Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-730/2025 01.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən Balakən rayonu Salban kəndində verilmiş 0.09 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılaraq iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə Balakən rayonu Mahamalar bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçının məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək, JN ***A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0.09 ha torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəqiqləşdirmə etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, “İddiaçı Balakən rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən Balakən rayonu Şalban kəndində 0.09 ha torpaq sahəsi verilmişdir. İddiaçının mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınmasına dair müraciət etsə də cavabdeh orqan tərəfindən 2 dəfə imtina verilmişdir. İlkin imtina belə əsaslandırılmışdır. “Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki istifadə olunan yeri fərqlidir. Faktiki istifadə olunan ərazi idarəsinin xidməti istifadəsində olan "torpaqların elektron kadastr uçotu informasiya sistemi"ndə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. Bunun üçün qeyd olunan Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina olunur.” İlkin imtina məktubunu aldıqdan sonra ikinci dəfə cavabdeh orqana müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 161A, KOD 40108028 şəhadətnaməsinin cizgizisinin (koordinatlarının) faktiki istifadə vəziyyətinə uyğunlaşdırılaraq İddiaçı mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh orqan ikinci dəfə yenə imtina etmişdir. Cavabdeh orqanın imtina məktublarını əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin sənəd üzrə yerləşmə yeri ilə faktiki istifadə olunan yeri fərqlidir. Faktiki istifadə olunan ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə ##.##.2023-cü il tarixli, ************ nömrəli məktub göndərilmişdir. Sərəncamın icrası ilə bağlı icraat materialları və JN-161A nümrəli Şəhadətnamənin arxiv nüsxəsinin təsdiq edilmiş surəti təqdim olunur.”
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa da naturada faktiki olaraq iddiaçı tərəfindən istifadə edilir. 0.09 ha torpaq sahəsi kənd təsərrüfatı kateqoriyalı olsa da onlar həmin torpaq sahəsini həyətyanı torpaq sahəsinə uyğunlaşdırılaraq verilməsini xahiş etmişlər. İddiaçının vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatı katerqoriyalı torpaq sahəsidir. Bu əsasla iddia tələbi təmin edilməməlidir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən mütəxəssis izahatında bildirmişdir ki, iddiaçının faktiki istifadəsində 0.37 ha torpaq sahəsi vardır. Onun 0.17 ha hissəsinə çıxarış verilmişdir. Qalan 0.09 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfatı katerqoriyalı torpaq sahəsidir və Balakən rayonu Mahamalar bələdiyyəsində olan torpaq sahəsidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ####### 2025-ci il tarixli *- *(***)-**/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçının nümayəndəsi X4 həmin qərardan apellyasiya şikayəti vermişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, JN-***A nömrəli şəhadətnamənin cizgiləri yeni elektron baza məlumatlarında öz əksini tapmaması, JN-***A nömrəli şəhadətnamənin cizgilərinin yerləşmə vəziyyəti həmin kəndin kompleks yerquruluşu layihəsinə (DWG) əsasən iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi ilə 1350 metr aralı məsafədə yerləşməsi, 0.09 ha torpaq sahəsinin kateqoriyasının düzgün müəyyən edilməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Sözügedən torpaq sahəsi 1992-ci il tarixdən iddiaçının istifadəsindədir. Musabəyov adına kolxozun ## #### 1992-ci il tarixdə ** saylı ümumi İclasın qərarı ilə iddiaçıya 0.08 ha torpaq sahəsi təhkim edilmişdir. İnzibati iş ilə bağlı Şəki İnzibati Məhkəməsi tərəfindən # #### 2025-ci il tarixdə cavabdeh orqana məktub ünvanlanaraq işin araşdırılması ilə bağlı yaranmış zərurətlə əlaqədar olaraq, iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti sorğuya əlavə edilmiş aktda göstərilən qonşu torpaq sahələri ilə (Muhqumov M, su kanalı, meşə zolağı) müqayisəli yoxlanılması və eyni ərazi olub-olmaması ilə bağlı izahlı ortofoto xəritəsindən çıxarış əlavə edilməklə 15 gün müddətində məhkəməyə təqdim edilməsi bildirilmişdir. Məhkəmənin sorğusuna "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsində baxılmış və bildirilmişdir kı, iddia olunan torpaq sahəsi şimaldan su kanalı, cənubdan X5, şərqdən iddiaçının xüsusi mülkiyyətində olan 0.17 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsi (şərqdən meşə zolağı), qərbdən isə ümumi istifadədə olan yol sahəsi ilə həmsərhəddir. İddia olunan torpaq sahəsi Aktda göstərilən torpaq sahəsi ilə eyni ərazidir. Mübahisələndirilən 0.09 ha torpaq sahəsi islahatdan öncə həyətyanı torpaq sahəsi iddiaçıya Musabəyov adına kolxozun ## #### 1992ci il tarixdə ** saylı ümumi iclasın qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsidir. Bundan əlavə məhkəmə iclasında iştirak edən DƏDRX-nin mütəxəssisi izahatında bildirmişdir ki, iddiaçının faktiki istifadəsində 0.37 ha torpaq sahəsi vardır. Onun 0.17 ha hissəsinə çıxarış verilmişdir. Qalan 0.09 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfatı katerqoriyalı torpaq sahəsidir və Balakən rayonu Mahamalar bələdiyyəsində olan torpaq sahəsidir. Mübahisələndirilən torpaq sahəsi aktda göstərilən torpaq sahəsi ilə eynilik təşkil edir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamış, ümumiyyətlə mübahisələndirilən 0.09 ha torpaq sahəsinin iddiaçıya ayrılmış Musabəyov adına kolxozun ## #### 1992-ci il tarixdə ** saylı ümumi iclasın qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasına hüquqi qiymət verməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARI
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)- **/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Cavabdehin ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • JN-161A kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən 0.09 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. • JN-1998 kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən 0.17 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. • JN-2003 kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən 0.17 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. • ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, 0.1741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Zralov Shamsudadır. • A 885 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, 0.1741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquqi subyekti Zralov Shamsudadır. • ##.##.1995-ci il tarixli Aktın surəti. • ##.##.2023-cü il tarixli **/Q-*** nömrəli İddiaçı barəsində arayış. • ##.##.2023-cü il tarixli **/Q-*** nömrəli X1 barəsində arayış. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi Mahamalar kəndinin kompleks yerquruluşu layihəsində DWJ məlumat bazasında həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaq sahəsidir. JN-***A nömrəli şəhadətnamənin DWJ-də yerləşmə vəziyyəti nəzərə alınmaqla birbaşa qonşuluğunda X6 JN-**** saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1998N cizgisində göstərilən 0.17 ha torpaq sahəsi yerləşir. ************ reyestr nömrəli çıxarışın tərtib edilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; .... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; ... 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); ...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; ... 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; ... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar;
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Aqrar islahatın məqsədi və vəzifələri İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Maddə Maddə 3. Aqrar islahatın əsas prinsipləri Aqrar islahatın əsas prinsipləri aşağıdakılardır: dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması; islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi; əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi; respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması; ətraf mühiti mühafizə tələblərinə əməl edilməsi; kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi. Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli 0.09 ha torpaq sahəsi hazırda TEKUİS məlumat bazasında Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi qeyd olunub və bunun yanlışlıqla qeyd edilməsi ilə bağlı dəlil iş üzrə öz təsdiqini tapmır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
30. İş materiallarında olan ##.##.1995-ci il tarixli aktdan görünür ki, İddiaçı kolxozun ##.##.1992-ci il tarixli * nömrəli ümumi icla qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdir. JN-161A kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Balakən rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən 0.09 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi Mahamalar kəndinin kompleks yerquruluşu layihəsində DWJ məlumat bazasında həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaq sahəsidir. JN-***A nömrəli şəhadətnamənin DWJ-də yerləşmə vəziyyəti nəzərə alınmaqla birbaşa qonşuluğunda X6 JN-**** saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1998N cizgisində göstərilən 0.17 ha torpaq sahəsi yerləşir.
31. Məhkəmə kollegiyası iş materiallarını və kollegiya tərəfindən aparılan araşdırma nəticəsində əldə edilən sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
32. Belə ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının mülkiyyətində olan 0.1741 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı olduğu halda, ona bitişik 0.09 ha torpaq sahəsinin kateqoriyasının həyətyanı olması işin məhkəmə araşdırılması ilə təsdiq olunmadığı qənaətinə gəlsə də iş materiallarında olan DƏDKR PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilən ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin Mahamalar kəndinin kompleks yerquruluşu layihəsində DWJ məlumat bazasında yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaq sahəsi olması göstərilmişdir.
33. Göründüyü kimi iddia olunan torpaq sahəsinin hansı kateqoriyaya aid olması məhkəmə araşdırması zamanı təqdim edilən mütəxəssis rəyində öz əksini tapmış, yəni mübahisələndirilən torpaq sahəsi verilən zaman kompleks yerquruluşu üzrə yaşayış məntəqələri torpaqlarına aid həyətyanı olduğundan iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyildir. Belə olan halda cavabdeh inzibati orqanın mübahisə predmeti olan torpaq sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması əsası ilə iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.
34. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
35. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmiş, bununla da İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə JN-161A kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.09 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:
İddiaçının nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə JN-161A kod ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən 0.09 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının faktiki istifadədə olan yerləşmə koordinatlarına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.