Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-74/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı2 və onun vəkili Vəkil; Üçüncü şəxslər - X5 və X3 iştirakı ilə İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı Qəbələ rayonu, Bum kəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2018-ci il tаrixli, 2-1(84)-1140/2018 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı2 mərhum əri İddiaçı1 alqı-satqı yolu ilə əldə etdiyi 0,59 ha torpaq sahəsinin qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan 30.04.2018-ci il tarixli məktubla bundan imtina etmişdir. Bundan sonra iddiaçı mərhum əri İddiaçı1 ilə birgə nikah dövründə Qəbələ rayonu, Bum kəndində Qəbələ Rayon Dövlət Notariat Kontorunun 24 fevral 2006-cı il tarixli alqısatqı müqaviləsi ilə aldıqları 0,59 ha torpaq sahəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2-1(84)1140/2018 saylı (hakim Kənan Vəliyev) qərarı ilə iddia təmin edilərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu, Bum kəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 04 mart 2020-ci il tarixli 2-1(107)- 1/2020 saylı qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2-1(84)1140/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2-1(102)-1307/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 04 mart 2020-ci il tarixli 2-1(107)-1/2020 saylı qərarı üçüncü şəxs X3 şikayətinə münasibətdə ləğv edilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, icraata cəlb olunmayan şəxs X2 şikayətinə münasibətdə kassasiya mümkün sayılmamış və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 23 noyabr 2018-ci il tаrixli, 2-1(84)-1140/2018 saylı qərаrından cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin qeyd edilən qərarı ləğv olunmalıdır. Belə ki, qeyd olunan torpaq sahəsi Qəbələ rayonu Bum kəndində yerləşən mübahisəli torpaq saəsinə dair JN-954 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının bir nüsxəsi Ərazi İdarəsində mövcud deyil, müvafiq qeydiyyat aparılmamış və həmin torpaqla bağlı arxiv məlumatları aşkar edilməmişdir. Eyni zamanda, 0,59 hektar torpaq sahəsi üzərində mübahisə mövcuddur. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 noyabr 2018ci il tarixli, 2-1(84)-1140/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının icasında iştirak edən İddiaçı2 və onun vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 23 noyabr 2018-ci il tаrixli, 2-1(84)-1140/2018 saylı qərаrının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının icasında iştirak edən üçüncü şəxslər X5 və X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 23 noyabr 2018-ci il tаrixli, 2-1(84)-1140/2018 saylı qərаrının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 23 noyabr 2018-ci il tаrixli, 2-1(84)-1140/2018 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün hesab edilməməlidir. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddianı mümkün sayaraq Qəbələ Rayon Dövlət Notariat Kontorunda bağlanmış 24.02.2006-cı il tarixli, 4Ə-02/129 nömrəli alqı-satqı müqaviləsi ilə X4 0,59 ha torpaq sahəsini iddiaçının mərhum əri İddiaçı1 satmışdır. İddiaçı1 həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alana qədər, yəni 23.12.2013-cü il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1 və 7.2-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə Qəbələ rayonu, Bum kəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmaq olmaz Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının hazırkı iş üzrə 11 avqust 2020-ci il tarixli, 2-1(102)-1307/2020 saylı qərarında göstərilmişdir ki, “...apellyasiya instansiyası məhkəməsində icraat zamanı işə əlavə edilmiş AZ-İ 978848 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, iddiaçının və məhkəmələrin istinad etdikləri, Qəbələ rayon Dövlət Notariat Kontorunda 24.02.2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsində satıcı qismində qeyd edilmiş X4 həmin müqavilənin bağlandığı tarixdən əvvəl 17 dekabr 2003-cü ildə ölmüşdür (İ cild, iş v.114). Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin işə əlavə etdiyi ərizədə də X1 2003-cü ildə öldüyü və 2006-cı ildə onun adından bağlanmış müqavilənin saxta olduğu qeyd edilib (İ cild, iş v.152). Lakin həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmayıb, onlara qiymət verilməyib. Halbuki, iddiaçı öz tələbinin əsası kimi məhz alqı-satqı müqaviləsinə istinad etdiyindən, işin faktiki halları, iddiaçının iddia etdiyi torpaq sahəsinə subyektiv hüququnun olub-olmadığı işin həmin hallarının müəyyən edilməsindən asılıdır. Buna görə də, məhkəmə kollegiyası şikayətin digər dəlillərinə münasibət bildirməyə lüzum görmür”.... Ali Məhkəmənin sərgilədiyi həmin hüquqi möcvqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Göründüyü kimi, Qəbələ rayon Dövlət Notariat Kontorunda 24.02.2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsində satıcı qismində qeyd edilmiş X4 2003-cü ildə öldüyündən sözü gedən müqaviləni bağlaya bilməzdi. Yəni mübahisə predmeti olan torpaq sahəsini iddiaçının ərinin alqı-satqı yolu ilə alması həqiqətə uyğun deyildir. Deməli, sözü gedən müqavilə bağlandığı andan etibarsızdır. Ona görə də həmin müqavilənin hüquqi nəticələri yoxdur. Belə olan halda İddiaçı2 onun mərhum əri tərəfindən alındığını iddia etdiyi torpaq sahəsinə heç bir hüququ yaranmamışdır. Ona görə də onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin movcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2-1(84)-301/2015 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 23 noyabr 2018-ci il tаrixli, 2-1(84)-1140/2018 saylı qərarı ləğv edilisin. İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı Qəbələ rayonu, Bum kəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir iddiası mümkün sayılmasın. Qərаrdаddаn rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri, Salman Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-74/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-74/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver