Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-758/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-1(116)- 1169/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 291 nömrəli Qərar verilmişdir. Həmin qərarda “odlu silah güllə yaralanmalarından və travmadan sonra alın, sağ qaş, ənsə nahiyələrində, sağ baldırın yuxarı 1/3-nın bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyeksiya köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. xx.xx.2019-cu ildə iddiaçının 3-cü dərəcə müddətsiz əlilliyi müəyyən edilmiş, sonradan cavabdeh orqan xx.xx.2022-ci il tarixli qərarla “tam reabilitasiya olması” əsası ilə əlilliyi ləğv etmişdir. Ötən müddət ərzində cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilməmişdir.
3. Sonrakı dövrlərdə səhiyyə müəssisəsi tərəfindən iddiaçı barəsində yeni tibbi göndərişlər tərtib edilərək cavabdeh orqana göndərilmiş, lakin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə iddiaçıya imtina cavabı verilmişdir.
4. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu tibbi göndərişdə iddiaçıya “F07 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuş, cavabdeh orqan xx.xx.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “tam reabilitasiya olunmasına dair qərarın ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı xx.xx.2025-ci il tarixili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.
7. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonu Qoşabulaq kəndində anadan olmuşdur. Belə ki, Erməni quldurlarının ölkəyə hərbi təcavüzü başladıqdan sonra 1992-ci ilin avqust ayından cəbhəyə yollanmışdır. 1993-cü ildə N saylı hərbi hissədə Tərtər döyüşlərində baş-çiyin nahiyyəsindən yaralanmışdır. 1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Zəngilan. Ağdam və Tərtər zonalarında gedən döyüşlərdə iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbİ Həkim Komissiyasının 291 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən və xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin Tibbi eksperitza və pataloji anatomiya mərkəzində canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanma və tramvanın nəticələri - hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Döyüş zamanı aldığı xəsarətlər get-gedə ağırlaşdığından və ona ciddi çətinliklər törətdiyindən iddiaçıya müvafiq əlliliyin təyin edilməsi üçün müraciət etmiş, onun müraciəti müsbət qiymətləndirilərək xx.xx.2019cu ildə ona müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. Əlillik səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyüyün müdafiəsi ilə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz isə - F06.6 üzvü mənşəli emosional labil (astenik) pozuntu. Baş beyin travması (xx.xx.1993) nəticəsində şəxsiyyətin kəskin ifadəli astenik tipli pozuntusu, nəzərəçarpan davamlı davranış pozuntuları və qıcolma tutmaları ilə (ayda 9-10 dəfə) Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, sağ yuxarı ərtafın parezi T92.4 Yuxarı ətrafın sinirinin travmasının nəticələri, sağ saidin yuxarı 3/1-nin yuşmaq toxumalarının dəlib keçən güllə yaralanmasından (xx.xx.1993-cü il) sonra orta dirsək sinirlərinin neyropatiyası qeyd edilmişdir. İddiaçı "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq ona avtomobil verilməsi üçün müraciət etmiş, bundan sonra Agentlikdə qəbulda olmuşdur. Həmin gün iddiaçı həkim komissiyası tərəfindən qəbul edilmiş, qəbul zamanı hərhansı bir müayinə olunmamış, sadəcə vizual baxış keçirməklə onu müayinə etmişlər. Bundan sonra ona müraciəti nəticəsi barədə cavab veriləcəyi bildirilmiş, bundan bir müddət sonra iddiaçı dövlət tərəfindən təyin edilmiş əllilik pensiyasını almaq üçün getdikdə pensiyanın hesaba vurulmadığını görmüşdür. Dərhal müraciət etdikdə ona əlliliyinin dayandırıldığı bildirilmişdir. Bundan sonra dəfələrlə həmin orqana müraciət etsə də müraciəti əsasında heç bir məlumat verilməmiş və müraciətləri cavabsız və nəticəsiz qalmışdır. xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə tarixi isə xx.xx.2024-cü il qeyd edilmişdir. İddiaçı hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə heç kimə müraciət etməmişdir. İddiaçının müraciəti minik avtomobilinin alınması ilə bağlı olmuşdur. Həmin məktubda iddiaçının sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığının müəyyənləşdirilməsi və iddiaçının tam reabilitasiya olunmağı barədə qərar qəbul edildiyi göstərilsə də, həmin qərar iddiaçıya təqdim edilməmişdir. Həmin imtina qərarını orqandan istəməyinə baxmayaraq, bu günə kimi həmin qərar iddiaçıya rəsmi şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehin onun barəsində qəbul etdiyi həmin qərarı tamamilə qanunsuz və əsassız hesab edir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və yaralanması işin mübahisəsiz halı olmaqla aldığı xəsarətləri yuxarıda da, məhkəminin diqqətinə çatdırmışdır. İddiaçı qeyd edir ki, o, 2019-cu ildən ömürlük olaraq üçüncü qrup əlilliyə çıxmışdır. Yəni müddətsiz əlilliyin təyin edilməsinin üzərindən heç üç il keçməmiş cavabdeh hansı əsasla yenidən komissiya etmişdir. Onun tam reabilitasiya olunması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş qərar dəfələrlə müraciət etməsinə baxmayaraq, ona təqdim edilməmişdir. O, xx.xx.2019-cu ildən ömürlük olaraq üçüncü qrup əlilliyə çıxmışdır. Ömürlük əlillik o vəziyətdə təyin edilir ki, aşkar edilmiş xəsarətlərin sağalma ehtimalı yoxdur. Cavabdeh onu hansı əsasla yenidən komissiya etmişdir. İşin faktiki hallarından görünür ki, cavabdeh onun tam reabilitasiya olunması barədə qəbul etdiyi qərar onun hüquqlarınn pozulmasına yönəldildiyindən məhkəmə qaydasında ləğv edilməlidir”.
8. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “iddiaçının əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İ QM) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və dissosiativ əlamətlərlə...və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. İsmayıllı rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. (ESDAS **********8). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 291 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın, sağ qaş, ənsə nahiyələrində, sağ baldırın yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyeksiyasında köhnə çapıq toxumalar” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başda və qarnında olan ağrıdan şikayət etmişdir. Obyektiv baxış zamanı alnında, sağ baldırın yuxarı 1/3-də, qarnın sağ tərəfində yumşaq toxuma çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda atrofiya, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, əlin tutma funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında uğultu, ürək sıxılmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında ürəyi sıxıldığını (2-3 saat), spazmlarının tutduğunu, həmin vaxt medikamentoz preparatlardan “Depakin” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı alın və qarnın ön divarında çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Təqdim olunmuş hərbi sənədlərdə kəlləbeyin travması haqqında məlumat öz əksini tapmamış, obyektiv müayinə zamanı təsdiqlənməmiş, ekspertiza üçün əhəmiyyətli olan baş-beynin instrumental müayinə nəticələrini (EEQ, KT) təqdim etməmiş, müayinələrdən keçdiyini bildirsə də, onların adlarını, necə aparıldığını söyləyə bilməmişdir. Psixi statusunda bələdliyi zamana və məkana görə qorunmuş, tənqidi tam izlənilmiş, ruhi xəstəlik əlamətləri müşahidə edilməmişdir.” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Yenidən vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafından güllə yarası aldığını bildirmiş, başağrısı, yaddaş pozuntusu, özündəngetmə halları olmasından şikayətlənmişdir. Anamnezində 1994-cü ildən etibarən bu formalı qıcolma tutmaları olduğunu bildirmiş, tutma zamanı dilinin qatlanıb, ağzından köpük gəldiyini, tutmalarının ay ərzində 10-12 dəfə baş verdiyini, sonuncu tutmasının keçən həftə olduğunu, lakin dəqiqliklə hansı gün baş verdiyini bilmədiyini, Depakin, Amitriptilin, Halaperidol qəbul etdiyini söyləmiş, lakin qəbul qaydasını izah edə bilməmişdir. Amitriptilin və Halaperidol qıcolma zamanı təyinatı əks göstərişdir. Xəstə Psixiatrik xəstəxanaya getməsinin səbəbini izah edə bilməmişdir. 1994-cü ildən özünü xəstə hesab etdiyini bildirsə də, müvafiq sənədlərini təqdim etməmişdir. Baxış zamanı sağ baldırın bayır səthində yanıq izinə bənzər çapıq (özünün güllə yarası olduğunu iddia etdiyi) izlənilmiş, qarının ön divarında zərif dəri çapığı, alın nahiyəsində 1 ədəd çapıq qeyd edilmiş, hər iki aşağı ətrafda dəri örtüyü adi rəngli, tük örtüyü saxlanılmış, əzələlər simmetrik, normal inkişaf etmiş, hərəkətlər sərbəst, ağrısız olmuşdur. Psixi statusunda şəxsiyyətin patoloji inkişafı və dəyişikliyi müşahidə edilməmiş, heç bir kliniki əlaməti əsaslandıra bilməmiş, kifayət qədər incə məqamları xatırlamağına baxmayaraq, yaddaş pozuntusundan şikayətlənmişdir. Hazırda əlilliyə əsas verən psixi pozuntu əlamətləri izlənilməmişdir. Stasionar müalicələri əlillik üçün müraciət etdiyi tarixlərə uyğun olmuş, təyinat olduqdan sonra müraciətləri dayanmışdır.” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə kəllə beyin travması aldığını, ətrafdakı insanlarla anlaşa bilmədiyini, bir ay ərzində təxminən ~7-9 qıcolma tutmalarının olduğunu, əsasən əsəbləşən zaman baş verdiyini, bu zaman ağzından köpük gəldiyini, ətrafda baş verənləri eşitmədiyini bildirmiş, medikamentoz preparatlardan “Depakine” qəbul etdiyini qeyd etmişdir. Vətəndaş əsəbiləşən zaman ətrafdakı əşyalara zərər yetirdiyini, psixiatrik xəstəxanalara bu səbəbdən müraciət etdiyini söyləmişdir. Müayinə zamanı alın nahiyəsində, sağ körpücükaltında, sağ baldırın yuxarı 1/3-də çapıqlar, qarının sağ tərəfində qeyri-düzgün təxminən 10-12 sm ölçüdə əməliyyat çapığı, sağtərəfli appendektomiya əməliyyatına məxsus çapıq izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Anamnestik məlumatlarda epitutma üçün xarakterik əlamətləri təsvir edə bilməmiş, 1994-cü ildən özünü xəstə hesab etdiyini bildirsə də, müvafiq sənədlərini təqdim etməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını, baş-beynin digər instrumental müayinə nəticələrini (KT, MRT) təqdim etməmişdir. Psixi statusunda verilən sualları mətləbə uyğun olaraq cavablandırmış, başağrıları, ürək getmələrdən şikayətlənmişdir. Bir qədər həyəcanlı izlənilmiş, bələdliyi bütün formalarda saxlanılmış, aktual psixoproduktiv simptomatika aşkar olunmamış, yaddaş və intellekti yaşına və həyat tərzinə uyğun olmuş, aqrovasiyaya meyllilik müşahidə edilmişdir. Şəki rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 6877/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi dissosiativ pozuntu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 3394 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu.” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5197 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 7978/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən EEQ müayinəsinin dalğalarını, baş-beynin digər instrumental müayinə nəticələrini (KT, MRT) təqdim etməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji defisit və şəxsiyyət pozuntusu əlamətləri aşkar edilməmişdir. Qeyd etməliyik ki, vətəndaşın adı 3-17-4/3- 1-14480/2023 nömrəli qərara Qara siyahıya əlavə olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-1(116)-1169/2025 nğmrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 18 avqust 2024-cü il tarixli 3-17- 4/3-3-6086/2024 nömrəli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmiş, bu imtinanın isə qanuni olması iş materialları və iş üzrə təyin edilmiş Məhkəmə-X3 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 4630 nömrəli rəyi ilə təsdiq olunmur. İş üzrə əldə edilmiş ekspert rəyində “Motivləşdirici” hissəsində qeyd edilmişdir ki, “İddiaçı üzvi (qapali kəllə-beyin travmasi nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyalarin enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zamanı mərmi partlaması nəticəsində kəllə-beyin travması alması, Gəncə Rayon Xəstəxanasında, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, travmadan sonrakı dövrdə psixi pozuntuların meydana çıxması, psixi pozuntuların kəskinləşməsi ilə əlaqədar Şəki Rayon Psixiatriya Xəstəxanasında, SN “Respublika Psixiatriya Xəstəxanası’’ PHŞ-də dəfələrlə stasionar müalicə alması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında xx.xx.2024-cü il tarixdə professor Fuad İsmayılov tərəfindən müayinə olunarkən “Üzvi (İ-Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət koqnitiv funksiyaların enməsi ilə (F07.0) diaqnozunun təyin edilməsi həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, zahirən bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi və sair sübut edir. Göründüyü kimi iddiaçıda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur, üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, onun vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır, İddiaçı qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarında göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyelsiyasında köhnə çapıq toxumalar” diaqnozu ilə səbəbli əlaqəsi vardır. Qeyd olunmalıdır ki, psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, dünya səhiyyə təşkilatı (ÜST) tərəfindən hazırlanmış və psixi sağlamlıq sahəsində diaqnoz qoymaq və tədqiqat aparmaq üçün istifadə olunan bir sistemdir. Bu təsnifat, müxtəlif ölkələrdəki psixi pozğunluqların diaqnoz və müalicəsinin uyğunlaşdırılmasına kömək edir. Həmin təsnifatda “Baş beyninin zədələnməsi və ya disfunksiyası yaxud fiziki xəstəlik nəticəsində digər psixi pozuntular” (F07)” bölməsində “Üzvi mənşəli şəxsiyyət pozuntu” diaqnozu F07.0 kodu ilə qeyd olunmuşdur.
11. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh orqan apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və ilkin iddia ərizəsinə etirazın dəlillərini təkrarlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07- Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Buna baxmayaraq bu patalogiyaların heçbiri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.[6] 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X4 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X4 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.[7] 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlinsə də, əlilliyin müddətsiz müəyyən edilməsində və mübahisə predmeti olmayan inzibati aktın ləğv edilməsində səhvə yol verilmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
22. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü dərəcə əlilliyinin müəyyən edilməsinə yönəlmişdir. Cavabdeh orqan sonuncu dəfə həmin tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina cavabı vermişdir.
23. İddiaçıya xx.xx.2019-cu ildən 3-cü dərəcə müddətsiz əlilliyin müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən tarixdə iddiaçının əilliyi müddətsiz müəyyən edilsə də, sonradan xx.xx.2022-ci il tarixli qərarla cavabdeh orqan “tam reabilitasiya olması” əsası ilə iddiaçının əlilliyini ləğv etmişdir. Ötən müddət ərzində cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilməmişdir.
24. Sonrakı dövrlərdə səhiyyə müəssisəsi tərəfindən iddiaçı barəsində yeni tibbi göndərişlər tərtib edilərək cavabdeh orqana göndərilmiş, lakin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və sonuncu dəfə xx.xx.2024-cü il tarixlərdə iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilmişdir.
25. Odur ki, hazırkı iş üzrə cavabdeh orqanın sonuncu – xx.xx.2024-cü il tarixli imtina cavabının əsaslılığına hüquqi qiymət verilmişdir.
26. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmadan, yalnız iddiaçının təqdim etdiyi sənədlərə və ekspert rəyinə istinad etməklə qərar qəbul etmişdir. Halbuki, şəxsin əyani müayinəsi zamanı diaqnozun əlillik təyinatına əsas vermədiyi müəyyən olunmuşdur və bu nəticələr məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin qeyd olunur ki, göndərişdə göstərilən “F07 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu instrumental müayinə nəticələri ilə obyektiv təsdiqini tapmamış, psixi funksiyaların kəmiyyət göstəriciləri və üzvi patologiyanın mövcudluğu sübuta yetirilməmişdir. Odur ki, tibbi qiymətləndirmə aparmaq səlahiyyəti olan orqanın diskresion qərarına məhkəmənin müdaxiləsi əsassız olmuşdur.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
28. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
29. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
30. Məhkəmə kollegiyası cavabdehin “şəxsdə diaqnozun olması, ona əlillik təyin edilməsinə əsas verməməsi” dəlilinə münasibətdə qeyd edir ki, “diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə diaqnozun mövcudluğunun qəbul olunması, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsinin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni, şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin müəyyən edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir.
31. Başqa sözlə, əgər cavabdeh orqan “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verirsə, o zaman diaqnozu qəbul etdiyini, lakin həyat fəaliyyətinə təsirin əlillik səviyyəsinə olmadığını bildirmiş olur. Bu halda isə funksional məhdudiyyətlərin normativ həddə çatmaması konkret meyarlarla əsaslandırılmalıdır.
32. Nəzərə alınmalıdır ki, “Əlilliyin müəyyən olunması” Meyarlarına əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir (Meyarların 2.1-ci bəndi). Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin müəyyən edilməsinə əsas verir (Meyarların 3.1.1–3.1.3-cü bəndləri).
33. Cavabdeh orqan tərəfindən iddiaçıda aşkar edilmiş xəstəliyin onun həyat fəaliyyəti kateqoriyalarında hansı dərəcədə məhdudlaşma yaratması və bu məhdudlaşmanın neçə faiz funksional pozuntu ilə nəticələndiyi göstərilmədiyi halda müvafiq qiymətləndirmənin ümumiyyətlə aparılıb-aparılmaması, aparıldığı halda isə hansı metodika ilə aparılması, yekun qərar qəbul edilənədək cavabdehin hansı qaydada davranması qeyri-müəyyən qalır.
34. Cavabdeh orqan iddiaçıda mövcud olan xəstəliklərin əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilmədiyini qeyd etsə də, diaqnozun şəxsin həyat fəaliyyətinə təsirini həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi baxımından qiymətləndirməmiş və mövcud diaqnozun neçə faiz funksional pozuntu formalaşdırmasını əsaslandırmamışdır. Sözügedən qaydada aparılan qiymətləndirmə cavabdeh orqanın qiymətləndirmə azadlığına daxil olsa da, məhkəmə hər bir halda aparılan inzibati araşdırmanın tamlığını və əsaslılığını yoxlamaq imkanına malik olmalıdır. Yəni, məhkəmə yekun imtina qərarını yoxlayarkən bu nəticəyə gətirib çıxaran qiymətləndirmə prosesini də yoxlaya bilməlidir.
35. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana imtina qərarının məzmununun aydınlaşdırılması məqsədilə aşağıdakı məzmunda sorğu göndərilmişdir: - İddiaçıya qoyulmuş diaqnozda hansı funksional məhdudiyyətlərin və ya tibbi göstəricilərin mövcud olmaması həmin diaqnozun əlillik əlaməti kimi qiymətləndirilməməsinə əsas vermişdir? Həmçinin bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına - özünə qulluq, hərəkətetmə, ünsiyyət və sairə - təsir etməməsi hansı meyarlarla və necə qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən olunması üçün müvafiq meyarlara uyğun olub-olmaması hansı əsaslarla qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti hesab edilməməsi barədə qənaət formalaşdırılarkən, həmin diaqnozun şəxsin gündəlik həyatına təsiri necə qiymətləndirilmişdir?
36. Cavabdeh orqan xx.xx.2026-cı il tarixli məktubunda “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6-cı bəndinə müvafiq olaraq şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı əsas götürülən kriteriyalara istinad etmiş (apellyasiya şikayətinin dəlillərinə uyğun), ilkin icraat zamanı irəli sürülmüş etirazın dəlillərini sadalamış, məhkəmə sorğusunda qoyulan sualları mahiyyəti üzrə cavablandırmamış, diaqnozun hansı funksional məhdudiyyətlərin çatışmazlığı səbəbindən əlillik əlaməti yaratmaması, eləcə də bu diaqnozun həyat fəaliyyətinə təsirinin hansı meyarlarla və necə qiymətləndirilməsi əsaslandırılmamışdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, “F07 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunun iddiaçıda mövcudluğu işdə olan ekspert rəyi ilə sübut olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X3 PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2830 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə, anamnezində funksional tutmalar (F07.0) aşkar olunur. Onun vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. İddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 291 nömrəli qərarında göstərilən “Odlu silah güllə yaralanmalarından və travmadan sonra alın sağ qaş, ənsə nahiyələrində, sağ baldır yuxarı 1/3-nin bayır səthində, qarının ön səthində və sağ qalça çuxuru proyeksiyasında köhnə çapıq toxumalar" diaqnozu ilə səbəbli əlaqəsi vardır.
38. Cavabdeh orqan “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6-cı bəndinə müvafiq olaraq üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı əsas götürülən kriteriyalara istinad edərək qeyd etmişdir ki, Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Buna baxmayaraq bu patalogiyaların heçbiri iddiaçının səhhətində öz əksini tapmır.
39. Məhkəmə kollegiyası iş materiallarını, tibbi göndərişləri, stasionar və ambulator müalicə sənədlərini, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə X3nin rəyini qiymətləndirərək üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi üçün tələb olunan şərtlərin ödənilməsinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
40. “Meyarlar”a Əlavənin 7.6-cı bəndinin (Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular) qeyd hissəsində “psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir” şərti ilə bağlı qeyd edir ki, normada mötərizə daxilində “məsələn” ifadəsinin işlədilməsi onu göstərir ki, psixi pozuntuya səbəb olan üzvi patologiyanın obyektiv təsdiq edilməsi üçün sadalanan nümunələr (MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.) üzvi patologiyanın təsdiqinin alternativ üsulları kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçıda psixi pozuntuya səbəb olan üzvi patologiya ixtisaslaşmış psixiatriya müəssisələrinin və məhkəmə-psixiatrik ekspertizanın rəyi ilə təsdiq edilmiş, eyni zamanda beyin MRT-də göstərilmişdir ki, “hər iki beyin yarımkürələrində şırımlararası məsafələr yan mədəciklər atrofiyaya bağlı genişlənmişdir. Post işemik qliotik ocaqlar var”.
41. İddiaçıda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış dəyişiklikləri və depressiv daxilolmalarla müşayiət olunan psixi pozuntu mövcuddur. Xəstəlik uzunmüddətli xarakter daşımaqla, başlanğıcı hərbi travma ilə əlaqələndirilir. İddiaçı, müxtəlif dövrlərdə stasionar və ambulator müalicələr almış, lakin sabit klinik yaxşılaşma əldə olunmamışdır. Bu hal prosesin xroniki və davamlı olduğunu, müalicəyə davamlılıq (rezistentlik) əlamətlərinin mövcudluğunu göstərir. İddiaçı son bir ildə dəfələrlə (xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024) psixiatriya stasionarında müalicə olunmuşdur.
42. Tibbi göndərişdə və ekspert rəyində iddiaçının söhbət uzandıqca yersiz əsəbləşməsi, təfəkkürünün ləngiməsi, affektiv reaksiyalara meylli olması, əsassız mübahisəyə qoşulması, emosional davamsızlığı, tez özündən çıxması, əhval-ruhiyyəsinin enik xarakter daşıması və maraq dairəsinin məhdudlaşması qeyd edilmişdir. Göstərilən hallar birlikdə qiymətləndirildikdə, üzvi psixi pozuntu üçün normativ meyararda nəzərdə tutulmuş əsas şərtlərin iddiaçıda faktiki olaraq mövcud olması müəyyən edilir.
43. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsa da, nəzərə alınmalıdır ki, iddiaçıya qoyulmuş diaqnoz F07.0 XBT kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. Sözügedən diaqnoz 2 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verir.
44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin 7.6.2.2-ci bəndində müəyyən edilmiş qiymətləndirmə halları (tez-tez kəskinləşən psixotik epizodlar, dekompensasiyalar və ya aqressiv davranış/intihar cəhdləri) olmadığından, onda müşahidə edilən simptomlara (təfəkkür ləngiməsi, emosional dayanıqsızlıq, aqressivlik, torpidlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması, gündəlik fəaliyyətin yerinə yetirilməsində çətinliklər, bəzən kənar köməyə ehtiyac və bütün bunların iki ildən artıq davam etməsi) münasibətdə “Meyarlar”a Əlavənin 7.6.2.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Həmin bənd isə OFP-nın 2 il müddətinə İ dərəcə məhdudlaşması halını (35-60 faiz) nəzərdə tutur.
45. Tədqiq edilən tibbi göndərişdə qeyd edilmiş yanaşı xəstəlik - F06.5 diaqnozu isə “Meyarlar”a Əlavənin 7.6.2-ci bəndi ilə qiymətləndirildiyindən və iddiaçıya münasibətdə məhz 7.6.2.1-ci bəndi tətbiq edildiyindən əlavə olaraq sözügedən diaqnozun tədqiq edilməsi zərurəti yoxdur.
46. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 18 avqust 2024-cü il tarixli 3-17-4/3-3-6086/2024 nömrəli qərarı da, ləğv edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 32.2.2-ci maddəsinin tələbləri baxımından barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.
48. Sözügedən qərar xx.xx.2024-cü il tarixli olmaqla, ümumiyyətlə hazırkı iş üzrə mübahisə predmeti deyil. Həmin qərar iddiaçı da, daxil olmaqla xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilən 18 nəfər barəsində qəbul edilmiş və iddiaçıya münasibətdə sonuncu imtina qərarının qüvvədə saxlanılması barədədir. İddiaçının, xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlı tələbi olmamış və belə bir tələbə lüzum da olmamışdır.
49. Digər tərəfdən İİHQ-nun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
50. İddiaçıya xx.xx.2024-cü il tarixdə imtina cavabı verən orqanla xx.xx.2024-cü il tarixli qərarı qəbul etmiş orqan eynidir. Yeganə fərq ilkin qərarın anonimləşdirilmiş qaydada yoxlama, növbəti qərarın isə əyani müayinə nəticəsində qəbul edilməsidir. Odur ki, imtinanın verən və əyani müayinə ilə yoxlayan inzibati orqan eyni olduğundan xx.xx.2024cü il tarixli qərar subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən qəbul edilmiş qərar kimi qəbul edilə bilməz.
51. Həmçinin bu qərardadın 16-cı bəndində istinad olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın tələbləri baxımından şəxsin əlilliyini əyani müayinə ilə qiymətləndirilə bilməz. Cavabdeh ancaq 3.7-ci bəndin tələbləri çərçivəsində əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər ki, həmin norma hazırkı mübahisəyə tətbiq edilmir. Belə olan halda cavabdehin xx.xx.2024-cü il tarixli qərarı İİHQnun və “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın tələbləri pozulmaqla qəbul edilmiş, ilkin imtina qərarı ilə bərabər səviyyəli inzibati akt kimi qəbul edildiyindən, ayrıca mübahisələndirilməsi yol verilən inzibati akt hesab edilə bilməz.
52. Yuxarıda sadalanan halları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “əlilliyin müddətsiz müəyyən edilməsi” və “mübahisə predmeti olmayan inzibati aktın ləğv edilməsi” hissəsində ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddiaçıya Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli 2-1(116)-1169/2025 nömrəli qərarı “əlilliyin müddətsiz müəyyən edilməsi” və “mübahisə predmeti olmayan 18 avqust 2024-cü il tarixli 3-17-4/3-3-6086/2024 nömrəli qərarın ləğv edilməsi” hissəsində ləğv edilir. İş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilir. İddiaçıya Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.