı X38, X13, X1 və X9 qeyd olunmuş, yaşayış evinin 1959-cu ildə tikildiyi, həyətyanı torpaq sahəsinin 0,22 ha olduğu qeyd olunmuşdur. 1996-2000-ci illərin təsərrüfatbaşına kitabda səh. 9, ş/h 8-də X12 və X4 cəmi 0,68 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfin ərizəsinə əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 1002 nömrəli arxiv arayışlarından (səh.9-11) görünür ki, 1996-2000 və 2001-2005-ci il təsərüfatbaşına kitablarda mərhum X12 və X4 cəmi 0,68 ha torpağı olduğu qeyd edilmişdir. 1966-1968-ci illərin təsərrüfatbaşına kitablarda X20 ailə tərkibi özü, X3, X17 və X6 ibarət olmuş, həyətyanı sahə 0,22 ha, o cümlədən tikilialtı 0,02 ha qeyd olunmuşdur. İş materiallarında olan A seriyalı 127394 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 2205,24 kv.m həyətyanı torpaq sahəsi X27 adına işlənmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, 0,2205 ha həyətyanı torpaq sahəsi X38, X14 və X2 ümumi bigə mülkiyyətindədir. İş materiallarında olan AN seriyalı 465244 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala rayon AİK-in xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 5493 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X27 adına işlənmişdir. Torpaq sahəsinin qaiməsindən görünür ki, sahə çoxillik əkmələrdir. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, 0,4728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (məqsədli istifadə növü çoxillik əkmələr) X38, X14 və X2 ümumi bigə mülkiyyətindədir. İş materiallarında olan (səh.147) subyektlərin siyahısından görünür ki, 7-ci sırada qeyd X38, X14 və X2 0.22 ha həyətyanı, 0.55 ha zəbt olunan torpaq sahəsi, faktiki 0.47 ha torpaq sahəsi olmuşdur. Həmin siyahıda 8-ci sırada mərhum mərhum X12 və X4 həyətyanı sahəsinin olmadığı, cəmi 0.68 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Mazıx bələdiyyəsinin məktubundan (səh.148) görünür ki, mərhumlara verilmiş torpaq sahəsi “Qəbizdərə çölü” adlanan sahədə verilmiş və bu fakt xəritə sənədləri ilə təsdiq olunur. İş materiallarında olan Zaqtala rayonu keçmiş Şəfəq kolxozu Mazıx kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib olunmuş yekun cədvəli təsdiqlənmiş surətindən görünür ki, X5 qanuni həyətyanı sahəsi olmamış, cəmi pay torpaq sahəsi 0.68 ha olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İslahat aparılan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Abdulsalam qızı və vəkili X37 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-12/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mübariz Hüseynov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar