Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-75/2021 25.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması", cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-794/2020 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, 2008-ci il fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, 2008-ci il fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması" barədə yeni iddia ərizəsi vermişdir. Daha sonra o, məhkəməyə cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması, 2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin üzərində qoyulması" barədə başqa bir iddia ərizəsi vermişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik aktlarının tələbinə uyğun olaraq orta ixtisas məktəblərini bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı pensiyaya çıxdığı vaxt ona aid məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatı elektron formada əldə etmiş, lakin həmin məlumatda 2008-ci ildə fasiləsiz işləməsinə baxmayaraq yanvar ayından başqa digər aylar üçün fərdi hesabına müvafiq ödəmələrin olunmadığını bildirmişdir. Cavabdeh Şəki Şəhər Təhsil Şöbəsi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı 2008-ci ildə Kiş kənd 1 nömrəli tam orta məktəbində işləmişdir. İddiaçının 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-794/2020 nömrəli qərardadı ilə İddiaçı iddiası cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə aid hissədə mümkün sayılmasın qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının hüquqşünası Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyekti araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərardad qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPMnin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh tərəf Şəki İnzibati Məhkəməsinin 2-1(116)-794/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğundan ləğv edilməli olduğunu bildirmişdir. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin qanunun 7.12-ci maddəsinə əsasən, əmək pensiyası təyin edilərkən, sığortaolunan sığortaedənə onun barəsində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına fərdi məlumatların təqdim edilməsi haqqında ərizə ilə müraciət edir. Sığortaedən sonuncu məlumatı təqdim etdiyi dövrdən sığortaolunanın pensiya təyinatı üçün rəsmi müraciət etdiyi günədək olan dövr üçün həmin sığortaolunan haqqında təqdim olunmamış bu Qanunun 7.9-cu və 7.10-cu maddələrində nəzərdə tutulmuş məlumatları 10 iş günü müddətində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanunun normalarına istinad etməmiş, faktlara əsaslanmadan həmin iş üzrə iddia mümkün sayılmamışdır. Yuxarıda göstərilən normativ hüquqi aktın tələbindən aydın olur ki, iddiaçının DSMF Şəki şəhər şöbəsinə qarşı öhdəliyin icrası haqqında iddia ilə inzibati məhkəməyə iddia tələbi ilə müraciət etməsi əsassızdır. Belə ki, vətəndaşa Şəki şəhər Təhsil Şöbəsi tərəfindən verilən 116 saylı arayış 2008-ci il fevral-dekabr aylarında sığorta haqlarının həqiqətən də köçürülməsi üçün təkbaşına yetərli bir sübut deyildir. Çünki iş materiallarından da aydın olur ki, vətəndaşın fərdi uçot hesabının sığorta hissəsində həmin aylar üzrə heç bir ödəniş yoxdur. Deməli, mübahisə ödəmələrin həyata keçirilibkeçirilməməsi ilə bağlıdır. Şəki şəhər Təhsil Şöbəsinin ödəmə ilə bağlı heç bir ödəniş qəbzi, həmçinin əlavə sübutlar təqdim etməməsi birinci instansiya məhkəməsinin bu qənaətə gəlməsi üçün əsas deyil. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, İş № 2-1(116)-794/2020 saylı qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 qanunamüva fiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətinin əsaslı olduğu üçün təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-794/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-794/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-794/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddiası cavabdeh Şəki şəhər Təhsil Şöbəsinə aid hissədə mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəki İnzibati Məhkəmənin xx.xx.2020-ci il tarixli ayrıca qərarı ilə iddianın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı olan hissəsi təmin edilmişdir. Hazırki qərardadda isə iddianın cavabdeh Şəki şəhər Təhsil Şöbəsinə aid hissəsinə (2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin üzərində qoyulması) qiymət verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 60-cı maddəsinin birinci cümləsində deyilir ki, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. İş materiallarından görünür ki, iddiaçının məhkəməyə müraciət etməklə əldə etmək istədiyi nəticə təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsindən və 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınmasından ibarətdir. O, Şəki Şəhər Təhsil Şöbəsini cavabdeh kimi cəlb etməklə, həmin Şöbə tərəfindən onun əmək haqqından sosial sığorta məbləğlərinin tutulmasının və DSMF-yə ödənilməsinin sübut edilməsinə nail olmaq istəyir. Məhkəmə kollegiyası qeyd edir ki, bunun üçün Şəki Şəhər Təhsil Şöbəsinə qarşı ayrıca iddia verməyə zərurət yoxdur. Həmin Şöbə tərəfindən iddiaçının əmək haqqından sosial sığorta məbləğlərinin tutulması və DSMF-yə ödənilməsi ilə bağlı sübutların əldə edilməsi digər cavabdehə qarşı verilmiş iddianın həlli çərçivəsində həyata keçirilməlidir. Bununla yanaşı məhkəmə kollegiyasına Şəki şəhər Təhsil Şöbəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı (iş N 2-1(107)-572/2020) 2008-ci ilin fevral-dekabr ayları üçün pensiya kapitalı fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamışdır. Tərəfimizdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət olunaraq iddiaçının pensiya kapitalına müvafiq düzəliş edilməsi xahiş olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu xx xxxxxx 2020-ci il tarixdə sosial sığorta uçotunun aparılması işinin artıq AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunduğunu bildirmiş və müvafiq vergi orqanına müraciət etməyimizi tövsiyə etmişdir. Dövlət Vergi Xidmətinə onlayn müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdən etibarən iddiaçının pensiya kapitalında düzəliş olunduğu məlum olunmuşdur. İddiaçı 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınmışdır. Tərəfimizdən bu barədə iddiaçıya məlumat verilmiş və pensiyasının yenidən hesablanması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunmuşdur Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı ilə cavabdeh Şəki şəhər Təhsil Şöbəsi arasında heç bir inzibati mübahisə yoxdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-794/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-794/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-75/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-75/2021
25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver