Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-744/2025 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X12 (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “##.##.1989-cu ildən ##.##.1993cü ilədək Vartaşen Aqrokombinatında baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin ## ####### tarixində dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Ona 21 il 3 ay 18 gün staja uyğun pensiya təyin edilmişdir. Həmin tarixdə vaxtı ilə işlədiyi Oğuz Aqrokombinatındakı dövrü (##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixlər) əhatə edən 3 il 4 ay 12 gün araşdırılmalar aparıldığından dövlət qulluğu stajına aid edilməmişdir. Bu dövrdə o, baş dövlət texniki nəzarət müfəttişi işləmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 20.1.7, 8.1 və 8.3-cü maddələrinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3 və 1.1.4 maddələrinə əsasən iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı ümumi iş stajı 39 il 8 ay 2 gün təşkil edir. Həmçinin iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 21 il 6 ay 18 gün dövlət qulluğu stajına aşağıdakı dövr daxil edilmişdir. ##.##.1984-##.##.1989-cu il tarixləri; ##.##.1993-##.##.1997-ci il tarixləri; ##.##.2002- ##.##.2011-ci il tarixləri; ##.##.2014-##.##.2017-ci il tarixləri üzrə işlədiyi dövrlər. İddiaçının ##.##.1989-##.##.1993-cü il tarixləri üzrə Oğuz rayon Aqrokombinatında işlədiyi dövrlər onun dövlət qulluğu stajına aid edilməmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud ## ####### 1991-ci il tarixdən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il ## ####### tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ##.##.2023-cü il tarixli *-*/*-****/**** nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, yalnız rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının aparıldığı qeyd olunmuş, rayon aqrar-sənaye kombinatlarında mövcud olan vəzifələrin uyğunlaşdırılmasının aparılmadığı bildirilmişdir. - Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində onun ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək Oğuz rayon Aqrokombinatında işlədiyi dövrün onun dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakın bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin IV və VII hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı İddiaçı ##.##.1989cu ildən ##.##.1993-cü ilədək Vartaşen (Oğuz) Aqrokombinatında baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya ##.##.2023cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. ##.##.2024-cü il tarixdən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyası 616,01 manat müəyyən edilmişdir. - Hazırkı tələblə məhkəməyə müraciət etməkdə isə iddiaçının hüquqi marağı ##.##.1989cu ildən ##.##.1993-cü ilədək Vartaşen Aqrokombinatında baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. - Cavabdeh orqan iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək Oğuz rayon Aqrokombinatında işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almasa da, iş materialları ilə müəyyən edilir ki, iddiaçının işlədiyi orqan əvvəlcə Vartaşen rayon X4, daha sonra Vartaşen Aqrokombinatı, X5 və Ərzaq İdarəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yaradılması ilə əlaqədar olaraq (##.##.1993) rayon X6 adı altında fəaliyyət göstərmişdir. - Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, rayon aqrokombinatları rayon aqrarsənaye birliklərinin ləğv edilməsi ilə əlaqədar, yəni sözügedən birliklərin əsasında yaradılıb. Sonradan isə həmin aqrokombinatlar ləğv edilərək yerli kənd təsərrüfatı və ərzaq idarələri fəaliyyət göstərməyə başlayıb. Məhkəmə qeyd etmişdir ki, rayon aqrar-sənaye birliklərində və yerli kənd təsərrüfatı və ərzaq idarələrində iş dövrünün dövlət qulluğu stağına daxil edildiyi halda rayon aqrar-sənaye birliklərinin ləğvi ilə yaradılmış və yerli kənd təsərrüfatı və ərzaq idarələrindən əvvəl fəaliyyət göstərmiş rayon aqrokombinatlarındakı iş dövrünün dövlət qulluğu stağına daxil edilməməsi anlaşılan deyil. - Göründüyü kimi Vartaşen rayon X4 - Vartaşen Aqrokombinatı, X5 və Ərzaq İdarəsi və Oğuz rayon X6 adı altında fəaliyyət göstərdiyindən iddiaçının iş yeri və yerinə yetirdiyi vəzifənin funksiyaları dəyişməmiş, əvvəllər Vartaşen rayon X4 işçisi olaraq yerinə yetirdiyi əmək funksiyasını yeni ad altında fəaliyyət göstərən Vartaşen Aqrokombinatında həyata keçirməkdə davam etmişdir. Yəni, formaca müəssisənin adı dəyişsə də, funksional struktur və əmək funksiyaları dəyişmədiyindən, iddiaçının iş yeri və yerinə yetirdiyi fəaliyyətin mahiyyəti əvvəlki kimi qalmışdır. Cavabdeh orqanın ##.##.1984-##.##.1989-cu il və ##.##.1993-##.##.1997-ci il tarixləri arasındakı dövrləri dövlət qulluğu stajı kimi qəbul etdiyi halda, eyni müəssisənin digər adlar altında fəaliyyət göstərdiyi müddəti qəbul etməməsi anlaşılan deyil. - Məhkəmə cavabdehin “rayon aqrokombinatlarında mövcud olan vəzifələrin uyğunlaşdırılmasının aparılmaması” ilə bağlı dəlilini əsassız hesab edərək bildirir ki, rayon aqro kombinatlarında mövcud olan vəzifələrin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması rayon aqrar-sənaye kombinatlarının dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz. - Məhkəmə cavabdehin etirazın dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). - Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin imtinasının, eləcə də etirazının dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
8. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqanın apellyasiya şikayəti iddia tələbinə etiraz ərizəsi ilə məzmunca eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı məhkəmənin işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmaması nəticəsində qəbul edildiyindən, qanuni və əsaslı deyildir. Buna görə də, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə 1.1-ci bəndinə əsasən görə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti təşkil edən publik hüquqi şəxsdir. - Nizamnamənin 3.1.2-1-ci bəndinə görə Dövlət İmtahan Mərkəzi öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq hüququna malikdir. - Göründüyü kimi, Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üzrə dövlət siyasətinin formalaşdırılmasına iştirak edən və siyasətin həyata keçirilməsini təmin edən əsas orqanlardan biridir. - Əlavə olaraq məhkəmənin cavabdeh tərəfindən hazırki mübahisə predmeti üzrə zəruri sübutları təqdim etməməsinə münasibətdə bildirirlər ki, Dövlət İmtahan Mərkəzinin ##.##.2023cü il tarixli məktubu hazırki iş üzrə zəruri sübut kimi çıxış edir. Qeyd olunan məktubla iddiaçının işlədiyi sahənin dövlət qulluğu stajına uyğunlaşdırılmadığı bir daha sübuta yetirilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1 dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; Maddə 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı İddiaçı ##.##.1989-##.##.1993-cü il tarixləri üzrə Oğuz rayon Aqrokombinatında işlədiyi texniki nəzarət müfəttişi vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmamış, uyğunlaşdırılması aparılmamışdır. İddiaçının ##.##.1989-##.##.1993-cü il tarixləri üzrə Oğuz rayon Aqrokombinatında işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmamalıdır.
24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri etiraz ərizəsi ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən bu dəlilə qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, rayon aqrokombinatları rayon aqrar-sənaye birliklərinin ləğv edilməsi ilə əlaqədar, yəni sözügedən birliklərin əsasında yaradılıb. Sonradan isə həmin aqrokombinatlar ləğv edilərək yerli kənd təsərrüfatı və ərzaq idarələri fəaliyyət göstərməyə başlayıb. Rayon aqrarsənaye birliklərində və yerli kənd təsərrüfatı və ərzaq idarələrində iş dövrünün dövlət qulluğu stağına daxil edildiyi halda rayon aqrar-sənaye birliklərinin ləğvi ilə yaradılmış və yerli kənd təsərrüfatı və ərzaq idarələrindən əvvəl fəaliyyət göstərmiş rayon aqrokombinatlarındakı iş dövrünün dövlət qulluğu stağına daxil edilməməsi anlaşılan deyil.
25. Göründüyü kimi, Vartaşen rayon X4 - Vartaşen Aqrokombinatı, X5 və Ərzaq İdarəsi və Oğuz rayon X6 adı altında fəaliyyət göstərdiyindən iddiaçının iş yeri və yerinə yetirdiyi vəzifənin funksiyaları dəyişməmiş, əvvəllər Vartaşen rayon X4 işçisi olaraq yerinə yetirdiyi əmək funksiyasını yeni ad altında fəaliyyət göstərən Vartaşen Aqrokombinatında həyata keçirməkdə davam etmişdir. Yəni, formaca müəssisənin adı dəyişsə də, funksional struktur və əmək funksiyaları dəyişmədiyindən, iddiaçının iş yeri və yerinə yetirdiyi fəaliyyətin mahiyyəti əvvəlki kimi qalmışdır. Cavabdeh orqanın ##.##.1984-##.##.1989-cu il və ##.##.1993- ##.##.1997-ci il tarixləri arasındakı dövrləri dövlət qulluğu stajı kimi qəbul etdiyi halda, eyni müəssisənin digər adlar altında fəaliyyət göstərdiyi (##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək Vartaşen (Oğuz) rayon Aqrokombinatında baş dövlət texniki nəzarət müfəttişi vəzifəsində işlədiyi müddəti) müddəti qəbul etməməsi anlaşılan deyil.
26. Kollegiya tərəfindən yuxarıda qeyd edilən xüsusatların araşdırılması məqsədilə müvafiq sorğular göndərilmişdir.
27. Belə ki, Vartaşen Aqrokombinatı, Aqrokombinat və X5 və Ərzaq İdarəsinin eyni müəssisələr olub-olmaması (müəssisələrin təşkilati-hüquqi formasında hər hansı dəyişikliklərin baş verib-verməməsi, aralarında hüquqi varisliyin müəyyən edilib-edilməməsi), eləcə də müəssisələrin eyni olması halında Vartaşen Aqrokombinatının adının Aqrokombinata, Aqrokombinat adının isə X5 və Ərzaq İdarəsi kimi rəsmiləşdirilməsi ilə bağlı mövcud sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinə sorğu göndərilmişdir.
28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər İdarəsinin ## ###### 2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, müraciətdə adları qeyd olunan “Vartaşen Aqrokombinatı”, “Aqrokombinat” və “X5 və Ərzaq İdarəsi”nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrində hər hansı məlumat aşkar edilməmişdir.
29. Daha sonra, iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək işlədiyi texniki nəzarət müfəttişi və baş mühəndis vəzifələrinin dövlət qulluğunun meyarlarına uyğun olub-olmaması barədə məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə sorğu göndərilmişdir.
30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ## ###### 2026-cı il tarixli *-*/*-***/**** saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. - 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (##.##.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. - Vartaşen rayon Aqrokombinatında müxtəlif vəzifələrdə iş müddətilə bağlı bildiririk ki, yuxarıda adıçəkilən Siyahıda aqrokombinatlar və həmin kombinatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. - Qeyd edilənlərə əsasən Vartaşen rayon Aqrokombinatında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
31. Bundan başqa, iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək texniki nəzarət müfəttişi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməməsinin, eyni zamanda ##.##.1984–##.##.1989-cu il tarixlərdə DKPN-nin müfəttişi vəzifəsində işlədiyi dövrün isə dövlət qulluğu stajı kimi nəzərə alınmasının səbəblərinin və bu mövqeni əsaslandıran sənədlərin təsdiq edilmiş surətlərinin əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir.
32. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ##.##.2026-cı il tarixli *-**-*/*-******/**** nömrəli sorğuya cavab məktubunda bildirmişdir ki, İddiaçı ## ####### 2023-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. - Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən İddiaçı X4ndə müfəttiş vəzifəsində işlədiyi dövr (##.##.1984-##.##.1989-cu il) ona pensiya təyin edilərkən nəzərə alınmışdır. - Həmçinin, İddiaçı ##.##.1989-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi Aqrokombinatda texniki nəzarət müfəttişi vəzifəsi sözügedən Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, sözügedən dövrün adıçəkilən şəxsin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
33. Göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ## ###### 2026-cı il tarixli *-*/*-***/**** nömrəli sorğuya cavab məktubu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ##### 2026-cı il tarixli *-**-*/*-******/**** nömrəli sorğuya cavab məktubu eyni hüquqi mövqeyə əsaslanaraq iddiaçının ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək Aqrokombinatda işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməməsini yalnız aqrokombinatların və həmin qurumlarda mövcud olmuş vəzifələrin Uyğunlaşdırma Siyahısında ayrıca nəzərdə tutulmaması ilə əsaslandırırlar.
34. Kollegiya bildirir ki, qeyd edilən cavab məktublarında Vartaşen Rayon X4 sonradan hansı təşkilati dəyişikliklər nəticəsində Aqrokombinata çevrilməsi, həmin qurumlar arasında təşkilati-hüquqi və funksional varisliyin mövcudluğu, eləcə də iddiaçının əmək münasibətlərinin fasiləsiz davam edib-etməməsi və yerinə yetirdiyi əmək funksiyalarının mahiyyət etibarilə dəyişib-dəyişməməsi araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir.
35. Bununla bağlı, daha sonra kollegiya tərəfindən iddiaçı İddiaçı ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək olan dövr ərzində Vartaşen Aqrokombinatında tutduğu “texniki nəzarət müfəttişi” vəzifəsi üzrə toplanmış arxiv sənədlərinin əldə edilməsi məqsədi ilə Oğuz Rayon Dövlət Arxivinə sorğu göndərilmişdir.
36. Oğuz Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli *-**-**RA/*-**/**** nömrəli sorğuya cavab məktubunda Oğuz (köhnə adı Vartaşen) rayon Aqrokombinatının ## ######## 1989-cu ** nömrəli əmrindən təsdiq edilmiş ksero surətləri Şəki Apellyasiya göndərilmişdir.
37. Oğuz (köhnə adı Vartaşen) rayon Aqrokombinatının ## ###### 1989-cu il tarixli Əmrlər Kitabından aşağıdakılar müəyyən edilir: - Əmr №*, ## ######## 1989-cu il - Azərbaycan SSR DASK-ın ## ######## 1989-cu il tarixli *** nömrəli əmrinə və rayon Aqrokomitəsinin ## ######## 1989-cu il tarixli şura iclasının qərarına əsasən Vartaşen Rayon X4 ləğv edilsin və ləğvetmə komissiyası yaradılsın. Quluyev Seyidməmməd Əmiqulu oğlu Azərbaycan SSR DASK-ın # ######## 1989-cu il tarixli *** nömrəli əmrinə və rayon Aqrokomitənin ## ######## 1989-cu il tarixli şura yığıncağının qərarına əsasən RASB ləğv olunduğuna görə RASB-ın sədri vəzifəsindən azad edilərək Aqrokombinatın baş direktoru vəzifəsinə təyin edilsin. - Vartaşen Aqrokomitənin ## ######## 1989-cu il tarixli şura yığıncağının qərarına əsasən RASB-ın idarə aparatının aşağıda göstərilən şəxsləri vəzifələrindən azad edilərək aqronomiyada göstərilən vəzifələrə təyin edilsinlər. Yuxarıda göstərilən vəzifələrə təyin edilmiş işçilərin adına vəzifə maaşları təsdiq olunmuş ştat cədvəlinə əsasən ödənilsin. Bu əmri hər bir işçinin əmək kitabçasına qeyd etmək kadrlar üzrə iqtisatçı A.Məmmədova yoldaşa tam verilsin. - Əmr №*, ## ######## 1989-cu il - Azərbaycan SSR X1 Komitəsinin ## ######## 1989cu il tarixli, ******/** nömrəli teleqramının icrası ilə əlaqədar Vartaşen Rayon Aqrokomitəsində müvafiq təşkilati tədbirlərin görülməsi tapşırılmış, baş mühəndis Şirinov Möhtərəmə və baş dövlət texniki nəzarət müfəttişi X10 dair göstərişlər verilmişdir.
38. Göründüyü kimi, Oğuz Rayon Dövlət Arxivinin ## ### 2026-cı il tarixli *-**-**RA/*- **/**** nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş Oğuz (keçmiş Vartaşen) Rayon Aqrokombinatının ## ######## 1989-cu il tarixli ** nömrəli əmrlərinin təsdiq edilmiş surətləri Vartaşen Rayon X4 ləğv edilərək onun bazasında yeni təşkilati strukturun - rayon Aqrokombinatının yaradıldığını təsdiq edir.
39. Həmin sənədlərdən göründüyü kimi, aparılmış dəyişikliklər təşkilati-sərəncam xarakterli olmaqla, idarəetmə strukturunun yenidən formalaşdırılmasına yönəlmişdir. Belə ki, idarə aparatının əməkdaşlarının, o cümlədən iddiaçının yeni struktur üzrə eyni vəzifəyə keçirilməsi, onun əmək münasibətlərinin fasiləsiz davam etdirilməsi və əməkhaqqının yeni ştat cədvəlinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur.
40. Eyni zamanda müəyyən edilir ki, baş dövlət texniki nəzarət müfəttişi İddiaçı yeni yaradılmış struktur çərçivəsində əvvəlki vəzifə səlahiyyətlərini icra etməyə davam etmiş, ona həmin vəzifədən irəli gələn xidməti tapşırıqlar verilmişdir.
41. Kollegiya qeyd edir ki, qeyd olunan arxiv sənədləri mübahisəli dövrdə iddiaçının əmək münasibətlərinə xitam verilmədiyini, yalnız dövlət idarəetmə sistemində aparılmış təşkilati islahat nəticəsində fəaliyyət göstərdiyi qurumun adının və strukturunun dəyişdirildiyini təsdiq edir.
42. Bununla yanaşı, həmin sənədlər iddiaçının yerinə yetirdiyi əmək funksiyalarının və tutduğu vəzifənin mahiyyət etibarilə dəyişmədiyini, əmək fəaliyyətinin fasiləsiz şəkildə davam etdiyini göstərir.
43. Beləliklə, Kollegiya hesab edir ki, Vartaşen Rayon X4, onun bazasında yaradılmış Aqrokombinat və sonrakı inzibati struktur arasında təşkilati və funksional davamlılıq mövcud olmuş, iddiaçının əmək fəaliyyəti isə həmin struktur dəyişiklikləri fonunda fasiləsiz şəkildə davam etmişdir.
44. Beləliklə müəyyən edilir ki, iddiaçının işlədiyi orqan əvvəlcə Vartaşen rayon X4, daha sonra Vartaşen Aqrokombinatı, X5 və Ərzaq İdarəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yaradılması ilə əlaqədar olaraq (##.##.1993) rayon X6 adı altında fəaliyyət göstərmişdir.
45. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, iş materiallarına əsasən Vartaşen rayon X4 müxtəlif dövrlərdə Vartaşen Aqrokombinatı, X5 və Ərzaq İdarəsi və Oğuz rayon X6 adları altında fəaliyyət göstərmişdir. X1 Komitəsi müəyyən dövrdə kənd təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində, iddiaçının işlədiyi ##.##.1989-cu il tarixdən ##.##.1993-cü il tarixədək Vartaşen rayon Aqrokombinatı isə X1 Komitəsinin yerli struktur vahidi qismində, yəni dövlət orqanı qismində fəaliyyət göstərmişdir. İstər rayon X4, istərsə də Vartaşen rayon Aqrokombinatının hüquqi statusu, tabeçiliyi və həyata keçirdiyi funksiyaların məzmunu eyni olmuşdur. Bu baxımdan iddiaçı adıçəkilən qurumda işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmasını tələb etməkdə haqlı sayılmalıdır.
46. Bu səbəbdən cavabdehin həmin dövrlərlə bağlı dəlilləri iddianın rədd edilməsi üçün əsas yarada bilməz. Buna görə də Kollegiyanın qənaətinə görə, cavabdeh tərəfindən eyni müəssisənin müxtəlif adlar altında fəaliyyət göstərdiyi dövrlərin bir hissəsinin dövlət qulluğu stajı kimi qəbul edilib, digər hissəsinin qəbul edilməməsi hüquqi və məntiqi əsasdan məhrumdur.
47. Kollegiya qeyd edir ki, müəssisənin adının dəyişməsi – Vartaşen rayon X4 Vartaşen Aqrokombinatı, sonra X5 və Ərzaq İdarəsi və nəhayət Oğuz rayon X6 – texniki nəzarət müfəttişi vəzifəsində yerinə yetirilən funksiyaların mahiyyətinə təsir göstərməmişdir.
48. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə toplanmış bütün sübutlar məcmu halında qiymətləndirildikdə müəyyən edilir ki, iddiaçının işlədiyi dövlət idarəetmə strukturunda yalnız təşkilati dəyişiklik baş vermiş, onun əmək münasibətləri, tutduğu vəzifənin mahiyyəti və yerinə yetirdiyi funksiyalar dəyişməmişdir. Bu baxımdan, yalnız Aqrokombinatın və həmin qurumda mövcud olmuş vəzifələrin Uyğunlaşdırma Siyahısında ayrıca nəzərdə tutulmamasına istinad etməklə mübahisəli dövrün dövlət qulluğu stajına daxil edilməməsi işin faktiki halları ilə uzlaşmır və formal hüquqi yanaşma kimi qiymətləndirilməlidir.
49. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
50. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
51. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hazırki iddiaya münasibətdə imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.