Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-76/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialına qarşı “cavabdehin artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(116)-779/2021 nömrəli qərarından İddiaçı vermiş olduğu apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh 04.03.2021-ci il tarixli qərarı ilə iddiaçı haqqında 19.06.2017-ci il tarixdən 31.01.2021-ci il tarixədək 5.368 manat 53 qəpik məbləğdə əmək pensiyasının tələb edilərək DSMF 12 saylı regional ərazi filialının bank hesabına ödənilməsini tələb edir. İddiaçı bildirir ki, ürəyində ağrılar və tez-tez təngnəfəs, halsız vəziyyətdə olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “B.Ə.Eyvazov” adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutunda müayinədən keçib. Xəstəliklə bağlı ona 46667 nömrəli epikriz verilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaçıya 19.06.2017-ci ildən müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh qərarında qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə X6 və Audit Departamentinin 12.02.2021-ci il tarixli **********3 nömrəli göstəriş məktubuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyindən təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlillik təyin edilən vaxt şəxsin sağlamlıq imkanlarının məhdudlaşmış hesab edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə aiddir. İddiaçı Daxili Nəzarət və Audit Departamentinin göstəriş məktubu əsasında Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qərarının ləğv edilməsini agentliyin hüququna müdaxilə kimi qiymətləndirir. Cavabdeh 31.05.2021-ci il tarixli **********1 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının 19.06.2017-ci il tarixli qərarı ilə 2-ci dərəcə əlillik verilmiş, müəyyən olunan əlillik dərəcəsinə əsasən 19.06.2017-ci il tarixindən vətəndaşa əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ünvanlanmış 12.02.2021-ci il tarixli **********2 nömrəli göstəriş məktubuna əsasən müayinələrin araşdırılması nəticəsində “Əlillik altsistemi”ndə İddiaçı əlilliyi 19.06.2017-ci il tarixdən etibarsız hesab edilmişdir. Eyni zamanda İddiaçı əlillik dərəcəsi müvafiq qaydada etibarsız hesab edildiyi üçün ona təyin olunmuş əmək pensiyasının ödənilməsi də dayandırılmışdır. Təyin olunan əlillik dərəcəsi etibarsız hesab olunduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərzi filialı tərəfindən İddiaçı 16 fevral 2021-ci il tarixli **********3 nömrəli məktubla müraciət edilərək, artıq ödənilmiş pul vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi, əks halda qanunvericiliyə tələblərinə uyğun tədbir görüləcəyi bildirilmişdir. Lakin vətəndaş müvafiq filial tərəfindən qeyd olunanlara razılığını bildirməmişdir. Borclu tərəfindən 10 gün ərzində qeyd olunan pul məbləği qaytarılmadığı üçün 12 saylı regional ərazi filialı tərəfindən 19.06.2017-ci il tarixindən 31.01.2021-ci il tarixə qədər İddiaçı ödənilmiş 5.368,53 (beş min üç yüz altmış səkkiz manat əlli üç qəpik) manat məbləğin geri qaytarılması barədə 12 saylı regional ərazi filialı tərəfindən 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmişdir. Daha sonra həmin qərar vətəndaşa müvafiq qaydada göndərilmişdir. Həmin qərar vətəndaş tərəfindən icra edilmədiyi üçün, 15.04.2021-ci il tarixdə qərar məcburi qaydada icara edilməsi üçün borclunun yaşayış yeri üzrə Zərdab rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi təyin edilmiş əmək pensiyasının dayandırılması barədə həmin filial tərəfindən ona məlumat verilməsinə baxmayaraq, iddiaçı 12 saylı regional ərazi filialı tərəfindən 16.06.2017-ci il tarixindən 31.01.2021-ci il tarixə qədər ona ödənilmiş 5.368,53.71 manat məbləğin geri qaytarılması barədə qərarın qəbul edilməsi ilə əsassız olaraq razı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.3-cü maddəsində nəzərdə tutulmuş şərtlərə tam şəkildə əməl edilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin iddiaya etirazına uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin 25.08.2017-ci il tarixli, 07 nömrəli qərarının təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçıya 19.06.2017-ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə və Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filiallarının, regional ərazi, şəhər və rayon filiallarının rəhbərlərinə ünvanlanmış “Əyanı müayinələrin nəticəsi haqqında” 12.02.2021-ci il tarixli **********2 nömrəli məktuba əsasən, Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 21.01.2021-ci il tarixli **********1 nömrəli xidməti məktubuna əlavə edilmiş siyahıda adları qeyd olunan 326 nəfərin əlillik dərəcələrinin Nazirliyin mərkəzi elektron informasiya sisteminin “Əlillik” altsistemində etibarsız olunduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, həmin şəxslərin sosial ödənişləri ilə bağlı qanunvericilikdə müəyyən olunmuş müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. İşdə olan MEİS-in “Əlillik” altsistemində əlilliyi etibarsız edilmiş şəxslərin siyahısının cavabdeh tərəfindən təsdiq edilmiş surətindən görünür ki, siyahıda iddiaçının adı 106-cı sırada qeyd edilmşdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı 16.02.2021-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, Fondun 12.02.2021-ci il tarixli **********2 nömrəli məktubuna əsasən iddiaçının əlillik dərəcəsi “Əlillik altsistemi”ndə 19.06.2017-ci il tarixdən etibarsız edilmiş, bununla əlaqədar cavabdeh tərəfindən ona təyin edilmiş sosial ödənişlər dayandırılmış və iddiaçıdan ona ödənilmiş artıq vəsaitlərin Fondun hesabına qaytarılması xahiş edilmiş, əks halda qanunla məsuliyyət daşıdığı nəzərinə çatdırılmışdır. Cavabdehin 04.03.2021-ci il tarixli **********5 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla xx.xx.1986-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu X1 19.06.2017-ci il tarixdən 31.01.2021-ci il tarixədək 5.368,53 manat məbləğdə atıq odənilmiş, cəmi 5.368,53 manat məbləğdə əmək pensiyasının tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının hesabına ödənilməsi qərara alınmışdır. Cavabdehin “pul tələbinin icraya yönəldilməsi haqqında” 15.03.2021-ci il tarixli **********4 nömrəli qərarının təsdiq edilmiş surətinə əsasən, həmin qərarla cavabdehin 04.03.2021-ci il tarixli **********5 nömrəli qərarı icraya yönəldilmiş, qərar məcburi qaydada icra edilməsi üçün borclunun yaşayış yeri üzrə Zərdab rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 19 oktyabr 2021-ci il tarixli, 2-1(116)-779/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialına qarşı “cavabdehin artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(116)-779/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-779/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə doğru olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(116)-779/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 57.1-ci,57.3-cü,57.5-ci maddələrinə, həmçinin həmin Qanunun 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir. Lakin məhkəməi “İnzibati icraat haqqında” Qanunun qeyd olunan maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərarında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci, 57.2-ci, 57.5-ci,82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir,lakin razılığı olmadıgı halda məhkəmə qaydasında tutulur. Hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın pul tələbinin icraya yönəldilməsi barədə 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərarın ləgv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, təyin olunan əlillik dərəcəsi etibarsız hesab olunduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərzi filialı tərəfindən İddiaçı 16 fevral 2021-ci il tarixli **********3 nömrəli məktubla müraciət edilərək, artıq ödənilmiş pul vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi, əks halda qanunvericiliyə tələblərinə uyğun tədbir görüləcəyi bildirilmişdir. Lakin vətəndaş müvafiq filial tərəfindən qeyd olunanlara razılığını bildirməmişdir. Borclu tərəfindən 10 gün ərzində qeyd olunan pul məbləği qaytarılmadığı üçün 12 saylı regional ərazi filialı tərəfindən 19.06.2017-ci il tarixindən 31.01.2021-ci il tarixə qədər İddiaçı ödənilmiş 5.368,53 (beş min üç yüz altmış səkkiz manat əlli üç qəpik) manat məbləğin geri qaytarılması barədə 12 saylı regional ərazi filialı tərəfindən 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərar qəbul edilmişdir. Daha sonra həmin qərar vətəndaşa müvafiq qaydada göndərilmişdir. Həmin qərar vətəndaş tərəfindən icra edilmədiyi üçün, 15.04.2021-ci il tarixdə qərar məcburi qaydada icara edilməsi üçün borclunun yaşayış yeri üzrə Zərdab rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Təyin edilmiş əmək pensiyasının dayandırılması barədə həmin filial tərəfindən ona məlumat verilməsinə baxmayaraq, iddiaçı 12 saylı regional ərazi filialı tərəfindən 16.06.2017-ci il tarixindən 31.01.2021-ci il tarixə qədər ona ödənilmiş 5.368,53.71 manat məbləğin geri qaytarılması barədə qərarın qəbul edilməsi ilə razı olmamışdır. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3- 118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidi. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(116)- 779/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, İddiaçı barəsində cavabdehin 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(116)-779/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının 04.03.2021-ci il tarixli, **********5 nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-76/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-76/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver