Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-742/2025 25.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən, məruzəçi), X1 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “0,10 nömrəli həyətyanı torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “0,10 nömrəli həyətyanı torpaq sahəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 2-1(116)-2347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı, həmin qərardan аpеllyаsiyа şikаyəti vermiş, sözügedən qərardadı xx.xx.2025-ci il tarixdə şəxsi müraciəti əsasında aldığını bildirmişdir. İddiaçıya xx.xx.2025-ci il tarixdə bildiriş göndərilərək аpellyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə 25 dekabr 2025-ci il tarixdə baxılacağı bildirilmiş və izah edilmişdir ki, аpellyаsiyа şikаyətinin verilməsi müddətinin burаxılmаsı həmin şikаyətin qeyri-mümkün sаyılmаsı üçün əsаslаrdаn biridir. Eyni zamanda bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı elektron kabinetə yerləşdirilsə də, onu aça bilməmişdir. Qərardad qəbul edilərkən məhkəmə iclasında iştirak etmiş və qəbul edilmiş qərardan narazılığı olmamışdır. Ona mübahisənin həlli məqsədilə yenidən cavabdeh orqana müraciət etməsi tövsiyə edilmişdir. O, edilmiş tövsiyəyə uyğun olaraq 2 gün sonra cavabdehə müraciət etmiş, ondan arxiv arayışınn təqdim edilməsi tələb edilmişdir. Lakin o, tələb olunan arayışı ala bilməmişdir. 2025-ci ildə noyabr ayının 6-da Əİ-nin rəisinin qəbulunda olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh orqan müraciəti müsbət həll etməmişdir. Bundan sonra o, hazırkı qərardadın kağız daşıyıcıda ona təqdim edilməsi üçün məhkəməyə müraciət etmiş, qərardad təqdim edildikdən sonra isə apellyasiya şikayəti vermişdir. İnzibati Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in 23.1-ci və 85.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, 10 gün müddətində müvafiq birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. İddiaçı, mübahisələndirdiyi məhkəmə aktını xx.xx.2025-ci il tarixdə aldığını qeyd etsə də, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə, saat 16:54-də iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Nümayəndə iddiaçının səlahiyyətli nümayəndəsi kimi birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iştirak etmiş və qəbul edilən məhkəmə aktından məlumatlı olmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında o, ilkin olaraq məhkəmə qərardadından şikayət vermək niyyətində olmadığını, lakin daha sonra cavabdehin onun müraciətini təmin etməkdən imtina etdiyini gördükdən sonra apellyasiya şikayəti vermək qərarına gəldiyini bildirmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixli etibarnamə ilə həyat yoldaşı Nümayəndə 30 il müddətinə öz adından hüquqi hərəkətləri, o cümlədən məhkəmə qərarlarından şikayət verilməsini və digər prosessual hərəkətləri həyata keçirmək səlahiyyəti vermişdir. Belə olan halda, Nümayəndə iddiaçının səlahiyyətli nümayəndəsi olduğundan və iddiaçı məhz onun vasitəsilə prosesdə təmsil olunduğundan İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq, sözügedən məhkəmə aktının iddiaçıya təqdim edilməsi tarixi həmin qərarın iddiaçının nümayəndəsinin elektron kabinetdə yerləşdirildiyi xx.xx.2025-ci il qəbul edilməli və prosessual müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün sonuncu gün xx.xx.2025-ci il olmuşdur. Bununla belə, apellyasiya şikayəti 3 ay 7 gün sonra - xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi İPM-nin 85.1-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddət iddiaçı tərəfindən ötürülmüşdür. Prossesual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmiş, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati Məhkəməsinin 22-1(116)-2347/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmır, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-742/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-742/2025
25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver