Məhkəmə qərarları › İş №2-1(107)-745/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-745/2025

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-745/2025 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsü sənədi və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətindən həyətyanı məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs2 üçüncü şəxs qismində adi, ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə isə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** saylı qərarı ilə üçüncü şəxs2 mülkiyyətindən həyətyanı məqsədi ilə 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Bu barədə torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Həmçinin torpaq sahəsinin alqı-satqısı üçün üçüncü şəxs2 64 manat məbləğində pul da ödəmişdir. Elə 2006-cı ildən də o, qeyd olunan torpaq sahəsindən hazırki vaxtadək istifadə edir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə müraciətinə Cavabdeh publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərin düzgünlüyü Ərazi idarəsinin arxiv materiallarına əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi yüksək gərginlikli hava elektrik xəttinin (110 kvt-luq) mühafizəsində yerləşir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında ##.##.2024-cü il tarixli Qərarına əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və Qeydiyyat orqanının vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir.

5. Üçüncü şəxs iddia tələbinə münasibət (etiraz) bildirməmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim X2) ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh ** saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsü sənədi və reyestrdən çıxarışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarında bələdiyyənin alqı-satqı predmeti olan torpaqlarından 0,04 ha torpaq sahəsinin həyətyanı məqsədilə İddiaçı satılması qərara alınmış, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, ayrılmış torpaq sahəsinin sxemi hazırlanmış və iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. - Sözügedən torpaq sahəsi ilə bağlı DT və XK-nin Yevlax rayon şöbəsinin rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararlı olmasını qeyd etmişdir. Hazırkı iş üzrə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya satılmış və faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi X7 Uçotu informasiya Sistemi”ndəki xəritəsinə əsasən iddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. - Cavabdeh orqanın ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddia olunan torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası – meyvə bağlarıdır. üçüncü şəxs2 ##.##.2006-ci il tarixli *** nömrəli qərarı ilə həmin torpaq sahəsi iddiaçıya satılarkən sözügedən torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin ərazisinə aid olmuşdur. - Məhkəmə xüsusilə qeyd etmişdir ki, ümumiyyətlə Yevlax rayon Havarlı bələdiyyəsinin sözügedən torpaq sahəsinin iddiaçıya satmaq səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin ##.##.2006cı il tarixli *** saylı qərarı qəbul edilənədək artıq Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. - Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, bələdiyyənin ##.##.2006-ci il tarixli *** saylı qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Yəni, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahələrinə aid olmaqla bərabər, həm də Yevlax rayon Havarlı bələdiyyəsinin ərazisinə aid olmadığından bələdiyyənin ##.##.2006-cı il tarixli *** saylı qərarı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. - Göründüyü kimi Havarlı bələdiyyəsinin iddiaçıya həyətyanı məqsədi ilə 0.04 ha torpaq sahəsinin satılması ilə bağlı ##.##.2006-cı il tarixli *** saylı qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. - “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il ## ###### tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. - İddiaçının etimad hüququnun qorunmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsində qeyd edilir ki, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - Məhkəmə hesab etmişdir ki, digər bələdiyyənin ərazisinə aid olan bələdiyyə ehtiyat fondunun meyvə bağları təyinatlı torpaq sahəsinin iddiaçıya satılması torpaq sahəsinin yerləşdiyi ərazi üzrə digər şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, o cümlədən dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurur. - Belə ki, meyvə bağları uqodiyalı torpaq sahələrinin təyinatı üzrə istifadə olunması kənd təsərrüfatı istehsalının səmərəli təşkili, bağçılığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. - Cavabdeh imtina məktubundan və iddia qarşı etirazından görünür ki, iddiaçının müraciətindən imtina səbəbi həmin torpaq sahəsinin üzərindən keçən yüksək gərginlikli hava elektrik xəttinin keçməsi ilə bağlı olmuşdur. - Qanunvericiliyn tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, ***/**** nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). - Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə zidd olsa belə məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallar iddia tələbinin əsassız olması qənaətinə gəlir.

8. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(***)-***/**** nömrəli iş üzrə cavabdeh Cavabdeh PHŞ-nin ** saylı Yevlax Ərazi İdarəsi – prossesual hüquq varisi Cavabdeh PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə qəti olaraq razı deyildir. Belə ki, oxşar məsələ ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında *-*(***)-***/**** saylı inzibati iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Həmin iş üzrə Apellyasiya Məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin Aparatının ## #### 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR X1 heyətinin # #### 1962-ci il tarixli Fərmanı ilə Havarlı kəndi Mingəçevir şəhərindən Yevlax rayonun inzibati tabeliyinə verilmişdir. # ###### 1977-ci il tarixinə olan vəziyyətə görə tərtib edilmiş Azərbaycan SSR inzibati-ərazi bölgüsündə Havarlı kəndi Yevlax rayonun tərkibində qeyd olunmuşdur. - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda Havarlı bələdiyyəsi Yevlax rayonunun bələdiyyələrindən biri kimi qeyd olunmuşdur. - Göründüyü kimi, üçüncü şəxs2 ##.##.2006-cı il tarixli, *** nömrəli qərarı ilə ona 0.04 hektar torpaq sahəsi satılarkən sözügedən torpaq sahəsi üçüncü şəxs2 mülkiyyətində olmuşdur. - Lakin, işə baxan Şəki İnzibati Məhkəməsi bu halları nəzərə almamış, işi tam və hər tərəfli araşdırmamış və bununla da qanunsuz və əsassız qərar qəbul etmişdir. - Hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri ona münasibətdə aid olmadığından, iddia tələbi tam əsaslı və qanunidir. - Onu da qeyd edir ki, Şəki İnzibati Məhkəməsi işə baxarkən onun tərəfindən təqdim edilmiş sübutlara lazımi qiymət verməmiş və nəticədə də düzgün olmayan qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, üçüncü şəxslər isə kollegiyanın iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Həmçinin üçüncü şəxs üçüncü şəxs2 ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

15. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; ... Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə 5.2. mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. (-). Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativhüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri (-).

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (## ###### 2008-ci ilə qədər qüvvədə olan redaksiya). 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsü sənədi və reyestrdən çıxarışın verilməsinə nail olmaqdır.

30. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** saylı qərarı ilə üçüncü şəxs2 mülkiyyətindən həyətyanı məqsədi ilə 0,04 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xəttinin keçməsi əsas göstərilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir.

31. Kollegiya bildirir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə ona 0,04 ha torpaq sahəsi satıldığı zaman həmin torpaq sahəsi üçüncü şəxs2 mülkiyyətində olmuşdur və buna görə də həmin qərar onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilməlidir.

32. İş üzrə hərtərəfli, obyektiv və ədalətli araşdırmanın təmin edilməsi məqsədilə Kollegiya tərəfindən Cavabdeh ** saylı Yevlax Ərazi İdarəsinə mübahisəli torpaq sahəsinin hüquqi statusu, yerləşdiyi inzibati ərazi vahidi, ilkin torpaqayırma sənədlərinə uyğunluğu və torpaq kateqoriyası ilə bağlı məlumatların təqdim edilməsi barədə sorğu ünvanlanmışdır.

33. Cavabdeh ** saylı Yevlax Ərazi İdarəsinin sorğuya cavab olaraq təqdim edilmiş ## ##### 2026-cı il tarixli, **-**-*-**/*-****/**** nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi “Tərəvəzçilik-südçülük sovxozu”nun 2006-cı ilə aid DWJ xəritələrində göstərilən ərazi hüdudları daxilində deyil. Torpaq sahəsi iddiaçıya ayrılarkən Mingəçevir bələdiyyəsinin mülkiyyətində olmuşdur. İddia olunan torpaq sahəsinin yerləşdiyi əraziyə aid məlumatlar (xəritə materialları) Ərazi İdarəsində mövcud olmadığından, hansı bağçılıq üçün ayrılmış əraziyə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. - İddiaçı İddiaçı Yevlax rayonu, Havarlı Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə 0.04 ha torpaq sahəsi satılarkən sözügedən torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətində olmuşdur. - İddia olunan torpaq sahəsinə bitişik üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələri mövcud olmadığından, torpaqayırma sənədlərinin təsdiq edilmiş surətlərinin verilməsi mümkün olmamışdır. - İddiaçı İddiaçı Yevlax rayonu, Havarlı Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə 0.04 ha torpaq sahəsi Mingəçevir şəhər inzibati dairəsinə hansı tarixdə verilməsi barədə məlumatların verilməsi ilə bağlı bildiririk ki, Cavabdeh X3 tabeliyindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin arxivində mövcud olan Azərbaycan Ali Soveti Rəyasət Heyətinin 0# #### 1962-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş xəritəyə əsasən Mingəçevir şəhərinin inzibati sərhədi daxilində yerləşir.

34. Kollegiya ilk növbədə mübahisəli torpaq sahəsinin aid olduğu inzibati və mülkiyyət ərazisinə hüquqi qiymət verərək qeyd edir ki, torpaq sahəsinin hansı inzibati ərazi vahidinə aid olması həmin torpaq üzərində sərəncam vermək səlahiyyətinin müəyyən edilməsi baxımından həlledici hüquqi əhəmiyyət daşıyır.

35. İş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi iddiaçının apellyasiya şikayətində qeyd etdiklərinin əksinə olaraq üçüncü şəxs2 deyil, Mingəçevir bələdiyyəsinin inzibati və mülkiyyət ərazisinə aid olmuşdur.

36. Göründüyü kimi, ## ##### 2026-cı il tarixli, **-**-*-**/*-****/**** nömrəli məktub və ona əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, üçüncü şəxs2 ##.##.2006-ci il tarixli *** nömrəli qərarı ilə həmin torpaq sahəsi iddiaçıya satılarkən sözügedən torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin ərazisinə aid olmuşdur. Bu isə o deməkdir ki, üçüncü şəxs2 həmin torpaq sahəsinə münasibətdə hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır.

37. Daha sonra Kollegiya qeyd edir ki, iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin ona məhz üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə satıldığını bildirmiş və həmin qərarı hüquqmüəyyənedici sənəd kimi təqdim etmişdir.

38. Lakin iş materiallarında olan ## ##### 2026-cı il tarixli, **-**-*-**/*-****/**** nömrəli məktubdan müəyyən olunur ki, iddia olunan torpaq sahəsi “Tərəvəzçilik-südçülük sovxozu”nun 2006-cı ilə aid DWJ xəritələrində göstərilən ərazi hüdudları daxilində yerləşmir.

39. Kollegiya bu xüsusata ayrıca hüquqi qiymət verərək bildirir ki, əgər torpaq sahəsi bələdiyyə qərarı əsasında ayrılmış və ya satılmışdırsa, həmin torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə, habelə DWJ xəritələrində göstərilən sərhədlərə uyğun olaraq müvafiq bələdiyyənin səlahiyyət dairəsinə aid ərazidə yerləşməli idi. Halbuki iş materialları ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsi ümumiyyətlə “Tərəvəzçilik-südçülük sovxozu”nun əhatə etdiyi ərazi daxilində deyil, Mingəçevir şəhəri ərazisində yerləşir. Bu hal isə iddiaçının təqdim etdiyi bələdiyyə qərarının mübahisəli torpaq sahəsinə aid edilməsini şübhə altına alır.

40. Belə olan halda, üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** nömrəli qərarı mübahisəli torpaq sahəsinə aid edilə və əmlak hüquqlarının dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Çünki bu zaman Yevlax rayonu Havarlı kənd bələdiyyəsi digər inzibati ərazi vahidinin hüdudları daxilində yerləşən və faktiki olaraq öz inzibati sərhədlərindən kənarda olan torpaq sahəsinə dair qərar qəbul etməklə qanunla müəyyən edilmiş səlahiyyət həddini aşmış hesab olunur.

41. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən, bələdiyyələrin torpaq münasibətlərinin tənzimlənməsi sahəsində səlahiyyətləri yalnız onların inzibati əraziləri daxilində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə sahiblik, istifadə və sərəncam verməklə məhdudlaşır.

42. İstinad olunan normanın mənasına görə, bələdiyyə yalnız öz inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri üzərində hüquqi hərəkətlər həyata keçirə bilər. Buna görə də, bələdiyyənin öz inzibati sərhədlərindən kənarda yerləşən torpaq sahəsinə münasibətdə torpaqayırma fəaliyyəti həyata keçirməsi qanunla müəyyən edilmiş səlahiyyət çərçivəsinə zidd olmaqla səlahiyyətsiz inzibati orqanın fəaliyyəti kimi qiymətləndirilməlidir.

43. Belə olan halda, bələdiyyənin məkan baxımından səlahiyyətsiz inzibati orqan kimi qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati akt hesab edilməli və hər hansı hüquqi nəticə yaratmamalıdır. Çünki inzibati orqanın səlahiyyət həddindən kənar qəbul etdiyi akt hüquqi qüvvəyə malik hesab edilə bilməz.

44. Göründüyü kimi, Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** nömrəli qərarı mübahisəli torpaq sahəsinə aid edildiyi halda etibarsız inzibati akt hesab edilməlidir. Bu səbəbdən həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqi əsas hesab oluna bilməz.

