Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-77/2020 11.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən, məruzəçi) Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı)cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “1994-cü il tarixindən 1999-cu il tarixinədək Zaqatala X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1040/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1955-ci il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuş, xx.xx.1972-ci il tarixdən xx.xx.1999-cu il tarixədək müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı həmçinin xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1999-cu il tarixinədək Zaqatala X2 sürücü vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. Yaşa görə əmək pensiyası almaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan 1994-cü ildən sonra əmək haqqı hesablanmaması və 1999-cu ildə işədən azad olunmağı ilə bağlı əmrlər kitabında qeydiyyat olmaması səbəbindən 1994-cu ildən 1999-cu il tarixinədək olan dövrü sığorta stajına daxil etməmiş və əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın 1994-cu ildən 1999-cu il tarixinədək olan dövrü sığorta stajına daxil etməməsi və dolayısıyla da əmək pensiyasının təyin etməməsini qanunsuz və əsassız hesab edir. Odur ki, “1994-cü il tarixindən 1999-cu il tarixinədək Zaqatala X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə iddiaçı məhkəməyə müraciət edərək, bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)- 1040/2019 nömrəli qərarı ilə iddia tələbini təmin etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun 1993-cü il tarixdən sonra da Zaqatala X1 işləməsi faktını təsdiq edən əmrlər kitabından çıxarışı təqdim etmişdir. Halbu ki, Zaqatala Dövlət Arxivi 1993-cü il tarixdən sonra onun əmək fəaliyyəti ilə bağlı hər hansı bir sənədin mövcud olmadığını bildirmişdir. O həmin müəsissədə 1999-cu ilin 30 noyabr tarixinədək işləmişdir. Birinci instansiya məhkəməsi iddiasında qeyd edilən halları nəzərə almamış, qanunun normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı bildirdi ki, o xx.xx.1983-cü il tarixdən X4 Müəsissəsinə sürücü kimi qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir. Həmin dövrdə ona AVİA markalı 97-95 AQR dövlət qeydiyyat nişanlı avtomaşın təhkim edilmiş, müəsissəyə planı vaxtında ödəmişdir. O, xx.xx.1998-ci ildə ona təhkim edilmiş AVİA markalı 97-95 AQR dövlət qeydiyyat nişanlı avtomaşını həmin müəsissədən özəlləşdirmək istəmiş, bununla bağlı kollektivin qərarı qəbul edilmiş, həmin dövrdə olan verilmiş arayışlarda onun həmin müəsissədə sürücü işləməsi təsdiq edilir. Qeyd edilən avtomaşını almaq üçün Əmlak Məsələlər Dövlət Komitəsinin Dövlət Əmlakının Öəlləşdirilməsi Departamentinə sənədləri təqdim etmiş, həmin avtomaşına yüksək qiymət təyin etdikləri üçün avtomaşını almamış və yenidən həmin X1 sürücü işləmişdir. Onun xx.xx.1997-ci il tarixdə işdən azad edilmə əmri olsa da sonradan işə qaytarılmış və işini davam etdirmişdir. Həmin əmr ona təyin edilmiş aylıq planı ödəsə də adına qeydə alınmamış, müəsissənin maliyyəsində problem yaranmaması üçün əmr verilmiş, lakin sonradan işə qaytarılaraq davam etmişdir. O, xx.xx.1999-cu il tarixdə ərizə yazaraq işdən azad edilmiş və həmin əmək kitabçasını təsdiq edən şəxslər hazırda sağdırlar. Məhkəmə kollegiyası məhkəmənin yardım etmək vəzifəsindən çıxış edərək iddiaçıya etdiyi təklifinə əsasən iddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələbində pensiyanın təyin edilməsi vaxtı ilə bağlı dəqiqləşmə apararaq “əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin edilməsini” xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının protokoluna əsasən iddiaçının tələbinə əlavə edilməsi ilə bağlı dəqiqləşmə ərizəsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 bildirdi ki, iddiaçının 1994- 1999-cu illərdə mübahisələndirilən sığorta stajı təsdiq edilərsə onun 25 il 01 ay sığorta stajı yaranmış olar və pensiya hüququ qazanmış olar. Lakin iddiaçının əmək kitabçasında qeyd edilən illərdən yalnız 1994-1999-cu il tarixlərdə onun sosial sığorta ödənilməsi barədə və ümumiyyətlə əmək haqqı alması barədə sənədlər aşkar edilmədiyindən ona pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara Onlara AZE seriyalı, 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli imtinası, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 34 nömrəli arxiv arayışı, 13 saylı X6 xx.xx.2019-cu il tarixli **********666400 nömrəli məlumatı, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli akt, iddiaçının H3 seriyalı ******* nömrəli hərbi biletinin surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 47 nömrəli, xx.xx.2019-cu il tarixli 57 nömrəli məktubu və ona əlavə edilmiş əmək haqqı cədvəllərindən çıxarışın təsdiqlənmiş surəti, 13 saylı X6 xx.xx.2019- cu il tarixli **********266700 nömrəli məlumatı, Zaqatala Nəqliyyat-Ekspedisiya Müəsissəsinin xx.xx.1998-ci il tarixli 07 nömrəli arayışı, Zaqatala Rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin xx.xx.1998-ci il tarixli arayışı, X4 Müəsissəsinin yığıncağının xx.xx.1998-ci il tarixli Protokolun qərarı, həmin tarixli iddiaçının qeyd edilən müəsissədə sürücü işləməsi barədə arayışları daxildir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mövcuddur. Belə ki, onun tələbinin təmin edildiyi təqdirdə o əmək pensiyası almaq hüququ əldə edəcəkdir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuş, xx.xx.1972-ci il tarixdən xx.xx.1999-cu il tarixədək müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı həmçinin xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1999-cu il tarixinədək Zaqatala X2 sürücü vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. Yaşa görə əmək pensiyası almaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan 1994-cü ildən sonra əmək haqqı hesablanmaması və 1999-cu ildə işədən azad olunmağı ilə bağlı əmrlər kitabında qeydiyyat olmaması səbəbindən 1994-cu ildən 1999-cu il tarixinədək olan dövrü sığorta stajına daxil etməmiş və əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın 1994-cu ildən 1999-cu il tarixinədək olan dövrü sığorta stajına daxil etməməsi və dolayısıyla da əmək pensiyasının təyin etməməsini qanunsuz və əsassız hesab edir. Odur ki, “1994-cü il tarixindən 1999-cu il tarixinədək Zaqatala X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə iddiaçı məhkəməyə müraciət edərək, bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktununda bildirmişdir ki, iddiaçının əmək kitabçasında 23 il 1 ay müxtəlif idarə və təşkilatlarda işləməsi barədə qeydlər vardır. Onun 2 il hərbi xidmət dövrü ilə birlikdə 25 il 01 ay sığorta stajı yaranmış olur. İddiaçının həmin sığorta stajı ilə 18110 manat sığorta kapitalı mövcud olmuş olur. Həmin sığorta kapitalı iddiaçının pensiya hüququ yarandığı xx.xx.2019cu il tarixdən pensiya təyin edilməsinə imkan verir. Lakin iddiaçının 1994-1999-cu illrdə Zaqatala X1 maliyyə-uçot sənədlərində və həmin illərə aid əmr kitablarında onun işləməsinə dair hər hansı bir qeydiyyat olmaması səbəbindən düzgünlüyü təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə pensiya 64 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, iddiaçının əmək kitabçasında göstərilmiş X2 işlədiyi 1994-cü il tarixdən xx xxxxxx 1999-cu il tarixinədək olan dövrlər üzrə sosial sığorta ödəmələrini və iş stajını yoxlamaq mümkün olmamışdır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1994-1999-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab olaraq Zaqatala Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiaçının xx.xx.1997-ci il tarixdə işdən azad edildiyi bildirilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının özü tərəfindən təqdim edilən X4 Müəsissəsinin xx.xx.1998-ci il tarixli arayışında, həmin müəsissənin xx.xx.1998-ci il tarixli arayışında və ümumi yığındağın 2 saylı Protokolun qərarında iddiaçının qeyd ediən müəsissədə sürücü işləməsi faktı təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, bütün bu faktlar iddiaçının ziyanına şərh oluna bilməz. Çünki iddiaçının ən azı əmək kitabçasında işlədiyi dövr kollegiyaya təqdim edilmiş digər arayışlarla təsdiq edilir. İlkin olaraq iddiaçının 1994-1999-cu illərdə Arxiv sənədlərində işləməsi ilə bağlı müvafiq əmr və sənədlərin olmadığı bildirilsə də, sonradan apelyasiya instansiyasında iddiaçının xx.xx.1997-ci il tarixdə işdən azad edilməsini təsdiq edən əmr təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən arayışlarda isə həmin dövrdən sonra da yəni 1997-ci ildən sonrakı dövrdə də iddiaçının qeyd edilən müəsissədə işləməsi təsdiq edilir. Beləliklə iddiaçının əmək kitabçasında qeyd edilən iddiaçının 1994-1999-cu illərdə X3 müəsissəsində işləməsi faktı təkzib edilməmişdir. Bununla da əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa birinci instansiya məhkəməsinə 13 saylı X10 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublardan müəyyən edilmişdir ki, X4 Müəsissəsi 13 saylı X7 ********* nömrəli VÖEN-lə xx.xx.1998-ci ildə vergi uçotuna lınmaq barədə məlumat vardır. Müəsissə keçmiş Azəravtonəqliyyat Dövlət Konserninin (Nəqliyyat Nazirliyinin Baş İdarəsi) balansında olmuşdur. Müəsissə 2006-cı ildə X9 tərəfindən özəlləşdirilmişdir. Müəsissə tərəfindən 2006-cı ildə 10 rəqəmli VÖEN-ə keçidlə əlaqədar yenidən uçota alınmaq məqsədi ilə müraciət edilmədiyi qeyd edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının əmək kitabçasında qeyd edilən 1994-cü ildən xx.xx.1999-cu il tarixinədək olan müddəti mübahisələndirir. Lakin iddiaçı iddia ərizəsində həmin müddəti 1994-1999-cu il tarixlərində işlədiyi müddətin onun sığorta stajına daxil edilməsini tələb etmişdir. Kollegiya müəyyən edir ki, cavabdeh orqan xx.xx.1994-cü ildən xx.xx.1999-cu il tarixədək olan dövrü mübahisələndirsə də, iddiaçı ərizəsində qeyd edilən illəri qeyd etməsi, ayları qeyd etməməsi əslində tələbdə qeyri-müəyyənlik yaratmır və iddiaçının marağının ona pensiya təyin edilməsindən ibarət olmasını göstərir. Bundan əlavə iddiaçı xx.xx.1999-cu il tarixdən ona pensiya təyin edilməsi barədə tələblə çıxış etmişdir. Belə ki, iddiaçının 1994-1999-cu illərdə Zaqatala X1 işləməsi onun adına açılmış əmək kitabçası ilə təsdiq edilir. Ona görə də məhkəmə kollegiyası iddia tələbin qeyd edilən illərin aylarının dəqiq qeyd edilməklə təmin etməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. “Məhkəmə qətnaməi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2005ci il tarixli 4 nömrəli Plenum Qərarının 5-ci və 6.8-ci bəndlərinə əsasən məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməli, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrı tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPMin 87.6-cı maddəsinə əsasən ləğv edilərək iddia tələbi təmin edilərək cavabdeh orqanın üzərinə iddiaçının 1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Zaqatala X2 işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsi qoyulmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1040/2019 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilsin. İddiaçı 1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Zaqatala X2 işlədiyi müddət onun sosial sığorta stajına daxil edilsin və iddiaçıya xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-77/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-77/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver