Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-732/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2- 1(116)-28/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. **********34 reyestr nömrəli üquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0665 ha torpaq sahəsi üzərində xx.xx.2035-ci il tarixədək (15 il müddətinə) iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı, tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi üçün cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh orqan inşa ediləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə rayon icra hakimiyyəti tərəfindən Göyçay rayon məhkəməsində iddia qaldırılması əsası ilə imtina cavabı vermişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid 665,0 m2 torpaq sahəsində tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək “Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid 665,0 m2 torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baradə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir
6. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək “2-1(116)-28/2025 nömrəli iş üzrə ilkin iddia tələbinə mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi” baradə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.
7. İddiaçı, tələbində göstərmişdir ki, iddiaçı tərəfindən Cavabdehnə müraciət edilərək, Göyçay şəhəri N. Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsim sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçun ayrılması xahiş edilmişdir. Bundan sonra Cavabdeh 02 09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, iddiaçıya ayrılması nəzərdə tutulan ərazinin yerqurluşu planının hazırlanmasını və müvafiq razılığın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 07 12 2020-ci il tarixdə rayon icra hakimiyyətinin müraciətini təmin etmiş ərazinin yerquruluşu planını hazırlayaraq Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 665 m2 torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə razılıq vermişdir. Bundan sonra Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 88 nömrəli sərəncamı ilə ünvan 2 ünvanda yerləşən dövlət mülkiyyətində olan 665 m2 torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədi ilə iddiaçıya 15 (on beş) müddətinə icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında xx.xx.2020-ci ıl tarixdə Cavabdeh ilə aralarında 665 kv.m torpaq sahəsinin 15 (on beş) il müddətinə icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. xx.xx.2020-cı il tarixli icarə müqaviləsi əsasında ünvan 3 ünvanda yerləşən və dövlət mülkiyyətində olan 665 kv.m torpaq sahəsi üzərində istifadə hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. ünvan 4 ünvanda yaşayan X1 rayon prokurorluğuna müraciət edərək oğlu Nümayəndə tərəfindən Göyçay şəhəri N.Nərimanov küçəsində Göyçay Notariat Ofisi ilə üzbəüz yerləşən, əvvəllər Göyçay RlHB-nın Göyçay şəhər İƏD nümayəndəliyinin və X2 fəaliyyət göstərdiyi binanın söküldüyünü və həmin binanın yerləşdiyi torpaq sahəsinin özbaşna hasarlanaraq zəbt edildiyini bildirmişdir. Fikrət Kərimovun şikayət ərizəsi əsasında rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq xx.xx.2022-cı ıl tarixli, 137Ş-22 nömrəli məktubla Cavabdehnə müraciət edərək, ünvan 2 ünvanda yerləşən və dövlət mülkiyyətində olan 665 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh başçısının 16 12.2020-cı ıl tarixli 88 nömrəli sərəncamının ləğv edilməsi məsələsinə baxılmasını və nəticəsi barədə qısa müddət ərzində rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Göyçay rayon prokurorunun 06 05.2022-ci il tarixli, 137Ş-22 nömrəli məktubu əsasında Cavabdeh başçısının səlahiyyətlərini icra edən İkram Vəliyevin xx.xx.2022-ci il tarixli, 50 nömrəli sərəncamı ilə xx.xx.2020-ci il tarixli, 88 nömrəli sərəncam ləğv edilmiş, eyni zamanda Cavabdeh ilə arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Buna səbəb kimi 665 kv.m torpaq sahəsi ayrılarkən sahibkarlıq fəaliyyəti ilə məşğul olunmaması, eləcə də ləğv edilmiş sərəncamda hansı sahibkarlıq obyektinin və ya tikintinin layihələndirilməsi məqsədi ilə ayrılmasının göstərilməməsi, eləcə də torpaq sahəsi icarəyə verilsə də, boş və istifadəsiz saxlanılması, torpaq sahəsində hər hansı tikinti obyekti layihələndirilməməsi, torpaq sahəsinə dair icarə haqqı müvafiq illər ərzində deyil, yalnız xx.xx.2022-ci il tarixdə ödənilməsi göstərilmiş, hüquqi əsas kimi isə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinad edilmişdir. Bundan sonra tərəfindən iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilərək, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1458/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 50 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2- 1 (107)-398/2022 saylı qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1458/2022 nömrəli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2- 1(107)-398/2022 saylı qərarından kassasiya şikayəti verilməmiş və Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra tərəfimdən Cavabdehnə müraciət edilərək, iddiaçının icarəsində olan torpaq sahəsində inşa ediləcək qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma layihəsinin müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi xahiş edilmişdir. Cavabdeh müraciətə 27 fevral 2023-cü il taixdə cavab verərək, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə rayon icra hakimiyyəti tərəfindən Göyçay rayon Məhkəməsində iddia qaldırıldığından memarlıq planlaşdırma layihəsinin müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh hələ 12.05 2022-ci il tarixdə 665 kv.m torpaq sahəsinin icarəsinə verilməsi ilə bağlı Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 88 nömrəli sərəncamını ləğv edərkən, əsas kimi həmin ərazidə tikinti işlərinin aparılmamasını göstərmişdir. Bundan sonra qeyd edilən torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikiləcək qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma layihəsinin tərtib edilməsi sifariş olunmuş, layihə hazır olduqda sonra qanunla müəyyən olunmuş qaydada hüquqmüəyyənedici sənədlərlə birlikdə qeyd edilən layihə üzrə müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi məqsədi ilə Cavabdehnə təqdim olunmuşdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3, 75.4 və 75-ci maddələrinə əsasən cavabdeh inzibatİ orqan yalnız təqdim olunan sənədlər tam olmadıqda tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəy verilməsi üçün göndərməyə bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində tələb olunan sənədlərlə, yəni tam şəkildə sənədlərlə cavabdeh inzibati orqana müraciət etsə də, əsassız olaraq müraciətinin təmin edilməsindən imtina etmişdir.
8. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Cavabdeh başçısının 16 dekabr 2020-ci il tarixli, 88 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən və dövlət mülkiyyətinə aid 665.0 kv.m torpaq sahəsi 15 (on beş) il müddətinə ünvan 6 ünvanda yaşayan İddiaçı icarəsinə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh ilə İddiaçı arasında 16 dekabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən icarə haqqı illik 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. Rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli, 88 nömrəli sərəncamına əsasən torpaq sahəsi cavabdeh İddiaçı icarəsinə sahibkarlıq məqsədilə verilmişdir. Cavabdehin icarəsinə verilmiş torpaq sahəsində əvvəllər rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binası yerləşmişdir. Bina söküldükdən sonra həmin torpaq sahəsində nümayəndəliyin yeni binasının inşası nəzərdə tutulmuşdur, inşa olunacaq yeni binada rayon icra hakimiyyətinin keçmiş Sanitar-Təmizlik, Abadlaşdırma və Təmir idarələrinin, rayon Mənzil istismar Sahəsinin də (hazırkı rayon icra hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi) yerləşdirilməsi planlaşdırılmışdır. Lakin nümayəndəliyin yeni binasının inşası üçün nəzərdə tutulmuş torpaq sahəsi həmin dövrdə səlahiyyətli şəxslər tərəfindən qanunsuz olaraq İddiaçı icarəsinə verilmiş, icarə haqqı bazar dəyərlərindən qatqat az məbləğdə müəyyən edilmişdir. Qeyd edirik ki, rayon icra hakimiyyəti başçısının şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi, rayon icra hakimiyyətinin keçmiş SanitarTəmizlik, Abadlaşdırma və Təmir İdarələri, rayon Mənzil istismar Sahəsi uzun müddətdir ki, icarə əsaslarında ayrı-ayrı təşkilatların binasında fəaliyyət göstərir. Hazırda həmin təşkilatların inzibati binası mövcud deyildir. Rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının inşası üçün nəzərdə tutulmuş torpaq sahəsinin fiziki şəxsə uzun müddətli icarəyə verilməsi, icarə haqqının bazar dəyərindən az məbləğdə müəyyən edilməsi həmin dövrdə icarə müqaviləsi bağlamaq səlahiyyəti olan şəxs tərəfindən torpaq sahəsinin məhz sahibkarlığın inkişafı məqsədilə icarəyə verilməsinə şübhələr yaratmışdır. Sözügedən məsələ Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində və ünvan 7 ünvanda yaşayan X10 rayon Prokurorluğuna daxil olmuş şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli sərəncamının ləğv edilməsi məsələsinə baxılması barədə rayon prokurorluğu tərəfindən sorğu verilmişdir. Rayon prokurorluğunun sorğusunda qeyd edilən məsələyə baxılarkən məlum olmuşdur ki, rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli sərəncamına əsasən dövlət mülkiyyətinə aid 665.0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə icarəyə verilsə də, icarəçi İddiaçı həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş, fərdi sahibkar kimi Dövlət Vergi Xidmətində qeydə alınmamışdır. Göstərilən səbəblərdən Cavabdeh 12 may 2022- ci il tarixli, 50 nömrəli sərəncamı ilə rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020- ci il tarixli, 88 nömrəli sərəncamı ləğv edilmişdir. Cavabdeh 12 may 2022-ci il tarixli, 50 nömrəli sərəncamının ləğv edilməsi tələbi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən tələblə bağlı Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1458/2022 nömrəli, Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarlarında icarə müqaviləsinin qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında ləğv edilməli olduğu göstərilmişdir. Qanunvericilik qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi zamanı uzun müddətli fasilələrin yaranmasının qarşısının alınması məqsədilə torpaq sahəsinin 1 il ərzində üzrlü səbəb olmadan istifadə olunmaması halında icarə hüquqlarına xitam verilməsini nəzərdə tutmuşdur. İcarəçi İddiaçı artıq 2 il müddət keçsə də, torpaq sahəsindən sahibkarlıq məqsədi ilə istifadə etməyərək qanunla icarəçi kimi üzərinə düşən vəzifəni yerinə yetirməmiş, icarəsinə verilmiş torpaq sahəsindən ötən müddət ərzində sahibkarlıq məqsədi ilə istifadə etməmiş, hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirməmişdir. Bununla yanaşı bildiririk ki, icarəyə verilmiş torpaq sahəsində dövlət əhəmiyyətli tikintinin inşası planlaşdırılmış, tikintinin layihə-smeta sənədləri hazırlanmışdır. Torpaq sahəsi boş və istifadəsiz qaldığından icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə rayon icra hakimiyyəti icarəçi İddiaçı qarşı "icarə müqaviləsinin ləğv tələbi" ilə Göyçay rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin hazırlıq iclası təyin edilmiş, məhkəmə tərəfindən mülki iş baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Müqavilənin ləğv edilməsi tələbi ilə iddia qaldırıldıqdan sonra və mülki iş məhkəmənin icraatında olduğu dövrdə İddiaçı torpaq sahəsində inşa ediləcək qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma layihəsinin müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi barədə rayon icra hakimiyyətinə müraciət etmişdir. İnşa ediləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə rayon icra hakimiyyəti tərəfindən Göyçay rayon məhkəməsində iddia qaldırıldığından memarlıq planlaşdırma layihəsinin rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən inşa edilməsi nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu olması əsas şərtlərdən biri hesab olunur. Hazırda icarə müqaviləsinin ləğvi tələbi məhkəmənin icraatındadır və iddiaçının icarə hüququna dair müqavilə mübahisələndirilmişdir. İcarə müqaviləsi məhkəmə qaydasında ləğv olunduğu halda torpaq sahəsində qeyri-yaşayış obyektinin layihələndirilməsinə və inşasına icazə verilməsi mümkünsüz olur. Göstərilən səbəblərdən İddiaçı icarəsində olan torpaq sahəsində inşa ediləcək qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma layihəsinin rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2-1(116)-28/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid 665,0 m2 torpaq sahəsində tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Cavabdehnə müraciət edərək, Göyçay şəhəri N. Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsim sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçun ayrılması xahiş etmiş, Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, iddiaçıya ayrılması nəzərdə tutulan ərazinin yerqurluşu planının hazırlanmasını və müvafiq razılığın verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 07.12. 2020-ci il tarixdə ərazinin yerquruluşu planını hazırlayaraq, Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 665 kv.m torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə razılıq vermişdir. Bundan sonra Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 88 nömrəli sərəncamı ilə ünvan 2 ünvanda yerləşən dövlət mülkiyyətində olan 665 kv.m torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədi ilə şəhərin İ.Göyçaylı küçəsi 11 saylı ünvanda yaşayan İddiaçı 15 (on beş) müddətinə icarəyə verilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında 16 12 2020-cı ıl tarixdə Cavabdeh ilə aramda 665 m2 torpaq sahəsinin 15 (on beş) ıl müddətinə icarəyə verilməsi ilə bağlı müqavilə icarə müqaviləsi bağlanmışdır. xx.xx.2020-cı il tarixli icarə müqaviləsi əsasında ünvan 9 ünvanda yerləşən və dövlət mülkiyyətində olan 665 m2 torpaq sahəsi üzərində istifadə hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh imtinasını həmin müqavilənin mübahisələndirməsi ilə əsaslandırsa da, iş üzrə müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(115)-581/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması tələbinə dair iddiasının təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(104)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı iddiaçının Cavabdeh başçısının 16 12.2020-cı ıl tarixli 88 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1458/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2022- ci il tarixli, 50 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2- 1 (107)-398/2022 saylı qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1458/2022 nömrəli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2- 1(107)-398/2022 saylı qərarından kassasiya şikayəti verilməmiş və Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Göründüyü kimi ünvan 2 ünvanda yerləşən 665 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə hazırda qüvvədədir. Belə olan halda cavabdeh inzibati orqanın bu səbəblə imtinası əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının tələbi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü, 75.4-cü və 75.5-ci maddəllərinin dispozisiya şərtlərinə uyğun olduğu halda cavabdeh qeyd olunan Məcəllənin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 19-cu, 24-cü maddələrinin tələblərində müəyyən olunmuş qaydada müvafiq inzibati araşdırma aparmalı olduğu halda bunu etməmişdir. Halbu ki, qeyd edilən məsələ ilə bağlı icraatın aparılması “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanına əsasən bilavasitə cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid edilmişdir.
11. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018 ci il tarixli, 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası“na əsasən tikintiyə icazə alma mexanizmi “bir pəncərə” prinsipi əsasında həyat keçirilir. İddiaçının memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron tikinti portalı vasitəsi ilə müraciət etməsi nəzərədə tutulmuşdur. Məhkəmədə memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsindən imtina edilməsinə səbəb olan halları sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür ki, məhkəmədə sübut edilmişdir. Cavabdeh imtinaya səbəb layihələndirilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair müqavilənin digər məhkəmədə mübahisələndirilməsi olmuşdur. Bu hal məhkəmədə inzibati orqan tərəfindən sübuta yetirilmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-28/2025-ci il nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-28/2025-ci il nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi 665 kv.m qeyri-yaşayış sahəsi əsasən inzibati orqanların yerləşdiyi ərazidir. Eyni zamanda qeyd edilən ərazidə əvvələr icra nümayəndəliyinin binası olmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsində qeyd edilmişdir ki, şəxs inzibati orqana qanunamüvafiq qaydada müəyyən edilmiş sənədlərlə müraciət etməlidir. Cavabdehin nümayəndəsi sədirlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, iddiaçı müraciət etdiyi dövrdə memarlıq-tikinti layihəsini təqdim etməməsini, memarlıq-tikinti layihəsini Gəncə Kommersiya Məhkəməsində gördüyünü bildirmişdir. Cavabdeh orqanın imtinasının əsas səbəbi isə iddiaçı ilə bağlanmış icarə müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməsi olmuşdur. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu; Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Maddə 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Maddə 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Maddə 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Maddə 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. ...
16. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanı: Fərmanın 4.7-1-ci maddəsinə əsasən “həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4- 2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində və turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzlərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə verilməklə):
1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
2. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – yanındakı X8 və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
3. bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları;”.
17. “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
3. Tikintiyə icazənin alınması ilə bağlı müraciət və tikintiyə icazənin əldə edilməsinin “bir pəncərə” əsasında həyata keçirilməsi 3.1. Sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur. 3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 3.2.2. tikinti layihəsi; 3.2.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 3.2.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.https://e-qanun.az/framework/41111 3.2-1. Tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.https://eqanun.az/framework/41111 3.3. Tikintiyə icazə verən orqan 2 (iki) iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda (bu Qaydanın 3.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla), onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə göndərir, həmçinin sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələrini ərizəçiyə izah edir. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Sifarişçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.https://eqanun.az/framework/41111 3.4. Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikintiyə icazə verən orqan Məcəllənin 75.5.1-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini təmin edir. Bu zaman Komitə Məcəllənin 75.7-ci maddəsinə uyğun olaraq 5 (beş) iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğuna dair rəydə layihənin şəhərsalma sənədlərinə uyğun olub-olmaması göstərilməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti orqanları iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur. ...
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
24. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırılmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsinə nail olmaqdır
25. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili layihələndirilən qeyriyaşayış obyektinin yerləşdiyi torpaq sahəsinə dair müqavilənin mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsi olmuşdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-581/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(104)- 187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır.
27. Eyni zamanda Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1458/2022 nömrəli qərarı ilə Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamı ləğv edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2-1 (107)-398/2022 saylı qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1458/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2- 1(107)-398/2022 saylı qərarından kassasiya şikayəti verilməmiş və Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır.
28. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən icarəsində olan torpaq sahəsində inşa ediləcək qeyri-yaşayış sahəsinin memarlıq planlaşdırma layihəsinin müvafiq rəy verilməsi üçün aidiyyəti orqana göndərilməsi ilə bağlı cavabdehə müraciət edilmiş, bu zaman Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim olunmuşdur.
29. Cavabdeh tərəfindən bu sənədlərin natamamlığına dair Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsi ilə tələb olunan qaydada hər hansı irad bildirilməmişdir.
30. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinə əsasən, sənədlərin tamlığı təmin olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanı layihənin şəhərsalma sənədlərinə uyğunluğuna dair rəy verilməsini təmin etməlidir. Bunun üçün isə cavabdeh orqan iddiaçı tərəfindən təqdim edilmiş layihənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli idi.
31. Hazırkı qərarın 17-ci bəndində istinad olunmuş Qaydaların 3.4-cü bəndinə əsasən tikintiyə icazəni yerli icra hakimiyyəti orqanı verdiyi hallarda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu layihələrə yalnız icra hakimiyyətinin sorğusu əsasında rəy verir.
32. Belə olan halda cavabdeh orqan torpaq sahəsinin iddiaçının icarəsində olması ilə bağlı mübahisənin iddiaçının xeyrinə yekunlaşmasını nəzərə alaraq tikintiyə icazə icraatı üzrə inzibati icraatı davam etdirməli olmasına baxmayaraq, hərəkətsizliyə yol vermiş və layihəni rəy verilməsi üçün aidiyyəti orqana göndərilməsini təmin etməmişdir.
33. Cavabdehin nümayəndəsi hazırkı məhkəmə iclasında memarlıq planlaşdırma layihəsinin iddiaçı tərəfindən təqdim edilmədiyini bildirsə də, qeyd edilən hal iş materiallarında olan cavabdeh orqanın öz məktubları ilə təkzib olunur.
34. Belə ki, iş materiallarında olan cavabdeh orqanın xx.xx.2023 (səh.5) və xx.xx.2023-cü il (səh.52), xx.xx.2023-tarixli məktublarında, iddia tələbinə etirazında (səh.38-39) qeyd edilmişdir ki, icarə müqaviləsinin ləğvi tələbi hazırda məhkəmənin icraatında olduğundan iddiaçının icarəsində olan torpaq sahəsində inşa ediləcək qeyriyaşayış sahəsinin memarlıq planlaşdırma layihəsinin rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
35. Beləliklə, yuxarıda şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2-1(116)-28/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.