45. Kollegiya daha sonra torpaq sahəsinin kateqoriyasına qiymət verərək bildirir ki, iş materiallarında olan DT və XK-nın Yevlax rayon şöbəsinin rəyindən görünür ki, vətəndaşa satılması nəzərdə tutulan 0,04 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsinə aiddir. Həmin rəy torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi baxımından mühüm sübut olmaqla torpağın təyinatının dəyişdirilmədiyini təsdiq edir.

46. Eyni zamanda, iş materiallarında olan cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi “X7 Uçotu İnformasiya Sistemi”ndə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş, konkret olaraq meyvə bağları uqodiyası kimi qeyd olunmuş və Mingəçevir bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi kimi uçota alınmışdır.

47. Bu hal mübahisəli torpaq sahəsinin həm hüquqi statusuna, həm də faktiki istifadə xüsusiyyətlərinə görə kənd təsərrüfatı təyinatlı və kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğunu bir daha təsdiq edir. Kollegiya hesab edir ki, torpaq sahəsinin təyinatı dəyişdirilmədən və qanunvericiliklə müəyyən olunmuş prosedurlar həyata keçirilmədən həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qanunvericiliyin imperativ tələblərinə uyğun hesab edilə bilməz.

48. Bununla yanaşı, ilkin torpaqayırma sənədlərində torpaq sahəsinin koordinatlarının göstərilməməsi və həmin məlumatların elektron informasiya bazasında mövcud olmaması səbəbindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə naturada göstərilən torpaq sahəsinin eyniliyi tam dəqiqliklə müəyyən edilə bilməmişdir. Lakin Kollegiya hesab edir ki, bu texniki çatışmazlıq torpaq sahəsinin hüquqi rejiminə təsir göstərmir. Belə ki, mövcud kadastr məlumatları, elektron uçot sistemi və mütəxəssis rəyləri həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı və kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğunu kifayət qədər təsdiq edir.

49. Məhkəmə kollegiyası yaranmış mövcud mübahisəyə münasibətdə onu da qeyd edir ki, hazırkı qərarda istinad olunan normalara əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi - istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Digər növlərə (əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar) münasibətdə az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolverilən olduğu halda, örüş, otlaq və biçənək torpaqlarına münasibətdə qanunverici torpağın yararlılığını fərqləndirmədən belə təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini qadağan etmişdir. Belə torpaqlar fiziki şəxslərə yalnız istifadəyə və icarəyə verilə bilər.

50. Qanunvericiliyin tələblərinə əsasən kənd təsərrüfatına yararlı torpaq sahələri xüsusi mülkiyyətə verilmək məqsədilə alqı-satqının predmeti ola bilməz. Bu norma torpaqların məqsədli istifadəsinin təmin olunması, kənd təsərrüfatı fondunun qorunması, torpaq ehtiyatlarının səmərəli idarə edilməsi və kənd təsərrüfatına yararlı torpaqların qanunsuz dövriyyəsinin qarşısının alınmasına xidmət edən imperativ hüquq normasıdır.

51. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, iddiaçıya ayrılmış və onun tərəfindən istifadə edilən 0,04 ha torpaq sahəsi həm ayrıldığı dövrdə, həm də hazırkı vəziyyətdə kənd təsərrüfatı təyinatlı, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahəsi olmuşdur.

52. Odur ki, sözügedən torpaq sahəsi 2006-cı il tarixdə iddiaçıya ayrılarkən torpağın kənd təsərrüfatına yararlı torpaq sahəsi olması iş materialları öz təsdiqini tapmışdır. Yuxarıda aparılan dəyərləndirməyə əsasən isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin mülkiyyətə verilməsinin yolverilməz olduğu qeyd olunmuşdur.

53. Eyni zamanda həmin torpaq sahəsinin üçüncü şəxs2 deyil, Mingəçevir bələdiyyəsinin inzibati və mülkiyyət ərazisinə aid olduğu, habelə “Tərəvəzçilik-südçülük sovxozu”nun DWJ xəritələrində göstərilən sərhədləri daxilində yerləşmədiyi müəyyən edilmişdir.

54. Bu səbəbdən həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla hüquqi baxımdan əsassız hesab edilməli və üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** nömrəli qərarı iddiaçının mülkiyyət hüququnun yaranması və dövlət qeydiyyatına alınması üçün hüquqi əsas kimi qəbul edilməməlidir.

55. Göründüyü kimi, iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** nömrəli qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar (etibarlı hüquqmüəyyənedici sənəd) mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

57. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

58. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

59. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxs2 ##.##.2006-cı il tarixli *** nömrəli qərarı ilə verilmiş kənd təsərrüfatına yararlı 0,04 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

60. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar