Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(107)-749/2025 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndələri X3 və nümayəndə3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarına əsasən iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı 2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.
3. Cavabdeh orqan Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1(116)- ***/**** nömrəli qərarından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Cavabdeh orqan Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023- cü il tarixli *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti vermiş, Azərbyacan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı qanuni qüvvəsini almış və məhkəmənin ##.##.2024-cü il tarixli məktubu ilə həmin qərar cavabdehə göndərilərək, qərarın icra edilməsi və qərarın icra olunduğunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin orqana bir ay müddət müəyyən edilmiş, həmçinin, əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. Cavabdeh orqanın ##.##.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarının icrası məqsədilə X7 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilərək 393 manat məbləğində müəyyən edilmiş və sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılmışdır.
7. Cavabdeh orqan ##.##.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2-1(102)- **/**** nömrəli qərarının icrası məqsədilə X7 əmək pensiyası barpa edilərək 393,00 manat məbləğində müəyyən edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan ümumilikdə 7838,88 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 7838,88 manat fərq məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə ##.##.2024-##.##.2026-cı il tarixləri arasındakı dövr ərzində hər ay 326,62 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır.
8. Bundan sonra cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı “iddiaçıya təyin edilmiş əmək pensiyası haqqında Qərarın ləğv olunması haqqında” qərar qəbul edilmiş, qərarda IIHQ-nun 21.2, 67.1 və 67.8-ci maddələrinə əsasən iddiaçıya ilkin pensiyanın təyin edilməsi barədə qərarın ləğv edilməsi, əmək pensiyasının ödənişinin dayandırılması, artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, iddiaçıya bununla bağlı IIHQ-nun 67.13-cü maddəsinin tələblərinə uyğun məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
9. Cavabdeh orqan ##.##.2025-ci il tarixli məktubunda bildirmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, Qanunun 9.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına ## #### 2025-ci il 3-17-1/2-144740/2025 imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələrində və bölmələrində (c) orta və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, ##.##.1981-##.##.2016-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanasında tibb qardaşı vəzifəsində işlədiyi müəyyən olunmuşdur. İddiaçı işlədiyi “Şəki Rayonlararası Psixiatriya” Xəstəxanası yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicəprofilaktika idarələri və bölmələri sahəsinə aid deyil. Bu səbəbdən də, adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı ##.##.2016-cı il tarixindən Fondun Şəki rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Bu səbəbdən də, onun pensiya ödənişi ##.##.2022-ci il tarixindən dayandırılıb. Bundan sonra İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi üçün məhkəmədə iddia qaldırıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2024-cü il tarixli 2-1(102)- **/**** nömrəli qərarı ilə adıçəkilən şəxsin iddiası inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilib. Bununla əlaqədar, onun əmək pensiyası 2022-ci ilin iyul ayından 291,46 manat (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 393,00 manat) məbləğində müəyyən edilməklə 2024-cü ilin iyul ayında bərpa olunub, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 7838,88 manat pul vəsaiti hesablanıb. Həmin vəsait 2024- cü ilin iyul ayından etibarən hər ay 326,62 manat olmaqla onun əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildiririk ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Bununla əlaqədar olaraq, daha sonra İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə əlaqədar “Inzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında adıçəkilən şəxsin mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona ## #### 2024-cü il tarixində məktub göndərilməklə # ###### 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin göstərilən müddət ərzində adıçəkilən şəxs Mərkəzi Filiala gəlməyib. Sonra isə İddiaçı vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2024-cü ilin sentyabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, İddiaçı son üç il üzrə 9569,74 (ötən dövr üzrə ödənilən pul vəsaiti nəzərə alınmadan) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda, müvafiq məhkəmə qərarına əsasən ötən dövr üzrə hesablanmış 7838,88 manat pul vəsaitinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaitinin məbləği də hissə-hissə artır. Həmin fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra isə İddiaçı artıq ödənilmiş pul vəsaiti 17408,62 manat təşkil edəcəkdir.
10. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubu ilə həmin qərar cavabdehə göndərilərək, qərarın icra edilməsi və qərarın icra olunduğunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin orqana 15 gün müddət müəyyən edilmiş, həmçinin, əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə təkrarən xəbərdarlıq edilmişdir.
11. Cavabdeh orqan etiraza əlavə məktubu göndərərək aşağıdakıları qeyd etmişdir: - Icraatda olan *-*(***)-***/**** nömrəli iş üzrə məhkəmə qərarının icrası tam başa çatdırılmışdır. Belə ki, qeyd olunan iş üzrə yekun qərar olan Ali Məhkəmənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2024-cü il tarixli 2-1(102)- **/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı 2022-ci ilin iyul ayından ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi Mərkəzi Filialın üzərinə qoyulmuşdur. Mərkəzi Filial tərəfindən məhkəmənin mövqeyi əsas götürülməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı İddiaçı barəsində düzgün inzibati icraat aparılmış, Ali Məhkəmənin Inzibati Kollegiyasının # #### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı icra edilmişdir. Eyni zamanda, o da vurğulanmışdır ki, Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən üç ulduz (***) nişanı verilmiş ##.##.2023-cü il tarixli 2-1(102)- ***/**** nömrəli qərarında göstərilmişdir ki, əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi deyil, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq yeni inzibati aktın qəbul edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmuşsa, o halda cavabdeh iddiaçının müraciətinə yenidən baxmalı, lakin bu zaman qərar qəbul edarkən məhkəmə tərəfindən artıq bəyan olunmuş hüquqi mövqeləri də mütləq nəzərə almalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, məhkəmənin hüquqi mövqeyini nəzərə alımaqla məsələyə yenidən baxarkən cavabdeh bütün hallarda iddiaçının xeyrinə qərar qəbul etmək öhdəliyi daşımır Cavabdehdən bu vəziyyətlərdə gözlənilən odur ki, o, məsələyə yenidən baxarkən məhkəmənin hüquqi mövqelərini nəzərə almaqla icraat aparsın. Bunun üçün isə yeni icraat nəticəsində qəbul edilmiş qərardan aydın görünməlidir ki, cavabdeh məsələ üzrə məhkəmənin hüquqi mövqelərinin nələrdən ibarət olduğunu görüb, anlayıb və onlardan irəli gələn qaydada və həcmdə araşdırmanı həyata keçirib, eləcə də hüquqi qiymətləndirilməni aparıb. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin ##.##.2024cü il tarixli 2-1(102)- ****/**** nömrəli qərarının icrasının təmin edildiyi nəzərə alınması xahiş edilmişdir.
12. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim X2) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan X8 Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarların icra olunmamasını 50.000 manatadək cərimə ilə sanksiyalaşdırır. Məhkəmənin məktubu cavabdehə çatdırılsa da, təyin olunmuş müddət ərzində məhkəmə qərarının icrasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddiaçı ərizələr göndərərək məhkəmə qərarının tam icra edilmədiyini bildirmişdir. Ona görə də, borcluya cərimənin tətbiqi məsələsinə baxılması üçün məhkəmə iclası ##.##.2025-ci il və ##.##.2025-ci il tarixinə təyin edilərək tərəflərə bu barədə məlumat verilmişdir. Ötən müddət ərzində cavabdeh məhkəmə qərarını icra etməmişdir. Hazırkı iş üzrə məhkəmə qərarı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən icra edilmədiyinə görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən cavabdeh orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün 300 manat həddində cərimə məbləği təyin edilməlidir.
14. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayətinin dəlillərini iddiaçının ərizəsinə etiraz və etiraza əlavənin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
17. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Emi Əlvəndov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının etimad hüququ ilə bağlı məsləyə toxunulsa idi pensiyanı bərpa etməli olardılar. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etmişdir ki, güzəştli şərtlərlə pensiya təyinatı zamanı şərt odur ki, şəxs güzəştli şərtlər nəzərdə tutan işlərdə işləməsi ilə bağlı arayış təqdim etməlidir. Iddiaçı tərəfindən arayış təqdim edilsə də, iddiaçının güzəştli şərtlərlər nəzərdə tutan işlərdə işləməsi həmin arayışda öz əksini tapmamışdır. Iddiaçı “Şəki Rayonlararası Psixiatriya” xəstəxanasında tibb qardaşı vəzifəsində işləməsi iş materiallarında öz əksini tapsa da, onun əməyinin güzəştli şərtlərlər nəzərdə tutan işlərə aid olub-olmaması öz əksini tapmamışdır. Odur ki, səhv və ya təhrif olunmuş arayış təqdim olunduğuna görə, etimad hüququ bu münasibətə ümumiyyətlə yaranmamış və hüquq yaranmadığından ona münasibət bildirilməsinin əhəmiyyəti olmamışdır. Yanaşmaları bu formada olmasına baxmayaraq onun qərarda əks etdirə bilməməsinin səbəbi qanunvericilikdə pensiyaların ləğv olunması ilə bağlı qərar nümunəsinin öz əksini tapmamasıdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 120. Inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
19. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli 10№li Qərarı: Bənd 26. IPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Həmin Qərarın 27-ci bəndində izah edilir ki, IPM-in 120.3 və 120.4-cü maddələrinə görə, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normalara əsasən, təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. Inzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə IPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqan barəsində cərimə tətbiq etməsi işin halları, qüvvədə olan məhkəmə aktının məzmunu və həmin aktın icra vəziyyəti baxımından qanuni və əsaslı olmuşdur.
22. Cavabdehin məhkəmə aktında nəzərdə tutulmuş qaydada davranıbdavranmadığını müəyyən etmək üçün onun qəbul etdiyi yeni qərarın (o cümlədən əvvəlki qərara edilmiş dəyişikliyin) məzmun və mahiyyəti təhlil olunmuşdur. Belə ki, cavabdehdən gözlənilən odur ki, məsələyə yenidən baxılarkən məhkəmənin hüquqi mövqeləri nəzərə almaqla icraat aparılsın.
23. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə qərarının icra edilməməsi faktının özü birmənalı olaraq inzibati orqanın təqsirli davranışı kimi qiymətləndirilə bilməz. Cərimə o halda tətbiq edilməlidir ki, məhkəmə icranın baş tutmamasının səbəblərini araşdırsın və həmin səbəblərə hüquqi qiymət versin. Hazırkı iş üzrə aparılmış icraatdan cavabdeh orqanın məhkəmənin hüquqi mövqeyinə uyğun qərar qəbul etməsi müəyyən edilmir.
24. Lakin nə tədqiq edilən ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərardan (ona edilmiş dəyişiklikdən), nə də əlavə edilmiş icraat materiallarından məhkəmə qərarının mahiyyəti üzrə icrası, IIHQ-nun 13-cü və 67.5-ci maddələri baxımından məhkəmə qərarında bəyan olunmuş hüquqi mövqelərin nəzərə alınması, bildirilmiş hüquqi mövqelərdən irəli gələn qaydada inzibati icraat və hüquqi dəyərləndirmə aparılması müəyyən edilmir.
25. Cavabdeh orqan “əmək pensiyasının dayandırılması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarında “məhkəmə qərarına əsasən keçmiş dövr ödənilsin” qeydi göstərilməklə, iddiaçıya ##.##.2024-##.##.2024-cü illər üzrə 393 manat pensiya ödənişinin aparılmasını nəzərdə tutmuşdur.
26. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarında iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Yəni, məhkəmə aktı ilə cavabdeh orqanın üzərində hər hansı ödənişin verilməsi öhdəliyi qoyulmamış, əksinə iddiaçının pensiyasının bərpası məsələsinə həmin qərarda ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, xüsusi olaraq vurğulanmışdır ki, iddiaçıya əvvəllər təyin edilmiş pensiya əlverişli inzibati aktın nəticəsi olduğundan, həmin aktın ləğvi “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin bütün tələbləri, o cümlədən şəxsin etimad hüququnun qorunması ilə bağlı 67.5-ci maddə nəzərə alınmaqla həyata keçirilməlidir. Odur ki, cavabdeh yeni icraat zamanı yalnız pensiya hüququnun ilkin yaranma şərtlərini deyil, həm də uzun müddət qüvvədə olmuş inzibati aktın doğurduğu etimadın qanunla qorunubqorunmadığını araşdırmalı idi.
27. Bu isə öz növbəsində iddiaçının həmin vəsaiti xərcləyib-xərcləməməsinin, onu geri qaytarmaq imkanının olub-olmamasının, qaytarma halında əhəmiyyətli zərərə məruz qalıb-qalmayacağının, habelə etimadın qorunmasını istisna edən halların mövcud olubolmamasının ayrıca qiymətləndirilməsini tələb edirdi. Cavabdeh məhz bu halları araşdırıb qiymətləndirməklə “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinin tətbiqinin niyə iddiaçının xeyrinə nəticə doğurmadığını əsaslandırmalı idi.
28. Iş materiallarından görünür ki, cavabdeh orqan əvvəlcə Ali Məhkəmənin qərarının icrası adı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını bərpa etmiş, onu 393 manat məbləğində müəyyən etmiş, ötən dövr üzrə 7838,88 manat fərq məbləğini hesablamış və həmin məbləğin hissə-hissə ödənilməsinə başlamışdır. Qeyd olunan hallar onu göstərir ki, cavabdeh ilkin mərhələdə iddiaçının hüquqi vəziyyətinin bərpa olunmalı olduğunu qəbul etmiş, lakin sonradan yeni inzibati icraat başladığını bildirərək, faktiki olaraq əvvəlki mövqeyinə qayıtmış, yenidən iddiaçının işlədiyi müəssisənin “Siyahı”ya daxil olmadığını əsas gətirməklə ilkin pensiya təyinatına dair qərarı ləğv etmiş və pensiya ödənişini dayandırmışdır.
29. Cavabdeh orqan bu mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının # #### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarına uyğun icraat aparması, məhkəmə qərarını düzgün icra etməsi və həmin qərarın icrası ilə bağlı iddiaçının xeyrinə qərar qəbul etmək öhdəliyini daşımaması ilə əsaslandırmışdır.
30. Məhkəmə aktının icrası ilə bağlı istinad edilən qərarda qeyd olunmuşdur ki, “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (23cü bənd).
31. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı “iddiaçıya təyin edilmiş əmək pensiyası haqqında Qərarın ləğv olunması haqqında” qərarda IIHQ-nun 21.2, 67.1 və 67.8-ci maddələrinə əsasən iddiaçıya ilkin pensiyanın təyin edilməsi barədə qərarın ləğv edilməsi, əmək pensiyasının ödənişinin dayandırılması, artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, iddiaçıya bununla bağlı IIHQ-nun 67.13-cü maddəsinin tələblərinə uyğun məlumat verilməsi və artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır.
32. Cavabdeh orqan özü də, apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli üç ulduz nişanı verilmiş qərarda ifadə olunmuş hüquqi mövqeyə istinad edilmişdir. Belə ki, sözügedən qərarda ali məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ... əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi deyil, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq yeni inzibati aktın qəbul edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmuşsa, o halda, cavabdeh iddiaçının müraciətinə yenidən baxmalı, lakin bu zaman qərar qəbul edərkən məhkəmə tərəfindən artıq bəyan olunmuş hüquqi mövqeləri də mütləq nəzərə almalıdır... Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxarkən cavabdeh bütün hallarda iddiaçının xeyrinə qərar qəbul etmək öhdəliyi daşımır. Cavabdehdən bu vəziyyətlərdə gözlənilən odur ki, o, məsələyə yenidən baxarkən məhkəmənin hüquqi mövqelərini nəzərə almaqla icraat aparsın. Bunun üçün isə yeni icraat nəticəsində qəbul edilmiş qərardan aydın görünməlidir ki, cavabdeh məsələ üzrə məhkəmənin hüquqi mövqelərinin nələrdən ibarət olduğunu görüb, anlayıb və onlardan irəli gələn qaydada və həcmdə araşdırmanı həyata keçirib, eləcə də hüquqi qiymətləndirməni aparıb (34-35-ci bəndlər).
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının üç ulduz nişanı verilmiş *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında aşağıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır:
1. Məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.
2. Cavabdeh orqanın üzərinə qoyulmuş öhdəliyin xarakterindən asılı olaraq icra ilə bağlı həyata keçirilməli hərəkətlər fərqli ola bilər. Belə ki, əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdursa, borclu inzibati orqan məhz həmin məzmunlu inzibati akt qəbul etdikdə, icra baş tutmuş sayılır. Lakin əgər qərarda konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi deyil, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq yeni inzibati aktın qəbul edilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyulmuşsa, o halda, cavabdeh iddiaçının müraciətinə yenidən baxmalı, lakin bu zaman qərar qəbul edərkən məhkəmə tərəfindən artıq bəyan olunmuş hüquqi mövqeləri də mütləq nəzərə almalıdır. Bu vəziyyətdə qiymətləndirilmə olan əsas məsələ ondan ibarətdir ki, iddiaçının müraciətinə yenidən baxarkən cavabdeh məhkəmə qərarında məsələyə dair bildirilmiş hüquqi mövqelərdən irəli gələn qaydada inzibati icraat və hüquqi dəyərləndirmə aparmışdırmı? Cavabdehin bu qaydada davranıbdavranmadığını müəyyən etmək üçün isə onun qəbul etdiyi yeni qərarın məzmun və mahiyyəti təhlil olunmalıdır.
3. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxarkən cavabdeh bütün hallarda iddiaçının xeyrinə qərar qəbul etmək öhdəliyi daşımır. Cavabdehdən bu vəziyyətlərdə gözlənilən odur ki, o, məsələyə yenidən baxarkən məhkəmənin hüquqi mövqelərini nəzərə almaqla icraat aparsın. Bunun üçün isə yeni icraat nəticəsində qəbul edilmiş qərardan aydın görünməlidir ki, cavabdeh məsələ üzrə məhkəmənin hüquqi mövqelərinin nələrdən ibarət olduğunu görüb, anlayıb və onlardan irəli gələn qaydada və həcmdə araşdırmanı həyata keçirib, eləcə də hüquqi qiymətləndirməni aparıb.
4. Bununla əlaqədar ilk növbədə borclu inzibati orqan tərəfindən məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul edilmiş qərarın “formal icra” olub-olmadığına qiymət verilməlidir. Həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərini məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonra icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin tətbiqi müzakirə olunmalıdır.
34. Ali Məhkəmənin üç ulduz nişanı verdiyi yuxarıda istinad olunmuş qərarlarında vurğulandığı kimi cavabdehin yeni icraat nəticəsində qəbul etdiyi qərardan aydın görünməlidir ki, cavabdeh məsələ üzrə məhkəmənin hüquqi mövqelərinin nələrdən ibarət olduğunu görüb, anlayıb və onlardan irəli gələn qaydada və həcmdə araşdırmanı həyata keçirib, eləcə də hüquqi qiymətləndirməni aparıb.
35. Hazırkı vəziyyətdə icra hərəkətlərinin məzmunu nəzərə alınmaqla qiymətləndirmə aparıldıqda “formal icra”-nın mövcudluğu qənaəti yaranır. Belə ki, tədqiq edilən qərarda ümumiyyətlə IIHQ-nun 13-cü və 67.5-ci maddələrinə uyğun aparılmış icraatın nəticələrinə dair qiymətləndirmə öz əksini tapmamışdır.
36. Iş materiallarından göründüyü kimi cavabdeh orqan özü də, əvvəlki qərarının qüsurlu olmasının fərqindədir və birinci instansiya məhkəməsi cərimə tətbiq etdiyi anda (o cümlədən hazırkı vəziyyətdə) məhkəmə qərarı lazımi qaydada icra edilməmişdir.
37. Belə ki, cavabdeh orqan ##.##.2026-cı il tarixdə əvvəlki qərara dəyişiklik edilməsi barədə qərar qəbul etmiş və əvvəlki qərarın birinci sətrinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: - iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərar inizbati icraat haqqında qanunun 21.2, 67.1, 67.5, 67.6.2 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilsin.
38. Beləliklə, cavabdeh orqan hesab edir ki, artıq etimad hüququ ilə bağlı məsələyə toxunulduğundan və qərarın mətninə bununla bağlı düzəliş edildiyindən məhkəmə aktı tam icra olunmuş hesab edilməli və cərimə tətbiq edilməməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan ##.##.2026-cı il tarixli qərarla əvvəlki qərarın birinci sətrinə yeni maddi hüquq normalarına istinadlar əlavə etmiş, lakin “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsi baxımından hansı faktların müəyyən edilməsi, iddiaçının etimad hüququnun niyə qorunmaması, etimad hüququnun tətbiqini istisna edən hallar, bu istiqamətdə hansı araşdırmanın aparılması və gəlinən hüquqi qənaət əsaslandırılmamışdır. Buna görə də, qərarın mətninə sonradan edilmiş formal dəyişikliklər yuxarıda qeyd edilmiş hüquqi mövqenin nəzərə alınması və məhkəmə aktının mahiyyətinə uyğun icra edilməsi kimi qiymətləndirilə bilməz.
40. Cavabdeh orqan məhkəmə kollegiyasına təqdim etdiyi yazılı münasibətində iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri sənədin, o cümlədən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilmədiyini və buna görə ilkin pensiya təyinatının qanunvericiliyə uyğun olmadığını və onun etimad hüququ qanunun 67.6.2-ci maddəsinə əsasən qorunmadığını bildirmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın qeyd etdiyi hallar özözlüyündə əvvəllər qəbul edilmiş əlverişli inzibati aktın ləğvinə kifayət etmir. Cavabdeh, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin aktın qanunsuz sayılması halında belə iddiaçının etimad hüququnun qorunubqorunmamasını ayrıca araşdırmalı və bu məsələyə hüquqi qiymət verməli idi.
42. Digər tərəfdən cavabdeh orqanın sonradan qərarın mətninə düzəliş etməsi özüözlüyündə göstərir ki, əvvəlki qərar qüsurlu olmuş və Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmamışdır. Başqa sözlə əgər əvvəlki qərar tələb olunan səviyyədə əsaslandırılmış və məhkəmə qərarına uyğun olmuş olsaydı, sonradan onun mətninə düzəliş edilməsinə ehtiyac qalmazdı.
43. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi məhkəmə qərarının icrası zamanı etimad hüququna qiymət verilmədiyini etiraf etmiş və bunu “etimad hüququna toxunsaydıq, pensiyanı bərpa etməli olardıq” kimi mülahizə ilə əsaslandırmışdır. Bu isə onu göstərir ki, cavabdeh orqan 67.5-ci maddənin nəticəsini anlamış, həmin normanın tətbiqinin hansı nəticəyə aparacağını bilmiş, lakin, bu nəticədən yayınmaq üçün həmin məsələyə qərarda hüquqi qiymət verməmişdir.
44. Hazırkı məhkəmə iclasında isə cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışda onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması öz əksini tapmadığından, etimad hüququ ümumiyyətlə yaranmamış, bu səbəbdən də həmin məsələyə ayrıca münasibət bildirilməsinin əhəmiyyəti olmamış, buna görə həmin məsələ qərarda öz əksini tapmamışdır. Halbuki cavabdehdən məhz etimad hüququ məsələsinə ayrıca hüquqi qiymət verməli, həmin hüququn yaranmaması və ya qorunmaması qənaətinə gəldiyi halda isə bunu qəbul etdiyi qərarında işin faktiki hallarına istinadla əsaslandırmalı idi.
45. Nəzərə alınmalıdır ki, məhkəmə aktının tam icra edilib-edilməməsinə qiymət verilərkən əsas götürülməli olan hal cərimənin tətbiq edildiyi andakı icra vəziyyətidir. Məhkəmə nəzarətinin məqsədləri baxımından sonradan edilmiş hər hansı icra cərimənin əsassız olması barədə qənaət yaratmamalıdır. Hətta sonrakı icra məqbul sayılsa belə, bu icra məhz tətbiq edilmiş cərimənin çəkindirici və məcburedici təsiri altında baş vermiş kimi qiymətləndiriləcəkdir. Belə olan halda, cərimə qanunsuz tədbir deyil, əksinə, məqsədinə çatmış məcburi icra vasitəsi hesab olunacaqdır.
46. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi faktiki olaraq icranın düzgün həyata keçirilməsinə obyektiv hüquqi maneə olmamış, Ali Məhkəmənin hüquqi mövqeyində xüsusi vurğulanan məsələyə - etimad hüququna - lazımi hüquqi qiymət verməmiş, sonradan isə bu qüsurun yalnız formal düzəlişlə aradan qaldırılmasına cəhd edilmişdir. Odur ki, ##.##.2026-cı il tarixdə qəbul edilmiş formal qərar mövcud vəziyyəti cavabdehin xeyrinə dəyişmir.
47. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh orqana cərimə tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.